Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1031/2018 28.06.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1031/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 28 iyun 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və X4 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının xx xx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki apellyasiya həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mehdixan Abdullayev, hakimlər Elşad Əliyev və Asim Hacıyevdən ibarət tərkibdə) Məhkum, xx xx1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 05.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 77.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02.11,2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ev1 qeydiyyatda olan, xx xx.2016-cı il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza - 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbsdə saxlanıldığı bir gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 10 (on) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx xx 2008-ci il tarixli hökmü ilə təyin edilmiş 100 manat cərimə cəzasının 60 manat ödənilməmiş qalan hissəsi hazırkı hökm üzrə təyin olunmuş 10 (on) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına tamamilə birləşdirilməklə, qəti olaraq ona 10 (on) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə və 60 manat cərimə cəzası təyin olunmuş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X1 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan “Ebiş” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlaması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan X1 ilə əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanılaraq daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilərək gizlədilmiş külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün X1, şəxsiyyəti istintaqa «Ebiş» adı ilə məlum olan, lakin digər anket məlumatları məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barə də razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşımış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən naməlum şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək Biləsuvar rayonu ərazisindən keçən Biləsuvar-Qoşatəpə gömrük məntəqəsi yolunun 16-cı kilometrliyində, avtomobil yolunun sol tərəfindəki otluq ərazidə üzərində “FHN” yazısı və şəkil olan plakatın yanında gizlədilmiş 1 (bir) ədəd bağlamada qablaşdırılmış külli miqdarda narkotik vasitəl ər - təmiz halda çəkisi 857,0 qram qurudulmuş marixuananı və təmiz halda çəkisi 1 kq 100 qram heroini əvvəlcədən razılaşdıqları həmin ünvandan götürmək üçün xx xx 2017-ci il tarixdə saat 22 radələrində idarə etdiyi «xx xx» markalı, AZ **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə göstərilən ünvana gəlib yolun kənarındakı sahədə gizlədilmiş külli miqdarda narkotik vasitələri M götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən xidməti vəzifələrini yerinə yetirməklə əməliyyat tədbiri həyata keçirən həmin ərazidə xidmətdə olan Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qəra rı ilə (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Ələsgər Novruzov və Etibar Camalovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum qaçaqmalçılıq cinayəti ilə bağlı əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilmiş, ona CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 9(doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, bu cəzalar CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplan maq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı 1 (bir) gün inzibati qaydada həbsdə saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, üzərində 10 (on) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum İ.Məhkum təyin edilmiş həmin cəza, CM-in 67.1-ci maddəsinə əsasən, Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx xx 2008-ci il tarixli hökmü ilə təyin edilmiş 100 manat cərimə cəzasının 60 manat ödənilməmiş qalan hissəsi ilə tamamilə birləşdirilərək, ona qəti olaraq 10 (on) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası və 60 manat məbləğində cərimə cəzası təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən c ərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum istər ibtidai istintaqda, istərsə də məhkəmə baxışı zamanı dindirilərkən özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini ifadələrində göstərmişdir. Kassator göstərmişdir ki, şahidlərin ifadələrində Məhkum Mhər hansı cinayət əlaqəsinə girməsi, İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanılaraq daşınmaqla Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilərək gizlədilmiş k ülli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını, yaxud bu niyyətdə olmasını təsdiq edə biləcək heç bir dəlil və sübut yoxdur. Məhkum elan olunmuş ittihamın mahiyyəti, əsasən obyektiv və subyektiv cəhətləri uydurma ehtimallarla formalaşdırılmış, iş materiallarında ittihamda göstərilən xüsusatları təsdiq edə biləcək mötəbər heç bir sübuta istinad edilməmişdir. Onun barəsində güman və ehtimala istinad edilməklə ittiham formalaşdırılaraq ittiham hökmü çıxarılmışdır. Halbuki istintaq orqanı tərəfindən bu cür cinayət işləri üzrə çox vacib olan Məhkum mobil telefon danışıqlarının çıxarışları alınsa da, tədqiq olunmamışdır. Belə ki, həmin telefon danışıqlarından göründüyü kimi Məhkumlə xx xx arasında ona məxsus olan (051)444-27-79 nömrəli mobil telefonla xx xx 2017-ci il tarixdə saat 19-59; 20-43 və 20-59da zənglər qeydə alınmışdır. Bu da Məhkum ibtidai istintaq zamanı və məhkəmədə vermiş olduğu ifadələrlə tam üst-üstə düşür. Bundan savayı, onların arasında, habelə Məhkumla istintaqın müəyyənləşdirə bilmədiyi, narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirmək istəyən hər hansı bir şəxslə zəng qeydi, yaxud sair əlaqə aşkar edilməmişdir. Digər tərəfdən, narkotik vasitələri sərhəd nəzarət məntəqəsindən kənar qanunsuz olaraq keçirib Azərbaycan Respublikası ərazisinə gətirən şəxsin (şəxslərin) müəyyənləşdirilməsi ən vacib məsələ olmasına baxmayaraq, N saylı hərbi hissənin əməliyyat keçirən əməkdaşları səriştəsizliyə yol vermiş, bununla da əsl cinayətkarlar məsuliyyətdən kənarda qalmış, təqsiri olmayan Məhkum qanunsuz və əsass ız olaraq cinayət məsuliyyətinə cəlb etməklə, bu boşluğu doldurmaq istəmişlər. Kassator yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarını qismən, Məhkum barəsində ləğv edərək iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. AzərbaycanRespublikasıAliMəhkəməsininCinayət Kollegiyasıcinayətişininmateriallarınıaraşdırıbkassasiyaşikayətlərinin dəlillərinimüzakirəedərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı xx xx çıxışlarını dinləyərək beləhesabedirki, aşağıdakıəsaslaragörəməhkumun müdafiəçisinin kassasiyaşikayəti təminedilməməli və Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Kassa tor kassasiya şikayətində olan apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum barəsində ləğv edilib, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmiş və bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.0.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.3-cü və 416.0.6-cı maddələri məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi b arədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərinin hüdudlarını müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, yuxarıda göstərilən məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbayc an Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx xx 2017-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında 2-ci sərhəd zastavasının arxa hüdudlarında Biləsuvar-Qoşatəpə gömrük yolunun 16-cı km-də şose yolunun kənarında pusqu sərhəd naryadı xidmətini təşkil etmişlər. Onlara zastavanın arxa hüdudl arında narkotik vasitə gizlədilməsi və həmin narkotik vasitənin dalınca kiminsə gəlməsi ehtimal olunduğu barədə məlumat verilmişdir. Saat təxminən 22 radələrində asfalt yolla bir avtomaşının gəlməsini müşahidə etmiş, həmin avtomaşın dayandıqları yerdən irəli gedərək manevr edib geri qayıtdıqdan sonra üzərində FHN yazısı olan lövhənin yanında dayanmış, həmin maşında iki nəfər şəxsin olmasını görmüşlər. Sonra həmin şəxslərdən biri sonradan adını bildiyi M avtomaşından düşərək FHN yazısı olan lövhənin yaxınlığında kolluqda axtarış aparmağa başlamış, eyni zamanda mobil telefonla kimləsə də danışmışdır. Bir qədər sonra Mavtomaşında əyləşən digər şəxsi də axtarış aparması üçün yanına çağırmış, sonradan adını bildiyi Ramin adlı şəxs də avtomaşından düşmüş və kolluqlara tərəf gedib əlindəki alışqa nın işığı ilə ərazini axtarmağa başlamışdır. X7 də axtarmağı tapşırmış, telefonla danışdığı şəxsə isə «tapa bilmirəm, tapa bilmirəm, bəlkə sabah gəlim götürüm» sözlərini demişdir. M danışarkən onun sözləri açıq-aydın eşidilməyə başlamışdır. Sonra M kolluqların arasında bir ədəd torba tapmış və onu götürərək avtomaşına qayıtmaq istəyərkən onlara dayan komandası vermişlər. H və o, dərhal hərəkət edərək Məhkum saxlamışlar. Lakin Məmrə tabe olmayaraq bağlamanı kənara atıb qaçmağa başlamış, həmin vaxt Mfənd işlədərək R ayaqlarının altına salmış və qaçmağa cəhd etmişdir. Sonra naryadın digər üzvləri ilə birlikdə Müşfiqi saxlaya bilmişlər. Təqsirləndirilən şəxslər saxlanılarkən onlara qarşı təzyiq-təsir və qanunsuz hərəkət olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 və X9 ifadələrində şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan xx xx 2017-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə digər məhkum X1 istifadəsində olan ***-***-**-** nömrəsindən İran İslam Respublikasında istifadə olunan **********48 nömrəsi arasında xx xx 2017-ci il tarixdə saat 14:58-də, xx xx 2017-ci il tarixdə saat 19:21-də, xx xx 2017-ci il tarixdə saat 19:34-də, xx xx 2017-ci il tarixdə saat 21:55 və 21:59-da mobil telefon nömrəsi ilə telefon zəngləri qeydə alınmışdır. M məxsus ***-***-**-** nömrəsi ilə Məhkum məxsus ***-***-**-** nömrəsi arasında xx xx 2017-ci il tarixdə saat 19:59, 20:43 və 20:59-da telefon zəngi qeydə alınmışdır. Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin N may 2017-ci il tarixli arayışından görünür ki, Qoşatəpə gömrük postundan Biləsuvar şəhərində gedən magistral yolun 16-cı kilometrliyində gizlədilmiş narkotik vasitələr şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının Aslandüz şəhər sakini tərəfindən Azərbaycan Respublikası ərazisinə göndərilməsi məqsədilə İran İslam Respublikası Biləsuvar şəhər sakini Əfsəri Kiyanuş adlı şəxsə vermişdir. K.Əfsəri həmin narkotik maddələri Azərbaycan Respublikası ərazisinə keçirilməsi məqsədilə həmyerlisi Xavəndi Kamal oğluna təhvil vermişdir. Göstərilən narkotik maddələr naməlum şəraitdə Azərbaycan Respublikasına göndərilərək Aslandüz şəhər sakininə məlumat verilmişdir. Bundan başqa, iş materiallarında olan xx xx 2017-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, hadisə günü xx xx 2017-ci il tarixdə saat təxminən 22:30 radələrində sərhəd zastavasının 11-ci sahəsinin arxa hüdudlarında aşkar olunaraq götürülmüş bağlamanın içərisindən 1 bükümdə qara rəngli selofana bağlamada marixuana, bir büküm qara rəngli selofan bağlamada heroinə bənzər narkotik maddələrin olduğu aşkar edilmişdir. Narkotik vasitə marixuanaya bənzər maddənin ümumi çəkisi 950 qram, heroinə oxşar maddənin ümumi çəkisi 1250 qram olmuşdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xx2017-ci il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxlərdən aşkar edilərək tədqiqata təqdim edilmiş 1 ədəd sellofan torbada, içərisində 1 büküm kristallik və toz şəkilli qarışıq olan maddə təmiz çəkisi 1 kq 100 qram, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan məhkəmə-bioloji eksp ertizasının xx xx2017-ci il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxlərdən aşkar edilərək tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli polietilen torbada üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi-857,0 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Cinayət işinin materiallarından müəyyən olunur ki, istinad edilən cinayət əməllərinin Məhkum tərəfindən törədilməsi məhkəmə araşdırmaları zamanı şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr t ərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, Məhkum barəsində sübutlar CPM-nin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması a parılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Odur ki, məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum barəsində ləğv edilib, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi ilə bağlı dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsviriəsaslandırıcı hissələrindəki istinad etdikləri sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta və ya təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onların əsassız olması qənaətinə gəlir və belə nəticəyə gəlir ki, Məhkum istinad edilən cinayət əməlləri istintaq orqanı tərəfindən toplanmış və məhkəmə araşdırmaları zamanı tam, obyektiv və hərtərəfli surətdə tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq Məhkum cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisinin verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişd irilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A AL D İ: Məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkumna aid hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: İlqar Qılıcov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1(102)-1031/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1031/2018
28.06.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver