Məhkəmə qərarları › İş №1(102)-103/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-103/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-103/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvanda qeydiyyatda olan, ünvan1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221. 3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), F.A.Qəribov və T.Q.Hüseynov) Məhkum oğlu - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması hökm edi lmişdir. Məhkəmənin həmin hökmü ilə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), F.A.Qasımov və R.M.Abdulov) məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərə k, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmışdır. Məhkum oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum oğlu xuliqanlıq, yəni bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, xx xxxxxx 2019-ci il t arixdə saat 19 radələrində qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə hərəkət edərək həmin küçədə yerləşən “Lake Palace” adlı otelin giriş qapısının yaxınlığından keçməklə Akim Abbasov küçəsi istiqamətində hərəkət edən zaman ağ rəngli “Volkswagen Passat” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətə başlamaqla qarşılarına çıxması səbəbindən Təqsirləndirilən şəxs1 həmin avtomobili idarə edən Zərərçəkmiş şəxs1 və avtomobilin ön sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 ilə sözlə mübahisə etməyə başlayaraq, aralarında yaranmış sözlə mübahisəyə aydınlıq gətirmək məqsədi ilə sonuncu lara avtomobili saxlamasını bildirib “Lake Palace” adlı otelin Akim Abbasov küçəsində olan giriş hissəsini keçərək yolun sağ tərəfində olduqları avtomobili “Volkswagen Passat” markalı **NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında saxlatmaqla çoxsaylı insanların gözləri qarşısında avtomobildən düşdükdən sonra heç bir ciddi səbəb olmadan olduqları avtomobilin hərəkətinə yol vermədiklərini bəhanə edərək Təqsirləndirilən şəxs1 üzərində silah qismində istifadə edilən əşya kimi bıçaq gəzdirdiyini bildikləri halda həmin bıçağı nümayiş etdirib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərilərinə hücum etməklə öz üstünlüklərini nümayiş etdirmək məqsədil ə cəmiyyət tərəfindən qəbul olunmuş ümumi əxlaq normalarına və davranış qaydalarına zidd olmaqla ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edərək yüksək səslə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanlarına nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 əl və başları ilə zərbələr endirib sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid sağ alın-gicgah nahiyəsinin hematoması, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid ənsə nahiyəsinin şişkinliyi, sol gözətrafı nahiyənin şişkinliyi və qançırı, sağ bazu nahiyəsinin qançırı kimi, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 yumruqları ilə zərbələr endirərək sonuncuya sağlamlığa zərər vur mayan xəsarətlərə aid sol almacıq nahiyəsinin qançırı və yuxarı dodağın sağ yarısının sıyrığı kimi xəsarətlər yetirməklə bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmünün Məhkum aid hissədə ləğv edilməsi və Məhkum əməlində ona istinad edilən ittiham üzrə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya məhkəməsi nin qeyd olunan hökmü qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hər hansı bir münasibət bildirmədən, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayətindəki əsassız dəlillərə istinad edərək yeni ittiham hökmü çıxarmışdır. Müdafiəçi həmçinin qeyd edir ki, hadisənin birbaşa iştirakçısı olan və Zərərçəkmiş şəxs1 qətlə yetirməkdə ittiham olunan Təqsirləndirilən şəxs1 və digər şəxslərin ifadələrindən və cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxslərin birgə icraçı kimi iştirak etməmələri işin mübahisəsiz hissəsidir. Hadisə zamanı məhkumnin hadisənin ilk başlanğıc anında kənarda durması və müdaxiləsiz davranışı da işin mübahisəsiz hissəsidir. Müdafiəçinin fikrincə, məhkum və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hərəkətlərindən xəbərdar olmamışlar. Ona görə də onlara CM-nin 221.3-cü maddəsi ilə ittiham verilə bilməz. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Məhkum oğlu cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri göt ürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar