Məhkəmə qərarları › İş №1(102)-1034/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1034/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1034/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi3 Sabiq qızının, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştira kları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 1(106)-736/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi3 Sabiq qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 11 iyun tarixli, 1(099)-428/2024 nömrəli hökmü ilə (X1 (sədrlik edən), X11 və X7 ibarət tərkibdə), xx xxxx 1981-ci ildə Xocavənd rayonunda doğulmuş, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 59, mənzil 5-də qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum və xx xxxxxxx 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 nömrəli yataqxanada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Məhkum cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2023-cü ildən hesablanmaqla, cəz asını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2023-cü ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Hökmdən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum vəkili Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X15 və X4 ibarət tərkibdə) 2024-cü il 26 noyabr tarixli, 1(106)-736/2024 nömrəli hökmü ilə Təqsir ləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmü həmin şikayətlə əlaqədar Təqsirləndirilən şəxs aid hissədə ləğv edilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmiş, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(099)-428/2024 saylı hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutul muş cinayəti digər şəxslərlə yanaşı Təqsirləndirilən şəxs ilə də qabaqcadan əlbir olmaqla törətməsi barədə müddəalar ittihamdan və hökmdən xaric edilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 6 aya qədər azaldılmaqla yüngülləşdirilmiş, cəzasının əvvəlinin 26 iyun 2023-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmış, hökm məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti ilə əlaqədar Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum və Təqsirləndirilən şəxs məhkum edilmişlər ona görə ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə onlar Behnam kimi məlum olan İran İslam R espublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması barədə razılıq əldə etmiş, belə ki, şəxsiyyəti istintaqa Behnam kimi məlum olan İran İslam Respublikası vətəndaşının və qeyrilərinin İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 7190 qram qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 500 qram metamfetamini və külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd həb meta donu şəxsiyyəti istintaqa məlum olmayan şəxs daşıyaraq onun hər hansı formada bilavasitə iştirakı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək Beyləqan rayonu İmamverdili kəndində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində gizlətdikdən sonra 26 iyun 2023-cü il tarixdə cinayətkar qrupun üzvü, şəxsiyyəti istintaqa Behnam kimi məlum olan İran İslam Respublikası vətəndaşı Məhkum həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmək və satışını həyata keçirməyə razı salaraq qeyd olunan külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin gizlədildiyi yer barədə onu məlumatlandırmış, bundan sonra sonuncu, Təqsirləndirilən şəxs idarə etdiyi "KİA Sorento” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Beyləqan rayonu İmamverdili kəndi ərazisinə getmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində gizlədilmiş həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni 26 iyun 2023-cü il tarixdə saat 21 radələrində götürməklə qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əmə kdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, Məhkum cinayətkar qrupa məxsus bir ədəd bağlamanın içərisindəki həmin külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 7190 qram qurudulmuş marixuana, külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 500 qram metamfetamin və külli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd həb metadon aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlmiş və məhz bu əsasla ona bəraət vermişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, BƏRAƏT ALMİŞ ŞƏXSİN, MÜDAFİƏÇİLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafi əçi4 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə cinayət işi materiallarında müdafiəçisi olduğu şəxsin təqsirsizliyini sübut edən əsasları düzgün qiymətləndirməmiş və bununla da pozuntuya səbəb olmuşdur. Belə ki, müdafiəçisi olduğu şəxsin ifadəsinə əsasən onu zorla narkotik vasitənin yerləşdiyi qara torbanı götürməyə və boynuna almağa məcbur etmişlər. O, işgəncələrə dözməyərək sərhəd əməkdaşlarının tələblərini yerinə yetirmişdir. Eyni zamanda, o, bildirmişdir ki, saxlanılarkən həm döyüldüyü, həm də uzun müddət narkotik vasitə heroin qəbul etmədiyi üçün vəziyyəti ağır olmuş və ibtidai istintaq zamanı da verdiyi ilkin ifadəsindən xəbəri olmamışdır. Bakı istintaq təcridxanasına daxil olduğu zaman müayinədən keçirilmiş və bədənindəki xəsarətlərə görə prokurorluğa məlumat veri lmişdir. Beləliklə, Məhkum içərisindən narkotik maddələr çıxan həmin qara sellofon torbaya yaxınlaşmamış, həmin torbanı götürməmişdir. İş materiallarında həmin torbanın fotosu da vardır. Müdafiəçi qeyd etmişdir ki, məhkəmə tərəfindən yalnız bir vəsatət təmin edilmiş və Bakı istintaq təcridxanasına Məhkum müayinə aktının məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Bakı istintaq təcridxanasından təqdim edilmiş müayinə aktında Məhkum üzərində xəsarətlərin olması təsdiq edilmişdir, İstintaq materiallarında olan və təqsirləndirilən şəxsin telefonunda olan Whatsapp yazışmaları araşdırılarkən müəyyən olunur ki, qeyd olunan narkotik vasitələr barədə və onların çəkisindən söhbət getmir. Bundan başqa istintaq materiallarında olan və hadisə yerindən götürülmüş torbanın rəngi və ölçüləri ilə sər həd zastavasında stolun üstünə düzülmüş torbaların rənglərini və ölçülərini müqayisə etdikdə görünür ki, sübutlar saxtalaşdırılmışdır. Hadisə yerində olan qara rəngli torbanın ölçülərindən görünür ki, həmin torbada ot şəklində 7 kq marixuana ola bilməz. Sərhəd zastavasında stolun üstünə düzülmüş torbaların içində isə marixuana ot şəklindədir və böyük ölçülü şəffaf rəngli torbalarda nümayiş etdirilmişdir. Belə ki, zastavanın otağında stolun üzərində olan torbalarda olan narkotik vasitələr körpünün altında olan qara rəngli torbaya sığmazdı və həmin torbadan qat-qat böyükdürlər. Bundan başqa, təqsirləndirilən şəxs bildirmişdir ki, onun saxlanılmasında azı 12 nəfərə qədər sərhəd əməkdaşı iştirak etmişdir. Amma istintaq materiallarında iki əməkdaşın adı qeyd olunmuşdur. Bu iki nəfər nə onu, n ə də digər təqsirləndirilən şəxsi saxlaya bilməzdi. Həmin tarixdə N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının 23-cü sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində təlimata uyğun olaraq əmr və tapşırıqlar aldıqdan sonra o və digər əməkdaş Şahid1 "pusqu" sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 26,11.2024-cü il tarixli hökmünün vermiş olduğu apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilməsini və cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavəni əsaslandıraraq bildirmişdir ki, məhkəmə araşdırmaları zamanı məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini xahi ş etsələr də təqdim etdikləri vəsatətləri təmin edilməmişdir. Bundan başqa, Bakı İstintaq təcridxanasına təqdim edilmiş müayinə aktında Məhkum təcridxanaya daxil olarkən üzərində xəsarətlərin olması təsdiq edilmişdir. Bundan başqa, Məhkum ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə bildirmişdir ki, o narkotik vasitənin istifadəçisidir, 1 ildir ki Behnam adlı İran vətəndaşından özünə şəxsi istifadəsi üçün az dozalarda həmin maddənin göndərilməsini etiraf etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin 26,11.2024-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əsassız olaraq bəraət verildiyindən, həmçinin Məhkum verilmiş ittihamdan onun cinayəti Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair müddəalar əsassız olaraq xaric edildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddəl əri ilə bəraət verərkən və Məhkum verilmiş ittihamdan onun cinayəti Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair müddəaları xaric edərkən yalnız təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum verdikləri qeyri-səmimi, həqiqətə uyğun olmayan, özlərini müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da iş in halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Bundan başqa, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi, birinci instansiya məhkəməsinin onu təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, istintaq orqanının mülahizələrinə əsasən mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yekun qərar qəbul etməklə yanlış nəticəyə gəlməsi qənaətinə gəlməklə ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxslər Təqsi rləndirilən şəxs və Məhkum verdikləri özlərini müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, bibisi oğlu Şahid5 tanışı olan Məhkum bağ evində usta işləmiş, Telmanı bibisi oğlu Vasif vasitəsilə tanımış, 26 iyun 2023-cü il tarixdə Sabirabad rayonuna gedəcəyindən Telmanın xəbəri olmuş, Telman onu da Beyləqanda düşürməsini xahiş etmiş, 26 iyun 2023-cü il tarixdə idarə etdiyi “Kia Sorento” markalı avtomobillə Telmanla birlikdə Beyləqan istiqamətində yola düşmüş, saat 21 radələrində İmişli rayonu ərazisinə çatandan sonra Telman ona avtomobili saxlamağı, ayaqyoluna gedib g eri qayıdacağını demiş, Telmanı Beyləqanda körpünün üstündə düşürmüş və onu avtomobildə gözləmiş, lakin Telman geri qayıtmamış, təxminən 5 dəqiqə sonra hərbi qulluqçular avtomobilə yaxınlaşaraq onu saxlamışlar. Təqsirləndirilən şəxs ifadələrində əlavə olaraq göstərmişdir ki, Məhkum narkotik vasitə əldə etmək üçün Beyləqan rayonu ərazisinə getməsindən məlumatı olmamış, Telman avtomobildə olan zaman onun mobil telefonla narkotiklə bağlı danışmağnı eşitməmiş, telefonda kiminləsə yazışıdığını görmüş, hadisədən iki gün əvvəl, 24 iyun 2023-cü il tarixdə whatsaap tətbiqi ilə ona “salam qaqaş, nətərsən, yaxşısan, inşallah, Allah deyən olsa 2 günə, 3 günə əmanət yola salıram daş, torpaq, birdə təbii, dərmanda” səs yazısı göndərilmiş, o da həmin nömrəyə “kimidiki, telefonu aç görək?” səs yazısını gö ndərmiş, lakin həmin şəxs ona cavab verməmiş, istifadəsində olan mobil telefonun qalereya adlı qovluğunda olan, Məhkum hadisə yerindən götürdüyü narkotik vasitə qurudulmuş marixunananın və metadon həblərinin foto şəkilləri Məhkum tərəfindən whatsaap tətbiqi ilə onun mobil telefonunda olan whatsap tətbiqinə göndərilmişdir, (cild 1, səh. 139-141) Yuxarıda göstərilən sübutlardan görünür ki, Təqsirləndirilən şəxs tanışı Məhkum və qeyriləri ilə birlikdə qeyd edilən narkotik vasitənin əldə edilərək daşınmasından və həmin yerə qoyulmasından məlumatı olmuş, o, həmin narkotik vasitənin və psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması barədə Məhkum və qeyriləri ilə qabaqcadan razılaşmışdır. Lakin apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən qeyd olunan sübutlara s əthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Təqsirləndirilən şəxs cinayət əməlini Məhkumla qabaqcadan əlbir olan bir qrupda törətmələrinə dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş bir sıra faktlara da diqqət yetirməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan telefon danışıqlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla Məhkum istifadəsində olan mobil telefon arasında hadisə ərəfəsində çoxsaylı telefon danışıqları mövcuddur. Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya hə min sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi ilə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 26,11.2024-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs və müdafiəçisi, məhkum və müdafiəçiləri kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını, kassasiya protestinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin 26,11.2024-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlər in həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum müdafiəçiləri kassasiya şikayətində və əlavədə məhkumun əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan h allarla əlaqələndirmişlər. Dövlət ittihamçısı kassasiya protestində Təqsirləndirilən şəxs bəraət verilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən e dilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə mə hkumun, onun müdafiəçisinin, bəraət almış şəxsin və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhk əmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən Məhkum aid hissədə həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Müdaf iə tərəfi ibtidai istintaq zamanı Məhkum işgəncə verildiyini və ondan etiraf ifadələrinin işgəncə təsiri altında alındığını bildirmişlər. Həmin məsələ birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və həmin məhkəmə hökmdə qeyd edilən məsələyə aşağıdakı kimi qiymət vermişdir: “Məhkəmə, hazırkı iş üzrə Məhkum döyülməsi ilə bağlı xüsusata da hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Məhkum ibtidai araşdırma başlandığı ilk gündən ibtidai istintaq başa çatanadək müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələrində saxlanılarkən döyülməsi ilə bağlı hər hansı bir fikir irəli sürməmiş, əksinə bağlamanı götürüb hadisə yerindən uzaqlaşarkən saxlanıldığını səmimi etiraf etmişdir. Bundan başqa, Məhkum adına olan tibbi kitabçada onun sağ diz nahiyəsində, sağ baldırın iç nahiyəsində, sol dirsək nahiyədə qərtməkli yaraların müşahidə olunması qeyd olunsa da, həmin xəsarətləri həbsdən əvvəl aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Telmanın bağlamanı götürüb sürətli hərəkət edib hadisə yerindən uzaqlaşmaq istəyərkən yıxıldığını, bundan sonra onlar tərəfindən saxlanıldığını göstərmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum hadisə yerindən surətlə uzaqlaşarkən yıxılmış və qolundan, dizindən xəsarətlər almış, hadisə yerində ona qarşı zor tətbiq olunması müəyyən edilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir...” Göründüyü kimi, müdafiə tərəfinin işgəncə ilə bağlı irəli sürdükləri dəlillər də əsassızdır. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Məhkəmə kollegiy ası Təqsirləndirilən şəxs bəraət verilməsini mübahisləndirən kassasya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası hər iki şəxsin müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri əsasında iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi öz təstiqini tapsa da, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetmir. Belə ki, işdən görünür ki, Təqsirləndirilən şəxs cinayətə nə dərəcədə aidiyyətinin olması barədə hər iki şəxs istər istintaq zamanı, istərsə də bir inci instansiya məhkəməsində eyni məzmunlu ifadələr vermişlər. Bu məzmun ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs Məhkum narkotik vasitə götürmək planlarından heç bir məlumatı olmamışdır. Məhkum özünə məxsus olmuş iran nömrəli telefondan Təqsirləndirilən şəxs istifadəsində olmuş telefona içərisində nə olduğu bilinməyən qara rəngli salafan paket bağlamanın və həmin bağlamanın şəkilini göndərməsinin səbəbi ilə bağlı suala cavab verərkən göstərmişdir ki, Ziyafətin mobil telefonunun votsapına iranlı Behnamın onun telefonuna göndərdiyi içərisində narkotik olan torbanın fotoşəkillərini səhvən göndərmişdir. Təqsirləndirilən şəxs da ifadələrində və verilən suallara cavablarında ona göndərilmiş torba şəkili ilə bağlı suallara cavabda eyni sözləri deyir. Məhkəmə kollegiyası hesab edir ki, Təq sirləndirilən şəxs və Məhkum ifadələrinin bu fotoşəkillə bağlı hissəsinə inanmamağa əsas yoxdur. Ona görə ki, Məhkum Behnamın ona göndərdiyi həmin şəkili Təqsirləndirilən şəxs telefonuna göndərməsi üçün heç bir əsası, Təqsirləndirilən şəxs onu maşını ilə həmin əraziyə gətirməsindən başqa narkotik vasitənin həmin ərazidən götürülməsində hər hansı iştirakına ehtiyacı olmamış, Təqsirləndirilən şəxs da Telmana qaranlıq vaxtı qamışlıq ərazidən hər hansı torba axtarıb tapmaqda köməklik etmək vədi verməmişdır. Bunu Təqsirləndirilən şəxs onun telefonuna naməlum telefon nömrəsindən (Telmana məxsus iran nömrəsindən) fotoşəkil göndərilməsinə reaksiyası da təsdiq edir. Belə ki, o fotoşəkili telefonunda görəndə onu göndərən şəxsə “kimdir? nə istəyirsən? məzmunda suallar göndərir. Beləliklə Təqsirləndir ilən şəxs nəinki kimdənsə hər hansı fotoşəkil gözləməmiş, o hətta telefonuna belə bir şəkilin daxil olmasına təəcüb etmiş və şəkildəki torbada nəyin olması barədə təsəvvürü olmamışdır. Təqsirləndirilən şəxs bu bağlama barədə heç bir anlayışının olmaması nəticəsinə gəlinməsi üçün Ziyafətin onun telefonuna gəlmiş bu şəkillə bağlı şəkili göndərmiş şəxsə qeyd edilən sualları verməsi tam kifayətdir. Bu sualdan görünür ki, Məhkum qeyd edilən şəkili Təqsirləndirilən şəxs göndərməyə heç bir əsası və ehtiyacı olmadığı kimi Təqsirləndirilən şəxs da kimdənsə hər hansı bir fotoşəkil qonum və ya digər məlumat gözləməmişdir. Başqa bir tərəfdən onun telefonuna bu şəkilin göndərilməsi iranlı Behnama lazım olmuş olsaydı, ona bu şəkili Telman yox, Behnam özü göndərərdi. Beləliklə birinci instansiya məhkəm əsinin Təqsirləndirilən şəxs telefonunda olmuş bu fotoşəkil əsasında Təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş cinayətə hansısa aidiyyətinin olması barədə nəticəyə gəlməsi tamamilə səhv olmuşdur. Başqa bir tərəfdən Təqsirləndirilən şəxs Məhkum hər ikisinin ifadələrindən görünür ki, Məhkum iranlı Behnamın sifarişini yerinə yetirmək üçün taksi tap tapşırığına uyğun olaraq məhz taksi fəaliyyəti ilə məşğul olan Ziyafəti seçməsi iki təsadüflə bağlı olmuşdur. 1) Telmanın bağında təmir işləri görən Ziyafətin bibisi oğlu olan Vüsalın təmir üçün lazım olan materialların alınıb gətirilməsi işində arabir taksi sürücüsü kimi Ziyafətin xidmətindən (Vüsal ifadəsində Ziyafətin təmin materiallarını Telmanın həyətinə bəzən Ziyafətin maşını ilə gətizdirdiyini göstərir) istifadə etməsi 2) narkotik v asitənin götürülməsi tələb olunan gündə Təqsirləndirilən şəxs bir neçə il əvvəl, 2-ci Qarabağ müharibəsində, Qubadlı rayonu ərazisində oğlu ilə birlikdə döyüşərək şəhid olmuş, Sabirabadda yaşamış digər bir şəhidin atası, özünün həmdərdi olan Şahid4 adlı şəxslə Sabirabadda görüşərək onunla birlikdə şəhid övladlarının vuruşduğu Qubadlı rayonu ərazisinə getmək üçün Sabirabada getmək məqsədinin olması. Şahid4 işin istintaqı zamanı müstəntiqin verdiyi suallara verdiyi cavabında (2-ci cild səh. 137-139) göstərir: “O Bakıda qeydiyyatda olsa da Sabirabad rayonu Surra kəndində ailəsi ilə birgə yaşayır. X16 2-ci Qarabağ döyüşlərində şəhid olduqdan sonra oğlu ilə birlikdə döyüşlərdə iştirak etmiş və onunla birlikdə şəhid olan Elvin Novruzovun atası Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndir ilən şəxsla birlikdə dəfələrlə şəhidlərin yad edilməsi ilə bağlı dövlət tədbirlərində iştirak etmişlər. Həmçinin o Ziyafətin oğlunun, Ziyafət də onun oğlunun məzarlarını ziyarət etmişlər. 2023-cü ilin iyun ayının 20-dən sonra Təqsirləndirilən şəxsla bir neçə dəfə telefonla əlaqə saxlamışlar ki, görüşüb gün müəyyən edib övladlarının şəhid olduqları Qubadlı rayonundakı əraziləri ziyarət etsinlər. 25 iyun 2023-cü il tarixdə Ziyafətlə telefonla danışmış və onu yaşadığı kəndə dəvət etmişdir ki, Qubadlı rayonuna getmək üçün vaxt müəyyən etsinlər. 26 iyun 2023-cü il tarixdə və sonrakı tarixlərdə dəfələrlə Ziyafətə zəng etsə də onun telefonuna zəng çatmamışdır. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Ziyafət Beyləqan rayonunda saxlanılıb. Şahid4 müstəntiqin “Siz Təqsirləndirilən şəxsla birlikdə Qubadlı rayonuna getmək üçün nə vaxt görüşməyi, hansı nəqliyyat vasitəsi ilə getməyi razılaşdırmışdınız?” sualına cavab olaraq göstərir ki, “Ziyafət onların kəndinə gəlib oğlu Elvinin sənədlərini ona verməli və o bu sənədləri oğlunun sənədləri ilə birlikdə Sabirabad rayonundan millət vəkili Kamal müəllimə verməli, daha sonra isə icazə alındıqdan sonra Qubadlıya getməli idilər. Ziyafət gələ bilmədiyi üçün o 3 nəfər digər şəhid atası ilə birlikdə Qubadlıya getmişlər.” X5 getməyə hazırlaşması barədə məlumatı olan və Telmanın evində işləyən, Ziyafətin bibisi oğlu olan Vüsal da Telmanın Beyləqana getmək planından xəbər tutarkən Telmana Təqsirləndirilən şəxs yolüstü onu da apara biləcəyini deməsi ilə Telmanla Ziyafət yol yoldaşı olmuşlar. Məhkəmədə ifadə vermiş Şahid5 da Şahid4 təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs birlikdə yola çıxmasının təfsilatı barədə bir birini tamamlayan ifadələr vermişlər. Məhkum və Təqsirləndirilən şəxs Beyləqana çatdıqdan sonrakı davranışları da hadisələrin məhz bu cür baş verdiyini təsdiq edir. Belə ki, Novruzov X6 Telman Elman oğlunu Beyləqanda körpünün üzərində düşürdükdən sonra onunla vidalaşaraq öz yoluna davam etmişdir.. Bir neçə dəqiqə sonra Telman ona zəng edərək gözləməsini bildirmiş və tanımadığı “Kamaz” markalı avtomobillə yenidən onun yanına gəlmiş, Ziyafətə çatıb ona düşdüyü yerdə telefonunu itirdiyini bildirmişdir. Ziyafət yol yoldaşının telefonunu axtarmaq üçün onu həmin yerə aparmağa məcbur olmuş, Telmanı düşürtdükdən sonra yenə Sabirabada getmək məqsədi ilə maşınını sürərək həmin yerdən uzaqlaşmışdır. Beləliklə Təq sirləndirilən şəxs Beyləqana nə üçün gəlməsindən xəbəri olmadığı Məhkum ikinci dəfə ayrılmışdır. Belə olduğu halda məhkəmənin yalnız Təqsirləndirilən şəxs telefonunda Məhkum telefonundan göndərilmiş qara torba şəkilinin olması mülahizəsi əsasında Təqsirləndirilən şəxs AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi düzgün olmamışdır. Əgər bu şəkil Təqsirləndirilən şəxs telefonuna iranlı Behnama məxsus olan telefon nömrəsindən gəlsəydi, bu bəlkə də Təqsirləndirilən şəxs ilə bağlı hansısa bir şübhə yarada bilərdi. Hətta belə olsaydı belə, bu şübhəni əsaslandıran başqa sübutlar müəyyən edilməyəcəyi halda həmin şübhə prosessual qanunun tələbinə görə, Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittiham xeyrinə yox, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli, yalnız belə bir sübut əsasında Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməməli idi. Lakin tam aydın görünür ki, bu şəkil və onu müşaiyət edən “salam qaqaş., nətərsən, yaxşısan, inşallah, Allah deyən olsa 2 günə, 3 günə əmanət yola salıram daş, torpaq, bir də təbii dərmanda” sas yazısı Məhkum İran nömrəli telefonuna Behnam adlı iranlının telefonundan göndərilmiş, Təqsirləndirilən şəxs telefonuna isə Telmanın telefonundan göndərilmişdir ki, Məhkum da bu səs yazısı və şəkili Ziyafətin telefonuna təsadüfən, hər hansı istəyi və məqsədi olmadan göndərdiyini bildirir. İstənilən mobil telefon istifadə edən şəxs də bilir ki, bir telefondan başqa bir telefona istənilmədən, gözlənilmədən, təsadüfdən hər hansı səs yazısı, fotoşəkil, mesajın göndərilməsi tamamilə mümkün ola bilən və bir-birini tanıyan mobil telefon istifadəçiləri arasında mütəmadi baş verə bilən bir haldır...” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kifayət qədər inandırıcı formada gəldiyi nəticəni əsaslandırmışdır. Bu əsaslandırma obyektiv və neytral müşahidəçini qane edəcək səviyyədə olmaqla, qanuni və realdır. Kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır və hesab edir ki, kassasiya protestinin bütün dəlillərinə həmin əsaslandırmada hərtərəfli, tam və obyektiv şəkildə münasibət bildirilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və əlavə, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü Məhkum müdafiəçisinin kassasiya şikayətinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti, Müdafiəçi3 Sabiq qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 11 iyun tarixli, 1(099)-428/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum və Təqsirləndirilən şəxs barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 1(106)-736/2024 nömrəli hökmü Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə, kassasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar