Məhkəmə qərarları › İş №1(102)-1032/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1032/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1032/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və müdafiəçisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayət inə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadə) 18 noyabr 2022-ci il tarixli, 1(101)1568/2022 nömrəli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli və himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.4 və 29,120.2.9-cü maddələri ilə təqsirli bilinib və ona 11 (on bir) il 03 ( üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdə n hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 26 aprel 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında, narkotik vasitənin təsiri altında xx.xx.2021-ci il təvəllüdlü olmaqla azyaşlı oğlu Zərərçəkmiş şəxs bioloji atası olmadığı qənaətinə gəldiyindən onu zorla anası Qanuni nümayəndə əlindən alaraq, sonuncunun ona xəyanət etdiyini düşündüyündən ondan qisas almaq niyyəti ilə uşağın yaşamalı olmadığını, ölməli olduğunu uca səslə deyərək Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəldiyini bəyan etmiş, cinayətkar niyyətini həyata keçirmək üçün azyaşlı olmaqla özünü müdafiə etmək iqtidarında olmadığını bildiyi aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs başının üzərinə qaldırmaqla anası Q anuni nümayəndə gözləri qarşısında ona bu hərəkətləri ilə əzab verdiyini dərk edib bir dəfə qəsdən evlərinin qarşısında olan asfalt örtüyünə çırpmış, bununla kifayətlənməyərək, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs öldüyünə, yəni niyyətinin həyata keçməsinə tam əmin olmaq məqsədilə yenidən eyni üsulla oğlunu ikinci dəfə asfalt örtüyünə zərblə çırpmaqla sonuncuya açıq kəllə beyin travması, baş beynin əzilməsi, hər iki təpə sümüklərinin sınığı, ənsə nahiyəsində kəllə əsasına keçən xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra onun yerdə səssiz və hərəkətsiz vəziyyətdə qaldığını görüb öldüyünü zənn edərək onu həyatdan qəsdən məhrum etdiyini yəqin edib yaşadığı mənzilə qayıtmış, lakin hadisə yerinə çağırılmış təcili tibbi yardım bri qadası tərəfindən azyaşlı Zərərçəkmiş şəxs Kliniki Tibbi Mərkəzə çatdırılmaqla həkimlər tərəfindən həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Həsən Əhmədov) 17 yanvar 2023-cü il tarixli, 1(103)-350/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)-1568/2022 saylı hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələrindən həmin Məcəllənin 126.1ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübutların tam və obyektiv araşdırmaması nəticəsində səhv nəticəyə gəlmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə tanış olduqda formal olaraq cinayət qanunvericiliyinin normalarına istinad olunmaqla çıxarıldığı məlum olub. Apellyasiya şikayətində qeyd etdiyi xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış, ya da düzgün araşdırılmaya raq ona hüquqi qiymət vermişdir. Məhz apellyasiya şikayətində birinci instansiya məhkəməsinin formal xarakter daşımasını və ittiham aktında qeyd olunanları yenidən apellyasiya instansiyası məhkəməsi hər hansı istintaq hərəkəti həyata keçirmədən, araşdırma aparmadan, verilən ifadələri tədqiq etmədən, şahidləri dindirmədən birinci instansiya məhkəməsinin hökmdə göstərilənəri qərarda təkrarlamışdır. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsi ona cəza təyin edilməsinə dair hökm çıxararkən CM-in cəza təyin edilməsinə cəzanın məqsədinə dair tələblərinə əməl etməmişdir. Ümumiyyətlə cinayət işinin materialları, iş üzrə toplanmış sübutlar, şahid ifadələri qərəzli şəkildə saxtalaşdıraraq tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə materiallar dəyişdirilmiş, həqiqəti əks etdirən sübutlar giz lədilmişdir. İttihamda qeyd edilən guya onun övladını başının üstünə qaldırıb asfalta çırpması absurd, ağ yalandır və müstəntiqin fantaziyasıdır. İki yaşı olmayan uşağı başının üstündə qaldırın çırpsa o uşağın hansı vəziyyətə düşdüyünü təsəvvür etmək olar. Onun övladına heç nə olmamışdır. Cəmi 2 həftədən sonra evə buraxılmışdır. Hökmdə göstərilən kliniki-tibbi mərkəzin ekspertiza rəyi övladı evə qayıdandan sonra saxtalışdırılaraq təqdim olunmuşdur və müstəntiqin göstərişi ilə saxtalaşdırılmışdır. Məhkəmə iclaslarında şahidlər hadisə zamanı orda qonşular hamısı ifadələrində uşağı çarpayının üstünə atdığını və uşağın yüngül xəsarət aldığı barədə ifadə vermişlər. Lakin məhkəmələr həmin ifadələrə əhəmiyyət vermədən qərar çıxarmışlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin gəldiyi nəticəni qanuni hesab etməklə səhvə yol vermiş və bununla da ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Baş vermiş hadisə ailə-münaqişəsi zəminində baş vermişdir. O, içkili və narkotik vasitə qəbul etdiyinə görə hadisə baş vermişdir. Onun üç azyaşlı övladı var və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsi, ailəsinin cəzaçəkmə müəssisəsinə gəlib getməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, heç bir əsas olmadan həmin Məcəllənin 29,120.2.4 və 29,120.2.9-cü maddələri ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs başının üzərinə qaldırmaqla anası Qanuni nümayəndə gözləri qarşısında ona bu hərəkətləri ilə əzab verdiyini dərk edib bir dəfə qəsdən evlərinin qarşısında olan asfalt örtüyünə çırpmış, bununla kifayətlənməyərək, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs öldüyünə, yəni niyyətinin həyata keçməsinə tam əmin olmaq məqsədilə yenidən eyni üsulla oğlunu ikinci dəfə asfalt örtüyünə zərblə çırpmaqla sonuncuya açıq kəllə beyin travması, baş beynin əzilməsi, hər iki təpə sümüklərinin sınığı, ənsə nahiyəsində kəllə əsasına keçən xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra onun yerdə səssiz və hərəkətsiz vəziyyətdə qaldığını görüb öldüyünü zənn edərək onu həyatdan qəsdən məhrum etdiyini yəqin edib yaşadığı mənzilə qayıtmış, lakin hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən azyaşlı Zərərçəkmiş şəxs Kliniki Tibbi Mərkəzə çatdırılmaqla həkimlər tərəfindən həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. İstintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum zərərçəkmişi öldürmək məqsədi ilə bu əməllər törətmiş və onun əməli Az ərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə tövsif etmişdir. Kassator hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadis əsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməl inin tövsifi ilə razılaşmış və onun Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, Məhkum öz ifadəsində Zərərçəkmiş şəxs öldürmək istəməməyi qeyd etsə də, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə səhər saatlarında onların həyətlərindən səs-küy gəlmiş, lakin gələn səsin səbəbini bilməmiş, saat təxminən 16 radələrində səs-küy daha da artdığı üçün evinin qapısını açmış, Samirin yaşadığı evin qarşısında yolun üzərində müxtəlif ev əşyaları, həmçinin həyətlərində də, xeyli sayda ev əşyalarının yerdə olduğunu görmüşdür. Bu anda qəfildən Samir lüt vəziyyətdə çölə çıxmış, həmin vaxt sonuncunun əlində balaca övladı Aminin də lüt vəziyyətdə olduğunu görmüş, həmin vaxt Samir uşağın əl və ayaqlarından tutaraq ondan olmadığını və ölməli olduğunu deyib başı üzərinə qaldırıb var gücü ilə yerə çırpmış, uşağın yerə çırpılması ilə qəfil halı pisləşmiş və o, qışqıraraq qonşulardan kömək istəmiş, həmin vaxt Bəhram və digər xatırlmadığı şəxslər çölə çıxmışlar. Daha sonra evə daxil olaraq yardım etməsi üçün qonşuluqda yaşayan Samirin xalası qızı Könülə zəng edərək məlumat vermişdir. Həmin hadisəni gözü ilə gö rdüyü üçün halı çox pisləşmiş və özünə gələ bilməmişdir. İşin halları, yəni məhkum tərəfindən zərərçəkmiş şəxsi başının üstünə qaldıraraq anası Qanuni nümayəndə gözləri qarşısında ona bu hərəkətləri ilə əzab verdiyini dərk edib 2 dəfə qəsdən evlərinin qarşısında olan asfalt örtüyünə çırpması onu öldürmək niyyətini təsdiq edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.4 və 29,120.2.9-cu maddələri ilə tövsif etmiş və onu həmin maddələr ilə təqsirli bilmişlər. İşin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs onun anası Qanuni nümayəndə gözü qarşısında qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkum Ağakərimov Mürsəl oğlunun özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bi rinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya sı məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçü n məhkəmə kollegiyası onlarla razılaşır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum tə yin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59 və 60.1-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə k ollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar