Məhkəmə qərarları › İş №1(102)-1034/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1034/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1034/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarından Mə hkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Azər Paşayev) 1(101)-144/2020 nömrəli 20 avqust 2020-cu il tarixli hökmü ilə xx xxxxx 1960-cı il tarixdə Naxçıvan Muxtar SSR-nin Naxçıvan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2019-cu il tarixdən hesablan mışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X2 təqsirli bilinimişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdar təşkil edən 51,185 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış və 2019-cu il iyunun 10-da saat 14 radələrində göstərilən narkotik vasitədən 1,080 qramını yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 109/2 nömrəli evin yaxınlığında qohumu Məhkum1 10 manata satmış, həmin tarixdə saat 20 radələrində evinin qarşısında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbi rləri nəticəsində saxlanaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış vaxtı əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülü vəziyyətdə külli miqdarda, ümumi çəkisi 50,105 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əli Seyfəliyev (sədrlik edən və məruzəçi) Rəşad Abdulov və Qədim Babayev) 1(103)-974/2020 nömrəli 06 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 27 sentyabr 2022-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək yəni, 05 avqust 2022-ci il tarixdə Məhkum2 ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizələrdə məhkum göstərmişdir ki, onun tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum2 ərizəsi təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2022-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar