Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1035/2019 23.07.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1035/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 23 iyul 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, zərərçəkmiş şəxs X3 və Məhkum iştirakl arı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin (hakim M.Kazımov) 31 yanvar 2019-cu il tarixli hökmü ilə 23 dekabr 1988-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edil mişdir ona görə ki, o, 18 iyun 2018-ci il tarixdə, saat 18 radələrində Gədəbəy rayonu, Arıqıran kəndində həmkəndlisi Məhkum yaşadığı evin həyətinə gəlib bacısı X5i, qaynı X6nı istəməsi barədə kənddə yalan məlumatlar yaydığına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan çökək bellə vuraraq ona sol göz altının sıyrığı, sağ əlin 1-ci barmağının şişkinliyi ilə müşayiət olunan 1-ci barmağın əsas falanqa 1-ci əl daraq oynağının yarım çıxığı ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), S.B.Hüseynov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 29 mart 2019-cu il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin Məhkum barəsindəki 31 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum və onun müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayətində xahiş edirlər ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum bəraət verilməsi barədə qərar qəbul olunsun. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum və onun müdafiəçisi Müdafiəçi onunla əsaslandırırlar ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı qeyri-obyektiv, qanunsuz və ədalətsizdir. Belə ki, bir çox ziddiyyətli məsələlər apellyasiya şikayətində göstərilmişdir, hansı ki, həmin ziddiyyətlər m ötəbər sübutlarla aradan qaldırılmalı idi, əgər bu mümkün olmayacağı təqdirdə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməli idi. Bu isə bir başa təqsirləndirilən şəxsin təqsirlilik məsələsinin həll olunması demək idi. Lakin qərardan görünür ki, qeyd edilən ziddiyyətlər aradan qaldırılmadan Məhkum barəsində ədalətsiz qərar qəbul edilmişdir. Həmçinin məhkumun cinayət əməlini törətməyi həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Bundan başqa Məhkum barəsində olan ittihamın sübut olunmasında şübhələr yaransa da qanunvericiliyin tələbinə əməl edilməyərək bu şübhələr digər sübutlarla aradan qaldırılmamışdır. Bu hallar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Şərh olunanlardan da gör ündüyü kimi, məhkəmə baxışı nəticəsində Məhkum qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə olan halda onun barəsində bəraət hökmü çıxarılmalı olsa da, məhkəmə bunu etməmiş və ittiham aktını demək olar ki, tam məzmunda köçürməklə təqsirli olmaya-olmaya məhkum olunmasına dair əsassız hökm çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştitakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillər indən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusu na və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Məhkum əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiə tərəfinin kassasiya şikayətinin başlıca dəlili Məhkum təqsirsiz olması əsası ilə əlaqədar barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallard a çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspertiza rəyi ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlav ə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Azərbaycan Respub likası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ol a biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2019-cu il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1035/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1035/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver