Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1033/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli 1(106)-763/2024 qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən və məruzəçi), Nahid Hüseynov və Esmira Məmmədova) 07 may 2024-cü il tarixli 1(099)444/2024 nömrəli hökmü ilə xx xxxx 1984-cü ildə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa və məhkəməyə məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda2393,12 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, eləcə də 315 ədəd ümumi çəkisi 1800,0 qram olan külli miqdarda bitki hissələri (budaqları) çətənə (kannabis) bitkisinin hissələrini qanunsuz olaraq toplayıb əldə etməklə üzərində qanunsuz daşıyaraq, yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən yaşayış olmayan evinin döşəməsi üzərində qanunsuz saxlamış, 02 yanvar 2024-cü il tarixdə satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuanadan ayrı-ayrılıqda təmiz çəkiləri 5,92 qram, 3,41 qram və 3,79 qram olmaqla, 3 ədəd kibrit qutusuna qablaşdırılıb üzərində daşıyaraq, Sabirabad şəhəri E.Qənbərov küçəsində tanışı Şahid1 1 kibrit qutusunda təmiz çəkisi 5,92 qramını 25 manat məbləğdə pulun müqabilində satmış, həmin tarixdə saat 17:50-də Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tərixəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri E.Qənbərov küçəsində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sa birabad Rayon Polis Şöbəsinə inzibati binasına aparılmış, orada saat 18:25-də üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 3,41 qram, 3,79 qram olmaqla, ümumi çəkisi-7,20 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı olaraq yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi evə baxış keçirilən zaman evin döşəməsi üzərində sərilmiş vəziyyətdə təmiz çəkisi-2380,0 qram olan külli miqdarda, narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi-1800,0 qram olan külli miqdarda, 315 ədəd çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi hakim), Yaşar Həşimov və İsmayıl Əhmədov) 29 avqust 2024cü il tarixli 1(106)-763/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-444/2024 saylı, 07 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli 1(106)-763/2024 nömrəli qərarının dəyişdirilməsini, məhkumunun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiy a instansiyası məhkəməsi şikayətə baxarkən, heç bir araşdırma aparmamış, məhkumun vermiş olduğu ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkum birinci instansiyası məhkəməsində və apellyasiya instansiyası məhkəməsində vermiş olduğu ifadələrində onun evindən təxminən yarım kiloqram narkotik vasitə aşkar olunduğunu etiraf etmiş və bildirmişdir ki, o, yalnız 3 ədəd çətənə kollarını öz istifadəsi üçün əkib becərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3- cü maddəsi ilə tövsif etmişlər. Kassatorun fikrincə məhkumun əməlləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Kassasiya şikayətində məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mübahisələndirilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234-cü maddəsindən aydın olur ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miq darda əldə etməyə, saxlamaya, hazırlamaya, emal etməyə, daşımaya görə cinayət məsuliyyəti CM-in 234.1-ci maddəsi ilə, eyni hərəkətlərin satış məqsədi ilə külli miqdarda törətməsinə və ya narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda satılmasına görə cinayət məsuliyyəti 234.4.3-cü maddəsi ilə nəzərdə tutulur. Göründüyü kimi 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibləri biri-birindən həm obyektiv tərəfinin əlamətləri - “satış” və “külli miqdar”, həm də subyektiv tərəfinin əlaməti - “satış məqsədi” ilə fərqlənir. Bu səbəbdən, təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etmək üçün qeyd edilən halların hər biri ayrıca müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cina yət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəylərini, maddi sübutları və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum qanunsuz olaraq külli miqdarda 2393,12 qram narkotik vasitə qurudulmuş marixuananı və 315 ədəd ümumi çəkisi 1800 qram olan külli miqdarda bitki hissələri (budaqları) çətənə (kannabis) bitkisinin hissələrini əldə etməsi və satış məqsədi ilə həmin qurudulmuş marixuanadan 5,92 qram, 3,41 qram və 3,79 qram olmaqla, 3 ədəd kibrit qutusuna qablaşdırılıb üzərində daşıyaraq, tanışı Şahid1 1 kibrit qutusunda 5,92 qramını 25 manat məbləğdə pulun müqabilində satması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri işin bu hallarını nəzərə alıb əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkumun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin bütün əlamətləri mövcuddur. Birinci instansiya məhkəməsi məhkumun onun üzərində yalnız yarım kiloqrama yaxın marixuananın olması və həmin narkotik vasitənin özünün istifadəsi üçün əldə edilməsi, Şahid1 narkotik vasitəni yoldaşyana verməsi, ibtidası istintaq zamanı polis əməkdaşlarının ona fiziki və psixi təzyiq göstərməsi barədə məhkəmə iclasında verdiyi ifadəni də qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun bu ifadəsi cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunduğuna görə həqiqətə uyğun deyil və daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlara verilmiş qiymən düzgün və əsaslı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş Məhkum adına açılmış 270/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Məhkum bədəni üzərində xəsarətlər aşkar olunmamış, Məhkum zədə almadığını və şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əmək daşları Şahid2, Şahid3 və X2 ifadələrində Məhkum döymədiklərini, ona qarşı heç bir təzyiq və təsir olmadığını bildirmişlər. Həmçinin məhkumun yaşadığı evinə və həyətyanı sahəsinə baxışda iştirak etmiş Sabirabad rayon icra hakimiyyəti başçısının Ulacalı kənd üzrə nümayəndəliyinin əməkdaşı Şahid6 məhkəmədə şahid qismində verdiyi ifadədə göstərmişdir ki, polis əməkdaşları onların yanlarında Talehə heç bir hədə-qorxu gəlməmiş, Məhkum özü və atası heç nəyə etiraz etməmişlər, Məhkum həyətə gələn zaman üzərində xəsarət görməmişdir. Təqsirləndirilən şəxs Məhkum və onun ailə üzvləri polis əməkdaşları tərəfindən döyülməsi və ona qarşı digər qanunsuz hərəkətlərə yol verilməsi barədə hər hansı orqana müraciət etməmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı da psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun bu xüsusatlarla bağlı konkret ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara düzgün qiymət verib Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərind ə aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddəl əri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsi məhkumun himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli 1(106)-763/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli 1(106)-763/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1033/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1033/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver