Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1028/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 noyabr tarixli, 1(106)-843/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin (X1) 2024-cü il 30 iyul tarixli, 1(032)-4/2024 nömrəli hökmü ilə xx xxxxxx 1964-cü il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, AxtaçıMuğan kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməs ində təqsirli bilinərək 2 (iki) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 4 (gün) gün çıxılıb üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə) 2024-cü il 14 noyabr tarixli, 1(106)-843/2024 nömrəli qərarı ilə apelly asiya şikayəti təmin edilmədən, hökm apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə iittiham olunmuşdur ondan ötrü ki, o, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki gödəkçəsinin sol qoltuq hissəsində daşıyaraq saxlamış, 25 mart 2023-cü il tarixdə, saat 16:15 radələrində Məhkum Şirvan şəhəri 1 May küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətiri lərək həmin tarixdə saat 17:10-dan 17:25-dək müddətdə müdafiəçinin iştirakı ilə və videoçəkiliş ilə keçirilmiş üzərində olan həmin 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkum satış məqsədi ilə narkotik vasitəni əldə etməsi və daşıması sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən onun əməli CM-in 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMU N, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin mötəbər sübut kimi istinad etdiyi Məhkum ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Sonuncu dəfə 23 mart 2023- cü il tarixdə və ya 24 mart 2023-cü il tarixdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir ”. Halbuki, iş materiallarında olan Ambulator Məcburinarkoloji tibbi yoxlamanın 19 aprel 2023-cü il tarixli, 2346 nömrəli rəyində hal-hazırda müayinə zamanı Məhkum qanında narkotik maddənin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilmişdir. Göründüyü kimi Məhkum ibtidai istintaqda verdiyi ifadənin ekspert rəyi ilə yalan olduğu tam təsdiqini tapmışdır. D igər tərəfdən Məhkum yaşadığı evin təqribən 300 metrliyində yerləşən “Bolmart” marketin qarşısında manitor olduğunu bildiyi üçün həmin videoyazıya baxış keçirildikdə həqiqətin ortaya çıxacağına əmin olduğu üçün bilərəkdən yalan ifadə vermişdir. Məhkəmə Məhkum ibtidai istintaqda verdiyi ifadəyə və iş materiallarında olan ekspert rəyinə istinad etmiş, iş materiallarında olan digər sübutlara istinad etməmiş, bununla da obyektiv həqiqətin ortaya çıxarılması üçün qanunun onun üzərinə qoyduğu vəzifəsini yerinə yetirməmişdir İşin həqiqi halı ondan ibarətdir ki, Məhkum 25 mart 2023-cü il tarixdə, saat 16:15-də Şirvan şəhəri 1 May küçəsində deyil, Sabirabad rayonunda olmuş, o heç vaxt Kür çayının sahilində narkotik vasitə tapmamış, üzərində heç vaxt narkotik vasitə olmamışdır. Şirvan Polis İdarəsin in əməkdaşları onu Sabirabad rayonunda olarkən tutmuş və Şirvan şəhərinə gətirmişlər. Onun tutulduğu yerdə olan “BolMart” marketin manitorunda videoçəkiliş aparılmışdır. Həmin videoyazını müdafiə tərəfi məhkəməyə təqdim etmiş və videoya baxış keçirilərkən müəyyən olmuşdur ki, Şirvan şəhər Polis idarəsinin CAB-nın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Məhkum Axtaçı Muğan kəndində yerləşən “Bol Mart” marketin qarşısından tutub aparmışlar. Apellyasiya instansiyasında işə baxılarkən müdafiə tərəfinin verdiyi vəsatət qismən təmin edilmiş və məhkəmənin qismən istintaqla keçirilməsi barədə qərar qəbul edilmiş, iş materiallarında olan videoyazıya baxış keçirilmişdir. Təəssüf ki, məhkəmə videoyazıya baxış keçirilməsinə münasibət bildirməmişdir. Məhkum Axtaçı Muğan kəndində tutulduğunu, şahid if adəsi, videoyazı tam təsdiq edir. Göründüyü kimi iş materialları ilə tam təsdiq edilir ki, Məhkum 25 mart 2023-cü il tarixdə, saat 16:15-də Şirvan şəhəri 1 May küçəsində deyil, məhz Sabirabad rayonu, Axtaçı Muğan kəndində yerləşən “Bol Mart” marketin qarşısında olmuşdur. Məhkəmə son dərəcə bəsit bir məsələni diqqətdən kənarda qoyur ki, Məhkum eyni vaxtda həm Şirvan şəhəri 1 may küçəsində, həm də Sabirabad rayonu Axtaçı Muğan kəndində ola bilməz. Ekspert rəyi ilə bağlı müdafiəçi bildirmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı heç bir əsas olmasa da məhkəmə portret və audio-video yazıların ekspertizası keçirilməsi barədə qərar qəbul edilmişdir. Videoyazıda olan şəxslər açıq-aydın göründüyü üçün və ən əsası ekspertizada neqativ halların olacağını ehtimal etdikləri üçün ekspertiza keçirilməsinə müdafiə tərəfi etiraz etmişdir. Şirvan Apellyasiya Məhkəməsində videoyazıya formal baxış keçirilmişdir. Belə ki, verdikləri vəsatətdə videoyazıya baxış keçirilərkən Şirvan şəhər Polis idarəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştiraklarının təmin edilməsi xahiş edilmişdir. Bu vəsatətin verilməsində əsas məqsəd videoyazıda olan şəxslərin Şirvan şəhər Polis idarəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 olub-olmamasını əyani olaraq sübut etmək olmuşdur. Lakin məhkəmə Şirvan şəhər Polis idarəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 məhkəmədə iştiraklarına ehtiyac olmadığını bildirmiş və işin mahiyyətinə (obyektiv araşdırılmasına) uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə məhz polis əməkdaşlarını “müdafiə etmək” üçün Məhkum b arəsində qanunsuz və əsassız ittihamedici qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən polis əməkdaşının Məhkum söyməsinə hakim heç bir reaksiya verməmişdir. Sanki Məhkum söyülməyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 843/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi və Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də x eyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmə lər tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində Məhkum bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsin in Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğu n cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun v ə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkumun 25 mart 2023-cü il tarixdə saat 16:15-də ittihamda qeyd edilən yerdə olmadığını, ümumiyyətlə, Şirvan şəhəri ərazisində olmadığını, həmin ərazidən təqribən 18 km mə safədə olan Sabirabad rayonu Axtaçı-Muğan kəndində olduğunu iddia etmiş, bununla da alibi irəli sürmüş, məhkumun onun üzərində olan narkotik vasitədən məlumatının olmadığını, narkotik vasitənin polislər tərəfindən məhkumun üzərinə qoyulduğunu və məhz bu əsasla da, məhkuma bəraət verilməli olduğunu bildirmişlər. Kassasiya şikayətinin dəlillərini də məhz bu müddəalar təşkil edir. Müdafiə tərəfi bu dəlil və müddəalarla bağlı məhkəmələrə öz sübutlarını təqdim etmişdir. Bu sübutlar məhkumun ifadəsi, Sabirabad rayonunun Axtaçı-Muğan kəndində yerləşən marketin müşahidə kamerasından əldə edilmiş videogörüntü və şahid X6 ifadəsidir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin dəlillərini təkzib edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə təqsirləndirilən şəxs Məhkum məhk əmə iclasında verdiyi ilkin ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə ilkin olaraq bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırmanın ilkin mərhələlərində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, yalnız ibtidai araşdırmanın sonunda özünü təqsirli bilməyib, istintaqa ilkin vermiş olduğu ifadələrini təkzib etmiş və ifadə verməkdən imtina etmişdir. Belə ki, ibtidai araşdırma za manı ilkin olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadəsində bildirmişdir ki, narkotik vasitə olan marixuananı yandırıb tüstüsünün ciyərə çəkilməsi vasitəsilə istifadə edir. Sonuncu dəfə 23 mart 2023-cü il tarixdə və ya 24 mart 2023-cü il tarixdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 25 mart 2023-cü il tarixdə saat 15 radələrində balıq tutmaq üçün Kür çayının sahilinə getmiş, həmin vaxt Kür çayının sahilində sellofan torba görmüş, həmin sellofan torbanı açıb içərisinə baxdıqda torbada narkotik vasitə olan marixuana olduğunu görüb həmin torbanın içərisində olan marixuanadan istifadə etmək üçün gödəkçəsinin sol qoltuqaltı hissəsinə qoyub saxlamış, 25 mart 2023-cü il tarixdə saat 16 radələrində o Şirvan şəhəri 1 May küçəsində gəzən zaman özünü şübhəli apardığına görə polis əməkdaşları ona yaxınlaşıb ona onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsiaxtarış keçirilmiş, şəxsi-axtarış zamanı əynindəki gödəkçəsinin sol qoltuqaltı hissəsində özü qəbul etmək üçün saxladığı 01 ədəd sellofan torbanın içərisində marixuana narkotik vasitəsi aşkar edilib götürülmüş, sorğu zamanı o üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan qurudulmuş marixuananı 25 mart 2023-cü il tarixdə saat 15 radələrində Kür çayının sahilindən tapdığını bildirmiş, polis əməkda şları vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə marixuana olan torbanı zərfə qoyaraq möhürləmiş, sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmiş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması, üzərində heç bir narkotik vasitə və ya psixotrop maddənin olmaması barədə bildirdikləri işin obyektiv halları ilə tam təkzib olunur. Eyni zamanda məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi vəsatəti əsasında dindirilmiş, cinayət işi üzrə əlavə şahidin vermiş olduğu ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ifadə ilə Məhkum bil dirdikləri arasında ziddiyyətlər mövcuddur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində təqsirləndirilən şəxs Məhkum saxlanılan zaman ətrafda polis avtomobili və polis geyimində olan bir şəxs görməsini bildirmiş, halbuki iş materialları və təqsirləndirilən şəxsin özünün ifadəsi ilə deyilənlər tam təkzib olunur.” Məhkəmənin əsaslandırması bundan ibarətdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, həmin məhkəmə tərəfindən də müdafiə tərəfinin alibi ilə bağlı dəlillərinə əsaslandırılmış qiymət verilməmiş, məhkəmələrin qiymətləndirməsi və əsaslandırması obyektiv və neytral müşahidəçini qane edəcək səviyyədə deyildir. Müdafiə tərəfinin məhkəmələrə təqdim etdiyi videogörüntü isə məhkəmələrin qiymətləndirməsindən tam kənarda qalmı ş, hər iki instansiya məhkəməsində videogörüntü məhkəmə iclaslarında nümayiş etdirilərək tədqiq edilməsinə baxmayaraq, məhkəmələr bu görüntülərə heç bir münasibət bildirilməmiş, videogörüntünün məhkəmələrə ötürdüyü informasiya məhkəmələrin qiymətləndirməsindən kənarda qalmış, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin “məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” tələbinin yerinə yetirilməsinə təşəbbüs göstərməmişlər. Videogörüntüdən də aydın olur ki, həmin vaxt hadisə yerində başqa şəxslər də olmuş və həmin şəxslər bir şəxsin iki şəxs tərəfindən zorla avtomaşına mindirilməsini seyr etmişlər. Lakin məhkəmələr həmin şəxslərin də dindirilməsinə cəhd etməmiş, məhkəmə islasında dindirilmiş şahid X6 ifadəsini isə məhz bu səbəbdən qəbul e tməmişdir ki, həmin şahid təqsirləndirilən şəxs Məhkum saxlanılan zaman ətrafda polis avtomobili və polis geyimində olan bir şəxs görməsini bildirmiş, halbuki iş materialları və təqsirləndirilən şəxsin özünün ifadəsi ilə deyilənlər tam təkzib olunur. Lakin həmin şahidin təqsirləndirilən şəxsin ifadəsi ilə üst-üstə düşən digər hissələri məhkəmələrin qiymətləndirməsindən kənarda qalmış, bu məsələlərə heç bir qiymət verilməmiş, aydınlıq gətirilməmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkumun və polis əməkdaşlarının anten dairəsi ilə bağlı məlumatları götürmüş, lakin məhkəmə qərarlarında götürülən məlumatlarla bağlı məhkəmənin mövqeyi görünmür, müdafiə tərəfinin həmin götürülən məlumatlarla bağlı şübhəli məqamlar kimi qeyd etdiyi heç bir hala aydınlıq gətirilməmiş, yalnız sübutlar sadalanmaqla kifayətlənilmiş, amma sadalanan sübutlar qiymətləndirilməmişdir. Bundan başqa, istər birinci instansiya məhkəməsinin hökmündən, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, hər iki məhkəmə müdafiə tərəfinin təqsirsizliklə bağlı dəlillərini təkzib edərkən və Məhkum təqsirli bilərək məhkum edərkən, onun ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu qismən etiraf ifadəsinə istinad etmiş, lakin bu zaman sonradan imtina olunan həmin etiraf ifadəsi verilərkən təqsirləndirilən şəxsin konstitusion hüquq olan müdafiə hüququnun təmin edilib edilməməsi məsələsini araşdırmamış, müdafiəçiyə etiraz məsələsinin həll edilib-edilməməsini, müdafiəçinin, üzərinə baxış keçirilməmişdən öncə təqsirləndirilən şəxslə konfiden sial şəraitdə görüş keçirib-keçirməməsini, dövlət büdcəsinin vəsaiti hesabına müstəntiq tərəfindən təyin edilmiş müdafiəçinin təqsirləndirilən şəxsin mənafeyinə uyğun hər hansı bir hərəkət edib-etməməsini və yaxud yalnız istintaq hərəkətləri zamanı müşahidəçi kimi cərəyan edənləri seyr etməsini araşdırmamış, sübutları qiymətləndirərkən, bu məsələyə heç bir münasibət bildirməmişlər. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 19.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüquq unun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətlər i özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Məhkəmə kollegiyası qeyd edir ki, t əqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. CPM-in 90.7.8-ci və 91.5.8-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Bu hüququ təmin etmək və bu hüququ n reallaşdırmasını praktiki olaraq təmin etmək təhqiqat və istintaq orqanlarının vəzifəsidir. Həmin məsələ istər daxili Qanunvericilikdə, istərsə də Avropa Məhkəməsinin qərarlarında kifayət qədər geniş şərh edilmiş və həmin pozuntu Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir. Avropa Məhkəməsi Saxnovski Rusiyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkili ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Müştərilər və vəkillər arasındakı münasibətlər üzərində səciyyəvi və ya birbaşa hər hansı məhdudiyyət təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi yardım hüququna əngəl yaratmamalıdır (§ 1 02). İştirakçı Dövlətlərdən yalnız vəkil təqsirləndirilən şəxsin maraqlarını açıq-aşkar səmərəsiz təmsil etdikdə və ya sadəcə bu səmərəsizlik onun diqqətinə çatdırıldıqda müdaxilə etmək tələb olunur (Kamasinksi Avstriyaya qarşı, § 65; İmbrioskia İsveçrəyə qarşı, § 41; Daud Portuqaliyaya qarşı, § 38). Vəkil təqsirləndirilən şəxs üçün hərəkət etmədikdə (Artiko İtaliyaya qarşı, §§ 33, 36), yaxud vəkil əsas prosessual tələblərə əməl etmədikdə (tələblərə riayət olunmama düşünülmüş müdafiə taktikası və ya arqumentasiyanın yetərsizliyi hesab oluna bilmədikdə) Dövlətin məsuliyyəti yaranır (Czekalla Portuqaliyaya qarşı, §§ 65, 71). Həmçinin Məhkəmə X7rşı iş üzrə qərarında göstərmişdir ki, müştərisi ilə məsləhətləşmə apara və ondan nəzarət altında olmadan məxfi təlimatlar ala bilmədikdə, hüquqşünası n yardımı yararlılığını əhəmiyyətli dərəcədə itirir Həmçinin CPM-in 92.9.2-ci maddəsinə əsasən müdafiəçinin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi vacib hesab edir ki, formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə tərtib olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə yüksək keyfiyyətli hüququ yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçinin prosesdə iştirakı açıq görülməli, müdafiəçinin təqsirləndirilən şəxsin mənafeyinə uygun bir hərəkət etməsi, müdafiəni səylə və səmərəli həyata keçirdiyi açıqaydın görünməlidir. Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996cı il tarixli Qərarı, § 47; Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Təqsirləndirilən şəxsə təmin edilən "imkana" vəkillə məsləhətləşmə imkanı da daxildir (Kempbell və X12rşı, § 99; Qoddi İtaliyaya qarşı, § 31). Təqsirləndirilən şəxsə vəkili ilə məsləhətləşmək imkanın verilməsi müdafiənin hazırlanması üçün fundamental əhəmiyyət daşıyır (Bonzi İsveçrəyə qarşı (qər); Kan Avstriyaya qarşı, § 52). 6-cı maddənin 3(b) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi çərçivəsində hüquqi yardım hüququ ilə üst-üstə düşür (məsələn, bax: Lanz Avstriyaya qarşı, §§ 50-53; Öcalan Türkiyəyə qarşı [BP], § 148; Trepaşkin Rusiyaya qarşı (№ 2), §§ 159-168). 6-cı maddənin 3(c) yarımbəndi 6-cı maddənin 1-ci bəndi çərçivəsində ədalətli məhkəmə araşdırılması hüququnun müəyyən aspektlərini əhatə edir (Korreya de Matos Portuqaliyaya qarşı (qər.); Fuçer Fransaya qarşı, § 30). Bu yarımbənd təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə tə min edilmədən keçirilməsinin qarşısını alır (Pakelli Almaniyaya qarşı, § 84). O, üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən müdafiə etmək, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək və müəyyən şərtlər çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi (Pakelli Almaniyaya qarşı, § 31). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı [BP], § 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, § 31). Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir (Lagerblom İsveçə qarşı, § 49; Qalstyan Ermənistana qarşı, § 89). Eynilə, ərizəçinin vəkilinin iştirakı öz-özlüyündə təqsirləndirilən şəxsin iştirak etməməsini kompensasiya edə bilməz (Zana Türkiyəyə qarşı [BP], § 72) X13rşı və Pelladoa Niderlanda qarşı iş üzrə qərarlarında Məhkəmə qeyd etmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Buna görə də, Məhkəmənin rolu, prinsip etibarilə, müəyyən növ sübutların - məsələn, milli qanunvericiliyə görə qeyri-qanuni əldə edilmiş sübutun mümkün olub-olmadığını müəyyən etməkdən deyildir. Cavab verilməli olan sual bütövlükdə məhkəmə icraatının, o cümlədən sübut un əldə edilmə üsulunun ədalətli olub-olmamadığıdır. Bura iddia olunan qanunsuzluğun, başqa Konvensiya hüququnun pozulması halında müəyyən edilmiş pozuntunun xarakterinin nəzərə alınması daxildir (X14rşı, § 34; P.G. və C.H. Birləşmiş Krallığa qarşı, § 76; X9rşı, § 42). Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən, ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilibverilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və səhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Əldə edilmiş sübut başqa materialla dəstəklənmədikdə, ədalətlilik problemi mütləq surətd ə ortaya çıxmasa da, qeyd edilə bilər ki, sübut çox güclü olduqda və etibarlı olmamaq riski daşımadıqda, dəstəkləyici sübuta olan ehtiyac da müvafiq olaraq zəif olur (Bıkov Rusiyaya qarşı [BP], § 89; Yalloh Almaniyaya qarşı [BP], § 96). Bununla əlaqədar olaraq, Məhkəmə sözügedən sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına da əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı). Lakin məhkəmələr tərəfindən Məhkum ibtidai istintaq zamanı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilib-edilməməsi araşdırılmamış, bu məsləyə hüquqi qiymət verilməmişdir. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. (Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cü il tarixli qərarı). Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qey d etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəala rı düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 419.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. CPM-in 41 9.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilm əsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2024-cü il 30 iyul tarixli, 1(032)-4/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmi ş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 2024-cü il 14 noyabr tarixli, 1(106)-843/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1028/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1028/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver