Məhkəmə qərarları › İş №1(102)-1028/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1028/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1028/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, məhkumun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1427/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 23 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci inst ansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı Əli adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, sonuncudan istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,839 qram və 2,292 qram, ümumi təmiz çəkisi 6,131 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda - 01 ədəd bükümdə təmiz çəkisi 19,472 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutu kəsiklərində 10 əd əd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,400 qram olan narkotik vasitə metadonu əldə etmiş, heroinin bir bükümünü, metamfetamini və metadon həblərini sellofan torbada əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibində, heroinin digər bükümünü əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan pul qabının içərisində saxlamaqla daşımış, 25 oktyabr 2021-ci il tarixdə, saat 08:20-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 17 ünvanının yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindən sellofan torbanın içindən 01 ədəd bükümdə təmiz çəkisi 3,839 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 19,472 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunun kəsiklərində 10 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,400 qram təşkil edən narkotik vasitə metadon, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan pul qabının içindən isə 01 ədəd bükümdə təmiz çəkisi 2,292 qram təşkil edən külli miqdarda kustar üs ulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-792/2022 nömrəli, 26 may 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 25 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Müdafiəçi apellyasiya şikayəti verərək, hökmün ləğv olunmasını, təqsirliliyi sübuta yetirilmədiyindən təqsirləndir ilən şəxs Məhkum barəsində bəraət hökmünn çıxarılmasını, məhkəməyədək icraat dövründə ciddi prosessual pozuntulara yol vermiş polsi əməkdaşı barəsində xüsusi qərar çıxarılıb aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməmişdir. Məhkum təqsirsizdir, işdə olan mövcud dəlillər əsasında onun cinayət məsuliyyətinə cəlb edilməsi qanunsuzdur. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli əlbirçiliklə və külli miqdar törədildiyi halda mümkündür. Azərbaycan Respublikası CM-nin 234.2 maddəsində «satış məqsədi ilə qanunsuz narkotik vasitələri və y a psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə» cinayət məsuliyyəti nəzərdə tutulmuş, lakin maddənin dispozisiyasında nəzərdə tutulan əməldən hər hansı birinin Məhkum tərəfindən törədilməsi işdən görünmür. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilib cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən, məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində məhkəmə nəzarətinin keçirilibkeçirilmədiyini araşdırmalıdır. Bununla belə əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmədə mövcud prosedura daxil ində tədqiq etmək, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 125 və 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. İş üzrə təhqiqatı həyata keçirən təhqiqatçı izahat verməsi üçün məhkəməyə dəvət edilməsi barədə müdafiə tərəfinin əsaslı vəsatəti Azərbaycan Respublikası CPM-nin 121.2-ci maddəsinə zidd olaraq təmin edilməmişdir. Bundan başqa iş materialında olan şəxsi axtarış və götürmə istintaq hərəkəti və digər prosessual hərəkətlər açıq-aşkar cinayət prosessual qanunvericiliyinə zidd həyata keçirildiyindən və şəxsin müdafiə hüququ pozulduğundan sübut kimi yolverilməz material kimi məhkəmə baxışından xaric edilməsi barədə məhkəmədə verdiyi əsaslı vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, sonradan sübutların məcmusunu qiymətləndirərkən məhkəmə Məhkum təqsirli hesab etməklə səhvə yol vermişdir. Polis Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı yoxlamaq üçün əməliyyataxtarış tədbiri keçirmiş, 25 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrində ərzaq almaq üçün mağazaya gedərkən polis işçiləri tərəfindən saxlanılmış, saxlandığı yerdə üstü yoxlanmadan Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və belə məlum olur ki, təhqiqatçı gələnə qədər üzəri yoxlanılmadan bölmədə saxlanmışdır. Bölmədə polis əməkdaşları tərəfindən Məhkum qarşı təhqir etmə, aldatma, psixoloji təsirlə müşaiət edilən qanunsuz hərəkətlər edilmişdir. Polislərin əhatəsində videokameraya çəkilməklə etiraf edilmişdir. Çəkiliş zamanı iştirak edən şəxslərdən birinin vəkil olduğunu bilməmiş, əksinə hərəkətindən polis əməkdaşı olduğunu zənn etmişdir. Tərtib edilmiş protokollarda vaxt göstərilmədiyindən, o cümlədən vəkilin şübhəli şəxsə təqdim etmə vaxtını müəyyən etmək mümkün deyil. Ədalət mühakiməsi həyata keçirilərkən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə məhkəmələr işlərə baxarkən, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməli, təhqiqat və istintaq tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda bu sübutu iş üzrə toplanmış başqa sübütların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. Məhkum polisdə saxlanılarkən aldığı xəsarətləri ekspert rəyi ilə təsdiq edilir. Pis rəftar və onun Məhkum polis tərəfindən pis rəftara məruz qalması barədə faktlar olması və bunun məhkəmə-tibb ekspertinin rəyi ilə təsdiq edilsə də, məhkəmə-tibb ekspertizasının rəyinə görə Məhkum dodağı əzilmiş və sol bud nahiyyəsinin qançırı kimi üzərində xəsarətləri vardır, istintaq orqanı faktı araşdırılmasına səthi yanaşmış, polis tərəfindən pis rəftara məruz qalma iddiasının polisin mənsub olduğu idarənin özü araşdırması müstəqil hesab edilə bilməz. Məhkəmə icraatı vaxtı Məhkum xəsarət alması, polislərdən zorakılığa məruz qalması faktı yoxlanılması üçün materialı aidiyyəti üzrə prokurorluğa göndərmiş, lakin Binəqədi rayon prokurorluğunun müstəntiqi iş materialındakı prosessual sənədləri sadalayıb araşdırma aparmamış və zorakılığa məruz qaldığını iddia edən şəxsin izahatını belə alınm amış, 08 may 2022-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və iş məhkəmənin icraatındadır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1427/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-792/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi onları təkrarlamaqla Məhkum tərəfi ndən Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan əməllərdən hər hansı birinin törədilmədiyini iddia edib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1427/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən araşdırılması və obyektiv qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə min miş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tət biq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkumun əsassız olaraq məhkum edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunm uş hallarla əlaqələndirmişlər.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1427/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Hazırki kassasiya müraciəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilmiş hesab edilməsinin əsaslarını onun ibtidai istintaqın əvvəlində verdiyi etir afedici ifadələri, İran vətəndaşı “Əli” adlı şəxslə aralarında narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı ilə bağlı əlaqə saxlanılması barədə əməliyyat məlumatları, bu iki sübuta və məhkumun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və maddəyə aid müxtəlif istintaq hərətkətləri barədə protokol və ekspertiza rəyləri təşkil etmişdir.

18. Cinayət işi materiallarında olan sadalanan sübutlara nəzər yetirildikdə görünür ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsası məhkum edilmiş şəxsin üzərinə 25 oktyabr 2021-ci il tarixdə axtarış və baxış keçirilməsi ilə bağlı tərtib edilmiş “axtarış və götürmə aparılması barədə protokol”, həmçinin eyni gün şübhəli şəxs qism ində verdiyi izahatında şəxsi axtarış zamanı üzərində aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə şəxsi istifadəsi üçün əldə etdiyi, narkotik maddələrin satışını təşkil etmədiyi, polis əməkdaşları tərəfindən şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığı, başqa hardasa narkotik vasitə saxlamadığı barədə verdiyi izahatında göstərdikləri olmuşdur.

19. Məhkum şübhəli şəxs qismində verdiyi ilkin izahatına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə əsasən cinayət prosesində şübhəli və təqsirləndirilən şəxsin ifadələri sübut kimi qəbul olunsa da, ilkin izahatın sübuta aid edilməsi təsbit edilməmişdir.

20. Digər tərəfdən, istinad edilən həmin maddənin şərti nəzərdə tutur ki, sübu tlar cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırılmaqla əldə olunmalıdır.

21. Hazırkı cinayət işi materiallarından görünür ki, Məhkum şübhəli şəxs qismində cəlb olunduqdan sonra 25 oktyabr 2021-ci il tarixdə, saat 09:30-da barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkətindən sonra onun şübhəli şəxs qismində izahatı alınmış, lakin həmin gün daha sonra 17:00-da şübhəli şəxs qismində dindirilmişdir.

22. Məhkum şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsindən başlamaqla, cinayət təqibi dövründə, həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində 25 oktyabr 2021-ci il tarixdə üz ərinə şəxsi axtarış və baxış keçirilən zaman və bundan sonra həmin gün verdiyi ilkin izahatında göstərdiklərini təkzib edərək ifadəsində göstərmişdir ki, 25 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc, daha sonra psixoloji təzyiqlər olunmuş, onu yaşadığı evin qarşısında saxlayan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən polis bölməsində otaqların birində masanın üzərinə qoyduqları narkotik vasitələri götürüb cibinə qoyması təklif edilmiş, onların təklifi ilə razılaşmadıqda onu döyməyə başlamışlar. Daha sonra ona psixoloji təzyiq edərək narahat olmamasını, özləri üçün çəkiliş apardıqlarını, çəkilişdən sonra onu azad edəcəklərini söz vermişlər. O, çarəsiz olduğundan onların təklifi ilə razılaşmışdır, onun cibindən çıxarıb masanın üzərinə qoyduğu narkotik vasitə ona məxsus deyildir.

23. Lakin məhkəmələr Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmamasına dair bilavasitə onlar qarşısında verdiyi ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayətə görə qanunla nəzərdə tutulan məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirib ittiham olunduğu əməli törətməsini sübuta yetirmiş hesab etmişlər.

24. Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olduğunu təsdiqləyən sənədləri polis əməkdaşları tərəfindən təzyiq və zorakılığa məruz qaldığından imza etmək məcburiyyətində olduğuna dair dəlil kassasiya şikayətində də irəli sürülmüşdür.

25. Həmin dəlilə münasibətdə məhkəmə ko llegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyini xatırladaraq qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləc ə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

26. Məhkəmə kollegiyası işgəncələrin qadağan olunmasını bəyan edən “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 3-cü maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş sübutların cinayət prosesində istifadəsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun nəzə rdən keçirilməsini də məqsədəmüvafiq sayır.

27. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan istifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb etməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb olur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). 3-cü maddənin pozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi – rəftarın işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifatından asılı olmayaraq – 6-cı maddənin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz edir (İbrahim və X1rşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). 3-cü maddə ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara riayət edilib-edilmədiyi məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın nəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2 fevral 2016-cı il). Sübutun məhz pis rəftar nəticəsində əldə edildiyi barədə iddiaları araşdırarkən, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmədən təhqiqat orqanı tərəfindən əvvəllər araşdırılmış eyni faktlara və hallara yenidən qiymətləndirmək tələb oluna bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsinə dair yox, tam, müstəqil və hərtərəfli yoxlama yolu ilə müvafiq sübutların mümkünlüyünü və etibarlılığ ını araşdırmaqdan ibarətdir. Pis rəftara məruz qalma nəticəsində əldə edilməsinə dair mötəbər iddiaların irəli sürülməsinə baxmayaraq, ifadənin sübut kimi qəbul edilməsi məhkəmə baxışının ədalətliliyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, № 2991/06, § 74, 26 noyabr 2019-cu il).

28. Təsvir edilən ümumi prinsiplərə əsaslanaraq, Avropa Məhkəməsi Dursun Əliyev Azərbaycana qarşı iş üzrə qəbul etdiyi qərarında belə nəticəyə gəlmişdir ki, prokurorun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarı yerli məhkəmələrə ərizəçinin təzyiq altında verdiyi iddia edilən özünün qismən etirafedici ilkin ifadələrinin sübut kimi istifadə edilməsinə qarşı etirazı üzrə araşdırma aparmaqdan imtina etmələrinə əsas vermirdi. Ərizəçinin pis rəftarla bağlı şikayətinə d air bu və ya digər formada tədqiqatın həyata keçirilməsi faktı özü-özlüyündə heç də həmin araşdırmanın həqiqətin müəyyən edilməsində səmərəli olduğunu təsdiqləmir. Bundan əlavə, ölkədaxili məhkəmələrdən iddia edilən pis rəftara görə təqsirkarların fərdi cinayət məsuliyyətinin araşdırması ərizəçiyə aid cinayət prosesində gözlənilməsə də, onlar (daxili məhkəmələr) ərizəçinin təqsirinin müəyyən edilməsi ilə bağlı sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırılma və qiymətləndirilmə aparılması vəzifəsinin daşıyıcısı idilər. Bu öhdəlik təqsirsizlik prezumpsiyası prinsipindən və təqsirləndirilən şəxsin ona qarşı hər hansı sübuta etiraz etmək hüququndan irəli gəlirdi (Dursun Əliyev Azərbaycana qarşı, № 20216/14, § 141, 27 aprel 2023-cü il).

29. Baxılan cinayət işi nin materiallarından isə müəyyən edilir ki, şübhəli şəxs qismində tutulduqdan sonra X4 xəsarət izlərinin aşkar edilməsinə dair 27 oktyabr 2021-ci il tarixli, 1744 nömrəli ekspert rəyində həmin xəsarətlərin insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilməsi göstərilmişdir. Bu ekspertiza rəyinə əsaslanmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin bir neçə qərarları ilə (sonuncu dəfə 23 avqust 2023-cü il tarixdə qəbul edilmiş 6(001)145/2023 nömrəli qərar) Bakı şəhəri Binəqədi rayon prokurorluğunun qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları ləğv edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məhkəmə qərarlarında göstərilən xüsusatların araşdırılması tapşırılmışdır.

30. Buna baxmayaraq, Məhkum apel lyasiya şikayətində və məhkəmədə verdiyi ifadəsində əvvəlki və etirafedici ifadələrin təsir və təzyiq altında verdiyini, tutularkən ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edildiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin ifadələrin yoxlanılması istiqamətində ibtidai istintaq orqanı və rayon prokurorluğu tərəfindən tam və hərtərəfli araşdırma aparılmış və nəticədə verilmiş şikayətlərdə irəli sürülən dəlillər öz təsdiqini tapmamışdır; Məhkum üzərində narkotik vasitə və psixotrop maddələrin olmaması, həmin narkotik vasitələr və psixotrop maddələrin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ibtidai istintaqın ilkin mərhələsində narkotik vasitələr və psixotrop maddələrin ondan aşkar olunması və ona məxsus olması barədə polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində zorakılıq edilməklə məcbur olaraq etiraf etməsi barədə apellyasiya şikayətində irəli sürdüyü dəlillər toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edilmiş və işin faktiki hallarına uyğun olmamışdır.

31. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında məhkəmələrə birbaşa tövsiyə edilir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, § 28).

32. Məhkəmə kollegiyasının fikrincə, X5 üzərində insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilməsi ehtimal edilən xəsarət izlərinin aşkar edilməsini təsdiqləyən 27 oktyabr 2021-ci il tarixli, 1744 nömrəli ekspert rəyinin verilməsi və həmin rəyə əsaslanmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin bir neçə qərarı ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarının ləğv edilməsi kimi halları özlüyündə Nicat Kərimovun apellyasiya şikayətində irəli sürdüyü məhkəməyədək icraatda verdiyi etirafedi ci ifadələrin və maddi sübut olan narkotik vasitələr və psixotrop maddələrin fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi barədə iddiası üzrə qəti qənaətə gəlməyi mümkünsüz edir.

33. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Nicat Kərimovun zorakılığa məruz qalması iddiasının araşdırılması məqsədi ilə müdafiə tərəfi birinci instansiya məhkəməsi qarşısında təhqiqatçı X9 izahat verməsi üçün məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırmış, Bakı Ağır Cinayətlər Məhkəməsində 21 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmin vəsatət hər hansı əsas göstərilmədən təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmişdir.

34. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.4 və 28.4.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifələrini yerinə yetirməlidirlər.

35. Həmin Məcəllənin 121.2-ci maddəsinə görə, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni m ənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin təqsirini müəyyən edilməsinə əsas olmuş sübutların siyahısında həmçinin İran vətəndaşı “Əli” adlı şəxslə aralarında narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı ilə bağlı əlaqə saxlanılması barədə əməliyyat məlumatları da göstərilmişdir.

37. Cinayət işi materiallarından görünür ki, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Cəfər Nəzərov tərəfindən 30 oktyabr 2021-ci il tarixdə Məhkum əldə etdiyi narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsindən ötrü əməliyyat tədbirinin həyata keçirilməsi üçün şöbənin əməliyyat müvəkkilərinə müvafiq göstəriş verilməsi ilə bağlı əməliyyat tapşırığı verilmişdir.

38. Əməliyyat tapşırığının icrası ilə bağlı Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisi tərəfindən verilmiş 062-32378-1221 nömrəli, 09 noyabr 2021-ci il tarixli məktubdan qeyd edilmişdir ki, Məhkum narkotik və psixotrop maddələrin aldığı mənbəni müəyyən etmək mümkün olmamışdır. Əməliyyat məlumatına əsasən Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmışdır. Hazırda mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam edir və müsbət nəticə əldə olunduğu zaman əlavə məlumat veriləcəkdir.

39. Əməliyyat tapşırığında Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının öz təsdiqini tapdığı göstərilsə də, lakin həmin məlumat şifahi xarakterli olmaqla, hər hansı bir sübutla təsdiq olunmur.

40. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə Avropa Məhkəməsi yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirməsini tələb edir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqaməti ndə istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).

41. Qeyd edilənlər rəhbər tutulmaqla cinayət işinin materialları nəzərdən keçirildikə müəyyən olunur ki, İran vətəndaşı “Əli” adlı şəxslə birgə narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə Məhkum qarşı verilən ittihamın və həmin ittihama əsasən onun məhkum edilməsinin kökündə yalnız onun özünün ibtidai istintaqın ilkin mərhələsində təzyiq altında verdiyi iddia edilən ifadəsi dayanmış, həmin sübutun mötəbərliyinə əsaslı şübhə mövcuddur, bu sübutu möhkəmləndirməklə təsdiq edən hər hansı başqa sübut iş materialların da aşkar edilmir.

42. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum olunmasının əsasını təşkil etmiş həlledici sübutların mənbəyinin mötəbərliyinə əsaslı şübhələr mövcud olduğundan, yaranan şübhələrin aradan qaldırılması üçün cinayət-prosessual qanunvericiliyinin aşağıda təsvir edilən tələblərinə riayət olunmaqla sübutların yenidən təhlilini aparılımalıdır.

43. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

44. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsi rli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

45. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

46. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirlən dirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

47. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.

48. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

49. Həmçinin məhkəmə kollegiyası vurğu layır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

50. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

51. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa tələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız m əhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.

52. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

53. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxış ında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.

54. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət prosessual qanunvericiliyinin tələbləri Avropa Məhkəməsinin yanaşması ilə də uzlaşır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumi araşdırmasının nəzərdən keçirilməsi zəruridir (Fariz Əhmədov Azər baycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).

55. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

56. Beləliklə, baxılan cinayət işinin materialları istinad edilən prosessual cinayəthüquqi normalarının tələbləri və Avropa Məhkəməsinin presedent hüququ baxımından təhlil edildikdə, Məhkum ona törədilməsi ittiham olunan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edil məsinə təsir edən halların apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tam tədqiq edilməməsi, nəticədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi aşkar edilir.

57. Bütün yuxarıda təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsinə dair yekun qərarına gələrkən, cinayət işi üzrə toplanmış sübutların tam və obyektiv tədqiqini təmin etməmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.

58. Odur ki, məhkəmə kollegiyası tərəfl ərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1427/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarı qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1427/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində ye

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar