Məhkəmə qərarları › İş №1(102)-1032/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1032/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1032/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1990-cı il tarixdə Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış CM-nin 234.4.1 və 234.4.3-cü maddəsin də nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq küllü miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Məhkum tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı İlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərərək qabaqcadan əlbir olan olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum ümumi təmiz çəkisi 93,631 qram küllü miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar ü sulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 112,185 qram küllü miqdarda ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq, daşımış və 24 iyul 2020-ci il tarixdə saat 12:45 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Polis Bölməsinə gətirilmiş, polis bölməsinin xidməti otaqların birində video çəkiliş vasitəsi ilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əlində olan şəffaf sellofan torbanın içərisində olan “Samsung Galaxy A6” markalı mobil telefona aid ağ rəngli qutunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 93,631 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, b ir ədəd bükümdə təmiz çəkisi 110,172 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd üzərində narkotik vasitə-heroin və psixotrop maddə metamfetamin izləri olan “200g/0,01g” markalı elektron tərəzi, həmçinin əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,964 qram və 1,049 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 01 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını və ya barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və cəza təyini ilə bağlı CM-nin 8, 9, 41və 58-ci ma ddələrinə istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə barəsində ədalətsiz hökm çıxarmışdır. Kassasiya şikayətinin müəllifi həmçinin bildirir ki, hərtərəfli və obyektiv məhkəmə istintaqı aparılmamış, lehinə olan hallar məhkəmələr tərəfindən ümumiyyətlə nəzərə alınmamış, cinayət işində olan sübutlar saxtalaşdırılmış, nəticədə işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul edilmişdir. Həmçinin o bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı qəsdən artırılmış, həbs olunduğu vaxt istifadəsində olan mobil telefonun ərazi aidiyyatı üzrə antenn məlumatları çıxarılmamış, həmin vaxt ərazidə olan təhlükəsizlik kameralarından heç bir videogörüntü götürülməmiş, içində narkotik vasitəni daşıdığı iddia edilən sellofan torbanın üzərindəki əl-barmaq izlərinin ona məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-daktiloskopik ekspertiza keçirilməmiş, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu sübut edəcək heç bir şahid məhkəmədə ifadə verməmişdir. Qeyd olunanlardan görünür ki, mməhkəmələr əməlin tövsifindədə səhvə yol vermişlər. Şikayət müəəllifi həmçinin qeyd etmişdir ki, məhkəmələr tərəfindən ona cəza təyin edilərkən hal-hazırda işsiz valideynlərinin, iki azyaşlı uşağının onun himayəsində olması, yaşayış yerindən müsbət xarakterizə olması, ilk məhkumluğu, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Kassasiya şikayətinin müəllifi hesab edir ki, belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını və ya barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılması barədə qərarın qəbul olunmasını xahiş edir. Məhkum kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəndən Məhkum 26 sentyabr 2022-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından verdi yi kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizəsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 27 sentyabr 2022-ci il tarixli xx/xx-3906 saylı məktubla müşaiyət edilmiş və həmin sənədlər 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar