Məhkəmə qərarları › İş №1(102)-1035/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1035/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1035/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci i l tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum apellyasiya şikayəti üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir.

2. İş materiallarından və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddələri ilə cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

3. Hökmdən m əhkum tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti də apellyasiya şikayətinə əlavə olunmuşdur.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim N.F.Quliyev) 11 oktyabr 2022-ci il tarixli, 1(99)-19/2019 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti əsassız hesab edilərək rədd edilmişdir.

5. Qərardan Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim M.Ə.Bağırov, hakimlər İ.H.Əhmədov və E.İ.Əliyevdən ibarət tərkibdə) 21 dekabr 2022-ci il tarixli, 1(106)-1005/2022 saylı qərarı ilə məhkumun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair verdiyi vəsatət təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamışdır.

7. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri

8. Məhkum verdiyi kassasiya şikayətində qeyd etmişdir ki, ağır sağlamlıq problemləri, hüquqi biliyinin olmaması və həmçinin, müddətin pandemiya dövrünə təsadüf etməsi səbəbindən şikayətin verilməsini gecikdirmişdir. Məhkumun müraciətinin əsasını cəzanın yüngülləşdirilməsi və bunun üçün müvafiq əsasların- şəxsin əvvəllər məhkumluğunun olmaması, himayəsində olan azyaşlı övladları nın olması, səmimi peşmançılığı və həmçinin, şəhid ailəsinin üzvü olmasının nəzərə alınması təşkil edir. Qeyd edilən məsələləri nəzərə alaraq kassasiya şikayətinin müəllifi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, buraxılmış müddət bərpa olunmaqla ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1 və 384.1.12-ci maddələrinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə qərar çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti ve rmək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

10. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmunundan aydın olur ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.

12. İş materiallarından və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü elan olunarkən Məhkum və müdafiəçisi məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayətinin verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Bundan əlavə, iş materiallarında olan Məhkum tərəfindən imzalanmış məhkəmə qəbzi ona münasibətdə prosessual müddət axımının hökmün surətini aldığı tarixdə, yəni 23 mart 2019-cu ildə başlandığını və müvafiq olaraq 13 aprel 2019-cu il tarixdə başa çatdığını təsdiq edir.

13. Beləliklə də, məhkum tərəfindən apellyasiya şikayəti həmin müddət keçdikdən müvafiq olaraq 3 il 5 ay 1 gün sonra verildiyindən qanunla müəyy ən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır.

14. Məhkum verdiyi kassasiya şikayətində ağır sağlamlıq problemlərinin olmasını müddətin ötürülmə səbəblərindən biri kimi qeyd etsə də, məhkum səhhətindəki problemin nə qədər davam etməsi, hansı dövrləri əhatə etməsi, hansı müddətlərdə müalicədə olması barədə konkret faktlar gətirməmiş və bu iddiasını təsdiq edən materialları məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərən hallar kimi həmçinin onu qeyd edir ki, Məhkum bundan əvvəl birinci instansiya məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmündən qanunla müəyyən edilmiş prosessual müddət daxilində apellyasiya şikayəti vermiş, lakin özü həmin şikayəti geri götürmüşdür.

16. Qeyd edilənlər hazırki işdə Azərb aycan Respublikası CPM-nin 386.1-ci maddəsinin təsbit etdiyi halların, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hər hansı digər halların müəyyən edilmədiyini təsdiq edir və bununla bağlı birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin mövqeyinin əsaslılığına dəlalət edir.

17. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun m üddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Kon vensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax,Səbri Günəş Türkiyəyə qarşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012)

18. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 1(106)-1005/2022 nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar