Məhkəmə qərarları › İş №1(102)-1035/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1035/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1035/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X18 qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 150. 3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(104)-428/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işsiz, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işi n faktiki hallarına görə, Məhkum, 2020-ci ilin iyul ayının dəqiq müəyyən edilə bilməyən günündə, gündüz saatlarında Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə öz yaşadığı evə çağırıb, evin qonaq otağında yerləşən divanda əyləşdirərək orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağızboşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə ona qarşı qəsdən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir.

3. Bundan başqa o, 2020-ci ilin iyul ayının dəqiq müəyyən edilə bilməyən günündə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə öz yaşadığı evə çağırıb, evin yataq otağında yerləşən çarpayıda əyləşdirərək orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını onun ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir.

4. Bundan başqa o, 2020-ci il yay aylarından başlayaraq 2022-ci ilin iyun ayınadək olan müddət ərzində, dəqiq müəyyən edilə bilməyən günlərdə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anada n olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 və çörək almaq üçün mağazaya göndərmək adı ilə çağırıb sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək öz yaşadığı evdə, yaşadığı evin yaxınlığında yerləşən su çəninin altındakı ətrafdan tam görünməyən boş sahədə, yaşadığı evin həyətinə yığılmış dəmir lövhələrin arxasında, yaşadığı evin pilləkənin üstündə və yaşadığı evlə qonşuluqda yerləşən evlərinin arasındakı ətrafdan görünməyən sahədə mütəmadi olaraq cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələməklə, həmçinin üzündən və baş nahiyyəsindən sillə ilə vuraraq zor tətbiq etməklə öz cinsi yyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salıb təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir.

5. Bundan başqa o, 2021-ci ilin aprel-may ayında, dəqiq müəyyən edilə bilməyən gündə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X9 çörək almaq üçün mağazaya göndərməkadı ilə öz yaşadığı evə çağırıb, sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, evin yataq o tağında onun şalvar və tumanını aşağı salaraq, yəni cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, öz əynində olan şalvarını bir qədər aşağı salıb cinsiyyət orqanını çıxararaq, Elcan Vəliyevin başını aşağı əyərək əli ilə tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin anal dəliyinə toxundurub təxminən 5-6 dəqiqə ərzində cinsiyyət orqanını onun anal dəliyinə sürtməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir.

6. Bundan başqa o, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində yaşadı ğı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə çağırıb, onunla qonşuluqda yerləşən, həmin kənd sakini Elfaq adlı şəxsə məxsus olmaqla yeni tikilmiş, yaşayış olmayan evin həyətinə apararaq, həmin fərdi yaşayış evinin pilləkəninin üzərində əyləşdirib, orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələməklə zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində c insiyyət orqanını onun ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir.

7. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X4 və X2 ibarət məhkəmə tərkibində) 22 iyun 2023-cü il tarixli, 1(100)-254/2023 nömrəli hökmü ilə Məhkum CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətim kan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.

8. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X10 və X7 ibarət məhkəmə tərkibində) 29 sentyabr 2023-cü il tarixli, 1(104)-428/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(100)-254/2023 nömrəli hökmünün təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya ş ikayətinin dəlilləri və etirazlar:

11. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz, əsassız və ədalətsiz yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, bu işin əsasını zərərçəkmiş hesab edilən X8 qanuni nümayəndəsi olan anası X5 ilə Məhkum arasında olan ədavət səbəbindən şikayət etməsi olmuşdur. Məhz elə onun ifadəsi əsasında da, ittiham hökmü çıxarılmışdır. Halbuki cinayət işi materiallarında məhkumun lehinə olan kifayət qədər sübutlar mövcuddur. Bütün sübutlar bir-birini təsdiq etmədiyindən yaranmış fikir ayrılığı təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

12. Məhkumun müdafiəçisi kassasiy a şikayətində göstərilənlərə əsasən məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(104)-428/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişlər.

13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

14. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun şəkildə çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X18 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hü quqi məsələlər:

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Məhkum müdafiəçisi kassasiya ş ikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

22. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(104)-428/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəll ə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, c inayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

29. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

30. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Məhkum hər hansı bir qanunsuz hərəkətə yol verməməsi, cinayət işi materiallarında onun əməlinin CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 150.3.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibi olma ması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

31. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

32. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibi olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

35. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərə findən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirl i bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

36. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilmə z sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və birinci və apellyasiya instansiya məhkəməsinin icraatında verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sair çoxsaylı materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə ko llegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya in stansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun əməlində cinayət tərkbinin olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(104)-428/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əs aslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 1(104)-428/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar