Məhkəmə qərarları › İş №1(102)-1029/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1029/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1029/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqova Zibeydə Söhbət qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsini n 18 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(101)-429/2022 nömrəli (hakim R.Ə.Sadıxovun sədrliyi, hakimlər N.A.Kərimov və A.İ.Paşayevdən ibarət tərkibdə) hökmü ilə xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü m addəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutlar ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 08 iyul 2022-ci il tarixli 1(103)-615/2022 nömrəl i qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarından Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımada təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 10,997q ram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 ədəd elektron tərəzini əldə edib üzərində saxlamaqla daşımış, 26 avqust 2021-ci il tarixdə saat 22:00 radələrində DİN-in BNMİ-nin əməkdaşlarının əvvəlcədən əldə olunmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 69 “B”-nin yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nin ünvan 1 ünvanda yerləşən inzibati binasına aparılmış, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki mavi rəngli donun sol yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 10,997 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektr on tərəzi aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilməmişdir. Məhkum tutulduğu andan müdafiə hüququ pozulub. O, dərhal vəkillə təmin edilməyib, hüquqları ona i zah edilməyib, nə üçün həbs edildiyi ona deyilməyib. Bir saat tamamilə polisin nəzarətində saxlanılıb, ailəsi ilə əlaqə saxlamağa, özünün seçdiyi vəkillə təmin edilməsinə şərait yaradılmayıb, müstəntiq özü dövlət hesabına vəkil çağırıb, həmin vəkili də Məhkum özü seçməyib. Vəkil onun müdafiəsi üçün heç bir hərəkət etməyib. Nə protokollara qeyd verməyib, nə konfidensial görüş keçirməyib, barəsində seçilmiş həbs qətimkan tədbirindən şikayət etməyib, sonrakı istintaq hərəkətlərində onun yanında olmayıb. Məhkum üzərinə baxış keçirilməsi həbs edildiyindən bir saat sonra keçirilib. Halbuki, o, evdə həbs edilmişdi və elə evdə üzərinə baxış keçirilməsinə şərait var idi. Həmçinin evinin yaxınlığında polis bölməsi olsa da, BNMİ-yə aparılıb və orada bir saatdan sonra baxış keçirilib. Məhkum bildirir ki, onun üzərində narkotik maddə olmayıb. Polis özü onun üzərinə bir büküm, on qram miqdarında narkotik və tərəzi qoyub. Halbuki heç vaxt tərəzisi olmayıb. Müdafiəçi BAM-da məlumatların yoxlanılmasını, tədqiq edilməsini, əməliyyat qeydiyyatının aparılıb-aparılmamasını, məlumatı verən şəxslərin şahid kimi dindirilməsini xahiş etsə də, lakin məhkəmə vəsatəti təmin etmədi və mövqeyini əsaslandırmadı. Halbuki, məhkəmələr vəsatətləri rədd edərkən, öz mövqeyini əsaslandırmalı idi. Təqsirləndirilənin başqa bir sübut olmadığı halda cinayət etməsini etiraf etməsi şübhəsizdir ki, kənar təsirin - işgəncənin nəticəsində baş verib. Bundan başqa Məhkum qeyd edir ki, həbs edildiyi andan döyülüb. Saxlanıldıqdan sonra polis idarəsində fiziki zorakılığa və işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəft ara məruz qaldığımı, bu səbəbdən yalan ifadə verməyə məcbur edildiyindən vermiş olduğu ifadənin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmələr əsassız olaraq törədilmiş cinayət əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xa hiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Sadıqova Zibeydə Söhbət qızı kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş materialları ilə sübuta yetirildiyindən, hadisə zamanı məhkumun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin kül li miqdarın aşağı həddindən beş dəfə çox olmasını nəzərə alaraq verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddəl ərinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məc əllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti t örədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən ed ilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan ci nayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən ci nayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması barədə, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq k ülli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində törədilmiş cinayət əməlinin məhkəmələr tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən e dildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasit ələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2021-cİ il tarixli raportdan müəyyən olunur ki, ünvan 2 ünvanda yaşayan Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barəd ə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 26 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə aparılmış baxış zamanı Məhkum əynindəki mavi rəngli donun sol yan cibindən bir ədəd şəffaf bükümdə psixotrop maddə olan metamfetamini və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin maddə və elektron tərəzi özünə məxsusdur, həmin kütləni dörd gün əvvəl tanımadığı İran vətəndaşından 147 manata öz istifadəsi və tanışlarına hədiyyə etmək üçün almışdır. Təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xır da bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2021-ci il tarixli, 6/3727 saylı məhkəməkimyəvi ekspertizasının rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: “Şübhəli Məhkum təqdim etdiyi 1 ədəd elektron tərəzi və 1 bükümdə psixotrop maddə” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 10,997 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psix otrop maddə metafetamindir və bir ədəd “qara” rəngli elektron tərəzinin üzərində metafetaminin izləri vardır. Psixotrop maddə olan metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən külli miqdar (aşağı həddi 2 qram) təşkil edir. Həmin qanunun İİ siyahısını əsas tutaraq Məhkum üzərində aşkar olunan külli miqdarda, yəni şəxsi istehlak miqdarından artıq miqdarda metamfetaminin olması iş materiallarında olan sübutlarla tam təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X1 xx.xx.2021-ci il tarixli, 4133 sa ylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Məhkum psixotrop maddə olan metafetaminin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkum 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs təqsiləndirilən şəxs Məhkum üzərindən aşkar olunaraq götürülümüş “Samsung” markalı mobil telefona baxış zamanı Məhkum müxtəlif nömrələrlə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar şübhəli məzmunlu sms yazışmalarının aparılması müəyyən edilmişdir. Məhkum ona məxsus olan mobil t elefonda olan “WhatsApp” proqramında psixotrop maddə olan metamfetaminin müxtəlif şəxslərə satması məzmununda yazışmaların müəyyən edilməsi və Şahid1, Şahid2 və Şahid4 ondan pul müqabilində psixotrop maddə olan metamfetamini almalarını bildirmələri ilə bağlı verilmiş suallara cavab verməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə icraatı zamanı dindirilmiş Şahid4 sərbəst ifadəsində təqsirləndirilən Məhkum narkotik maddələri pulla almasını qeyd etsə də sonradan, məhkəmə istintaqında suallara ziddiyyətli cavablar verərək sözü gedən maddələri Məhkumla birgə almasını, əslində əldə etdikləri psixotrop maddəyə görə pulu başqa karta köçürdüklərini bildirmişdir. Bu isə məhkəmə kollegiyası tərəfindən həmin hissədə onun ifadəsini Məhkum məsuliyyətdən yayınmasına yönəlmiş müda fiə xarakterli vasitə kimi qiymətləndirib ibtidai istintaqda və məhkəmə baxışında vermiş olduğu sərbəst ifadəsinin daha mötəbər hesab edilməli olması barədə qənaətə gəlmişdir. İş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, ibtidai istantaq zamanı şahid X10 münasibəti yarandıqdan sonra ona patı satması, həmin vaxtlar patı istifadə etdiyi üçün ondan patı almaq qərarına gəlməsi, patının hər bir qramına görə 70 manat pul verməsi, bir neçə dəfə Məhkum yaşadığı evdə onunla birlikdə patı çəkməsi, patının pullarını nəğd və Məhkum məxus bank kartına köçürməklə ödəməsi ilə bağlı ifadə vermişdir. Həmçinin iş materiallarına nəzər yetirdikdə görünür ki, ibtidai istintaqda şahid qismində dindirilmiş X11 narkotik vasitə patının satışı ilə məşğul olması, o da 2021-ci ilin yanvar ayından Məhkum patı almağa başlaması, ondan təxminən 3-4 dəfə patını 60 manata alması ilə bağlı ifadə vermişdir. Qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası “ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin müdafiə hüququnun pozulması – yəni özünün seçdiyi vəkillə təmin edilməsinə şərait yaradılmaması, müstəntiqin özü dövlət hesabına vəkil çağırması, həmin vəkili də Məhkum özü seçməməsi, vəkil onun müdafiəsi üçün heç bir hərəkət etməməsi, protokollara qeyd verməməsinə” dair dəlillərini də tamamilə əsassız hesab edir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum saxlandığı anda ona hüququları izah olunmuş, o hüquqlarının müdafiə olunmasından ötrü maddi imkanının olmadığını, hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş edərək yazılı ərizə ilə müraciət etmişdir. (i.m. cild 1, səh. 12). Daha sonra seçim etmək üçün ona “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosundan beş nəfərdən ibarət vəkilllərin siyahısı və əlaqə nömrələri təqdim olunmuş, həmin siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə etməsinə etiraz etmədiyini bildirmiş, bu barədə 26 avqust 2021-ci il tarixli protokol tərtib olunmuş və protokol Məhkum tərəfindən imzalanmışdır. (i.m. cild 1, səh. 13-14). Eyni zamanda Məhkum səmərəli müdafiə hüququnun təmin edilməsi məqsədilə hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi təyin olunması barədə qərar “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosuna göndərilmişdir. 26 avqust 2021-ci il tarixli “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokola əsasən müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqları, həmçinin tutulduğu andan müdafiəçiyə malik olmaq, madafiəçinin yardımından pulsuz istifadə etmək, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünü müdafiə etmək hüquqlarını izah edərək 26 avqust 2021-ci il tarixli, nömrəli order əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkili X2 onu n hüquqlarım müdafiə etmək təqdim etmiş, Məhkum təqdim olunan vəkil İskəndərov Binnət oğlu tərəfindən cinayət prosesində hüquqlarının müdafiə olunmasını istəmiş, həmin protokol F.Məhərrəmov və vəkil X5 tərəfindən imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə istintaq hərəkətləri aparılarkən, bu barədə müvafiq protokollar tərtib edilərkən Məhkum CPM-də nəzərdə tutulmuş bütün hüquqları təkrartəkrar izah edilmiş bu barədə də müvafiq protokollar tətib olanaraq sərbəst şəkildə özü və müdafiəçisinin imzası ilə təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətində göstərdiyi Məhkum ibtidai istintaq müddətində müdafiə hüququnun pozulmasına dair yuxarıda göstərilən dəlilləri tamamilə əsassızdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin həm ibtidai istintaq zamanı, məhkəmələrdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasına dair kassasiya şikayətində qeyd edilən dəlillərinə qiymət verərək müəyyən etdi ki, müdafiə tərəfi işgəncə faktının araşdırlması və iddia etdikləri halların müəyyən edilməsi üçün ibtidai istintaq zamanı və birinci instansiya məhkəmə baxışı zamanı bu barədə hər hansı bir vəsatətlə çıxış etməmiş, hətta məhkum tərəfindən verilmiş apellyasiya şikayətində də (cild 1, səh. 210) qeyd edilən məsələ barəsində heç bir müraciəti olmamışdır. Bundan əlavə iş materiallarında olan yazılı müdafiə nitqinə əsasən (cild 1, səh. 7493) müəyyən olunur ki, apellyasiya məhkəmə baxışında da müdafiə tərəfi məhkumun video çəkilişlə, müdafiəçinin iştirakı ilə etiraf ifadələrinin verilməsi, özünü qis məndə olsa təqsirli bilməsini işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla əlaqədar olmasını mübahisələndirməmiş, yalnız məhkumun şəxsiyyət vəsiqəsində kişi olmasına baxmayaraq, özünü qadın hiss etməsi və buna müvafiq “homofob” münasibətə məruz qalması ilə əlaqələndirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəç isi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin di gər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarına əsasən Məhkum nə ibtidai istintaq zamanı, nə də birinci instasiya məhkəməsində işinə baxılarkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasına dair əsaslı şübhə yaradan dəlillər təqdim edilməmiş, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla təsdiqini tapmamışdır. Kassasiya şikayətinin yeni faktiki hallar üzrə (şəxsin evində tutulması və s.) dəlilləri ilə əlaqədar xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını, həmçinin maddi hüququn tətbiqində səhvə yol verib-vermədiyini yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi və ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəlliflərin məhkəmə qərarlar ının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Odur ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, m əhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmasını (İİİ dərəcə əlilliyi olmasını, qardaşı X7 Vətən müharibəsində iştirakı və «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilməsini) və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həy at şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar