Məhkəmə qərarları › İş №1(102)-1032/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1032/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1032/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi var isi X2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Nural Əliyev sədrliyi, hakimlər Dadaş İmanov və Faiq Mahmudovdan ibarət tərkibdə) 14 aprel 2022-ci il tarixli, 1(100)-41/2022 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti ev 247 mənzil 36-da qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120. 2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2020ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 07 noyabr 2020-ci il tarixdə saat 14 radələrində tanışı X5 ilə öz yaşadığı Gəncə şəhəri, Atatürk prospekti, 247 saylı binanın yaxınlığında görüşərkən söhbət əsnasında Ayxan Məmmədovun psixotrop dərman preparatları satdığını bildirməsindən sonra məsələnin mahiyyətini aydınlaşdırmadan zərərçəkmiş şəxsi emosional ifadələrlə tənqid etməklə yaratdığı mübahisənin gedişində Ayxan Məmmədovun a qressiv vəziyyətdə dediyi sözləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirmiş, ona görə də, aralarındakı mübahisənin elə həmin gün başa çatmasına baxmayaraq, Ayxan Məmmədovun mübahisə zamanı ona qarşı nümayiş etdirdiyi davranış və ifadələri öz şəxsiyyətinə sığışdırmayıb onu qəsdən öldürmək qərarına gələrək, ertəsi gün, yəni 08 noyabr 2020-ci il tarixdə saat 14 radələrində tanışları Şahid1 və Şahid2 ilə görüşüb atasının məzarını ziyarət etmək üçün onlarla birlikdə sonuncunun idarə etdiyi “Toyota X-A” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “İmamzadə kompleksi”nə getməyi təklif etmiş, bununla da, cinayətkar planının icrasını həyata keçirməkdən ötrü şəhər mərkəzindən uzaqlaşmasını pərdələyərək, əsl məqsədini tanışlarına bildirmədən “İmamzadə kompleksi”nə gedərkən Ay xan Məmmədovu da yaşadığı ünvan 1 ünvanından çağırıb avtomobilə mindirmiş, yolboyu zərərçəkmiş şəxslə aralarındakı başa çatmış mübahisəni öz təşəbbüsü ilə təzələyərək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə sonuncuya qeyri-etik xitablarla müraciət edib sifət nahiyəsinə sillə zərbəsi vuraraq kobud davranışları ilə münaqişəni daha da gərginləşdirib Şahid1 və Şahid2 mübahisəyə son qoymaq səylərinə əhəmiyyət vermədən ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə Samux rayonu, Tatlı kəndi istiqamətində olan avtomobil yolunun kənarında, keçmiş ət kombinatının yaxınlığında təkidlə nəqliyyat vasitəsini saxladıb avtomobildən düşüb zərərçəkmiş şəxsi yenidən öz təşəbbüsü ilə münaqişəyə çəkərək, öz şəxsiyyətini zərərçəkmiş ş əxsin şəxsiyyətinin fövqündə qoyub bir gün əvvəl baş vermiş mübahisə ilə bağlı cüzi səbəbi cinayət törətmək üçün bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Ayxan Məmmədovu qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını əynindəki şalvarın cibindən çıxarıb həmin bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona əzab, işgəncə və xüsusi ağrılar verdiyini dərk edib bunları arzulayaraq qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə qarın nahiyəsinə qaraciyərin zədələnməsi ilə nəticələnən və ölümünə səbəb olan, kəskin daxili qan itirmə ilə müşayiət olunan, daxilə nüfuz edən, həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən 1 ə dəd, bundan başqa, həyati olmaqla yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan, cəmi 8 ədəd olmaqla hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmağa aid edilən sol yanaq nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sol bazu oynağı nahiyəsində 1 ədəd, boyun nahiyəsində 2 ədəd, sol bazu nahiyəsində 1 ədəd dəlib-keçən, döş qəfəsinin ön səthində 1 ədəd və sol bud nahiyəsində 1 ədəd, ümumilikdə isə 9 ədəd deşilmişkəsilmiş yara xəsarətləri yetirərək, X3 xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Aygül İsgəndərova) 1(104)400/2022 nömrəli 18 iyul 2022-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(100)-41/2022 nömrəli hökmü zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4cü maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2 və 12 0.2.4-cü maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif etməklə, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 21 iyun 2023-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək yəni 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfin dən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən veri lmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar