Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1032/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum bar əsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 1(074)-49/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Etibar Hümbətov), Məhkum, xx xxxxxx 1979-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin evdə yaşayan, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsas ən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(105)-1348/2016 saylı qətnaməsi ilə cavabdeh kimi ondan xx xxxxxx 2002-ci il təvəllüdlü X3, xx xxxxx 2005-ci il təvəllüdlü Hüseynova Könül Rauf qızının və xx xxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2016-ci il tarixdən başlayaraq hər ay 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X2 ödənilməsinə dair məhkəmə aktının olmasını nəzərə almayaraq onların icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün ol maqla inzibati qaydada həbslə tənbeh edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunsa da təqdimat verilən xx.xx.2019-cu il tarixədək məhkəmə aktı üzrə ümumilikdə cəmi 6804 (altı min səkkiz yüz dörd) manat aliment borcunu X2 ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən iş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)119/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Məhəmmədəli Rzayev, hakimlər Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) Şamax ı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, aşağıda sadalananlara əsasən, məhkəmə kollegiyasının qərarı tamamilə qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, məhkum alimenti hər dəfəsində vaxtlı-vaxtında ödəmiş, lakin sonradan işdən ç ıxdığı üçün aliment borcu yaranmış, maddi vəziyyəti pis olduğundan alimenti ödəyə bilməmişdir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixə yaranmış 6804,00 manat aliment borcu qalmışdır və maddi imkanı zəif olduğu üçün həmin məbləği ödəyə bilməmişdir. O, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxsə borcunun bir qismini ödəməsi və zərərçəkmiş şəxslə barışığa cəhd etməsi və əməldə heç bir ağırlaşdırıcı halın olmamasını nəzərə alınmalıdır. Bundan başqa, Məhkum səhhətində də problemlər var, belə ki, o, böyrək problemi yaşayır, ona görə də iş tapmaqda həmişə çətinlik çəkib. Həmçinin onu da bildirim ki, şəxs öz vəzifəsindən boyun qaçırmır, alimenti ödəyə bilmədiyini və çətinlik çəkdiyini bütün məhkəmə iclaslarında bildirmişdir. Kassator məhkəmə kollegiyasından kas sasiya şikayətinin təmin olunmasını, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirərək Məhkum Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibə tini bildirir. Məhkumun müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi işə baxarkən Məhkum cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstə rilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətində də əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə, kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, borcunun bir qismini ödəməsini, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi məhkumun kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi üçün irəli sürdüyü dəlillərin əsasını təşkil edən bütün hallar (onun ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi ci nayəti etiraf edib əməlindən səmimi peşman olmasını, borcunun bir qismini ödəməsini, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini) məhkuma cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, borcunun bir qismini ödəməsini, zərər çəkmiş şəxslə barışığa cəhd etməsi kimi halları cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığını hökmdə qeyd etsə də, hökmdə bu halların nədə ifadə olunması öz əksini tapmamışdır. İş materiallarından və qərardan görünür ki, Məhkum qətnaməni icra etməkdən boyun qaçırmış və yaranmış 6804 AZN borcdan, birinci insta nsiya məhkəməsində (məhkəmə istintaqı zamanı) 371 AZN pul ödəmişdir. Bundan başqa zərərçəkmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmü çıxan (xx.xx.2019-cu il) vaxtdan apellyasiya instansiya məhkəməsinin qərar qəbul edəcəyi tarixə kimi (xx.xx.2020-ci il) Məhkum heç ödəniş etməmişdir. Bu da apellyasiya instansiya məhkəməsi tərəfindən borcun ödənilməməsi üçün laqeyd münasibətin göstəricisi kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası işə baxan apelyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edi lməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında dörd cəza növü, yəni iki min manatdan dörd min manatadək miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Res publikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində - 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Cinayət işinin materiallarındakı sübutlardan müəyyən olu nur ki, məhkum borcun ödənilməsini qərəzli olaraq icra etməmiş və yığılmış borcdan cüzi bir hissəsini (təxminən 5%) ödəniş etmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, belə ki, hökmlə məhkuma təyin edilən cəzadan zərərçəkmiş şəxs də narazı qalaraq apellyasiya şikayəti vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, işin halları, məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməməsi, ona dəymiş zərəri aradan qaldırmaması fövqündə ona təyin edilən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir və bu cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəza növü ilə əvəz edilməsinə heç bir əsas görmür. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona dəymi ş zərəri aradan qaldırmamasını, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəza növü ilə əvəz edilməsini mümkün hesab etmir və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri tut arlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə rəvac verən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçisi Müdafiəçi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından verdiyi kassasi ya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1032/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1032/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver