Məhkəmə qərarları › İş №1(102)-1031/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1031/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1031/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum1 müdafiəçisi Eynullayev Hüseyn Əmin oğlunun və Məhkum2 müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmaсына dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi H.Ə.Eynullayev və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum1, xx xxxx 1993-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbay can Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, və Məhkum2, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, hər birisi CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb e tmə, yəni zərərçəkmiş şəxsin və onun ailə üzvləri haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə- qorxu ilə tələb etmişlər. Belə ki, Məhkum1 külli miqdarda özgənin əmlakını əldə etmək məqsədi ilə hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ailə üzvlərinin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı Məhkum2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə onlar, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 12 aprel 2021-ci il tarixdən etibarən 21 aprel 2021-ci il tarixədək olan müddət ərzində ondan həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 340.000 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu hədə-qorxu ilə telefonun "WhatsApp” proqramı vasitəsilə tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 21 aprel 2021-cu il tarixdə saat 18:55-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etdiyi və sonuncunun qohumu olmaqla əməliyyataxtarış tədbirinə cəlb edilmiş Şahid1 DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş həmi n dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pul vəsaitini Məhkum1 ələ keçirərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanın yaxınlığında, cinayətin digər üzvü Məhkum2 isə 22 aprel 2021-ci il tarixdə saat 10.00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi nömrəsiz evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hökmdən Məhkum1 müdafiəçiləri Mənsurova Lalə Nadir qızı və Eynullayev Hüseyn Əmin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş, Məhkum2 və onun müdafiəçisi Əliyev Oqtay Məhəmmədoviç tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə Məhkum2 müdafiəçisi Canıyev Nizami Xudaqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 17 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi H.Ə.Eynullayev kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Məhkum2 isə apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində həmin qərarın dəyişdirilməsini və onun ə məlinin CM-nin başqa maddəsinə tövsif edilməklə ədalətli qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi H.Ə.Eynullayev CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə istinad edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəməsi Məhkum1 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli və himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirsələr də, ona cəzanın təyin edilməsi məsələsini həll edərkən bu halları kifayət qədər nəzərə almamış, ona təyin olunmuş cəza isə bu hallara uyğun olmamış, hüquqlarını müdafiə etdiyi şəxsə daha yüngül, azadlıqdan məhrum etməklə bağlı olmayan cəzanın t əyin edilməsi mümkünlüyünü, belə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etməmişlər. Müdafiəçisi buna əsas kimi həmçinin qeyd edir ki, Məhkum1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, o, törətdiyi əməldən səmimi peşmançılıq çəkmiş, təqsirini etiraf etmiş, zərər çəkmiş şəxsin də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Məhkum1 evlidir və himayəsində iki azyaşlı uşaqları var, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, onun barəsində şikayətlər daxil olmamış, atası X5 ümumi xəstəlikdən İ qrup əlil olduğundan ailənin yeganə gəlir yeri və dolanacaq mənbəyi Məhkum1 qazancı olmuşdur. Onun azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi həm ailəsində maddi çətinlik yaradır, həm də azyaşlı uşaqlarının psixologiyasına, gələcək təhsil, şəxsi və ailə həyatına mənfi təsir göstərərir. Bundan başqa, müdafiəçi H.Ə.Eynullayev kassasiya şikayətində bildirir ki, Məhkum1 törətdiyi əməlin ictimai təhlükəliliyini tam şəkildə dərk etmiş, artıq islah olmuş, bununla da cəzanın təyin edilməsi məqsədinə nail olunmuşdur. Buna görə də onun barəsində azadlıqdan məhrum etmə növündə olmayan başqa cəzalar (ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və. s.) və ya CM-nin 182.3.2-ci maddəsi ilə tətbiq olunmuş azadlıqdan məhru metmə cəzasının aşağı həddindən də az cəza təyin edilə bilər. Qeyd olunanları nəzərə alaraq müdafiəçisi H.Ə.Eynullayev apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən halların nəzərə alınıb Məhkum1 CM-nin 182.3.2-ci maddəsinin sanksiyyasında nəzərdə tutulmu ş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az və ya azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun barəsindəki cinayət işinə düzgün baxmamış və nəticədə barəsində ədalətsiz qərar qəbul etmişdir. Eyni zamanda kassasiya şikayətinin müəllifi bildirir ki, onun əvvəlcədən Məhkum1 tərəfindən hədə-qorxu ilə tələb etmə əməlinin törədilməsi barədə xəbəri olmamış və o, sadəcə vaxtında sonuncunun törətdiyi cinayət əməli barədə polisə məlumat verməmişdir. Məhkum2 özünü CM-nin 182.3.2-ci maddəsi ilə də təqsirli bilmir və hesab edir ki, onun əməli CM-nin başqa maddəsi ilə tövsif edilməlidir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçiri ləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Zərərçəkmiş şəxs məhkəməyə naməlum səbəblərdən gəlməmiş, məhkumlar Məhkum2 və Məhkum1 isə məhkəmə iclasında iştirak etmək arzularını bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə adı çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəm ənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi H.Ə.Eynullayevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadan Məhkum1 ağır cəzanın təyin edilməsini iddia edərək onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ona azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsi barədə qərarın qəbul olunması tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndi rmişdir. Məhkum2 kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu işin faktiki hallarını mübahisələndirərək öz kassasiya şikayətində onun əməlinin düzgün tövsif edilməməsini və ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək v ə ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi H.Ə.Eynullayevin və Məhkum2 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qan unvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edər ək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişd irməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi, araşdırılmış sübutlara əsasən işin faktiki hzallarının müəyyən edilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin,ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zər ər çəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, həmçinin cinayət xarakterli əməl törətmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində bu və ya digər cinqayəthüquqi xarakterli tədbirlərin tətbiq edilmələrini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yal nız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində ə ksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edil ir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyə ti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsı n. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəm ə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılm ası imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təq sirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvaq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum1 və Məhkum2 onlara e lan olunmuş ittiham üzrə cinayət əməllərini törətmələri barədə qənaətə gəlmişdir. Apellyasya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və Məhkum2 kassasiya şikayətində göstərdiklərinin əksinə olaraq hesab etmişdir ki, Məhkum1 külli miqdarda özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ailə üzvlərinin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı Məhkum2la əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə onlar, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin haqqında rüsvayedici məlumatları y ayma hədəsi ilə 12 aprel 2021-ci il tarixdən etibarən 21 aprel 2021-ci il tarixədək olan müddət ərzində ondan həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 340.000 manat təşkil edən 200.000 ABŞ dolları məbləğində nağd pulu hədə-qorxu ilə telefonun "WhatsApp” proqramı vasitəsilə tələb etmiş və 21 aprel 2021-ci il tarixdə saat 18.55-də Azərbaycan Respublikasının milli pul vahidi ilə külli miqdarda 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirərkən, Məhkum2 isə 22 aprel 2021-ci il tarixdə saat 10.00-da polis əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkum2 kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 təqsirliliyini n mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məkum olunmuş şəxslərin özlərinin verdikləri etirafedici ifadələri ilə yanaşı, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, telefon yazışmalarının aparılması haqqında məlumatlarla, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə gəldikləri nəticənin əsasında duran bu sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsas landırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum2 və Məhkum1, zərər çəkmiş şəxsin və şahidlərin dindirilməsi, telefon məlumatlarının əldə edilməsi, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum2 kassasiya şikayətində onun əvvəlcədən Məhkum1 tərəfindən hədə-qorxu ilə tələb etmə əməlinin törədilməsi barədə xəbəri olmadığını və vaxtında sonuncu tərəfindən törədilmiş cinayət əməli barədə polisə məlumat verməməsini və buna görə də onun əməinin CM-nin başqa maddə ilə tövsif edilməli o lduğunu bildirsə də, məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu dəlilərin və onların əsasında irəli sürülmüş tələbin əsassız olmasına dəlalət edir. Belə ki, Məhkum2 həm ibtidai araşdırma zamanı, həm də birinci instansiyası məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, o, cinayət törətməzdən əvvəl heç bir yerdə işləməmiş və buna də maddi cəhətdən çətinlik çəkmişdir. O, Zərərçəkmiş şəxsin sürücüsü Şahid2 uzun müddətdir ki, tanımış, onunla dostluq münasibətində olmuş və sonuncu onunla söhbət edərkən Zərərçəkmiş şəxsnin şəxsi həyatı və əlaqələri barədə ona danışmışdır. Həmçinin Xanzadə çatdıra bilməyəndə bəzi hallarda o, özü də Zərərçəkmiş şəxs xidmət göstərmiş, onun özünün də sonuncunun şəxsi həyatı ba rədə bəzi məlumatları olmuşdur. Bu ərəfədə onun maddi cəhətdən çətinliyi olduğundan o, qərara almışdır ki, hədə-qorxu və şantaj yolu ilə Zərərçəkmiş şəxs pul tələb etsin, bu işin görülməsində ona köməkçi lazım olmuş və buna görə dostu Məhkum1la görüşüb Zərərçəkmiş şəxs adlı qadına qarşı hədə-qorxu ilə pul tələb etməklə bağlı planı barədə məlumat vermiş, bu işdən 100.000 manat əldə edə biləcəklərini, pulu yarı böləcəklərini bildirmiş, Məhkum1 də onunla razılaşmışdır. Plana uyğun olaraq, o, İnstaqram vasitəsi ilə ABŞ-ın mobil operatorlarına aid +1(650) ***-**** mobil nömrə alıb “Watsap” ani mesajlaşma proqramında qeydiyyatdan keçmiş, bundan sonra isə 12 aprel 2021-ci il tarixdə həmin proqram vasitəsi ilə aldığı nömrədən Zərərçəkmiş şəxsnin mobil telefon nömrəsinə mesaj yazaraq, onun Rusiyada kı iş adamı ilə intim münasibətlərindən xəbəri olduğunu, əgər ona pul verməsə müəyyən adamların vasitəsi ilə həmin məlumatı bütün Azərbaycana yayacağını bildirmişdir. Zərərçəkmiş şəxs isə cavabında ona yazmışdır ki, heç kimə heç bir məlumat verməsin, tələb olunan 100.000 manatı verəcək. 21 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yazmışdır ki pul hazırdır, hara desələr gətirə bilər. Bundan sonra məsələnin baş tutduğunu görüb dostu Məhkum1yə tapşırmışdır ki, özü Zərərçəkmiş şəxs ilə yazışıb pulu götürsün, Məhkum1 də yazışıb Binəqədi rayonu ərazisinə görüş təyin etmişdir. Bundan sonra o, öz evinə getmiş, Məhkum1 isə axşam vaxtlarında Zərərçəkmiş şəxs ilə görüşüb pulu götürməli olmuşdur. Həmçinin Məhkum1yə boş istifadə olunmamış flaş kart vermişdir ki, Zərərçəkmiş şəxsyə göstərsin, guya orad a rüsvayedici məlumatlar var. Beləliklə də o, evə gedib gözləməyə başlamış, lakin Məhkum1dən xəbər gəlməmiş, buna görə də sonuncunu tutulduğunu ehtimal etmişdir. 22 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində o, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsindəki nömrəsiz evdən çıxıb piyada gedərkən, mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlırla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkili dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş, bu zaman ona hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üst ündəki əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, şəxsi axtarış və götürmə keçirilməsinə razı olduğunu bildirdikdən sonar ona Zərərçəkmiş şəxs şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verilərək üzərindəki əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış keçirilərkən qanunsuz heç nə aşkar edilməmişdir. Sorğu-sual zamanı o, Zərərçəkmiş şəxs sürücüsü “Xanımirzə” adlı şəxslə dost olduğunu, yanında olarkən təsadüfən Zərərçəkmiş şəxs telefon nömrəsini və bəzi şəxsi məlumatları öyrəndiyini, digər dostu Məhkum1la birlikdə maddi vəziyyətlərini yaxşılaşdırmaqdan ötrü Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul əldə etməyi planlaşdırdıqlarını bil dirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, cinayət təqibinin müxtəlif mərhələlərində digər məhkum olunmuş şəxs Məhkum1 da özünü ona CM-nin 182.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətdiyi cinayət əməlinin bütün halları haqda sonuncunun ifadələrinə uyğun eyni məzmunda ifadələr vermişdir. İbtidai araşdırma zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatına əlavə edilmiş A4 formatlı 14 ədəd vərəqdə olan məlumatlara baxış keçirilən müəyyən edilmişdir ki, +1(650)649-1502 saylı mobil telefon nömrəsindən "WhatsApp” proqramı vasitəsi ilə daxil olmuş və həmin telefon nömrəsinə göndərilən mətn mesajları əks olunur. Mətn yazışmalarında rusvayedici məlumatların yayılması hədəsi ilə 200.000 ABŞ dolları pulun tələb edilməsi təsdiqini tapmışdır. Bundan əlavə, Məhkum1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd "Huawei” və bir ədəd "Samsung” markalı və Məhkum2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd "Honor” markalı mobil telefon cihazlarına baxış keçirilən zaman digər iki mobil telefon cihazılarından fərqli olaraq "Huawei” markalı mobil telefon cihazının qabaq və arxa kameraları qala rəngli yapışqan lentlə bağlanmış vəziyyətdədir. Baxış keçirilən mobil telefon cihazlarında, menyu və daxil yaddaşlarlarında müxtəlif proqram, kontakt, foto və video faylları və digər məlumatlar olmuşdur. "Samsung” və "Honor” markalı mobil telefon cihazılarında cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməsə də, video kameraları bağlanmış vəziyyətdə olan "Huawei” markalı mobil telefo nun "Foto qalereya” proqramının "ekran şəkilləri” papkasında "+994 50 807 7...” və "+994 50 807 77 77” abonenti ilə whatsapp proqramı vasitəsi ilə sms mətn yazışmalarının 78 ədəd fotoşəkillərin olması, yazışmalarda isə şəxsi məlumatların yayılması ilə bağlı hədə-qorxu məzmulu yazıların olması müəyyən edilmişdir. Həmin fotoşəkillər 20 ədəd A4 formatlı vərəqdə protokola əlavə edilmişdir. Həm məhkum olunmuş şəxslərin özlərinin ifadələrinin, həm də başqa sübutların fövqündə Məhkum2 digər Məhkum1 planlarından əvvəlcədən xəbəri olmaması barədə Məhkum2 sonradan apellyasiya instansiyası məhkəməsində verdiyi ifadələrini və kassasiya şikayətində göstərdiyi dəlillərini məhkəmə kollegiyası iş materiallarına uyğun olmayan, özünümüdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən if adələr və dəlillər kimi qiymətləndirir və buna görə də onlarla razılaşmasını mümkün bilmir. Göründüyü kimi, Məhkum2 CM-nin 182.3.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi biri digəri ilə uzlaşan sübutlarla öz təsdiqini tapmışdır ki, belə olan halda da onun əməlinin CM-nin hər hansı bir başqa maddəsi ilə tövsif edilməsindən və ya əməlində ona istinad edilən cinayət tərkibinin olmamasından söhbət gedə bilməz. Məhkum2 və Məhkum1 barələrində seçilmiş cəza tədbirinin onların şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cin ayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM- nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə al ınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri d aşımamalıdır. CM-nin 349.5-ci maddəsinin tələbinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdir ilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il t arixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictima i təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsi nin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən, hökmdən verilmiş apellyasiya şikayətində isə bununla bağlı tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya eh tiyac olmamış və məhkəmə tərəfindən məhkumun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Məhkum2 və Məhkum1 barələrində seçilmiş cəza tədbirinin cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan hallara uyğun olmaması barədə kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onların törətdiklərinə görə təqsirli bilindikləri CM-nin 182.3.2-ci maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və həmin maddədə nəzərdə tututulmuş cinayət CM-nin xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Əvvəla, Məhkum2 barəsindəki birinci instansiyası məhkəməsinin və onunla razılaşan apel lyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarından görünür ki, məhkəmə Məhkum2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun əməlindən səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərər çəkmiş şəxslə barışmasını CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə məhkumun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq CM-nin 182.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və məhkumun istinad etdiyi dəlilləri təhlil edən məhkəmə kollegiyası hesab edir ki, birinci və a pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və həmin məhkəmələrin əsaslandığı cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar isə müəyyən edilmir, buna görə də məhkəmə kollegiyası Məhkum2 təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası Məhkum1 yüngül cəza təyin edilməsi barədə kassasiya şikayətində irəli sürülmüş dəlillərə cavab olaraq bildirir ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum1 təqsirli bilindiyi CM-nin 182.3.2-ci maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - kimi əməlindən səmimi peşimançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), zərər çəkmiş şəxslə barışmasını, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan birinci instansiya məhkəməsi Məhkum1 təqsirli bilindiyi CM-nin 182.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində kifayət qədər ədalətli cə za təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (müdafiəçi H.Ə.Eynullayevin kassasiya şikayətində irəli sürülmüş tələblər məhz bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hal lar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən edilmiş bütün faktiki, o cümlədən cəza tədbirinin seçilməsinə təsir göstərən halların təhlili Məhkum1 hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onların məhkumun t öərtdiyi cinayət əməllərinin ictimai təhlükəlilini azaldan hallar kimi qiymətləndirilməsinə və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza müddətinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az müddətədək endirilməsi, yaxud da bu cəzanın azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etməklə əlaqədar olmayan başqa cəza ilə əvəz edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsinin mümkün olmamasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası həm Məhkum1 müdafiəçisi H.Ə.Eynullayevin, həm də Məhkum2 kassasiya şikayətlərinin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, baxılan işdə Məhkum2 əməlinin başqa maddə ilə tövsif edilməsi və məhkum olunmuş şəxslərə təyin olunmuş cəzaların yüngülləşdirilməsi üçün əsaslar, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən hallardan hər hansı birinin olması müəyyən edilmir və buna görə də yuxarıda şərh olunanlar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin heç bir dəlili ilə razılaşmayaraq onları qəbuledilməz sayır və Məhkum1 müdafiəçisi H.Ə.Eynullayev və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçilər H.Ə.Eynullayevin və R.R.Yusifbəylinin və hər iki kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı Məhkum1 müdafiəçi si H.Ə.Eynullayev və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar