Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1035/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü il ə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Əhmədov Rauf Tağı oğlu) 21 oktyabr 2021-ci il tarixli hökmü ilə 30 may 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsiri sübut a yetirilmədiyinə görə bəraət verilmişdir Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı ilə ( İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X5 ittiham verilmişdir, ona görə ki, o, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, X8 xx.xx.2020-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 45 saylı evin 25 saylı mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı çarpayının üzərindəki yastığın altından 5800 manat, döşəyin altından isə 7200 manat pulu, 2 ədəd ümumilikdə 150 manat dəyərində markası bilinməyən mobil telefon aparatlarını və hər birinin dəyəri 15 manat olan, ümumilikdə 90 manat dəyərində 6 ədəd təzə köynəkləri gizli olaraq, ümumilikdə Zərərçəkmiş şəxs 13.240 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Döv lət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işin hallarındakı olan xüsusata diqqət yetirməmiş, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşmamış, iş üzrə mötəbər sübutları əlaqəli şəkildə tətqiq edərək qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız qərarlar qəbul etmişlər. Belə ki, apellyasiya baxışı zamanı dindirilmiş X8 ona Azərbaycan Respublikasının Cinayət Mcəlləsinin 177.2.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Onun Zərərçəkmiş şəxs mənzilindən pul oğurlaması barədə ittiham tamamilə uydurmadır. Zərərçəkmiş şəxs mənzilindən pul oğurlanmış olsa belə, onun bu hadisədən xəbəri yoxdur. Əvvəllər oğurluğa görə məhkum olunması o demək deyildir ki, istənilən oğurluq hadisəsi ilə bağlı ona ittiham edilməlidir. İbtidai istintaq zamanı onun adından yazılmış ifadə onun sözlərinə əsasən yazılmamışdır. Polis əməkdaşları tərəfindən döyüldüyünə və məcbur edildiyinə görə ibtidai istintaq zamanı ifadəsini imzalamağa məcbur qalmışdır. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli aktdan görünür ki, X8 polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərkən onun sifətinin sol tərəfində qançır, sol göz, qaş nahiyyəsində şişkinlik və çapıq aşkar edilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi öz yekun qərarlarında təqsirləndirilən şəxsin ifadəsini mötə bər sübut kimi qəbul edərək yuxarıda qeyd o olunan xəsarətlərin təqsirləndirilən şəxs X5 yetirilməsini sonuncunun döyülməsinə əsaslı şübhələrin olmasının göstəricisi kimi qiymətləndirmişdir. Zənn etsək ki, təqsirləndirilən şəxs Hikmət Yusubov 400 manat pulun oğurlanmasını istintaq dövründə fiziki zor təsiri altında etiraf edib, o zaman haqlı olaraq sual yaranır ki, nəyə görə onda 3000 manat bağlı deyil, yalnız 400 manat pulun oğurlanması ilə bağlı etirafedici ifadə alınmışdır. Aydındır ki, təqsirləndirilən şəxs Hikmət Yusubov istintaq dövründə qismən özünü müdafiə xarakterli, məhkəmə istintaqı dövründə isə tamamilə özünü müdafiə xarakterli ifadə vermişdir. Apellyasiya baxışı zamanı 02 dekabr 2020-ci il tarixli akt tərtib edən Nizami RPİnin 24-cü Bölməsinin əməkdaşlarının dindirilməsi üçün vəsatət verilmiş, vəsatət təmin edilmiş, qeyd olunan polis əməkdaşları dindirilmiş və akta göstərilmiş xüsusatları bir daha təstiq etmişlər. Bundan əlavə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin keçirmiş olduğu həyat tərzinə görə onun ifadəsinin mötəbərliyin şübhə altına almışdır. Halbuki iş materiallarında olan 23 mart 2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Kapital Bank” bankından 04 mart 2021-ci tarixli çıxarışa əsasən, Zərərçəkmiş şəxs həmin bankdan 460 manat təqaüd alır. Həmçinin, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Beynəlxalq Bank” bankından 04 mart 2021-ci tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin bankdan da 460 manat təqaüd alır. Zərərçəkmiş şəxs aylıq gəliri ümumilikdə 920 manat təşkil edir. Bu isə zərərçəkmiş şəxsin 13000 manat məbləğində pulunun olmasına dair şübhələri tamamilə aradan qaldırır. Hazırki cinayət işi üzrə müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs H.Yusubovun bütün prosessual hüquqları təmin edilmiş, ona qarşı qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ədalətsiz, əsassız qərarlar qəbul edilmiş və nəticədə H.Yusubova təqsirli olduğu halda bəraət verilmişdir. Odur ki, Hikmət Yusubovun ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək, X5 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə verilmiş kassasiya protestini müdafiə etdiyini bildirib, protestin, o cümlədən zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, Hikmət Yusubovun əməlləri nəticəsində çoxlu əziyyət çəkdiyini bildirib, həmin şəxsin qanun çərçivəsində cəzalandırılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxs kassasiya şikayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübu tetməyə dair normalarına əməl etmədən, o cümlədən CPMin 143 - 146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə), 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdirlər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud ol duğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X4 qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etməsi sübuta yetirilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Belə ki, apellyasiya məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla dindirilmiş Hikmət Yusubov Azərbaycan Respublikasının Cinayət Mcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Onun Zərərçəkmiş şəxs mənzilindən pul oğurlaması barədə ittiham tamamilə uydurmadır. Zərərçəkmiş şəxs mənzilindən pul oğurlanmış olsa belə, onun bu hadisədən xəbəri yoxdur. Əvvəllər oğurluğa görə məhkum olunması o demək deyildir ki, istənilən oğurluq hadisəsi ilə bağlı ona ittiham verilməlidir. İbtidai istintaq zamanı onun adından yazılmış ifadə onun sözlərinə əsasən yazılmamışdır. Polis əməkdaşları tərəfindən döyüldüyünə və məcbur edildiyinə görə ibtidai istintaq zamanı ifadəsini imzalamağa məcbur qalmışdır. Məhkəmə kollegiyasının sualına cavab olaraq X8 bildirmişdir ki, Zərərçəkmiş şəxs tüfeyli həyat keçirməklə yaşadığı mənzilə zibillər daşımış və buna görə də bütün binanı pis iy bürümüşdür. Buna görə Zərərçəkmiş şəxs dəfələrlə irad bildirmiş və bu səbəbdən Saleh ondan incik qalmışdır. Apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmış. məhkəmə kollegiyasının sualına cavab olaraq onun mənzilinin açarın ın qonşuluqda yaşayan oğlanın götürməsini dəqiq görmədiyini, sadəcə olaraq həmin vaxt oğlan pilləkanlarda olduğundan, ehtimal edir ki, açarı oğlan götürmüşdür. Həmçinin ehtimal edir ki, onun evindən pulunu Hikmət Yusubov oğurlamışdır. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı Nəriman Əzizov tərəfindən xx.xx.2020-ci il tarixdə izahatı alınmış X6 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncu zibilxanadan yemək və paltar yığıb yaşadığı mənzilə gətirir. Onun mənzilinin qoxusundan binanın blokuna girmək mümkün deyil. Qonşuların köməkliliyi ilə dolanır. Qonşular tərəfindən ona gündəlik yemək verilmiş və köməklik olunmuşdur. Zərərçəkmiş şəxs evındə pulunun olmasına inanmır. Həmçinin, iş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı Nəriman Əzizov tərəfindən xx.xx.2020-ci il tarixdə izahatı alınmış Bəyzadə Əliyev izahatında göstərmişdir: “... Zərərçəkmiş şəxs dilənçiliklə məşğuldur, zibillikləri gəzir, zibillikdə nə görürsə gətirib evinə yığır. Onun evindən gələn pis qoxudan bloka girmək mümkün deyil. Qonşuların köməkliyi ilə dolanır. Mən və bütün qonşular onun evində o qədər pul olduğuna və onun pulunun oğurlandığına inanmırıq. Hər halda yaşla əlaqədar onun əqli zəifliyi olduğundan pulunun oğurlandığını düşünür...” Eyni zamanda, Zərərçəkmiş şəxs birinci Qarabağ müharibəsində başından travma almış və ona görə yaddaşı zəifdir. Həmçinin tufeyli həyat tərzi keçirir. Bundan başqa, o, hüquq mühafizə orqanlarına müraciət edərkən oğurlanmış pulun məbləğini gah 5800 manat, gah da 1300 0 manat olduğunu göstərmişdir. Bütün bu hallar Zərərçəkmiş şəxs ifadələrinin mötəbərliyinə əsaslı şübhələr yaradır ki, bu da Hikmət Yusubova qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmələr qeyd edilən nəticəyə gələrkən hesab etmişlər ki, Zərərçəkmiş şəxs X5 qarşı hər hansı konkret ifşaedici ifadə verməmiş, onun ifadələri sırf ehtimallar üzərində qurulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ifadələrində yaşadığı mənzilin qıfıl açarının tanımadığı və adını bilmədiyi, lakin üzdən tanıdığı qonşusu tərəfindən 17 avqust 2020-ci tarixdə təxminən saat 16 radələrində götürüldüyünü və qaytarılmadığını iddia etsə də, bir gün sonra yaşadığı mənzildən 13000 manat pulun və digər əşyaların oğurlandığını göstərmişdir. İttihama görə isə təqsirləndirilən şəxs X8 Zərərçəkmiş şəxs yaşadığı mənzildən 17 avqust 2020-ci il tarixdə saat 16 radələrində oğurluq etməklə cinayət əməli törətmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatında, mənzilindən 13000 manat pulu oğurlamış, lakin adını bilmədiyi qonşusunun məhəllədə olan marketə olan borclarını ödədiyini, habelə verilmiş suala cavab olaraq mənzilindən çay, qənd, konfet, şəkər tozu, yataq dəstləri və paltarlarının oğurlandığını da bildirmişdir. Diqqət çəkən məqam odur ki, Zərərçəkmiş şəxs adını bilmədiyi halda mənzilindən edilmiş oğurluqda şübhələndiyi şəxsin marketə olan borcunu ödədiyini bildirmişdir. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs yaşadığı mənzildə ona məxsus 13000 manat məbləğində pulun və digər əşyaların mövcudluğunu təs diq və ya təkzib edən sübutlar müəyyən edilməmişdir. Belə olan halda həmin əmlakların mövcudluğu ilə bağlı ittiham tərəfinin iddiaları ehtimal xarakteri daşımışdır. Belə ki, istintaq orqanının qənaətinə görə Zərərçəkmiş şəxs yaşadığı mənzildən 13000 manat məbləğində pul və digər əşyalar təqsirləndirilən şəxs X8 tərəfindən oğurlandığı halda sonuncunun həmin məbləği hara xərcləməsi və ya götürdüyü əşyaları kimə və ya kimlərə verməsi və ya satması ilə bağlı təqsirləndirilən şəxsə suallar verilməmiş və həmin əşyaların axtarılması və ya tapılması istiqamətində hər hansı zəruri istintaq hərəkətləri həyata keçirilməmişdir. Beləliklə, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 45 saylı evin 25 saylı mənzilində olduğu iddia edilən 13000 manat məbləğində pulun və digə r əşyaların X8 tərəfindən götürülməsi və ya oğurlanması faktı təsdiq edilməmiş, ittihamı təsdiq edən sübutların zəifliyi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən bəraət verilmiş şəxsə istinad olunan ittihamın tamamilə əsassız olması barədə nəticəyə gələrkən səhvə yol verməmişlər. Göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, birinci instansiya və apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X4 Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarın ı kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Hikmət Yusubova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 -cü maddələri ilə bəraət verilməsi cinayət və cinayətprosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmi r, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplan mış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət i şi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1035/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1035/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver