Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1030/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Əhmədov Vüqar Nəcəf oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmündən Məhkum2 müdafiəçisi Əhmədov Vüqar Nəcəf oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə (hakim İ.Ə.Xəlilov) xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, hökmün icrasına nəzarət Məhkum2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmış, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı Ramiz Nəbiyev tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Mütəllimov Şahin Rasim oğlu, digər təqsirləndirilən şəxs Məhkum2 və müdafiəçisi X4 apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Cəfərov Vidadi Cəfər oğlu ( sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 26 noyabr 2021-ci il tarixli qərarı ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə həmin hissədə xitam verilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum2 barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.3, 9.2.2, 9.3-cü maddələr i tətbiq edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan azad edilmiş, Məhkum2 üzərində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Əhmədov Vüqar Nəcəf oğlu ilə birlikdə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2, 05 iyun 2019-cu il tarixdə saat 20 radələrində quru hava şəraitində etibarnamə əsasında idarə etdiyi «BYDGF3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtolmobili sərxoş vəziyyət də idarə edib Xaçmaz rayonu Düztahir-oba kənd yolundan Yalama-SDK yoluna dönüb saatda 15 km sürətlə Yalama kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dönmə əməliyyatı aparmazdan əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyini təmin etməyən manevr aparmamalı, dönmə əməliyyatını yerinə yetirərkən avtomobili əks hərəkət zolağına çıxarmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riaət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərini pozub avtomobili hərəkət təhlükəsizliyi üçün təhlükə törədən alkoqoldan istifadə edib sərxoş vəziyyətdə idarə edərək həmin yolun Xaçmaz rayonu, Düztahir-oba kəndi ərazisindən keçən hissəsində əks hərəkət zolağına çıxıb qarşıdan gələn «VAZ-21063» markalı, 27BT-249 dövlət qeydiyyat nişanlı avtolmobilin sürücüsü Məhkum1 hərəkəti üçün təhlükə yaratdığından sonuncu avtomobili sola istiqamətləndirib əks hərəkət zolağına çıxmış və özü də idarə etdiyi «BYDGF3» markalı avtomobili öz hərəkət zolağına istiqamətləndirib Məhkum1 idarə etdiyi «VAZ-21063» markalı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Məhkum1 alın nahiyəsinin sıyrığı, sağ diz nahiyəsinin sıyrılmış yarası, sağ budun və sağ baldırın qançırları, sağ diz oynağındahemartoz (oynağa qan yığılma) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 alın nahiyəsinin əzilmiş yarası və sağ çiyin nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 qızının alt dodağın selikli qişasının əzilmişcırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ budun qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, öz avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs4 isə sol təpə nahiyəsinin çapıqlaşmı ş yarası kimi sağlamlığa zərər vurmayan xəsarət alması və «VAZ21063» markalı avtomobilin mülkiyyətçisi Məhkum1 1915 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiə tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız o lduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum2 oğluna Azərbaycan Respublikası CM- nin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair hökm iş materiallarında olan sənədlərə uyğun gəlmir. Bundan başqa, 1-ci instansiya məhkəmənin gəldiyi nəticəyə görə Məhkum2 hadisə baş verən günü avtomobili sərxoş vəziyyətdə idarə etməsi öz təsdiqini tapmamış, sonuncunun hadisə baş verən gün avtomobili idarə edərkən, sərxoş vəziyyətdə olubolmaması lazımi qaydada araşdırılmamış, qanda alkoqolun konsentrasiyasınm 0,3 promil və daha artıq olmasının müəyyən edilməsi üçün təqsirləndirilən şəxs həkim müayinəsinə aparılmamış, ondan bu məqsədlə qan analizi nümunələri götürülməmişdir. Eyni zamanda, toqquşan nəqliyyat vasitələrinin sürücülərinin ifadələrinin ziddiyyətli o lduğu və istintaqın hadisə mexanizmi haqqında gəldiyi konkret nəticə xx.xx.2019-cu il tarixli 17221 Nömrəli ekspert rəyində aparılmış trasoloji tədqiqatın nəticələri ilə konkret təsdiq olunmadığından, yəni hadisənin həm də BYDGF3 markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum2 ifadəsində göstərdiyi kimi sola çıxmadan da öz yolu ilə hərəkət etdiyi vəziyyətdə baş verməsinin mümkün olması göstərildiyi halda, sürücülərin hadisənin qarşısının alınması ilə əlaqədar ekspertin tədqiqatı ancaq VAZ21063 markalı avtomobilin sürücüsünün ifadəsində göstərdiyi hadisə mexanizmi üzrə aparılması naqqında göstəriş verilmişdir. Ekspertiza aparılması haqda müstəntiqin qərarda göstərdiyi göstəriş hərtərəfli və obyektiv olmadığı üçün və hadisə yerinin sxemində göstərilənlərlə ziddiyyət təşkil etdiyi üçün ekspertiza təyin olunması haqda qərar düzgün qərar kimi öz əhəmiyyətini itirir. Bu səbəbdən həmin qərar əsasında verilmiş ekspertin xx.xx.2019-cu il tarixli 17221 saylı rəyin Məhkum2 aid hissəsi əhəmiyyətsiz rəy hesab olunmalıdır. Aparılmış tədqiqatdan belə məlum olur ki, hərəkət üçün təhlükə yarandığı andan, yəni VAZ-21063 markalı avtomobilin sol hərəkət zolağına çıxdığı andan toqquşmaya kimi keçən vaxt 0,7 saniyədir. Həmin əziyyətdə BYDGF3 markalı avtomobilin tormoz sisteminin işə salınması üçün lazım olan vaxtdan, yəni 1,5 saniyədən kiçikdir. Bu isə onu izah edir ki, verilmiş məlumatlar əsasında hərəkət üçün təhlükə yarandığı andan toqquşma yerinə çatana kimi sürücü Məhkum2 idarə etdiyi BYDGF3 markalı avtomobilin tormoz sistemini işə salmağa (avtomobili dayandırmağa) texniki imkanı olmamışdır. Məhkəmə tərəfindən təyin olunub, alınmış ekspert rəyləri hökmün 10/16-cı səhifəsində göstərildiyi halda, hökmdə müdafiə tərəfinin müraciəti əsasında "xxxx" MMC-e tərəfindən verilmiş 09 DEKABR 2019-CU İL TARİXLİ 95 saylı ekspert rəyi hökmdə məhkəmə iclasında tədqiq olunmasına baxmayaraq hökmdə buna münasibət bildirilməyib. Bundan başqa Ekspertin 17 mart 2020-ci il tarixli 2759\60 saylı rəyin nəticə hissəsində göstərilib: hərəkət üçün təhlükə yaranan anda BYDGF3 markalı 10XP 445 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 7,4 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Məhkum2 Sərkər oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda BYDGF3 markalı 10XP 445 dövlət qeydiyyat nişanlı avtomobiliun toqquşma yerindən 7,4 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Məhkum2 Sərkər oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında Məhkum2 verdiyi ifadəsində göstərib ki, hadisə vaxtı idarə etdiyi avtomobil toqquşma yerindən 2-3 metr aralıda olub. Lakin hökmdə bu hal da göstərilməyib və göstərilməməsinin səbəbi əsaslandırılmayıb. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmünü ləğv edərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi V.N.Əhmədov çıxış edərək, hər iki instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının pozulmasını kassasiya şikayətində ətraflı göstərildiyi bildirib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmünü Məhkum2 aid hissədə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad T əvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlər inin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində, barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Res publikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Məhkumun müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum2 ona verilmiş ittiham, yəni yol hərəkət qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və a pellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli halla r üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifa də olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum2 təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi hadisə zamanı Məhkum2 sərxoş olmaması nəticəsinə gəlsə də və bu nəticəni məhkumun həkim müayinəsinə aparılmaması, ondan qan analizinin götürlməməsi ilə əsaslandırsa da, işdə mövcud olan mötəbər sübutları nəzərə almamışdır. Halbuki, hadisə zamanı Məhkum2 sərxoş olması iş üzrə qismən özünün, digər Məhkum1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, şahidlər Zərərçəkmiş şəxs4, X3 Muradxanovun ifadələri, alkotestr aparatının nətic əsi, xüsusilə də hadisə yerinə baxış zamanı çəkilmiş videodisk ilə təsdiqini tapmışdır. Qeyd edilən sübutlar hadisə zamanı Məhkum2 sərxoş vəziyyətdə olması barədə yekun nəticəyə gəlinməsinə kifayət etmişdir. Bundan başqa iş materiallarında olan kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə trasoloji ekspertizasının 01 avqust 2019-cu il tarixli, 17221 №-li və məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli, 8/2060 №-li rəylərindən görünür ki, nəqliyyat vasitələri arasında toqquşma istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni «VAZ-21063» markalı avtomobilin öz hərəkət zolağı ilə hərəkətdə olarkən, qarşıdan «BYDGF3» markalı avtomobilin onun hərəkət zolağına çıxması, toqquşmamaq üçün «VAZ-21063» markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və «BYDGF3» markalı avtomobilin də öz yoluna qayıtması şəraitində, həm də «BYDGF3» markalı avtomobilin öz yolu ilə hərəkətdə olarkən «VAZ-21063» markalı avtomobilin qarşı hərəkət zolağına çıxması və toqquşmamaq üçün «BYDGF3» markalı avtomobilin sağa istiqamətlənməsi şəraitində baş verə bilər. Bunla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən rəyləri iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Belə ki, hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi sürücü Tahir Radikovun ifadəsindən əlavə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Rizavan Mirzəxanovun, Zərərçəkmiş şəxs2 və İmamat Mirzəxanovun ifadələri ilə təsdiq olunmuşdur. Həmin zərərçəkmiş şəxslər ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələrində təxminən 40-45 metr aralıdan Məhkum2 idarə etdiyi avtomobillə onların hərəkət zolağına çıxdığını və üstlərinə gəldiyini, Məhkum1 həmin avtomobilin üstlərinə gəldiyini görən kimi onunla toqquşmamaq üçün avtomobili sola meyilləndirib tormozlama etdiyini, həmin vaxt Məhkum2 da idarə etdiyi avtomobillə yenidən öz yoluna, yəni sağ hərəkət zolağına qayıtmasını və bu zaman Məhkum2 idarə etdiyi avtomobillə onların olduğu avtomobilin toqquşduqlarını bildirmişlər. Məhkəmələr həmin ifadələrin sübut növü kimi qiymətləndirmiş və mötəbər sübutlar kimi onlar hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsini təsdiq etmişdir. Kassasiya şikayətində müdadiə tərəfi "xxxx" MMC-dən alınmış 09 dekabr 2019-cu il tarixli 95 saylı ekspert rəyinə istinad edilərək Məhkum2 hadisənin qarşısını almağa texniki imkanı olmadığını iddia edilmişdir. Qeyd edilən dəlil apellyasiya məhkəməsində də irəli sürülmüş, apellyasiya məhkəməsi həmin dəlilə qiymət verərək göstərmişdir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizası nın aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir. Maddənin məzmunundan göründüyü kimi ictimai və ictimai xüsusi ittiham qaydasında aparılan cinayət təqibi zamanı rəy vermək səlahiyyətləri ekspertiza idarələrinin ekspertlərinə həvalə edilmişdir. Həmin növ işlər üzrə ekspertizalar təhqiqatçının, müstəntiqini, prokurorun və hakimin qərarı ilə təyin edilə bilər. Bu kateqoriyalı işlər üzrə təqsirləndirilən şəxsin müdafiəçisinin ekspertiza idarələrinə müraciət edib rəy almaq hüquqları nəzərdə tutulmamışdır. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq özəl ekspertiza müəssisəsindən alınmış rəyi sübut növü kimi qiymətləndirməkdən imtina etmişdir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsin in hökmündən görünür ki, Məhkum2 verilmiş sərxoş halda avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən iş materiallarında olan sübutlara əsasən sübuta yetirilməmiş, məhkəmə Məhkum2 hadisə baş verən zaman içkili vəziyyətdə olmaması və avtomobili içkili idarə etməməsi qənaətinə gəlmiş, lakin apellyasiya məhkəməsində tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə verilmiş ittiham tam sübuta yetirilmişdir. Məhkum2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayə tin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal (yaşayış yeri üzrə müsbət qiymətləndirilməsi) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Həmçinin, apellyasiya məhkəməsi əsaslı olaraq Məhkum2 barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan R espublikası Milli Məclisinin Qərarının 2.3, 9.2.2, 9.3-cü maddələri tətbiq etmiş və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan azad etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM 416.1.21) yalnız məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna müəyyən etmişdir. Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqınd a qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum2 müdafiəçisi Əhmədov Vüqar Nəcəf oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Əhmədov Vüqar Nəcəf oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmü Məhkum2 müdafiəçisi Əhmədov Vüq ar Nəcəf oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1030/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1030/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver