Məhkəmə qərarları › İş №1(102)-1032/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1032/2019

09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1032/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X25, zərərçəkmiş şəxslər X19 və X7 iştirakları ilə, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Rüstəmov Ayət Aslan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin (hakim: Məmmədov Mübariz İsfəndiyar oğlu) 28 dekabr 2018-ci il tarixli hökmü ilə xx.xx.1971-ci il tarixdə Gürcüstan Respublikası, Sxeti rayonu, Ksani kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, beş uşaq anası, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olan, ünvan 2 yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü m addələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 08 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən v ə məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) 15 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2019-cu il tarixli qərarından X25 Aslan oğlu kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini, məhkumun əməlinin 178.2.2 və 178.2.4-cüi maddələrə tövsif edilməklə barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdirlər. İşin halları: Hökmə əsasən, Məhkum oğurluq, yəni özgənin əmlakını gizli yolla talamaq məqsədilə 17 aprel 2016-cı il tarixdə Astara şəhəri, Hərbi şəhərcikdə yaşayan X4 şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü «falabaxan İmişli rayon sakini» kimi təqdim edərək, ev sahibi tərəfindən yaşayış sahəsinə dəvət edildikdən sonra, X2ya qısa zamanda ailə üzvlərinin faciə ilə üzləşəcəyini, həmin faciədən yaxa qurtarmaq üçün evdə olan pul və qızıl-zinət əşyalarını, daha sonra isə evdə olan «Qurani Kərim» kitabını gətirməsini deyib, pul və qızıl-zinət əşyalarını «Qurani Kərim» kitabının arasına qoymasını təklif etmiş və buna nail olduqdan sonra, həmin əmlakı ələ keçirmək üçün öz həqiqi niyyətini başa çatdırmaqdan ötrü, zərərçəkmiş şəxs X2ya çay gətirməsini, gəlininə isə düyü gətirməsini tapşıraraq, əmlakın olduğu yerdən hər ikisini uzaqlaşdırdıqdan sonra, orada heç kimin olmamasından istifadə edib, «Qurani Kərim» kitabını və arasında olan 150 manat pul, 500 manat qiymətində uzunsov dördkünc klonlu qızıl boyunbağı, 200 manat qiymət ində bir ədəd qızıl qolbağı, 200 manat qiymətində bir ədəd kəhrəba üzük və 500 manat qiymətində bir cüt sırğa və bir üzükdən ibarət komplektlə birlikdə gizli olaraq evi tərk edərək talayıb həmin əmlakı ələ keçirməklə zərərçəkmiş şəxs X6 məxsus ümumilikdə 1550 (bir min beş yüz əlli) manat dəyərində əmlakı gizli yolla talamışdır. Bundan başqa, o, cinayət əməllərini davam etdirərək, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə 25 oktyabr 2016-cı il tarixdə, saat 11 radələrində, ünvan 1-də yaşayan X14 şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü «Toma» adı ilə təqdim edib ona oğlunun yaxın aylarda öləcəyini, onun bədəninə qəbirstanlıqda ruh daxil olmasını, ruhu oğlunun bədənindən çıxaracağını, bundan ötrü evdə olan pul və qızıl-zinət əşyalarını ona təqdim edilməli olduğunu, onları «ovsunladıqdan» sonra geri qaytaracağı barədə yalan vəd verib aldadaraq, sonuncunun işlədiyi Xaçmaz şəhəri N.Nərimanov kücəsində yerləşən «Stella» ayaqqabı dükanında X2dan həmin günə olan məzənnəyə görə 18642 manat 65 qəpiyə bərabər 11500 ABŞ dollarını, habelə 100 manat dəyərində bir ədəd qızıl sepini, 350 manat dəyərində bir ədəd üzəri aypara şəkilli 7 ədəd brilliant qaşı olan nişan üzüyünü, 50 manat dəyərində üzərində “Ramil” adı yazılmış qızıl qolbağını, 1800 manat dəyərində kitab formalı üzərində brilliant qaşları olan bir cüt sırğa və üzükdən ibarət dəsti, cəmi 2300 manat dəyərində qızıl-zinət əşyalarını aldıqdan sonra vədinə əməl etməyib qeyd olunan əmlakı geri qaytarmamaqla ələ keçirərək zərərçəkmiş şəxs X 14 xeyli miqdar təşkil edən ümumilikdə 20942 (iyirmi min doqquz yüz qırx iki) manat, 65 (altmış beş) qəpik ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, cinayət əməllərini davam etdirərək, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2017-ci ilin avqust ayında, X16-də yaşayan X21 şəxsiyyəti barədə həqiqi məlumatları gizlisaxlayaraq özünü «X4» adı ilə təqdim edib ona məxsus pul və qızıl-zinət əşyalarının “ovsunlandığını”, həmin əmlakı «şər qüvvələrdən» təmizləyəcəyini, bundan ötrü ona məxsus pul və qızıl-zinət əşyaların ona təqdim edilməli olduğunu onları «ovsunladıqdan» sonra geri qaytaracağı barədə yalan vəd verib aldadaraq, sonuncunun işlədiyi, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun ya xınlığında yerləşən «Amulet» gözəllik salonunda, X4dan həmin dövrə olan məzənnəyə görə 135 manata bərabər 5000 rus rublunu və 100 manat dəyərində bir cüt qızıl sırğanı, 100 manat dəyərində bir ədəd qızıl üzüyü, 300 manat dəyərində bir ədəd qızıl üzüyü, 50 manat dəyərində bir ədəd gümüş kulonu, 58 manat dəyərində bir ədəd qızıl kulonu, 300 manat dəyərində bir ədəd qızıl qolbağı, 500 manat dəyərində bir ədəd qızıl boyunbağını, ümumilikdə 1408 manat dəyərində qızıl-zinət əşyalarını aldıqdan sonra qeyd olunan əmlakı geri qaytarmayıb ələ keçirərək zərərçəkmiş şəxs X21 ümumilikdə 1543 (bir min beş yüz qırx üç) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, cinayət əməllərini davam etdirərək, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ə lə keçirmək məqsədilə 30 mart 2018-ci il tarixdən 02 aprel 2018-ci il tarixədək olan müddət ərzində, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan X15 şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü «X4» adı ilə təqdim edərək sonuncuya anasının tez bir zamanda öləcəyini, anasına və onun özünə «cadu» edildiyini, həmin «cadunun» qalmasının onun və ailə üzvlərinin səhətində ağır nəticələrə gətirib çıxaracağını, «cadunu» təmizləmək üçün ona məxsus olan pul və qızıl –zinət əşyalarını guya «rus qəbirstanlığına» aparıb «cadudan» təmizəmələk üçün qaytarmaq şərti ilə təqdim etməli olduğunu bildirməklə yalan vəd verib aldadaraq, sonuncunun işlədiyi, ünvan 5 X18 vahid niyyətlə, 30 mart 2018-ci il tarixdə 50 manat pulunu, 02 aprel 2018-ci il tarixdə, saat 13 radlərində isə 600 manat pulunu və 100 manat dəyərində bir ədəd qızıl bilərziyini, 120 manat dəyərində bir ədəd qızıl üzüyünü, 130 manat dəyərində bir ədəd qızıl üzüyünü, 360 manat dəyərində iki cüt qızıl sırğasını, 150 manat dəyərində bir ədəd qızıl sepini, 1500 manat dəyərində komplekt qızıl sırğalarını və üzüyünü, cəmi 2360 (iki min üç yüz altmış) manat təşkil edən qızıl-zinət əşyalarından ibarət əmlakını vədinə əməl etməyib geri qaytarmayaraq ələ keçirməklə, zərərçəkmiş şəxs X15 ümumilikdə 3010 (üç min on) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, cinayət əməllərini davam etdirərək, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə 2018-ci ilin aprel ayının 26-dan 28-dək olan müddət ərzində, Şirvan şəhəri, Əcəmi küçəsi ev 32-də yaşayan X8 şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü «X16» adı ilə təqdim edib onun eşitmə və danışma qabiliyyətində qüsuru olan nəvəsinə qarşı «əməl» edildiyini, həmin «əməli» təmizləməklə, nəvəsinin sağalmasına nail olacağını bildirərək, bundan ötrü ona məxsus pul və qızıl-zinət əşyalarının ona təqdim olunmasını, həmin əşyaların «əməldən» təmizlədikdən sonra geri qaytaracağı barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə 26 aprel 2018-ci il tarixdə Şirvan şəhəri 18 saylı məktəbin yaxınlığında yerləşən “Faberlic” mağazasında Ziyafət Kamilovanın 200 manat pulunu, 28 aprel 2018-ci il tarixdə isə eyni ünvanda Ziyafət Kamilovanın on dörd ədəd qızıl üzüyünü, üç ədəd qızıl dəstini, iki ədəd qızıl qolbağını, iki ədəd uşaqlar üçün nəzərdə tutulmuş qızıl boyunbağısını, b ir ədəd nazik qızıl qolbağını, bir ədəd qızıl klonunu, cəmi 10000 manat dəyərində qızıl-zinət əşyalarını və 50 manat pulunu vədinə əməl etməyib əmlakı geri qaytarmayaraq ələ keçirməklə, zərərçəkmiş şəxs X8 ümumilikdə xeyli miqdar təşkil edən 10 250 (on min iki yüz əlli) manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, əvvəllər talama cinayətlərini törətməsinə baxmayaraq, cinayət əməllərini davam etdirərək, oğurluq, yəni özgənin əmlakını gizli yolla talamaq məqsədlə 25 may 2018-ci il tarixdə səhər saatlarında, Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan X16 şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü «Toma» adı ilə təqdim edib, sonuncuya yaşadığı evində qara qüvvələrin olmasını, həmin qara qüvvələrin ona və ailə üzvlərinə təsir edəcəyini bildirməklə bunun q arşısını almaqdan ötrü ona məxsus pul və qızıl-zinət əşyalarını alıb «ovsunladıqdan» sonra geri qaytaracağı barədə yalan vəd verib, öz həqiqi niyyətini gizli saxlayaraq əvvəlcədən razılaşdıqları kimi zərərçəkmiş şəxs Ofelya Quliyevaya yaşadığı evində olan pul və qızıl zinət əşyalarını, həmçinin yumurtanı işlədiyi gözəllik salonuna gətirməsini bildirdikdən sonra, 25 may 2018-ci il tarixdə, saat 11 radələrində, zərərçəkmiş şəxs Ofelya Quliyeva yaşadığı evindən 1299 manat pulu götürüb Astara şəhərində yerləşən işlədiyi gözəllik salonuna gətirdikdən sonra, Ofelya Quliyevaya gözlərini bağlamasını və dediyi sözləri təkrar etməsini, sonuncu da gətirdiyi 1299 manat pulu işlədiyi yerdə lazer aparatının üzərinə qoyduqdan sonra gözlərini bağlamış və dediyi sözləri təkrar etmiş, həmin müddət ərzində, Ofelya Quliyevaya məxsus lazer aparatının üzərinə qoyulmuş 1299 manat pulu gizli yolla lazer aparatının üzərindən götürüb üstündə gizlətmiş, Ofelya Quliyevaya gözünü açmasını bildirib gözünü açandan sonra sonuncuya əmlakını gizli götürməsini bildirmədən gözəllik salonunu tərk etməklə X16 məxsus 1299 manat pulu gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, cinayət əməllərini davam etdirərək, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 26 may 2018-ci il tarixdə, Astara şəhəri, S.Vurğun küçəsiev 191-də yaşayan X2 şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq «X16» kimi təqdim etmiş, sonuncuya qızlarının ərə getməyərək evdə qalmalarını və onların bəxtini açıb ərə getmələrinə köməklik ed əcəyini bildirməklə bundan ötrü ona məxsus pul və qızıl-zinət əşyalarını alıb «ovsunladıqdan» sonra geri qaytaracağı barədə yalan vəd verib aldadaraq, yaşadığı evində Qızxanım Şahverdiyevanın təqdim etdiyi 907 manat pulunu, 200 manat dəyərində bir ədəd qızıl üzüyünü, 400 manat dəyərində ay-ulduz formalı bir cüt sırğasını, 100 manat dəyərində qırmızı rəngli bir cüt uşaq sırğasını, 200 manat dəyərində uzun formalı, çəhrayı rəngli bir cüt sırğasını və ümumi qiyməti 400 manat olan iki ədəd boyunbağısını vədinə əməl etməyib əmlakı geri qaytarmayaraq ələ keçirməklə, zərərçəkmiş şəxs X2 ümumilikdə 2207 (iki min iki yüz yeddi) manat miqdarında ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: X25 Aslan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən sübutlar hərtərəfli araşdırılmamış, bu səbəbdən məhkumun əməli düzgün qiymətləndirilməmiş, Məhkum zərərçəkmiş X2ya qarşı heç bir ziyan vurmadığı halda təqsirli bilinmiş və zərərçəkmiş Ofeliya Quliyevaya qarşı əməlləri dələduzluq cinayəti olduğu halda yalnış olaraq oğurluq cinayəti kimi tövsif edilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, təqsirini qismən etiraf etməsini nəzərə almamışlar. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2019-cu-ci il tarixli qərarının ləğv edilməsini və məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kas sasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apel lyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində məhkəmənin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 177.2.2 maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsinin əsaslılığını mübahisələndirmişdir. Zərərçəkmiş şəxs X3 ifadəsindən göstərmişdir ki,. 17 aprel 2016-cı il tarixdə yaşadığı evdə olarkən bir nəfər özünü «İmişli rayonundan gəlmə Elena» kimi təqdim edən qadın ondan bir stəkan çay istəmiş, o da onu evə dəvət etmişdir. Həmin qadın stolda oturmuş, həyatında baş vermiş bəzi hadisələri deyərək, evindəki ağırlığı götürmək sçün evdə olan pul qızıl-zinət əşyalarını “Qurani Kərim” kitabını gətirməsini bildirmişdir. O. sapı bir neçə yerdən zıl qolbağı, dəyəri 200 manat olan bir ədəd kəhrəba üzüyü və dəyəri 500 manat olan bir cüt sırğa və bir üzükdən ibarət komplekti gətirib Elenaya vermişdir. O həmin əşyaları gətidikdən sonra ona demişdir ki, Quranı açsın, o da açdıqdan sonra həmin qızıl və pulları Quranın içinə qoymağını demişdir. O da qoymuş, o da əlini Qurana basıb and içmişdir ki, heç nə aparmayacaq, Quranın içində qalacaqdır. Bundan son ra Quranı dəsmala bükməyini demişdir, o da bükmüşdür. Daha sonra həmin Quranı stolun üstünə qoymasını demişdir. O da qoymuş, ona demişdir ki, çay gətirsin, o, mətbəxə keçib çay gətirməyə getmiş, gəlininə də demişdir ki, düyü gətirsin, gəlini də onun arxasınca düyü gətirmək üçün mətbəxə keçmişdir. Onlar mətbəxdən çıxıb qonaq otağına keçərəkən görmüşlər ki, həmin qadın “Qurani-Kərim”i və onun içində olan 150 manat pulu, qızıl-zinət əşyalarını götürüb çıxıb getmişdir. Elena ondan xəbərsiz əşyalarını gizli aparmışdır.. Zərərçəkmiş şəxs X23 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu2017-ci ilin avqust ayında əvvəl işlədiyi Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında yerləşən “Amulet” gözəllik salonunda olarkən bir nəfər xarici görünüşündən qaraçı millətinə oxşayan qadın içəri daxil olmuşdur. Həmin vaxt o, gözəllik salonunda tək olmuşdur. Həmin qadın özünü X4 kimi təqdim edib falçı olduğunu bildirmişdir. Ona fala baxmağı təklif etmişdir. O, demişdir ki, «səndə ağırlıq var, gözəllik salonu tezliklə bağlanacaq». X4 ona demişdir ki, «sabah gələcəm, fikirləş, sənin evində qızıl-zinyət əşyaları və pul var, həmin qızıllarda və pulda ovsun var. Gətir həmin ovsunu çıxarım».. Səhəri gün, evində olan 5000 rus rublunu və qızıl-zinyət əşyalarını özü ilə gətirmiş, təxminən saat 16 radələrində X4 yenidən gəlmişdir. X4 ona demişdir ki, «yenə gəldim ki, sənin falına baxam». O, bu dəfə etiraz etməmiş, X4 əlini tutub falına baxmışdır. X4 onun falına baxdıqdan sonra ona demişdir ki, «pul və qızıl-zinyət əşyalarını gətirmisənsə, ver mənə aparıb cadünü və ovsunu yox edəndən sonra gətirər əm». O da özü ilə evdən gətirdiyi 5000 rus rublunu və özünə məxsus olan qızıl-zinyət əşyalarını X4ya vermişdir. Bundan sonra o, ona vəd vermişdir ki, «narahat olma axşamçağı, yəni təxminən 1-2 saatdan sonra gətirib geri verərəm». O da ona inanmış və bir söz deməmişdir. X4 çıxıb getmiş, bir daha qayıtmamışdır. Həmin hadisədən üç gün sonra o, aldadıldığını dərk etmiş, polisə məlumat vermişdir.. Məhkum onun etibarından sui-istifadə etməklə, aldadaraq ona məxsus olan 5000 rus rublunu, dəyəri 100 manat olan bir cüt sırğanı, dəyəri 300 manat olan bir ədəd üzüyü, dəyəri 100 manat olan bir ədəd üzüyü, dəyəri 50 manat olan bir ədəd gümüş klonu, dəyəri 58 manat olan bir ədəd qızıl klonu, dəyəri 300 manat olan bir ədəd qolbağı və dəyəri 500 manat olan bir ədəd boyun bağını ələ keçirməsi nəticəsində o na ümumilikdə 1543 (bir min beş yüz qırx üç) manat maddi zərər vurmuşdur. Məhkum ifadəsində 17 aprel 2016-cı il tarixdə Astara şəhəri, Hərbi şəhərcikdə yaşayan X4 məxsus ümumilikdə 1550 (bir min beş yüz əlli) manat dəyərində əmlakı gizli yolla talama cinayətini, həmçinin 2017-ci ilin avqust ayında X16-də yaşayan X21 məxsus ümumilikdə 1543 (bir min beş yüz qırx üç) manat dəyərində pul və qızıl zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirmə cinayətini törətməsini ümumiyyətlə etiraf etməmiş, həmin şəxsləri tanımadığını göstərmiş, lakin məhkəmələr hesab etmişdir ki, Məhkum ıifadəsinin bu hissəsi onun tərəfindən özünü müdafiə etmək üçün törətdiyi cinayətlərə görə məsuliyyətini yüngülləşdirmək məqsədilə uydurulmuş və işin məhkəmə istintaqı zamanı toplanmış sübutlarla kifayət qədər təkzib edilm işdir. Qeyd edilən hər iki cinayətin də Məhkum tərəfindən törədilməsi iş üzrə aparılmış məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar və cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs X9 ifadəsindən məlum olur ki, o, Astara şəhərində gözəllik salonunda kosmetoloq işləyir. 25 may 2018-ci il tarixdə səhər radələrində işlədiyi gözəllik salonunda olan zaman bir nəfər 40-45 yaşlarında qadın salona gələrək özünü «Toma» kimi təqdim edərək rus dilində danışaraq, 10 manat pula fala baxdığını, onun da falına baxa biləcəyini bildirmişdir. Bundan sonra Toma yanında oturmuş və kart vasitəsilə fala baxmağa başlamışdır. Ona bildirmişdir ki, «sizin evdə qara qüvvələr var, o sənin övladına və ərinə təsir edir. Sənin evində pul var, həmin pulu gətir ki, mən də o qara qüvvələri sizin evdən çıxarım». Onun iş üçün istifadə etdiyi nömrəsini götürmüşdür. Həmin günün axşamı Toma adlı həmin qadın ona zəng etmiş və ona bildirmişdir ki, «mən sizin üçün kart açdım, qara magiya ilə sizin evə girmişəm, daha da pis olacaq, sənin evində pul var, həmin pulda nəzər var, qara qüvvələr var». O, ona bildirmişdir ki, «məndə pul var, lakin həmin pul kreditin puludur». O isə bildirmişdir ki, «eybi yox, pulu gətir mən qara qüvvəni həmin puldan çıxarım». 26 may 2018-ci il tarixdə, saat 11 radələrində Toma adlı həmin qadın gözəllik salonuna gəlmiş, ondan evdən gətirdiyi yumurtanı götürmüş, dəsmala bükmüş, rus dilində nə isə oxumuş, 1299 manat pulu əlində, pul kisəsində tutmuş, ona demişdir ki, «qara qüvvələrin puldan çıxmasını görəcəksən, lakin həmin vaxt Allahı fikirləşmə». S onra yumurtanı sındırmış, yumurtanın içərisindən qara bir şey çıxmışdır. Pul kisəsini orada olan lazer aparatının üzərinə qoymuşdur. Bundan sonra ona demişdir ki, «gözlərini bağla və mənim dediklərimi təkrar et». O da o da gözlərini bağlamış, ona nə demişsə, o da onun dediklərini gözləri bağlı təkrar etmişdir. O, gözünü açmış, lakin pul kisəsini qoyduğu yerə baxmamışdır. Toma adlı qadınla sağollaşmış, o da çıxıb getmişdir. Toma adlı həmin qadın çıxdıqdan təxminən 5 dəqiqə sonra o, pul kisəsini qoyduğu yerə baxmış, lakin həmin pul kisəsi yerində olmamışdır. O, dərhal başa düşmüşdür ki, pul kisəsini özünü Toma kimi qələmə verən həmin qadın götürmüşdür. Bundan sonra Astara rayon Polis Şöbəsinə ərizə yazıb bu barədə məlumat vermişdir. Həmin qadın ona ümumilikdə 1299 (bir min iki yüz doxsan doq quz) manat maddi ziyan vurmuşdur. Sonradan bilmişdir ki, Toma adlı qadın Məhkumdır. Sonuncu ona vurduğu zərəri ödəməmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarında göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Bundan başqa zərərçəkmiş şəxs X10 ümumilikdə 11.500 ABŞ dollar pulu, 100 manat dəyərində bir ədəd qızıl sepi, 350 manat dəyərində bir ədəd üzəri a ypara şəkilli 7 ədəd brilliant qaşı olan nişan üzüyü, 50 manat dəyərində üzərində “Ramil” adı yazılmış qızıl qolbağı, 1800 manat dəyərində kitab formalı üzərində brilliant qaşları olan bir cüt sırğa və üzükdən ibarət dəsti, cəmi 2300 manat dəyərində qızıl-zinət əşyalarını özünü Toma kimi təqdim etmiş sonradan adının Elena Kalasnikova olduğunu bildiyi şəxsə verməsi barədə ifadəsi, zərərçəkmiş X7 14 ədəd qızıl üzük, 03 ədəd qızıl dəst, iki ədəd qolbağı, 02 ədəd boyunbağı (32 qram və 26 qram), 02 ədəd uşaq qolbağı, 02 ədəd uşaq boyunbağı, 01 ədəd isə nazik qolbaq, 01 ədəd kloun və 50 manat əl haqqını özünü “X16” kimi təqdim etmiş sonradan Məhkum olduğunu bildiyi qadına fal xidməti müqabilində verməklə sonuncunun ona ümumilikdə 10250 manat ziyan vurması barədə ifadəsi, zərərçəkmiş X11 600 (alt ı yüz) manat pulu, özünə məxsus 1 (bir) ədəd qızıl bilərziyini, 2 (iki) ədəd qızıl üzüyünü, 2 (iki) cüt sırğasını, 1 (bir) ədəd qızıl sepini, 1 (bir) dəst qızıl üzüyünü və sırğalarını özünü “X16” kimi təqdim etmiş sonradan Məhkum olduğunu bildiyi qadına fal xidməti müqabilində verməklə sonuncunun ona ümumilikdə 2360 manat maddi ziyan vurması barədə ifadəsi, zərərçəkmiş X1 907 manat pulu, dəyəri 200 manat olan bir ədəd qızıl üzüyünü, dəyəri 400 manat olan ay-ulduz formalı bir cüt sırğasını, dəyəri 100 manat olan qırmızı rəngli bir cüt uşaq sırğasını, dəyəri 200 manat olan uzun formalı, çəhrayı rəngli bir cüt sırğasını və birinin dəyəri 200 manat olan, ümumi dəyəri 400 manat olan iki ədəd boyunbağını özünü “X16” kimi təqdim etmiş sonradan Məhkum olduğunu bildiyi qadına fal xidməti müqabilind ə verməklə sonuncunun ona ümumilikdə 2207 manat manat maddi ziyan vurması barədə ifadəsi iş üzrə aparılmış məhkəmə istintaqı zamanı araşdırılmış və cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Məhkumun həmin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Müdafiə tərəfinin göstərdiyi həmin xüsusatlar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri, işin faktiki halları və digər iş materialları ilə təkzib olunur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Müdafiəçinin kassasiya şikayətində qeyd etdiyi digər dəlil məhkum barəsində daha yüngül cəzanın tətbiq edilməsi barədədir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8.1-ci,41.2 və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya hesab edir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar