Məhkəmə qərarları › İş №1(102)-1028/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1028/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1028/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Abdullayeva Vəfa Əmirasl an qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Səbuhi Hüseynov) xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonu Hışkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, heç bir yerdə işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, xxx yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun 29 oktyabr 2019-cu il tarixdən 31 oktyabr 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, dərhal məhkəmə iclas zalında həbsə alınaraq və cəzasının əvvəlinin 10 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən Məhkum və müdafiəçisi Abdullayeva Vəfa Əmiraslan qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Məmmədov Habil Ç ingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 17 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 26 oktyabr 2019-cu ildə saat 01:20 radələrində, qızı Şahid3 ilə sevgi münasibətində olan keçmiş qonşusu Zərərçəkmiş şəxs onun və qızı Şahid3 ünvanına nalayiq ifadələr işlətməsinə görə yaranmış mübahisəni aydınlaşdı rmaq üçün, Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvana gəldikdən sonra, Zərərçəkmiş şəxs həmin yerə gəlib blokda 1 və 2-ci mərtəbələr arasındakı pilləkən meydançasında Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı sonuncu onun saçından tutub özünə doğru çəkərkən, əvvəlcədən üzərində gizlədib saxladığı və istintaqla müəyyən olunmamış bıçaqla Zərərçəkmiş şəxs qarnından bir dəfə qəsdən vuraraq, ona qarın nahiyyəsinin ön səthinin orta hissəsindən daxilə, yəni periton boşluğuna nüfuz edən qaraciyərinin yaralanması və daxilə qansızma ilə müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnməklə, yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, zərərçəkmiş şəxsin xx.xx.2019-cu ildə içkili olub-olmaması ilə bağlı ekspertizası bilərəkdən k eçirilməmiş, cinayət işinin materiallarında xəsarətlə bağlı heç bir görüntü əks olunmamış, bəzi şahid ifadələri saxtalaşdırılmış və bəzi şahid ifadələri ittiham aktında şahidlər siyahısına bilərəkdən əlavə edilməmiş, artıq bir ilə yaxındır bıçaq aşkar edilməmişdir. Cinayət aləti olan bıçağın aşkar olunması ilə bağlı heç bir tədbir görülməmiş, telefon danışıqların izlənməsi istiqamətdə araşdırma aparılmamışdır. Bundan başqa 10 fevral 2020-ci ildə şahid qismində dindirilmiş xx və xx xx müstəntiqə ifadə verərkən Zərərçəkmiş şəxsla qonşu olmaları, hadisə vaxtı, yəni xx.xx.2019-cu ildə saat 01 radələrində heç bir səs-küy və heç bir münaqişə olmadığını bildirmişlər. Lakin, ittiham aktında Namazovlar şahidlər siyahısına daxil edilməmişlər və məhkəmə istintaqında iştirak etməmişlər. Dindirilmiş di gər şahidlərin ifadələri istintaq orqanı tərəfindən təhrif edilsə də, məhkəmə tərəfindən bununla əlaqədar araşdırma aparılmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs anası Şahid5 iş üzrə ibtidai istintaq zamanı və məhkəmədə fərqli ifadələr verməsinə baxmayaraq, məhkəmə buna dair hər hansı araşdırma aparmamış və hakim zərurət olmamasını bildirmişdir. Şahid1 ziddiyyətli ifadələr versə də, məhkəmə bununla əlaqədar heç bir araşdırma və ya dəqiqləşdirmə aparmamışdır. Göründüyü kimi, Məhkum cinayəti törətməsinə kifayət qədər əsaslı şübhələr var, həmin şübhələr cinayətin məhz Məhkum tərəfindən törədilməsi ehtimalına kifayət qədər əsas vermir. Eyni zamanda, bu hadisələrdən sonra müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi, qızınında ağır asma xəstəsi olduğu və Məhkum həbsindən sonra qızının yaddaş zəifliyi y aranması qeyd edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarını ləğv edərək, cinayət işinə ədalətli baxılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi V.Ə.Abdullayeva kassasiya şikayərinin dəlillərinə uyğun çıxış edərək, elan olunmuş ittihamın əsassız olduğunu, Məhkum zərərçəkmiş şəxslə barışdıqlarını və iki az yaşlı uşağının olduğunu bildirib, bunları nəzərə alaraq kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müdafiəçisinin dedikləri ilə razı olduğunu və əlavəsinin olmadığını bildirdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, cinayət hadisəsinin həqiqətən baş verdiyini, lakin həmin hadisənin baş verməsindən öncə yaranmış vəziyyəti başa düşdüyünü, bu səbəbdən də hər hansı bir şikayətinin olmadığını bildirdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası m əhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə a lmaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində, barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kass asiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Məhkumun kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni qəsdən sağlamlığa zərər vurma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudların ı cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə (o cümlədən Şahid3 təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olu narkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntus una yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Aynur Qafarovanın təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Bundan başqa, iş materiallarına görünür ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş üzləşdirmə protokoluna əsasən ibtidai istintaq zamanı Şahid1 ilə Məhkum arasında aparılmış üzləşmə zamanı Şahid1 ve rdiyi sonuncu ifadəsini Məhkum üzünə qarşı deyərək təsdiq etməklə, sonuncunun öz üzərində olan bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Məhkum arasında aparılmış üzləşmə vaxtı zərərçəkmiş Zərərçəkmiş şəxs öz ifadələrini Məhkum üzünə deyib təsdiq etmiş; Məhkum onun dediklərini qismən təsdiq edib Kənanı şillə, yumruq və təpiklə vursa da, bıçaqla vurmadığını bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsində tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 29264 saylı 11 dekabr 2019-cu il tarixli rəyinə əsasən, təqdim edilmiş köynək üzərində aşkar edilmiş zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o c ümlədən, bıçaq və ya bənzər xassəli kəsici-deşici əlamətlərə malik alətin təsiri ilə yaranmağa xarakterik zədədir. İş materiallarına əsasən, birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə kriminalistik ekspertizasının 20 aprel 2020-ci il tarixli 181-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək və 01 ədəd maykanın ön səthinin orta hissəsində aşkar olunmuş 01 ədəd deşilmişkəsilmiş zədələr kafi itilikli ülgücü, kafı itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alət, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir. 01 ədəd köynəyin və 01 ədəd maykanın ön səthinin orta hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər. Həmin zədələr yerləşm əsinə görə bir-biri ilə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxsə məxsus olan köynək və mayka üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş qarın nahiyyəsinin ön səthin orta hissəsindən daxilə nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi uyğundur. Bədəninin sol bazu nahiyyəsində 02 ədəd piqmentasiyalar, keçmiş sıyrıqların yerləri paltarlarla örtülmədiyindən, öz əksini tapmamışdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X8 verilmiş qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olara q birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. X5 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum Şahid3 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində bir azyaşlı övladın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddə sinə və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum Şahid3 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM 416.1.21) yalnız məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya q aydasında ləğv etmək və ya dəyişdirmək hüququna müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə a laraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar