Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1035/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, 05 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(106)-449/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.Ə.Musayev (sədrlik edən), hakimlər N.F.Quliyev və C.Ş.Səfərlidən ibarət tərkibdə) 23 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilmiş və o, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamç ısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İ.Q.Abdullayev (sədrlik edən), hakimlər R.M.Cəfərov və E.İ.Əliyevdən ibarət tərkibdə) 19 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm baxılmış apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ə.C.Seyidov (sədrlik edən), hakimlər T.L.Kazımov və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) 11 noyabr 2022ci il tarixli qərarı ilə kassasiya protesti təmi n edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(106)-449/2022 saylı qərarı ilə müdafiəçi A.M.X7 Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından qanunla müəyyən olunmuş müddəti buraxmaqla kassasiya şikayəti verdiyindən və qərarı çıxarmış apellyasiya instansiyası məhkəməsi qarşısında buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmadığından, o, kassasiya şikayəti vermək hüququna malik olmayan şəxs sayılmış, bu hal Azərbaycan Respublikası CPM-in 415.1.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməklə, Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti hərəkətsiz saxlanılmış və həmin qərarın təsviri hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün qərarın alındığı vaxtdan 20 gün müddət təyin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət verərək məhkuma münasibətdə kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən: E.İ.Xasməmmədov, hakimlər: P.V.Hacıyev və H.X.Bəhmanov), Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin verilməsi üçün öt ürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. Müdafiəçi4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum vaxtında təqdim olunmamasına, bununla da müvafiq müddəti ötürməməsinə əsaslanaraq, məhkəmədən tərəfindən verilmişi kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin proses sual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində n əzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. İş materiallarından görünür ki, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı onun özünün iştirakı ilə elan edilmiş, eyni zamanda həmin qərardan kassasiya şikayətinin verilməsi müddəti və qaydaları ona izah edilmişdir. Həmçinin, işdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd olunan yekun qərarının surəti xx.xx.2022-ci i l tarixdə rəsmi qaydada Məhkum saxlanıldığı Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, şikayət xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə verilmişdir. Göründüyü kimi, Müdafiəçi4 tərəfindən yekun apellyasiya qərarından qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna mali kdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mü lahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən 19 may 2022-ci il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olm ayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, T.R.X4 Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Müdafiəçi4 tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 23 dekabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından kassasiya şi kayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 23 dekabr 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1035/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1035/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver