Məhkəmə qərarları › İş №1(102)-1033/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1033/2019

23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1033/2019 23.07.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1033/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 23 iyul 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (hakim İ.Ə.Abuşov) 15 yanvar 2019-cu il tarixli hökmü ilə 27 oktyabr 1952-ci il tarixdə Saatlı rayonunun Məmmədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, ailəli, məhkum olunmamış, Saatlı rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsi ilə təqsirli bilinibaylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, qohumları X3 və X5 kombayn alınmasına köməklik etməsi məqsədi ilə borc şəkilində 14 mart 2014-cü il tarixdə verdiyi 4000 manat, 20 mart 2014-cü il tarixdə verdiyi 3000 manat, 25 mart 2014-cü il tarixdə verdiyi 2000 manat və 31 mart 2014-cü il tarixdə verdiyi 4000 manat, cəmi 13000 manat puldan 5770 manatının, həmçinin sonuncularla alınacaq kombaynla görüləcək təsərrüfat işləri nəticəsində əldə ediləcək gəlirə dair razılığa gəldiyi ilk üç il ərzində verməli olduqları 6000 manat pulu, yəni cəmi 11770 manat borcun sonuncular tərəfindən qaytarılmaması barədə X6 və X7yə qarşı Saatlı rayon Məhkəməsində qaldırdığı iddia, həmin məhkəmənin 2(055)-1161/2017 saylı, 22 iyun 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək onlardan müştərək qaydada 11770 manat borc və 30 manat dövlət rüsumu, cəmi 11800 manat pulun alın araq ona verilməsi qət edilmiş, həmin qətnamədən narazı qalan cavabdehlər X7 və X6 tərəfindən Şirvan Apelyasiya Məhkəməsinə verilmiş apelyasiya şikayəti, həmin məhkəmənin Mülki Kollegiyasında baxılaraq 2(106)2552/2017 saylı, 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməklə Saatlı rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi qismən təmin edilərək, cavabdehlər X6 və X7dən müştərək qaydada 2000 manat pulun alınaraq ona ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, bundan sonra həmin qətnamədən narazı qaldığına görə Bakı şəhərində fəaliyyət göstərən vəkil X4 ilə birlikdə kassasiya şikayəti yazıb həmin şikayətə X7 və X6 tərəfindən imzalanmamış və onların əvəzindən özü tərəfindən imzalanmış “30 dekabr 2014-cü il tarixdə qaytarmaq şərti ilə Məhkum taxıl biçən kombayn almaq üçün 13000 manat borc pul götürdüm, aramızda heç bir faiz olmadan 2014-cü ilin sonuna kimi götürdüyüm 13000 manat pulu qaytardıqdan sonra əlavə olaraq 2015-2016-cı il üçün hər ilə 3000 manat, cəmi 6000 manat pul verməklə öz qazancından gələn gəlirə şərik edəcəyik” məzmunlu, 31 mart 2014-cü il tarixli saxta “Müqavilə qəbzləri”ni əlavə edərək 20 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim etmiş, Ali Məhkəmənin 2(102)-1182/18 saylı, 21 fevral 2018-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsinə nail olmuşdur. Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.K.Soltanov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 05 mart 2019-cu il tarixli qərarı ilə Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslər X8 və X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxs X3 verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı dəyişdirilsin və Məhkum barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs X7 on unla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman zərərçəkmiş şəxslərin təqdim etdiyi və irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edəcək sübutların tədqiqindən əsassız imtina faktı mövcuddur. Baxmayaraq ki, həmin sübutlar barəsində apellyasiya şikayətində ətraflı məlumat verilmişdir. Bu sübutlar əməlin cinayət olması faktının aşkar edilməsi üçün mühüm əhəmiyyətə malik olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutu tədqiq etməkdən əsassız imtina etməklə yanaşı, onu tədqiq etməməsinin səbəbini də göstərməmiş, bu barədə hər hansı bir məlumat bildirməmişdir. Bundan başqa məhkum edilmiş Məhkum təyin edilmiş cəza şəxsiyyətinə və cinayətin ağırlığına uyğun deyildir. Məhkəmə cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışmadığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və maddi iddialarının olmasını və bununla da cəzanı ağırlaşdıran halın olmasını (bu hal mübahisəli hökmdə öz təsdiqini tapmışdır) tam nəzərə almamışdır. Bununla da məhkəmə iş üzrə müəyyən edilmiş ağırlaşdırıcı halların məcmusunu tam nəzərə almamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi təyin etdiyi cəzanı əsaslandırmaq üçün Məhkum səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış, bu halların ona təyin edilmiş cəzaya hansı formada təsir etdiyini dəqiqləşdirməmiş, həmin halların qəbul edilməsinin motivlərini qərarda əsaslandırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məh kum Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirl i şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddəl ərinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Məhkum hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış ye ri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən yüngülləşdirən hallar kimi, əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almaqla, Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsi ilə ona aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, CM-in 294.1-ci maddəsinin sanksiyasında dörd cəza növü, üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzaları müəyyən edilmişdir, onda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Digər tərəfdən məhkəmə cəza təyin edərkən törədi lmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Bundan əlavə, kassasiya kollegiyasının qənaətinə görə Məhkum cəza təyin edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit olunmuş Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsiplərinə, həm də Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsasları və cəzanı yüngülləşdirən halları nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü və müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması və yaxud da cəza növünün həbslə əlaqədar olan cəza növünə dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyyə etmiş dir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyyəsinə düzgün əməl etmişlər. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu mə sələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli Məhkum haqqındakı qərarının zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbə r tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli Məhkum haqqındakı qərarı zərərçəkmiş şəxs X3ün kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar