Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-103/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1. 2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X8, hakimlər: X6 (məruzəçi) və X4 ibarət tərkibdə) 27 iyul 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1960-cı ildə Yevlax rayonu, Yəldili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 1441.2.4-1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi 27 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X1 ibarət tərkibdə) 5 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi M üdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Cinayət Məcəlləsinin 144.1.2.1, 1441.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2015-ci ilin aprel ayının əvvəllərində kirayə yaşadığı ünvan 1 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində müalicə etdirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Məhkum onu 12 may 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 14 may 2015-ci il tarixdən 05 iyun 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Eləcə də, Məhkum 2015-ci ilin iyul ayının əvvəllərində kirayə yaşadığı ünvan 1 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Məhkum onu 17 iyul 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 19 iyul 2015-ci il tarixdən 17 avqust 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Məhkum 2015-ci ilin avqust ayının ortalarında kirayə yaşadığı ünvan 1 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində nəzarəti altında fahişəliklə məşğul olmaqla gözünün müalicəsi üçün pul qazanacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Məhkum onu 29 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 01 sentyabr 2015-ci il tarixdən 25 sentyabr 2015-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinay ətini törətmişdir. Bundan başqa, Məhkum 2016-cı ilin əvvəllərində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Məhkum onu 13 fevral 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 15 fevral 2016-cı il tarixdən 12 mart 2015-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edə rək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Məhkum 2016-cı ilin mart ayının ortalarında ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkesir şəhərində onu evləndirəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Məhkum onu 19 mart 2016-cı il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Balıkesir şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra 21 mart 2016-cı il tarixdən 17 aprel 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Eləcə də, Məhkum 2016-cı ilin sentyabr ayının əvvəllərində Türkiyə Respublikasının Balıkesir şəhərində olan Zərərçəkmiş şəxs2 ilə danışaraq maddi ehtiyaclarını ödəmək üçün nəzarəti altında fahişəliklə məşğul olacağını bildirib maddi çətinliyi ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Məhkum onu 2016cı ilin sentyabr ayının əvvəllərindən 01 dekabr 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək ci nsi istismar etməklə iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum zərərçəkmiş şəxsləri yoldan çıxartmamış, sonuncuları əxlaqsız yola məcbur etməmişdir. Müdafiə etdiyi şəxs heç bir şəxsi əxlaqsızlığa vadar etməmişdir. Heç bir qadını kişilərlə görüşdürüb cinsi əlaqəsini yaratmamışdır. Verilmiş ittihamı şər və böhtan hesab etməklə yaşının və xəstəliyinin nəzərə alınmasını, etmədiyi bir əmələ görə əsassız məsuliyyətə cəlb edilyini bildirmişdir. Cinayət işinin materiallarında onun Yevlax şəhərində yaşaması və müsbət xarakterizə edilməsi bildirilir. O, ağır formada xx.xx.2012-ci il tarixindən şəkərli diabet, orta ağır formada insulin tələbli diabetik xəs tədir. Hesab edir ki, onun əməli sübuta yetirilməmiş, CPM-in 42.1.4-cü maddəsinə əsasən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiə etdiyi şəxs tam təqsirsiz olduğunu ortaya qoymaqdan ötrü məhkəmə prosesində tam mücadilə etmiş, hərəkətinin və davranışının heç bir halda hüquqa zidd olaraq nizamlamamışdır. O, əvvəllər məhkum olunmamış, əxlaqlı və bir vicdanlı azərbaycan vətəndaşıdır. Şəki Apellyasiyası Məhkəməsi tərəfindən apellyasiya şikayəti tam və hər tərəfli qaydada araşdırılmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsində nə iştirak etmiş, nə də həmin hadisənin iştirakçısı olmamışdır. Sübutlar obyektiv olaraq bir birinə münasibətdə araşdırılmamış, hadisəni törədən şəxs Rusiya Federasiyasında sərbəst gəzdiyi halda müdafiə etdiyi şəxs əsassız məsuliyyətə cəlb edilmiş və cəza çə kir. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2021-ci il tarixli, 1(107)-325/2021 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi onun ilk məhkumluğunu, 62 yaşının olmasını, şəkər xəstəliyindən əziyyət çəkməsini, qadın olmasını nəzərə almamışdır. Məhkum kassasiya şikayətində göstərilən halları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin 5 oktyabr 2021-ci İl tarixli qərarını dəyişdirərək cəzasının yüngülləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən nor manın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum və müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasını n 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozu lmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəll əsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum müdafiəçisinin kassasiya şikayətində onun təqsirlilik məsələsi mübahisələndirilir və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məh kum Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının Ankara şəhərində yaşayan bacısı qızı onu alver etmək məqsədi ilə oraya dəvət etmiş, Mingəçevir şəhərində alverlə məşğul olan zaman tandığı Aidə adlı qadının vəziyyətini görüb sonuncuya yazığı gələrək özü ilə yol yolda şı kimi Türkiyə Respublikasına aparmışdır. Aidə özü əvvəllər Türkiyə və X3 Dubay şəhərində olmuş, təxminən 5-6 ay Türkiyədə qalmışdır. Qudası vəfat etdiyinə görə Azərbaycana gəlmiş, yenidən Türkiyə Respublikasına qayıdarkən Aidənin Manisa şəhərində ərə getdiyini bilmişdir. Bir dəfə Aidə ona zəng vuraraq özünü tək və kimsəsiz hiss etdiyini, bir yaxını kimi sonuncunun evinə qonaq getməyi xahiş etmişdir. Aidənin yaşadığı evə getmiş, Aidə ona ərindən narazılıq etmişdir. Aidəyə ailəsini dağıtmamasını məsləhət görmüş, sonra Aidə əri ilə Türkiyə Respublikasında onun yaşadığı qəsəbəyə gələrək orada kirayə yaşamışdır. Onun xahişi ilə orada Aidənin ərini işə götürmüşlər. Sonra o, Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs1 anası Gülnarı Türkiyə Respublikasında yaşayan bacısının yanına a parmağı ondan xahiş etdiyinə görə Gülnar onunla Türkiyə Respublikasına gedib onunla təxminən 4-5 gün orada qalmışdır. Gülnarın anası ondan 2000 manat borc pul istədiyinə görə sonuncuya Ziraat Bank vasitəsi ilə pul göndərmiş, xəstəxanada olarkən Gülnar bacısı ilə onun yanına gəlib ona olan borcunu qaytarmışdır. Zərərçəkmiş şəxs3 isə ona müraciət edərək Türkiyə Respublikasında bir nəfərlə tanış olub sonuncu ilə evlənmək istədiyini və onunla birlikdə Türkiyəyə getmək istədiyini bildirdiyinə görə Ninanı da özü ilə Türkiyə Respublikasına aparmışdır. Orada Nina tanış olduğu şəxslə evlənmişdir. Zərər çəkmiş şəxsləri yoldan çıxartmamış, sonuncuları əxlaqsız yola məcbur etməmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Məhkum yaşadığı Mingəçevir şəhərindən tanımış, anasını xəstəxanaya aparanda Dilavəri orada görmüşdür. Dilavərdən onu Türkiyə Respublikasına aparmasının və onun orada evlənməsinə köməklik etməsini xahiş etdikdən sonra 02 iyul 2014-cü il tarixdə Dliavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmişdir. Orada Dilavərlə təxminən 10-15 gün qaldığı müddət ərzində müxtəlif kişilərlə görüşərək pul müqabilində cinsi əlaqədə olmuş, aldığı pulun yarısını Dilavərə vermişdir. X10 adlı şəxslə tanış olaraq sonuncu ilə evlənmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərm işdir ki, Məhkum yaşadığı Mingəçevir şəhərindən tanımış, 02 iyul 2014-cü il tarixdə əri Abdullahın dəvəti ilə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmişdir. Abdullahla üç il ər-arvad kimi yaşamış, Balıkesirdə olduğu müddətdə Dilavərin də oraya gəlib-getdiyini görmüşdür. 2016-cı ilin sentyabr ayının sonlarında Dilavərlə təsadüfən Balıkesirdə bazarda görüşmüş, sonuncudan iş tapmasını xahiş etmişdir. Dilavər ona köməklik edəcəyini, onu kişi müştəriləri ilə görüşdürəcəyini bildirmişdir. Dilavərdən ona başqa iş tapmasını, sonuncu isə cavabında onun kimi insan üçün bundan başqa iş olmadığını bildirmişdir. Başqa çıxış yolu olmamış, Dilavərin təklifi ilə razılaşaraq sonuncu onu Balıkesirdə müştəriləri ilə görüşdürməyə başlamışdır. Dilavər o nu kirayə yaşadığı evində saxlamış, evə müştərilərini dəvət edərək müştəridən aldığı pulun yarısını ona vermişdir. Dilavərin nə qədər pul aldığını bilməmiş, bu qaydada iki ay Dilavər tərəfindən istismar edilmişdir. 2016-cı ilin noyabr ayının sonlarında Dilavər Azərbaycana qayıtmış, Dilavər qayıtdıqdan sonra özünə iş axtarmış və restoranlarda xidmətçi işləməyə başlamışdır. 2014-cü ilin iyul ayının 2-nə kimi Balıkesirdə qalmış, Dilavər arabir onunla əlaqə saxlayıb yenidən Balıkesirə gələcəyini, onu fahişəliyə cəlb edəcəyini bildirmiş, lakin o, buna etiraz edərək bir daha bununla bağlı onunla əlaqə saxlamamasını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Dilavərlə qonşu olmaqla sonuncunu paltar alver misi kimi tanımış, Dilavər Türkiyə Respublikasına alverə getdiyinə görə onu da gözünün müalicəsi üçün oraya aparmasını xahiş etmişdir. Onun Türkiyəyə getmək xərclərinin hamısını Dilavər çəkdiyinə görə sonuncuya 500 manat borcu yaranmışdır. Türkiyədə bir neçə kişilərlə görüşüb cinsi əlaqədə olmaqla Dilavərə olan borcunu qaytarmışdır. Birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadəsi elan edilmiş və həmin ifadədən görünür ki, o, 2015-ci ildə Mingəçevir şəhərində yaşayarkən qonşuluqda yaşayan Məhkum ilə tanış olmuş, 2015-ci ilin aprel ayının əvvəllərində Dilavərin yaşadığı ünvanda olarkən sonuncuya gözündə problemləri olduğunu bildirmişdir. Dilavər həmin vaxt onu özü ilə birlikdə Türkiyə Respublikasının Balıkesir şəhərinə aparmağı təklif etmiş dir. Bir neçə gün sonra Dilavərin yaşadığı mənzilə getmiş və birlikdə Türkiyəyə gedəcəyini qeyd etmişdir. Dilavərlə razılaşıb 12 may 2015-ci il tarixdə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Balıkesir şəhərinə birbaşa Dilavərin kirayə tutduğu mənzilə getmiş, iki gün yol getdikləri üçün həmin gün istirahət etmişlər. Növbəti gün Dilavər onu xəstəxanaya aparmış, gözünü müayinə etmişlər. Az pulu olduğu üçün yalnız müayinə pulunu verə bilmiş, Dilavər ilə birlikdə mənzilə qayıtdıqdan sonra sonuncu ona gözünü müalicə etmək və borclu olduğu yol pulunu verə bilmək üçün mənzilə çağırdığı şəxslərlə cinsi əlaqədə olmalı olduğunu bildirmişdir. Çıxılmaz vəziyyətdə olduğundan razılıq verməli olmuş, Dilavər mənzilə gün ərzində dəvət etdiy i 1-2 nəfər kişi müştərilərlə cinsi əlaqədə olmuşdur. Dilavər aldığı puldan ona bildirdiyinə görə yarısını özünə vermişdir. Bu qaydada 2015-ci ilin iyun ayının əvvəllərinə kimi Dilavər tərəfindən cinsi istismar olunmuş, 05 iyun 2015-ci il tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə yaşadığı ünvana gəlmişdir. Türkiyədə olduğu müddətdə Dilavərin ona etdikləri barədə ailəsinə heç bir şey bildirməmiş, müayinə sənədlərini göstərərək gözü ilə bağlı müraciət etdiyini bildirmişdir. 2015-ci ilin iyul ayının əvvəllərində Dilavər onu yenidən Mingəçevir şəhərində yaşadığı ünvana çağırmış və bir neçə günə yenidən Türkiyə Respublikasına gedəcəklərini, müştəriləri onunla görüşmək istədiklərini, həmçinin müalicəsi üçün ona pul lazım olduğunu bildirmişdir. Çıxı lmaz vəziyyətdə olduğundan Dilavərlə razılaşaraq 17 iyul 2015-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Balıkesir şəhərinə, Dilavərin yaşadığı əvvəlki mənzilə getmiş, iki gün yol getdikdən sonra oraya çatmış və Dilavər əvvəlki qaydada onu gün ərzində 1-2 iki nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Dilavər bildirmişdir ki, müştəridən aldığı pulun yarısını özünə götürür, yarısını isə ona verir. Bir ay Dilavər tərəfindən bu qaydada cinsi istismar olunduqdan sonra 17 avqust 2015-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana, yaşadığı ünvana gəlmişdir. Bir neçə gün sonra Dilavər onu Mingəçevir şəhərində yaşadığı ünvana çağırmış, birlikdə Türkiyəyə gedib pul qazanmağı, yəni gözünü n müalicəsinə pul toplamağı, konkret olaraq onu fahişəliyə cəlb etməyi bildirmiş, maddi ehtiyacları olduğundan razılıq verməli olmuş, 29 avqust 2015-ci il tarixdə dövlət sərhədini Dilavərlə birlikdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkesir şəhərinə Dilavərin yaşadığı həmin ünvana getmiş, əvvəlki qaydada Dilavər onu gün ərzində 1-2 nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağımı təşkil etməklə cinsi istismar etmişdir. 25 sentyabr 2015-ci il tarixdə Dilavərlə birlikdə dövlət sərhədinə yaxınlaşmış, Dilavər bəzi işləri olduğunu deyib onu yola salmış, özü isə Gürcüstanda qalmışdır. Dilavər bundan sonra da onu yaşadığı ünvana bir neçə dəfə dəvət edib birlikdə Türkiyə Respublikasına getməyi təklif etsə də o başa düşmüşdür ki, Dilavərin məqsədi on u tora salıb özündən asılı vəziyyətə salıb sui-istifadə etməkdir. Buna görə də Dilavərə bildirmişdir ki, onun bir daha əxlaqsızlıqla məşğul olmaq fikri yoxdur. Əvvəlki səhvləri maddi ehtiyacları və çıxılmaz vəziyyəti ilə bağlı olmuşdur. Bundan sonra Dilavər onunla əlaqə saxlamamışdır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, üç dəfə Türkiyə Respublikasına getmiş, hər dəfə Məhkum ilə birlikdə gedərək Balıkesir şəhərində qalmışlar. Orada Dilavərin tapdığı müxtəlif şəxslərlə görüşərək cinsi əlaqədə olmuşdur. Həmin şəxslərdən hədiyyələr almışdır. Birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs3 verdiyi ifadəsi elan edilərkən məlum olmuşdur ki, Dilavəri 2010-cu ilin əvvəllərindən Mingəçevir şəhərində toy məclisində tanımış, Dilavər tez-tez Türkiyə Respublikasına gedib-gələrək ona orada çoxlu tanışları olduğunu bildirmişdir. 2016-cı ilin təxminən əvvəllərində Dilavər yaşadığı evdə olarkən Türkiyədə evlənmiş, həmin ərəfələr ərindən boşandığına görə maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkmişdir. Dilavərdən onu da özü ilə birlikdə Türkiyəyə aparmasını xahiş etmiş, Dilavər gələn dəfə getdikdə onu da aparacağını söz vermişdir. Dilavərlə danışıb razılaşdıqdan sonra 13 fevral 2016-cı il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmiş, Dilavər onu kirayə tutduğu evə aparmışdır. İki gün yol getdikləri üçün həmin gün istirahət etmiş, növbəti gün Dilavər özünə ər tapmaq istəyirsə əvvəlcə kişilərlə görüşüb fahişəli klə məşğul olmalı olduğunun bildirmişdir. Dilavərə fahişəliklə məşğul olmağa gəlmədiyini bildirsə də sonuncu başqa çıxış yolu olmadığını bildirmiş, çıxılmaz vəziyyətdə qalıb razılıq verdikdən sonra Dilavər gün ərzində onu 4-5 nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmasını təşkil etmişdir. Bu qaydada bir ay Dilavər tərəfindən istismar edildikdən sonra Dilavər Azərbaycana giriş-çıxış edib yenidən qayıdacaqlarını bildirmişdir. Dilavərə evlənmək üçün Türkiyəyə getdiyini bildirdikdə sonuncu gələn dəfə getdikdə ona ər tapacağına söz vermişdir. 12 mart 2016-cı il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. 2016-cı ilin mart ayının ortalarında yaşadığı evdə olarkən Dilavər onunla mobil telefonla əlaqə saxlayıb mart ayının 19-da Türkiyə yə gedəcəklərini bildirmişdir. Həmin tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkesir şəhərinə getmiş, Dilavər yenidən ev kirayə tutub mənzilə kişiləri dəvət etməyə başlamışdır. Dilavər yenidən onu aldatdığını başa düşmüş, Dilavərə ona evlənmək üçün bir nəfər tapmasını bildirsə də sonuncu başqa çıxış yolu olmadığını, gəldiyi halda işləməli olduğunu qeyd etmişdir. Çıxılmaz vəziyyətdə qalıb yenidən Dilavərin tapdığı müştərilərlə görüşüb cinsi əlaqədə olmağa başlamış, Dilavər gün ərzində 3-4 nəfərlə cinsi əlaqədə olmağını təşkil edərək arabir müştəridən aldığı puldan ona vermişdir. Bu qaydada bir ay Dilavər tərəfindən istismar edildikdən sonra Azərbaycana gəlməli olmuş, gəlməzdən 2-3 gün əvvəl Dilavər onu Fərrux adlı şəxslə tanış edərək sonuncunun ondan xoşu gəldiyini bildirmişdir. Fərrux gələn dəfə Türkiyəyə getdikdə sonuncu ilə əlaqə saxlamasını bildirmişdir. 17 aprel 2016-cı il tarixdə Dilavərlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Baxış keçirilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 12 may 2015-ci il tarixdə saat 19:47 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasınındövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 iyun 2015-ci il tarixdə saat 01:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 17 iyul 2015- ci il tarixdə saat 2023 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 avqust 2015-ci il tarixdə saat 0220 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 29 avqust 2015-ci il tarixdə saat 1840 dəqiqədə «C00219242» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 25 sentyabr 2015-ci il tarixdə saat 2326 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxi l olmuşdur. Zərərçəkmiş şəxs3 13 fevral 2016-cı il tarixdə saat 1916 dəqiqədə «P4954879» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 12 mart 2016-cı il tarixdə saat 0149 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 19 mart 2016-cı il tarixdə saat 2016 dəqiqədə «P4954879» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 aprel 2016-cı il tarixdə saat 2352 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 02 iyul 2014-cü il tarixdə saat 2139 dəqiqədə «P3362442» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 01 iyun 2017-ci il tarixdə saat 1225 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Aeroportunda yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkum 12 may 2015-ci il tarixdə saat 1947 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 iyun 2015-ci il tarixdə saat 0143 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkum 17 iyul 2015-ci il tarixdə saat 2022 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 avqust 2015-ci il tarixdə saat 0219 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkum 29 avqust 2015-ci il tarixdə saat 1844 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 26 sentyabr 2015-ci il tarixdə saat 2222 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərba ycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkum 13 fevral 2016-cı il tarixdə saat 1916 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 12 mart 2016-cı il tarixdə saat 0149 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkum 19 mart 2016-cı il tarixdə saat 2000 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 aprel 2016-cı il tarixdə saat 2352 dəqiqədə həmin sənəddən istifad ə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkum 27 sentyabr 2016-cı il tarixdə saat 1928 dəqiqədə «P4503737» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 01 dekabr 2016-cı il tarixdə saat 22:54 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxs Məhkum olunduğu cinayə t əməlini törətməkdə təqsirli olması barədə kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxsin cinayət əməli Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 1441.2.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və y a güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsinin iki və ya daha çox şəxs barəsində təkrar insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədilməsinə görə inayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 144-1-ci maddəsinin 1-ci qeydində göstərilmişdir ki, bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Bu normaların tələbləri baxımından zərərçəkmiş şəxlərin Məhkum tərəfindən cinsi istismara məruz qalması barədə Apellyasiya Məhkəməsinin gəldiyi qənaəti işin faktiki hallarına uyğun olmaqla yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alır və hesab edir ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin m addələrlə düzgün tövsif edilmişdir. Belə ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və sübutları qanun üsullarla toplamış ibtidai araşdırma orqanı kimi, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin edərək qanunun bununla bağlı tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 -ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılm ış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət iş ləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar ) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respubl ikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasın da müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tər əfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməllərinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməllərinə görə düzgün olaraq təqsirli bilinmiş, müdafiəçinin kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və məhkumun kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissən in müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olma sı dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cin ayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyət lər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət k əsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və "Şəkərli diabet, orta ağır forma, İİ tip, insulin tələbli. H-360 Diabetik proliflrativ retinopatiya” diaqnozu ilə qeydiyyatda olmasını qeyd etmiş və ağırlaşdıran halın olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 60-cı maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edil məsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının aşağı həddində cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyin edilməsi ilə bağlı mövqeyini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyini ilə bağli mövqeyi ilə razılaşaraq məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsini islah təsiri baxımınd an mütənasib hesab etmir və qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzə rindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində aşağı həddə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsinin (barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqinin) məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkumun təqsirli bilinməsi və cəza təyini ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şika yətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan t əmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 -ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-103/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-103/2023
15.02.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver