Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1029/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayəndəsi Qədirov Ağabba İntiqam oğlunun, Məhkum və onun müdafiəçisi Xıdırov Bəhruz Müseyib oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi B.M.Xıdırov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1991-ci il tarixdə Laçın şəhərində anadan olmuş, doğulmuş, Azərbaycan Respu blikasının vətəndaşı, ali təhsilli, heç yerdə işləməmiş, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ehtiyatsızlıqdan xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 30 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində əri Zərərçəkmiş şəxs və iki azyaşlı uşaqları ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında olarkən, bir gün əvvəl yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmin ində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs təpiklə uşağın beşiyini vurub qırması səbəbindən, həmin beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında yenidən baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs onu döyüb boğmaqla boynunun və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsindən qəzəblənib ondan qisas almaq üçün qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədilə evdəki çarpayının altındakı qab-qaşıq saxladığı qabın içindən soyuq silah hesab olunmayan mətbəx bıçağını sol əlinə götürərək, xüsusi amansızlıqla - xx xxxx 2015-ci il təvəllüdlü azyaşlı uşağı Şahid9 gözü qarşısında Zərərçəkmiş şəxs sinəsindən bir zərbə vurmaqla, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısının boşluğa nüfuz edərək ü rəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirmiş, sonra isə əməlindən peşman olub təcili tibbi yardıma bir neçə dəfə zəng etsə də, Zərərçəkmiş şəxs buna etiraz edərək hər dəfə imtina etmiş və sonuncu hadisədən təxminən 4 saat sonra təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatının aparılmasına baxmayaraq ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə səbəbindən orada ölmüşdür. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X4, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və məhkumun müdafiəçisi B.M.Xıdırov tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (səd rlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 29 noyabr 2022ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi B.M.Xıdırov kassasiya şikayəti verərək həmin qərarın əməlin hüquqi tövsifi hissəsində dəyişdirilərək, Məhkum əməlinin CM-nin 126.3-cü maddəsindən CM-nin 123.1-ci maddəsinə tövsif edilərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsini və onun həbsdə saxlanıldığı müddət nəzərə alınma qla məhkəmə iclas zalından azadlığa buraxılmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, iş üzrə toplanmış sübutlara, Azərbaycan Respublikasının Konstitusiyasının, “İnsan Hüquqlarının və Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin bir sıra maddələrinə, iş üzrə tolplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə iş üzrə qəbul edilmiş yekün məhkəmə aktlarına istinad edən müdafiəçi B.M.Xıdırov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi araşdırma aparılması olduqca vacib olduğu halda bunu etmədən, əksinə işin faktiki hallarını təhrif edə rək, əsassız qərar çıxarmışdır. Halbuki, cinayət işinin qismən məhkəmə istintaqı ilə aparılması barədə tərəfindən dəfələrlə vəsatətlər verilsə də, həmin vəsatətlər təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin əsaslı vəsatətlərini təmin etməməsi, işə qərəzli yanaşmasın, eləcə də işə ədalətsiz yanaşmaqda maraqlı olması nəzərə alınaraq bütün məhkəmə tərkibinə qarşı etiraz verməsinə baxmayaraq, məhkəmə tərkibi ona ünvanlanmamış, onun həmin etiraza baxmaq səlahiyyəti olmadığı halda əsassız olaraq etiraza baxaraq etirazın əsassız olması barədə qərar çıxarmışdır. İş materiallarından görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs hadisəni zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və sair qanunsuz və əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəx sin mütəmadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər də Məhkum dəfələrlə uşaqlarının gözü qarşısında döymüş, daha sonra boğmuş, müəyyən hallarda uşaqları da döymüş, sonuncu isə özündən fiziki cəhətdən güclü olan ərinə gücü çatmadığı üçün özünü müdafiə məqsədi ilə hər dəfə Zərərçəkmiş şəxsi qorxuzmuş, bıçağı görən Zərərçəkmiş şəxs öz hüquqazidd hərəkətlərindən əl çəkmiş, lakin hadisə baş verən günü dişi ağrıdığı üçün işdən evə tez qayıdan Zərərçəkmiş şəxs ağrıması ilə əlaqədar əsəbləri daha da gərgin olduğu üçün aralarında yaranmış mübahisədən sonra Məhkum döymüş, daha sonra boğmuş, son anda ölümdən canı qurtararaq onun əlində n çıxıb, bıçağı götürüb həmişəki kimi onu qorxuzmaq istəsə də, Zərərçəkmiş şəxs onu öldürəcəyini ifadə edərək onu təkrar boğmağa başlamış, bu vaxt isə bıçaq Zərərçəkmiş şəxs batmışdır. Həmçinin hadisəni yaşamış şəxs olaraq Zərərçəkmiş şəxs hüquqlarını müdafə etdiyi şəxsin məsuliyyətə cəlb edilməməsini istəyib bununla bağlı zəruri addımlar da atmış, şahid ifadələri ilə qeyd olunan hal öz təsdiqini tapmışdır. Məhkum məsuliyyətə cəlb edilməməsi üçün son nəfəsinədək əlindən gələni əsirgəməmiş, bütün olanlarda özünün təqsirli olmasını qəbul etmiş, törətdiyi hüquqazidd hərəkətlərdən peşmanlıq hissi keçirmişdir. Qeyd olunan hallarla yanaşı məhkəmələr tərəfindən ailədə yaranmış münaqişənin yalnız maddi sıxıntılarla əlaqədar olması, həmçinin əvvəllər də Məhkum əri tərəfindən döyüldüyü vaxtlar, ərin i bıçaqla qorxudaraq əməlindən çəkinməsi nəzərə alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Məhkum cinayət hadisəsi baş verən müddətdə anlaqlılığını təsdiq edən ekspertiza rəyi olsa da, ekspertiza təyin edilməsi barədə qərarda işin faktiki halları tam təsvir edilmədən, tərəflərin hadisəyə qədər, hadisə zamanı və hadisə baş verdikdən sonra davranışları, hadisənin hansı anda baş verməsi və.s. göstərilmədən, ekspertlər qarşısında hadisə zamanı Məhkum fizioloji affekt vəziyyətində olub-olmamasını müəyyənləşdirmək üçün bütün zəruri suallar qoyulmadan, həmin qərar ekspertizaya təqdim edilmiş, bu isə həqiqəti əks etdirməyən ekspertiza rəyinin verilməsi ilə nəticələnmişdir. Bununla yanaşı Məhkum ittiham olunduğu maddə üzrə qəsdən sağlamlığa ağır zərər yetirməklə ehtiyatsızlıqdan ada m öldürmə üzrə təqsirli bilinsə də, Məhkum onun ölümündə ehtiyatsızlığının nədə ifadə olunmasını ittiham tərəfi sübuta yetirə bilməmiş, Zərərçəkmiş şəxs həkim səhvi və ya səhlənkarlığı ucbatından ölməsi araşdırılmamışdır. Bununla bağlı müdafiə tərəfi bildirmişdir ki, ekspertiza rəyi ilə ölümün səbəbi ürəyin zədələnməsi ilə müşahidə olunan kəskin daxili və xarici qanaxma kimi müəyyən edilsə də, ümumiyyətlə Zərərçəkmiş şəxs ürəyindən xəsarət alması cinayət işinin materialları ilə sübuta yetirilmir. Qanunvericiliyin tələblərinə əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Göründüyü kimi mərhumun ölümünün səbəbi düzgün müəyyən edilməmiş, hətta ittiham tərəfinin sübuta yetirilməyən, mötəbərliyi şübhə altında olan mövqeyinin qeyri-mötəbərliyini nəzərə almayıb, ölümün məhz ü rəyin zədələnməsi nəticəsində kəskin qanaxmadan baş vermiş kimi qəbul edilsə belə, mərhumun vaxtında tibb müəssisəsinə getməməsi, bununla da qan itirib ölməsində Məhkum günahlandırmaq olmaz. Belə ki, fərqli vaxtlarda hadisə yerinə gələn şahidlərin hər biri Zərərçəkmiş şəxs xəsarət alsa da, əlini yarasının üstünə qoyub evin içində ayaq üstündə gəzdiyinə dair ifadələr vermişdir. Kəskin qanaxması olan şəxsin uzanaraq qanın sürətli axmasını azaltmaq əvəzinə, ayaq üstə gəzməsi qanın axımını daha da sürətləndirir, bədəndə olan qanın daha tez axıb qurtarması ilə nəticələnir. Digər tərəfdən zərərçəkmiş şəxs xəsarət aldıqdan dərhal sonra Məhkum dəfələrlə təcili tibbi yardım çağırmağa cəhd etsə də, o, buna imkan verməmiş, lakin buna baxmayaraq Məhkum ona dərhal ilkin tibbi yardım göstərmiş, qonşul uqda yaşayan tibb bacısı Xi ilkin tibbi yardım göstərməsi üçün hadisə yerinə çağırmış, Leylinin yazdığı dərmanları aptekdən alaraq onunla birlikdə Zərərçəkmiş şəxsə tibbi yardım göstərmiş, daha sonra isə onun etirazlarına baxmayaraq Təcili Tibbi Yardıma zəng vursa da, Zərərçəkmiş şəxs zəng vuraraq təcili yardımdan imtina etmiş, buna baxmayaraq Məhkum 30 yanvar 2022-ci il tarixdə saat 16:35-də yenə də Təcili Tibbi Yardıma zəng vuraraq həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaq zərbəsi aldığını, yara yerinin açıq olduğunu və qanaxma verdiyini bildirərək ona köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs vaxtında təcili tibbi yardım çağırılmasına özü imkan verməmiş, xəsarət aldığı vaxtdan müqaviməti qırılana qədər ayaq üstə evdə gəzməklə qanaxmanın daha şiddətli axmasına şərait yaratmaqla məhz ölümün reallaşmasına da mərhum özü səbəbkar olmuşdur. Halbuki, Zərərçəkmiş şəxs çağırılmış Təcilii Tibbi Yardımdan imtina etməsəydi, vaxtında tibb müəssisəsinə getsəydi tibbi müdaxilələrin vaxtında göstərilməsi ilə onu həyatda saxlamaq mümkün olardı. Digər tərəfdən də, ölümün əsas səbəbləri də, ibtidai araşdırma və və məhkəmə iclaslarında araşdırılmamış, həkimlərin səhlənkarlıq məsələsi də müzakirə edilməmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəbkar məhz özü olduğu halda, Məhkum əməlinin hansı səbəbdən qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan adam öldürmə kimi tövsif edilməsi məhkəmə tərəfindən mühakimənin ədalətsiz keçirilməsinin göstəricisidir. Yuxarıda göstərilənlərdən açıq şəkildə görünür ki, ümumiyyətlə ölümün səbəbi düzgün müəyyən e dilməmiş, bununla bağlı heç bir araşdırma aparılmamış, məhkəmə istintaqı zamanı müvafiq ekspertiza təyin edərək, ölümün səbəbinin müəyyən edilməsi aydınlaşdırılmamışdır. Müdafiəçinin fikrincə, Məhkum ittiham olunduğu maddə üzrə cinayət əməlini törətməsi sübuta yetirilmir və ibtidai istintaq orqanı kimi, məhkəmələr də onun əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi barədə səhv nəticəyə gəlmiş, bu nəticə isə formalaşmış məhkəmə təcrübəsinə zidd olmuşdur. Qeyd olunanlara əsaslanaraq müdafiəçi B.M.Xıdırov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi B.M.Xıdırov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində apellyasiya instansiyası məhkəməsinin əhəmiyyətli sübutlar ın tədqiqindən imtina etməsini, sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək məhkum olunmuş şəxsin əməlinin əsassız olaraq CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirildiyini və həmin maddə ilə ona ağır cəzanın təyin edildiyini iddia edərək öz kassasiya tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Bundan başqa, müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahlarının nəzərə alınmamasını, bununla da məhkəmə təcrübəsinin vahidliyinin pozulmasını da iddia edir və yuxarıda göstərilənlərlə yanaşı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələbini həm də CPM-nin 416.1.22-ci maddələrində göstərilən hallarla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.15, 416.1.21 və 416.1.22-ci maddələrinə əsasən isə, məhkəm cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə və ya bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-nin 416.2-ci maddəsinə görə isə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Odur ki, məhkəmə kollegiyası müdafiəçi B.M.Xıdırovun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını y oxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məh kəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə c əlb olunmaları, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabə r şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün m üəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cin ayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtə rəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci m addəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olma masını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə t utulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. C PM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmə nin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prez umpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə sə bəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair iş lər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübut ların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələ rin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum cinayət əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkum hökmlə təqsirli bilindiyi (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 30 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində əri Zərərçəkmiş şəxs və iki azyaşlı uşaqları ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında olarkən, bir gün əvvəl yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs təpiklə uşağın beşiyini vurub qırması səbəbindən, həmin beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında yenidən baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs onu döyüb boğmaqla boynunun və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsindən qəzəblənib ondan qisas almaq üçün qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədilə evdəki çarpayının altındakı qab-qaşıq saxladığı qabın içindən soyuq silah hesab olunmayan mətbəx bıçağını sol əlinə götürərək, xüsusi amansızlıqla - xx xxxx 2015-ci il təvəllüdlü azyaşlı uşağı Şahid9 gözü qarşısında Zərərçəkmiş şəxs sinəsindən bir zərbə vurmaqla, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısının boşluğa nüfuz edərək ürəy in zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirmiş, sonra isə əməlindən peşman olub təcili tibbi yardıma bir neçə dəfə zəng etsə də, Zərərçəkmiş şəxs buna etiraz edərək hər dəfə imtina etmiş və sonuncu hadisədən təxminən 4 saat sonra təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatının aparılmasına baxmayaraq ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə səbəbindən orada ölmüşdür. Qeyd olunmalıdır ki, bu halların arxasında duran sübutların hamısı birinci instansiyası məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldığndan apellyasiya müraciətlərinə baxılması üzrə məhkəmə iclasında məhkəmə istintaqı aparılmaqla onların təkrarən araşdırılmasına ehtiya c olmamış və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin iclasda cinayət prosesinin iştirakçıları, o cümlədən müdafiə tərəfi iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutu məhkəməyə təqdim etmədiklərindən məhkəmə tərəfindən CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi işə qanuüna müvafiq qaydada və ağlabatan müddətdə baxaraq Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüqüqunun təmin edilməsinə əməl etmiş, habelə məhkum olunmuş şəxsin beynlxalq müqavilənin bu maddəsində və qanunvericilik aktlarında təsbit edilmiş hüquqları tam şəkildə təmin edilmişdir. Cinayət işinin materiallarına (qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşd ırılmış sübutlara) görə, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilsə də törətdiyi cinayətin halları barədə həmin ittihama uyğun ifadələr vermiş və onun törətdiyi əməl özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə və digər sübutlarla təsdiq edilmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvir edilməsini zəruri saymır, lakin Məhkum onu öldürəcəyi ilə hədələyərək üstünə gələn zərərçəkmiş şəxsin fiziki cəhətdən daha güclü olmasını, dəfələrlə onu döyməsini, hadisə baş verən zaman isə onu boğaraq öldürməyə cəhd etməsi nəticəsində sonuncunun əlindən çətinliklə qaçaraq özünün və uşaqlarının müdafiəsini təmin etmək məqsədi ilə bıçağı götürərək onu cinayət etməməsi üçün çəkindirməyə çalışmış, lakin bu zaman zəruri müdafiə həddini aşması barədə verdiyi ifadələrə əsaslanaraq qeyd etməyi lazım bilir ki, araşdırılmış sübutlara əsasən Zərərçəkmiş şəxs ilə Məhkum arasında mübahisə ilk olaraq evin mətbəxində baş vermiş, Zərərçəkmiş şəxs Məhkum döyüb boğmaqla boyunun və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətləri də məhz evin mətbəxində yetirmiş, bundan sonra, sonuncu yataq otağına keçərək evdəki çarpayının altındakı qab-qaşıq saxladığı qabın içindən mətbəx bıçağını götürərək mətbəxə qayıtmış v ə məhz Zərərçəkmiş şəxs xəsarəti də mətbəxtdə yetirmişdir. Evin mətbəxində baş vermiş ilkin mübahisədən sonra Zərərçəkmiş şəxs Məhkum təqib etməsi, ona qarşı hərəkətlərini davam etdirməsi də müəyyən edilməmiş, yəni bu zaman sonuncu üçün zəruri müdafiə vəziyyətini yaratmamışdır. Həmçinin iş materiallarından görünür k, hadisənin yeganə şahidi olan Şahid9 ifadəsində qeyd etmişdir ki, anası, atası və üç yaşlı qardaşı Həsənlə birlikdə həyət evində yaşamış, evləri bir otaqlı olmuşdur. Atası səhər işə gedib, axşam evə qayıtmışdır. Anası isə evdə ev işləri ilə məşğul olmuşdur. Atası ilə anası həmişə dalaşmış, bir-birilərinin üstünə qışqırmış, əsəbləşmişlər. Bəzən atası anasını vurmuş, bəzən isə vurmamışdır. Bir dəfə yenə atası ilə anası dalaşmış, atası da əsəbləşib qardaşının beşiyini qırmışdır. Səhəri gün atası dişi ağrıdığı üçün işdən evə tez gəlmiş və çarpayıda uzanıb dincəlmişdir. Onlar da qardaşı ilə noutbukda oyun oynamışlar. Sonra anası ilə atası yenə dalaşmağa başlamışlar. Anası atasına axşam sındırdığı beşiyi ustaya aparıb düzəltməyini tələb etmiş, atası isə dişi ağrıdığı üçün beşiyi düzəldə bilməyəcəyini demişdir. Sonra onun gözü qarşısında anası bıçaqla atasını vurmuşdur. Anasının atasını bıçaqla necə vurmasını öz gözü ilə görmüşdür. İş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilir ki, Məhkum onu döyüb boğmaqla boyunun və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsindən qəzəblənib, artıq Zərərçəkmiş şəxs onun həyat və sa ğlamlığına təhlükənin gəlmədiyi mövcud şəraitdən aşkar surətdə görünsə də (yəni, müdafiə vəziyyətində olmadığı halda) Zərərçəkmiş şəxs hərəkətlərindən hiddətlənərək qisas olmaq niyyətilə bıçaqla sonuncunun sinəsindən bir zərbə vurmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarəti yetirmiş, baş vermiş kəskin daxili və xarici qanitirmə nəticəsində isə Zərərçəkmiş şəxs elə hadisə yerində ölmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi əməlin CM-nin 126.3-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, məhkəmələr tərəfindən qanuna müvafiq qaydada tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur və aşağıda təsvir edilənlərə də tam uyğundur. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkə mə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxsl ərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkom anlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmağa görə, həmin Məcəllənin 126.3-cü maddəsində isə CM-nin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-nin 25.2-c i maddəsində müəyyən edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-nin 25.3-cü maddəsində təsbit edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 26-cı maddəsi “Cinayətin ehtiyatsızlıqdan törədilməsi”ni aşağıdakı kimi müəyyən etmişdir: 26.1.Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair" 18 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Göründüyü kimi qanunun mənasına görə, birbaşa və dolayı qəsdin mahiyyəti onunla bağlıdır ki, şəxs öz hərəkətinin ictimai təhlükəli nəticələr doğuracağını real olaraq əvvəlcədən görür, lakin belə nəticə ona nə son, nə də ara məqsəd kim i lazım deyildir. Bununla belə, şəxs vətəndaşların mənafeyinə biganəlik göstərərək əməli törədir. Dolayı qəsdlə törədilən cinayətlərdə şəxsin nə hərəkəti, nə də niyyəti konkret nəticənin baş verməsinə doğru istiqamətləndirilmir, başqa sözlə ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından görünür ki, cinayət törətmiş şəxslərin əməllərinin hüquqi tövsifi zamanı təqsirin dolayı qəsd formasının cinayətkarcasınsa özünə güvənmədən fərqləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Təqsirin həmin iki formasının fərqləndirilməsi üçün şəxsin iradəsinin məzmununun müəyyən edilməsi vacibdir. Cinayəti dolayı qəsdlə törədən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai tə hlükəli nəticələrini qabaqcadan görür, lakin bunları arzu etmir və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Cinayətkarcasına özünəgüvənmə zamanı isə şəxsin törətdiyi əməlin ictimai təhlükəli nəticələrin baş verməsinə şüurlu sürətdə yol verməsi istisna olunur, əksinə təqsirkar hesab edir ki, baş verə biləcək ictimai təhlükəli nəticələrin qarşısını ala biləcəkdir və öz iradəsini həmin nəticələrin qarşısının alınmasına istiqamətləndirir. CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Şərh edilən cinayət maddi tərkibli cinayət olduğundan təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilir. CM-nin 36-cı mad dəsinə əsasən: 36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. 36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. 36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.” Məhkəmə kollegiyası ilk növbədə zəruri müdafiə haqqında qanunvericiliyin şərhini zəruri hesab edir. Zəruri müdafiə cinayət qanunvericiliyində əməlin cinayət olmasını aradan qaldıran hallardan biri kimi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən məzmunundan görünür ki, əməlin zəruri müdafiə vəziyyətində törədilməsi nəticəsinə gəlinməsi üçün aşağıdakı halların mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir:
1. Müdafiə edənin özünün və ya başqa şəxsin həyatına, sağlamlığına və hüquqlarına, dövlətin və cəmiyyətin mənafelərinə ziyan vurmağa yönəlmiş qəsdin ictimai təhlükəli olması.
2. Qəsdin mövcud olması. Yəni ictimai təhlükəli qəsd başlanmasına real təhlükə yaranmış, yaxud qəsd başlamış və davam etməklə başa çatmamışdır. Bu zaman gələcəkdə baş verə biləcək gözlənilən təhlükədən deyil, ani olaraq ba şlayacağına əsas verən sübutların olması nəzərdə tutulur.
3. İctimai təhlükəli qəsdin olması müdafiə olunanın xəyalının məhsulu deyil, real və həqiqi olması. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunan məzmunundan görünür ki, zəruri müdafiə vəziyyətində törədilmiş əməl qəsdin və müdafiə zamanı törədilən hərəkətlərin bir sıra şərtlərinə cavab verməlidir: ictimai təhlükəli qəsd mövcud olmalı, qəsd hüquqazidd olmalı, qəsd real olmalı və zəruri müdafiə zamanı zərər bilavasitə qəsd edənə vurulmalıdır. İctimai təhlükəli qəsdlə vurulan zərər bərabər və ya zərər ictimai təhlükəli qəsddən artıq ola bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda qeyd olunanlar Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun həmin əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmışdır. Həmin məhkəmənin bu nəticəyə uyğun iş üzrə çıxardığı qərarın arxasında isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar durduğundan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işə baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində ətraflı şərh edilmiş Konstitusiyanın, CPM-nin və CM-nin, habelə beynəlxalq qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl olunmuşdur. Kassasiya şikayətində Məhkum ağır cəzanın təyin edilməsi ilə bağlı müdafiəçi B.M.Xıdırovun kassasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkum təqsirli bilindiyi CM-nin 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə alan məhkəmə kollegiyası daha sonra vurğulayır ki, məhkuma cəza təyin edilməsi məsələsi həll olunarkən də cinayət qanunvericiliyinin aşağıda təsvir edilmiş normalarının tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də əməl edilmişdir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər ci nayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58. 1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilmə sinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu il ə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndir ilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prin sipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı ma ddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıd ır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı məhkəmələrə ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cə za cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxs iyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməs ini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə çıxarılmış hökmdən və kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi həll olunarkən CM-nin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində iki azyaşlı uşaqlarının olması, CM-nin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi, CM-nin 59.2ci maddəsinə əsasən isə özünü qismən təqsirli bilərək səmimi peşman olması, əvəllər məhkum olunmaması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilərək həm bu hallar, həm də iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmış və ona təqsirli bilindiyi maddənin sanksiyasını n aşağı həddində qanuni və ədalətli cəza təyin olunmuş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin Məhkum cəza təyini ilə bağlı gəldiyi nəticə ilə düzgün olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun. Hazırki cinayət işinin materiallarından və kassasiya şikayətinin məzmunundan d a göründüyü kimi, müdafiəçi B.M.Xıdırov Məhkum cəza təyini ilə bağlı nəzərə alına bilən, lakin aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan heç bir əlavə hala istinad etməmiş və belə halların mövcudluğunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, CPM-nin 139.0.5-ci maddəsinin müddəaları cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən d ə az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə cinayətin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62. 1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edil miş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə bağlı toplanmış sübutları tədqiq etdiklərini, onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirmələrini, iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilmiş yolverilməz sübutlardan istifadə etmədi klərini, əksinə, belə sübutları qəbul etməkdən imtina etmələrini, məhkəmə təcrübəsinin vahidliyini pozmadıqlarını, ümumi şəkildə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin həm 416.1, həm də 416.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan müdafiəçi B.M.Xıdırovun kassasiya şikayətinin bütün dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür, bu müraciətin dəlillərini isə hüquqlarını müdafiə etdiyi şəxsin məsuliyyətdən kənarda qalmasına yönəlmiş dəlillər kimi dəyərləndirir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi B.M.Xıdırovun, həmin şika yətin təmin edilməməsi haqda isə zərərçəkmiş şəxsin hüquqi varisi X4nın, onun nümayəndəsi A.İ.Qədirovun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib bütün yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi B.M.Xıdırovun kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü madd əsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.