Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-103/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3 və 237.1-ci maddələri ilə, X4 CM-in 234.2 və 237.1-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2022-ci il tarixli, 1(106)-382/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1972-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək m əhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 3154,268 qram çəkidə qurudulmuş marixuananı əldə edərək saxlamış, həmçinin 07 may 2021-ci il tarixdə tanışı X1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2 ədədi 1 dibçəkdə, 3 ədədi 1 dibçəkdə olmaqla ümumilikdə 5 ədəd xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini əvəzsiz olaraq almış, 09 may 2021-ci il tarixdə, saat 12 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri Xətai küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətir ilib orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda həmin narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 4,268 qram olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 15 radələrində əməliyyat-axtarış tədbirinin davamı olaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən razılığı əsasında özünün iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin qarşısında həmin 2 ədəd dibçəkdə ümumi 5 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və evin zirzəmisindən 1 ədəd göy rəngli polietilen torbadakı qara rəngli sellofan torbada narkotik vasitənin qalan hissəsi olan külli miqdarda 3150,0 qram çəkidə qurudulmuş marixuana aşkar edilib qablaşdırılara q götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X10 (sədrlik edən), X11 və X6 ibarət məhkəmə tərkibində) 31 yanvar 2022-ci il tarixli, 1(099)-75/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 09 may 2021-ci il tarixdə n hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir.
4. Hökmlə həmçinin digər məhkum X4 da təqsirliliyi məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək, himayəsində övladlarının olduğunu bildirib cəzasəının yüngülləşdirilməsini xahiş etmiş, həmçinin digər məhkum Mirsənan Ağazadə apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmünü ləğv edib, ona daha az cəza təyin olunmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən v ə məruzəçi), X9 və X3 ibarət məhkəmə tərkibində) 6 may 2022-ci il tarixli, 1(106)382/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxslər X8 və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-75/2022 nömrəli 31 yanvar 2022-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2022-ci il tarixli, 1(106)-382/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhkum kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına istinadlar edərək ona təyin edilmiş cəzanın həmin aktlarla müəyyən edilmiş normalarla ziddiyyət təşkil etdiyini qeyd etmiş, həmçinin göstərmişdir ki, barəsində olan yüngülləşdirici hallar, yəni iki övladının olması, valideynlərinin olmaması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, ilk məhkumluğunun olması nəzərə alınmamışdır.
9. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli, 1(106)-382/2022 nömrəli qərarının dəyişdirilməsini, onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlini CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
11. Qərardan kassasiya protesti və digər məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İV. Hüquqi məsələlər
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə bi rinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlar ını CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli, 1(106)-382/2022 nömrəl i qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, Məhkum əməlinin tövsifini apellyasiya şikayətində mübahisələndirməsə də, onun tərəfindən barəsində təyin edilmiş cəzanın ağırlığı ilə əlaqədar irəli sürülmüş dəlillərlə yanaşı əməlinin hüquqi tövsifi də apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhk əmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
22. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının, ambulator məhkəmə-psixiatr ik ekspertizasının rəyləri rəyi, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi CPM-in tələblərinə uyğun aparılmışdır.
25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi “iki övladının olması, valideynlərinin olmaması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, ilk məhkumluğunun olması” dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanılmış şəxsin barəsində olan ittiham hökmündən və cinayət işi materialarında olan tələbnamədən görünür ki, Məhkum Cəlilabad Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hök mü ilə CM-in 144-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinməklə ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2002-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Bundan əlavə, iş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Məhkum ailəlidir, himayəsində 2002 və 2007-ci illərdə doğulmuş iki uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində şikayət daxil olmaması göstərilmişdir.
27. Kollegiya qeyd edir ki, cinayət qanunvericiliyi cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını (CM 59.1.4) cəzanı yüngülləşdirən hal qismində nəzərdə tutmuşdur. Məhkumun isə himayəsində olan övladlarından biri yetkinlik yaşına çatmış, digəri isə azyaşlı olmamışdır. Həmçinin, barəsində cəzasını yüngülləşdirən digər hal qismində sadalanan də lillər də CM-in 59.1-ci maddəsində nəzərdə tutulmamışdır. CM-in 59.2-ci maddəsinin tələblərinə əsasən isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
28. Göründüyü kimi məhkum tərəfindən barəsində nəzərə alınması xahiş edilən yüngülləşdirici hal qismində sadalanan dəlillərin cəza təyin edilərkən təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını qanunverici cəza təyin etmə səlahiyyətinə malik olan orqanın, yəni məhkəmələrin üzərində imperativ olaraq müəyyən etməmişdir. Yəni, qeyd edilən halların şəxsin cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilməsi məhkəmənin dispozitiv imkanıdır ki, birinci instansiya məhkəməsi də həmin imkanından isrifadə etməsə də, məhkumun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə islah olunması qənaətinə gəlmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
30. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli, 1(106)382/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə, X4 CM-in 234.2 və 237.1-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2022-ci il tarixli, 1(106)382/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.