Məhkəmə qərarları › İş №1(102)-1036/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1036/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1036/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsumov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, cinayət məsuliyyətindən azad edilmiş Məhkum və onun müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlunun iştirakları ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.3-cü maddəsi ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işi üzrə icraata xitam verilmiş, CM-nin 308.1-ci maddəsi isə ona elan olunmuş ittihamdan xaric edilmiş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Elçin Zəkəriyə oğlu) Məhkum, xx xxxx 1984-cü il tarixdə Bakı şəhəri ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Qaradağ rayon şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda həmin Publik Hüquqi şəxsin Xətai rayon şöbəsinin məhkəmətibb eksperti vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, CM-nin 178.2.3-cü maddəsi ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işi üzrə icraata xitam verilmiş, CM-nin 308.1-ci maddəsi isə ona elan olunmuş ittihamdan xaric edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Səhiyyə Nazirliy inin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin baş direktorunun 19 mart 2018-ci il tarixli, 186 nömrəli əmri ilə həmin Biliyin Qaradağ rayon şöbəsinə şöbə rəisi - məhkəmə-tibb eksperti vəzifəsinə təyin edilərək həmin tarixdən 24 dekabr 2020-ci il tarixədək qeyd edilən vəzifədə işləyərkən 18 noyabr 1999-cu il tarixli "Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən məhkəmə ekspertizasının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verən bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək, ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək, eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək və onun gözlənilməsinə nəzarət etmək, aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla təmin etmək, tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyini, tədqiqat obyektlərini və iş üzrə materialların məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə gön dərilməsini təmin etmək və digər səlahiyyətlərə malik təşkilati- sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə Bakı-Qazax magistral yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən hissəsinin Bakı şəhəri istiqamətində yolun kənarında ağ rəngli "Mercedes Axor” markalı, 61 K 21411 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sükanı arxasında əyləşərək sürücü oturacağının yanında olan təhlükəsizlik kəmərini boyun nahiyəsinə keçirib özünü avtomobildən aşağı sallayaraq intihar etməsi nəticəsində boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan ölmüş Türkiyə Respublikasının vətəndaşı 01 mart 1990-cı il təvəllüdlü X15 daxili müayinə olunması üçün Qaradağ rayon prokurorluğu tərəfindən Publik Hüquqi Şəxsin Qaradağ rayon şöbəsinə təhvil verilmiş meyitini müayinə olunduqdan sonra xx.xx.2020-ci il tarixdə mərhumla birlikdə "Ekspress” nəqliyyat şirkətində sürücü işləyən Türkiyə Respublikası vətəndaşı olan Zərərçəkmiş şəxs1 təhvil verərkən sonuncuya Tarık Çoşanın meyitinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Qaradağ rayon şöbəsinin ünvan 3 ünvanda yerləşən meyitxanasında soyuducu kamerada saxlanılması üçün hər hansı ödəniş tələb edilməməsinə və saxlanılma zamanı tətbiq edi lən dərman vasitələrinin dəyərinin dövlət vəsaiti hesabına təmin edilməsinə baxmayaraq, saxlanılma və dərman vasitələrinin tətbiq edilməsinə görə 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat məbləğində pul vəsaitinin, eyni niyyətlə, nümunə götürülmədiyi üçün "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi tərəfindən korona virusla bağlı yoxlama aparılmamasına və işlədiyi Publik Hüquqi Şəxsin, onun struktur şöbələrinin göstərilən virusla bağlı laborator müayinələr aparmaq səlahiyyətinin olmamasına baxmayaraq, guya COVİD 19-la bağlı laborator analizin aparılmasına görə 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat məbləğində pul vəsaitinin, eyni niyyətlə, daşınma üçün guya əlavə tabuta görə 300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 510 m anat məbləğində, eyni niyyətlə, guya avtomobillə meyitin Bakı Beynəlxalq Hava Limanına aparılmasına görə 100 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170 manat və guya çəkilən sair texniki xərcləri qarşılamağa görə 100 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170 manat məbləğində, cəmi 1.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.720 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu yalandan bildirib, habelə inandırmaq üçün boş kağıza "300 - tabut, 100 araba, 500 - kamera, 600 - korona, 100 - zahmet” sözlərini şəxsən yazaraq Zərərçəkmiş şəxs1 verib sonuncunun razılığını aldıqdan sonra, xx.xx.2020-ci il tarixdə işlədiyi Publik Hüquqi Şəxsin Qaradağ rayon şöbəsinin ünvan 4 ünvanda, 19 saylı Birləşmiş şəhər xəstəxanasının həyətində yerləşən inzibati binasında ola n xidməti otağında Türkiyə Respublikası vətəndaşı X8 yanında Zərərçəkmiş şəxs1 1.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə cəmi 2.720 (iki min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə X4 məxsus cəmi 2.720 (iki min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Hökmdən dövlət ittihamçısı Fərzəliyev Nəzər Kamil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 15 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilm əmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cinayət qanunvericiliyinin bir sıra normalarına, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarına istinad edən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini belə əsaslandırmışdır ki, dəl əduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, təqsirkarın tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək özgənin əmlakını və ya əmlaka olan hüquqlarını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməsi başa düşülür. Həmin tövsifedici əlamət o halda mövcud olur ki, təqsirkar zərərçəkmişi aldadarkən və ya onun etibarından sui-istifadə edərkən məhz öz qulluq mövqeyindən istifadə etmiş olsun. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vur ur, vətəndaşların konstitusiyon hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır, həmin cinayətin obyekti kimi dövlət orqanlarının normal fəaliyyəti, əlavə obyekt qismində isə vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Daha sonra vəzifədən sui-istifadə etmə cinayətinə təfsir verən kassasiya protestinin müəllifi qeyd edir ki, Məhkum törətmiş olduğu əməllə qəsd olunan obyekt tək mülkiyyətlə bağlı deyil, hüquqi şəxsin hüquq və qanuni mənafeləri ilə bağlı olan münasibətlər sistemi də olmuş, törədilmiş cinayət nəticəsində dövlət təşkilatı olan hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurulmuş və bu əməli törətməsi nəticəsində həmçinin dövlət orqanının da hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. Kassatorun fikrincə, məhkəmələr Məhkum CMnin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi barədə nəticəyə gələrkən həm şərh edilənlərə əməl etməmiş, həm də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında əksini tapmış izah və tövsiyələri, habelə onun xidmət etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin qanuni mənafelərini təmin edən ictimai münasibətlər sisteminə qəsd etməsini və həmin mənafelərə mühüm zərər vurmasını nəzərə almamışlar. Məhkəmələrin ümumi və xüsusi normaların nisbətində xüsusi normanın üstün olaraq qəbul edilməsi fikrinə münasibətdə isə kassasiya protestində qeyd olunmuşdur ki, mövcud cinayət qanunvericiliyimizdə (CM-nin 17.4-cü maddəsində) təsbit olunan müddəa zahirən vahid obyektə qəsd etmə görüntüsü yaradan, əsasən isə ictimaitəhlükəli qəsdə məruz qalan obyektin (ictimai münasibətlər sisteminin və ya konkret elementinin) növündən asılı olaraq fərqləndirilən cinayət əməllərinə münasibətdə təsbit edilmiş, bu halda cinayətlərin məcmusunun yaranmaması və xüsusi normanın üstün qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırkİ işdə isə, CM-nin 308.1 və 178.2.3-cü maddələri ümumi və xüsusi norma nisbətini ümumiyyətlə yaratmır, məhkəmələrin yekun qərarlarından, təqsirləndirilən şəxsə istinad edilən maddələrin hansının ümumi, hansının xüsusi norma olması aydın olmamaqla bərabər, hüquqi əsalandırma da düzgün y anaşma tərzində ifadə edilməmişdir. Kassatorun fikrincə, qeyd olunanlarla yanaşı Məhkum CM-nin 308.1-ci maddəsi ilə təqsirli olmaqla bərabər, ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin olunmalı idi ona görə ki, o, COVİD 19-la bağlı laborator analizin aparılmasına görə, meyitin daşınma üçün, əlavə tabuta görə, avtomobillə meyitin Bakı Beynəlxalq Hava Limanına aparılmasına görə, sair texniki xərcləri qarşılamağa görə pul vəsaitini məhz ekspert vəzifəsini həyata keçirdiyi müddətdə, ona qulluq vəzifəsi ilə bağlı edilmiş etibardan sui-istifadə edərək almışdır və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinə əsasən ekspert barəsində cinay ət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə məhkəmə ekspertinin fəaliyyətinə xitam verilir. Şərh olunanlara əsaslanaraq dövlət ittihamçısı onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçılarının qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin nümayəndəsi naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələ blərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş Zərərçəkmiş şəxs1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısının kassasiya protestinin məzmu nundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkəmələr tərəfindən Məhkum CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməməsi haqda nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tətbiq edilməməsini və bu zaman qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməli olması barədə tələbini CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutla rı tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestində istinad etdiyi CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya prote stinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər -hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsa sları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqs iri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minm iş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə t əqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni c ür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə bo rclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxılarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin bu və ya digər maddəsini xaric etmək hüququna da malikdrlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqularının, o cü mlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyildir ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-nin 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nətic əsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146- cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiym ətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran h allar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutul ur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müd dəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-n in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq ol unmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tari xli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi s əhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirlən dirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2 021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası bütün yuxarıda şərh olunanlardan çıxış edərək əvvəla vurğulayır ki, cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 178.2.3 və 308.1-ci maddələri ilə ittiham irəli sürülərək o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və iş üzrə bu ittiham üzrə ittiham aktı tərtib edilib təsdiq olunduqda n sonra iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktında ibtidai araşdırma zamanı toplanmış sübutlar təsvir edilmiş və istintaq orqanının gəldiyi nəticəyə görə, həmin sübutlarla Məhkum elan olunmuş ittiham tam sübuta yetirildiyindən cinyət işi bu sübutlar həcmində baxılması üçün məhkəməyə göndərilərkən onların məhkəmə iclasında araşdırılması, o cümlədən təqsirləndirilən şəxs Məhkum, zərər çəkmiş Zərərçəkmiş şəxs1, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Qədirov Elçin İldırım oğlunun və şahidlər Şahid1, Şahid2 və X10 dindirilmələri, habelə toplanmış digər sübutların tədqiq edilməsi təklif olunmuşdur. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 139.0.3-cü maddəsinin mənasına görə “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri” də sübutlara əsasən müəyyən edilir” dedikdə, təqsirkara törətməsi istinad olunan CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş hər hansı cinayətin obyektiv və subyektiv cəhətlərinə, obyektinə və subyektinə aid halların, o cümlədən həmin cinayətin tövsifedici əlamətlərinin, maddi tərkibli cinayətlərin törədilməsi nəticəsində baş vermiş nəticələrin və bu kimi digər halların da sübutlar əsasında müəyyən edilməli olması başa düşülür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, vəzifədən sui-istifadə cinayətinin törədilməsi barədə nəticəyə gəlmək üçün də vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifad ə etməməsi və ən əsası isə - bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması toplanmış və məhkəmədə araşdırılmış mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin, iş materiallarından göründüyü kimi, Məhkum ittiham olunduğu, birbaşa qəsdlə törədilən vəzifədən sui-istifadə cinayətini törətməkdə, o cümlədən onun bu əməli törətməsi nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda təqsirli bilinməsi üçün ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş prosessual qərarlarda və ittiham aktında hər hansı sübuta istinad edilməmiş, belə sübutlar həm cinayət işi məhkəməyə göndər ilərkən, həm də sonradan məhkəmələrə təqdim olunmamış və məhkəmə iclaslarında araşdırma predmeti olmamışdır. Burada məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 308.1-ci maddəsi ilə ittihamın elan olunması bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ”Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxs zərər çəkmiş şəxs qismində, həmin Birliyin hüquqşünası E.İ.Qədirov isə zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınsalar da, sonuncu ibtidai araşdırma zamanı göstərilən hüquqi şəxsin mənafelərinə hər hansı ziyanın, o cümlədən mühüm ziyanın vurulması ilə bağlı dindirilməmiş, həmin ziyanın nədən ibarət olması ilə əlaqədar isə nəinki heç bir araşdırma aparılmamış, həmçinin Məhkum elan olunmuş ittihamda da onun vəzifədən sui-istifadə etməsi nəticəsində adı çəkilən hüquqi şəxsə mühüm ziyanın vurulması barədə nəticə ümumi sözlərlə ifadə olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə E.İ.Qədirov bildirmişdir ki, onun təmsil etdiyi hüquqi şəxsin Məhkum qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, elə bu halın özü Məhkum törətdiyi əməl (dələduzluq) nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsə hər hansı ziyanın, o cümlədən mühüm ziyanın vurulmamasına dəlalət edir və vəzifədən sui-istifadə etmə əməlinin törədilməsi nəticəsində heç bir ziyan vurulmamışsa həmin əməlin CM-nin 308.1ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsindən söhbət gedə bilməz. Halbuki, yuxarıda qeyd edildiyi kimi, CM-nin 308.1-ci maddəsi ilə məsuliyyət həmin maddənin dispozisiyasında qeyd olunan əməlin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, bunun da nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu hallarda yaranır. İstər kassasiya protestində, istərsə də məhkəmələr tərəfindən Məhkum CM-nin 308-ci maddəsinin "Qeyd” hissəsinin tələblərinə uyğn olaraq vəzifəli şəxs olması, onun belə şəxs olaraq qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsi, törətdiyi əməlin düzgün olaraq CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilməsi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələni təftiş eməyi və bununla bağlı həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticənin arxasında duran sübutları hazırki qərarda təkrarən təsvir etməyi lazım bilmir və qeyd edir ki, həmin sübutlar kassasiya protestində göstərilən dəlillərin əksinə olaraq birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərfli və obyektiv tədqiq olumuş və onlara CPM-nin 143-146-cı maddələrinə əsasən mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilmişdir. Kassasiya protestinin məzmunundan görünür ki, onun müəllifi Məhkum CM-nin 178.2.3-cü maddəsi ilə CM-nin 73-1.2-ci maddəsinin tələbləinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi ilə də razılaşaraq məhkəmələrin iş üzrə gəldiyi bu nəticəni mübahisələndirlmir və məhkəmə kollegiyası kassasiya protestinin dəlillərindən asılı olmayaraq qeyd edilən məsələ ilə bağlı məhkəmələin gəldikləri nəticəni yoxlayaraq, hesab edir ki, həmin nəticə düzgün və əsaslıdır və həm işin faktiki hallarına, həm də cinayət qanunvericiliyi normalarının tələblərinə uyğundur. Belə ki, cinayət işinin materiallarına əsasən, Məhkum hələ ilkin araşdırma dövründə zərərçəkmiş Zərərçəkmiş şəxs1 dələduzluq etməklə aldığı 1.600 ABŞ dolları məbləğində pulu tam həcmdə ona qaytarmış və bununla bağlı məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Eyni zamanda, işə birinci instansiya məhkəməsində baxılarkən Məhkum cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu da dövlət nəfinə ödəmiş və bu hallar işə əlavə edilmiş 17 noyabr 2020-ci il tarixli aktla və 10 dekabr 2021-ci il tarixli bank qəbzi ilə təsdiq ounur. İmperativ norma olan CM-nin 73-1.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Kassasiya protestinin məzmununa görə, həmin müraciətdə mübahisələndirilən ye ganə və əsas məsələ birinci instansiya məhkəməsi tərəfindən Məhkum elan olunmuş ittihamdan CM-nin 308.1-ci maddəsinin əsassız olaraq xaric edilməsi və bu haqda məhkəmənin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsinin də razılaşmasıdır ki, məhkəmə kollegiyası əməlin CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi üçün qanunvericiliyin müəyyən etdiyi tələblərlə yanaşı (yuxarıda təsvir olunmuş) həmçinin onu da qeyd etməyi lazım bilir ki, CM-nin 308.1-ci və 178.2.3-cü maddələri həm subyektinə və obyektinə, həm də obyektiv cəhətlərinə görə biri-birinə nisbətdə ümumi və xüsusi normalardır. Əvvəla, şəxsin hər iki cinayətin subyekti hesab edilməsi üçün, bu cinayətləri törədən şəxsin vəzifəli şəxs olması, digər tərəfdən isə onun talama və ya vəzifə cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün həmin şəxsin qəsdinin hansı ictimai münasibətlərə, hansı obyektə yönəlməsi müəyyən edilməlidir. Cinayət qanunvericiliyi normalarının tələbinə və mənasına görə, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir, vəzifədən sui-istifadə etmə cinayətinin obyektini isə dövlət orqanlarının normal fəaliyyəti, habelə vətəndaşların və ya təşkilatların hüquqları və mənafeləri, cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri təşkil edir. Hər iki cinayət birbaşa qəsdlə törədilir və vəzifəli şəxsin bir əməllə həm dələduzluq, həm də vəzifədən sui-istifadə etmə cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün onun qəsdinin eyni zamanda bu cinayətlərin hər ikisinin obyektlərinə yönəlməsi müəyyən olunmalı, yəni araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Əks halda, yəni şəxsin qəsdinin yalnız özgənin əmlakının ələ keçirilməsinə yönəlməsi, onun dövlət orqanlarının normal fəaliyyətinə, vətəndaşların və ya təşkilatların hüquq və mənafelərinə, cəmiyyətin və dövləti qanunla qorunan mənafelərinə ziyan vurmaq niyyətində olmaması müəyyən edildikdə, əməl yalnız qulluqdan istifadə etməklə dələduzluq kimi qiymətləndirilməlidir. Təsadüfi də deyil ki, belə hallarda qanunverici bu şəxsin CM-nin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutmuşdur. Araşdırılmış sübutlarla, o cümlədən Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi etirafedici ifadələri ilə təsdiq olunan hazırki işin müəyyən olunmuş faktiki hallarına görə, sonuncu müxtəlif, uydurma məqsədlər üçün və öz səlahiyyətlərinə görə ona vəd etdiyi hər əkətləri etmək iqtidarında olmayaraq Zərərçəkmiş şəxs1 müəyyən məbləğdə pul vəsaitini vermək lazım olduğunu bildirib aldatma yolu ilə 1600 ABŞ dolları məbləğində pulu ələ keçirmiş, lakin bu zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Qaradağ rayon şöbəsinin rəisi vəzifəsində işləməsindən, yəni qulluq mövqeyindən istifadə etmiş, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 isə onun vəzifəli şəxs kimi onun xeyrinə xahiş etdiyi hərəkətləri edəcəyinə inanaraq ona göstərilən məbləğdə pulu vermişdir. Cinayət işinin materialları ilə Məhkum şərh olunan əməli törədərkən həmçinin CMnin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməli də törətmək məqsədi izləməsi, habelə onun əməlinin bu maddənin dipozisiyasında n əzərdə tutulmuş nəticələrə səbəb olması toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası bu vəziyyətdə cinayət qanunu normaları arasında rəqabətin yaranmasını müəyyən edərək hesab edir ki, təsvir olunanlar CM-nin 308.1-ci maddəsinin ümumi norma, CM-nin 178.2.3-cü maddəsinin isə xüsusi norma kimi çıxış etməsinə dəlalət edir və CM-nin 17.4-cü maddəsinin tələblərinə əsasən əməlin xüsusi norma ilə tövsif edilməsinə əsas yaradır. Belə ki, CM-nin 17.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Bu o deməkdir ki, qulluq mövqeyindən istifadə edilməklə törədilmiş dələduzluq cinayətinin hüquqi qiymətləndi rilməsi zamanı meydana gələn CM-nin 308.1-ci və 178.2.3-ci maddələrinin rəqabəti sonuncunun (xüsusi normanının) xeyrinə həll olunmalıdır. Bu baxımdan qanunvericiliyinin normalarını eyni cür təfsir edən birinci instansiya məhkəməsi Məhkum elan olunmuş ittihamdan 308.1-ci maddəsini xaric etməkdə, apellyasiya instansiyası məhkəməsi isə bu mövzuda birinci instansiya məhkəməsi ilə razılaşmaqda tamamilə haqlı olmuşlar. Məhkəmə kollegiyası vurğulayır ki, məsələyə bu cür yanaşma “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 saylı qərarında nəzərdə tutulmuş izah və tövsiyələrdə də əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan həmin qərarın 23-cü bəndində məhkəmələrə izah edilm işdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Dələduzluq və digər cinayətlər törətmiş şəxslər haqqında baxılmış cinayət işlərinin öyrənilməsi göstərir ki, məhkəmələr, o cümlədən Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən bu izah və tövsiyələrə uyğun vahid məhkəmə təcrübəs i də formalaşdırılmışdır (məsələn, X5 CM-nin 178.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasını dair, X16 CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair, X6 CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2 və 313-cü maddələri, X1 CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 32.3, 313-cü maddələri ilə, X13 CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə və X17 CM-nin 200-1.2.2, 200-1.2.3, 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq olaraq 28 avqust 2018-ci il tarixli, 18 sentyabor 2019-cu il tarixli və 28 aprel 2022-ci il tarixli qərarları). Dövlət ittihamçısı adı çəkilən qə rarın 24-cü bəndinə əsaslanaraq Məhkum əməlinin ibtidai araşdırma orqanı tərəfindən həm CM-nin 178.2.3-cü, həm də CM-nin 308.1-ci maddəsi ilə düzgün tövsif edilməsini iddia etsə də, həmin bənd şəxsin qulluqdan istifadə etməklə dələduzluq cinayətinin törətməsi hallarına deyil, təqsirkarın özünü vəzifəli şəxs kimi təqdim etməklə dələduzluq cinayətinin törətməsi ilə bağlı izahı özündə əks etdirir. Belə ki, təhlil edilən bəndə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Bununla əlaqədar olaraq, məhkəmələrə izah edilmişdir ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs k imi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Bundan başqa, kassasiya protestində iddia olunur ki, Məhkum CM-nin 308.1-ci maddəsi ilə təqsirli olmaqla bərabər, ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmalı idi. Məhkəmə kollegiyası bu dəlilə cavab olaraq, qeyd edir ki, Məhkum elan olunmuş ittihamdan yuxarıda təsvir olu nmuş əsaslarla CM-nin 308.1-ci maddəsi xaric edildiyindən, ona bu maddədə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə CM-nin 46.2-ci maddəsində göstərilən əlavə cəzanın təyin edilməsi üçün əsas da aradan qalxmışdır. O, ki, qaldı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinə əsasən, Məhkum ekspert fəaliyyətinə xitam verilməsi məsələsinə (həmin maddəyə əsasən ekspert barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə onun fəaliyyətinə xitam verilir), məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkəmələr bu məsələni həll etmək, yəni bu və ya digər cinayət törətmiş şəxsin əmək fəaliyyətinə xitam vermək səlahiyyətində deyillər və əmək qanunvericiliyinin tələblərinə əsasən belə məsələlər həmin şəxsin fəaliyyət gös tərdiyi müəssisənin və ya təşkilatın rəhbərliyi tərəfindən həll olunmalıdır. Kassasiya protestinin daha bir dəlili ondan ibarətdir ki, məhkəmələr hazırki iş üzrə müvafiq nəticəyə gəlib yekun məhkəmə aktları qəbul edərkən yolverilməz sübutlardan istifadə etmiş və bu hal da apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas yaratmışdır. Lakin, iş materiallarının təhlili göstərir ki, birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında yalnız ibtidai araşdırma orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar tədqiq edilmiş və məhkəmə iclaslarında dövlət ittihamını müdafiə etmiş prokurorlar, o cümlədən kassasiya protestinin müəllifi CPM-nin 125.2-ci maddəsinə əsasən bu sübutlardan hansınınsa yolverilməz olduğunu bildirməmiş və belə sübutların sübutlar siyahısından xaric edilməsi təşəbbüsü ilə çıxış etməmiş, apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək cinayət işinə hökmdən verilmiş apellyasiya protestinin dəlilləri həcmində baxaraq kassasiya qaydasında mübahisələndirilən qərarı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən, o cümlədən qanunvericiliyinin tələblərindən və işin faktiki hallarında çıxış edərək kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayır və apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və həmin protestin təmin edilməməsi barədə cinayət məsuliyyətindən azad edilmiş Məhkum və onun müdafiəçisi S.F.Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 178.2.3cü maddəsi ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə, CM-nin 308.1-ci maddəsinin isə ona elan olunmuş ittihamdan xaric edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı həmin protestə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.2.3-cü maddəsi ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin ona elan olunmuş ittihamdan xaric edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar