Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1031/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Mürud qızının iştirakları ilə xx xxxx 1981-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, ************ kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında y aşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 153.2ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Mürud qızı tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), İ.X.Həsənzadə və Ə.Q.Quliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2018-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Q.X.Babayev və R.K.Səfərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 31 avqust 2018-ci il tarixdə, saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşa dığı ünvan 2 ünvanında yerləşən 1 saylı binanın blokuna daxil olub liftin gəlməsini gözləyərkən həmin vaxt mənzilə qalxmaq üçün bloka daxil olmuş qonşusu - xx xxxxxxx 2008-ci il təvəllüdlü X6 ilə birlikdə liftə daxil olaraq, Zərərçəkmiş şəxsnın on dörd yaşına çatmadığını bilə-bilə onun çiynini və saçını sığallamış, sonra əlini onun sinə nahiyəsinə salaraq sol döşünə toxunmuş, Zərərçəkmiş şəxs əlini sinəsinə sıxmaqla ona mane olduqda əlini geri çəkmiş, bununla da on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam veril məsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum əməlində heç bir cinayətin tərkibi yoxdur və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, Məhkum barəsində ittiham hökmü yalnız 9 yaşlı Zərərçəkmiş şəxsnın ifadəsi əsasında çıxarılmışdır. Məhkum özünü təqsirli bilməmiş, başqa sübut isə işdə yoxdur. Şikayət müəllifi həmçinin qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən ədalətli olmamış, onun barəsində olan yüngülləşdirici halları – ilk dəfə məhkum olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, Ağdam rayonundan məcburi köçkün olmaqla ailənin yeganə qazanc gətirəni olmasını nəzərə almamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, Müd afiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübu tlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əl də edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun baş vermiş cinayət hadisəsi ilə heç bir aidiyyətinin olmaması, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmi ş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Şahid1 01 sentyabr 2018-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-yə ərizə ilə müraciət edərək, qonşusu Ramin tərəfindən qızı X4 qarşı seksual xarakterli hərəkətlər etməsi barədə məlumat vermişdir. Bundan sonra Şahid1 01 sentyabr 2018-ci il tarixli izahatında, həmçinin həmin tarixdə şahid qismində ifadə verərkən qonşusu Məhkum qızı Zərərçəkmiş şəxsya qarşı etdiyi əxlaqsız hərəkətləri barədə ətraflı məlumat vermiş və həmin izahatı verərkən Azərbaycan Respublikası CM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar olunmuşdur. Bundan başqa yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs X6 həm ibtidai araşdırma, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində və məhkumla keçirilmiş üzləşdirmədə Məhkum ona qarşı əxlaqsız hərəkətlər etdiyini göstərmiş və həmin hərəkətlərin nə vaxt, harada və hansı qaydada edilməsini ətraflı təsvir etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə psixoloji ekspertizasının 19 oktyabr 2018-ci il tarixli rəyindən görünür ki, aparılmış eksperimental psixoloji tədqiqatın nəticələrinə görə müayinə olunan Zərərçəkmiş şəxsnın əqli inkişafı aldığı təhsilinə və onu əhatə edən sosial mikromühitə uyğundur. Zərərçəkmiş şəxs psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxsnın nitqi aydın olmaqla o, kifayət qədər lüğət ehtiyatına malikdir, öz fikirlərini başqalarına adekvat olaraq çatdırmaqla çətinlik çəkmir. Zərərçəkmiş şəxsnın hafizəsi, ilk növbədə, ixtiyarı yaddasaxlaması normal inkişaf etmişdir. Təqdim edilmiş anlayışların müqayisə və təsnifatı, eləcə də əsas əlamətlərin ayırd edilməsi zamanı, Zərərçəkmiş şəxs həm əsas, həm də ikinci dərəcəli əlamətlərdən çıxış edir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox introvertə (insanın psixi fəaliyyətinin daxili aləminə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi ləngdir. Zərərçəkmiş şəxsnın sensor-perseptiv (duyğu və qavrayış) proseslərinin inkişafı normal olmaqla, inkişaf etməkdə davam edir. Zərərçəkmiş şəxsnın fərdi-psixi xüsusiyyətlərində və təsəvvürlərində qadınlıq və kişilik haqqındakı etalon və stereotiplər əqli inkişafına və yaşadığı sosial m ikromühitə uyğundur. Onun idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları müşahidə olunmur. Eksperimental tədqiqatın təhlili əsasında belə qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Məhkum öz xətti ilə yazdığı izahatında 31 avqust 2018-ci il tarixdə, təxminən saat 15-16 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında kafedə birlikdə işlədiyi şəxslər xeyli miqdarda içki içdiyini, ondan sonra saat 17 radələrində yaşadığı evin qarşına gəldiyini bildirmişdir. Daha sonra liftə yaxınlaşanda qonşusu Lamiyənin qızı Selinin lifti gözlədiyini görmüş, lift gəl ib çatanda əlinin Selinin çiynindən salaraq sinəsinə toxunduğunu göstərmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində Məhkum verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin məhkəmə onun dəlillərini ətraflı araşdırmış və sonuncunun Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X3, şahidlər Şahid1 və Şahid2 dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxs X3, şahidlər Şahid1 və Şahid2 ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri ilə tam sübuta yetirilir. M əhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə hökmü qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1031/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1031/2019
30.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver