Məhkəmə qərarları › İş №1(102)-1036/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1036/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1036/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 6 sentyabr 1979-cu il tarixdə Ermənistan SSR-in Krasnoselski rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, su bay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2579/2024 nömrəli 4 dekabr 2024-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2024 nömrəli 30 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakim A.N.Rzayev) Məhkum - Azərbaycan Respublikası CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə təqsirsiz bilinib ona Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən zərər çəkmiş şəxsin nümayəndəsi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2579/2024 nömrəli 4 dekabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), Ə.Q.Ələkbərov və İ.A.İbrahimli) apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Apellyasiya instansiyası məhkəmənin hökmünə görə Məhkum 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən evindəki otağa daxil olub monitorda videomüşahidə kamerasının qeydə aldığı görüntülərə baxmaq məqsədilə otağın qapısını kilidlədikdən sonra onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun otağın qapısını bağlamasına etiraz etməsi və ona iradını bildirib qapını açmasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncuya təpiklə sol baldır nahiyəsindən və yumruqla baş nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zər ərvurmaya aid, sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, məhkəmə zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsini əsas kimi götürsə də, onun ifadəsində göstərilmiş halların heç birini nəzərə almamışdır. Halbu ki, Zərərçəkmiş şəxs göstərdiyi hallar birbaşa şahid ifadələri ilə təsdiq olunmadığı halda, onun ifadəsi hadisənin canlı şahidi olmuş Şahid2 ifadələri ilə tam təsdiq olunmuşdur. Apellyasiya məhkəməsi hökmündə heç bir obyektiv sübutla təsdiq olunmayan Zərərçəkmiş şəxs ifadələırini əsas kimi qəbul etməsinin, onun və Şahid2 ifadələrini və işin obyektiv hallarını qəbul etməməsinin səbəbini öz hökmündə əsaslandırmamışdır. Bu isə CPM-nin əsas tələblərindən birinin pozulması deməkdir. O, evə ayaqqabı ilə daxil olmamışdır. Bu fakt istintaqa və məhkəməyə təqdim etdiyi videogörüntüdən də aydın görünür. Belə ki, videogörüntülərdən də görünür ki, evdə heç bir palçıq izi yoxdur. Əgər o, həqiqətən də Nargiləyə palçıqlı ayaqqabı ilə təpik vurmuş olsa idi, onda onun ayağında palçıq izləri də olardı. Evə gələn tibb işçiləri Nargilənin ayağında, paltarında hər hansı palçıq izlərinin şahidi olmamışlar. Eyni zamanda Nargilə ayağını t ibbi işçisinə göstərsə də, alın nahiyəsindən də xəsarət almasını bildirməmişdir. Tərəfindən məhkəməyə təqdim olunmuş CD formatda diskə baxış keçirilərkən Nargilənin alın nayihəsində, eləcə də bədəninin hər hansı hissəsində xəsarətlər olmaması öz əksini tapır. Sözlü mübahisənin xx.xx.2022-ci il tarixdə baş verməyinə baxmayaraq, Zərərçəkmiş şəxs müayinə üçün tibb müəssisəsinə getməmiş, lakin evin müşahidə kameralarının görüntülərindən məlum olur ki, növbəti günlərdə nümayəndəsi və vəkili Aqşin Əfəndiyev və atası öz şəxsi avtomobili ilə ekspertləri evə gətirmiş, Nargilə ev şəraitində güya tibbi müayinəyə olunmuş və onda güya rəydə qeyd olunan xəsarətləri aldığı müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, o guya qapını onun üzünə çırparkən əli qapının şüşəsinə dəymiş, şüş ə sınaraq əlini kəsmişdir. Təhqiqata və birinci instansiya məhkəməsinə təqdim etdiyi flaş kartda olan fotoşəkillərdən və video görüntülərdən görünür ki, müşahidə kameralarının monitorunun yerləşdiyi otağın qapısının hündürlüyü 2 metrdir. Sınmış şüşə qapının yerdən təxminən 1,8 metr yuxarı hissəsində yerləşir. Nargilənin boyu isə 160 sm-dir. Əgər o, həqiqətən də qapını Nargilənin üzünə çırpmış olsa idi, onda qapının yuxarı hissəsindəki şüşəsi deyil, onun boyuna uyğun orta hissədə yerləşən şüşə qırılardı. Bu da onu göstərir ki, Nargilə qapını təpikləmiş, daha sonra əli ilə qapıya yuxarıdan aşağıya doğru zərbə endirmişdir. Göründüyü kimi tibbi ekspertizanın rəyi işin hallarına uyğun gəlmir. Ona görə də təqdim olunmuş fotoşəkillər, videogörüntülər əsasında yenidən ekspertizının keçirilməsi z əruri olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi iş gününün son dəqiqələrində iclasın keçirilməsinə başlayaraq heç bir araşdırma aparmadan yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində hakim X8 Novruzovaya müxtəlif suallar vermiş, onun cavabları əvvəlki izahatları ilə ziddiyyət təşkil etmişdir. Bu hal məhkəmə tərəfindən Nargilənin diqqətinə çatdırılsa da, apellyasiya məhkəməsi həmin ziddiyyətli cavabları nəzərə almamış, birinci instansiya məhkəməsinin bəraətverici hökmünün gəldiyi nəticələrin işin hansı faktiki hallarına uyğun olmadığını aydınlaşdırmamış, nəticədə onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunması barədə qanunsuz və əsassız hökm çıxarılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, Müdafiəçi2 və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarnı dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu insta nsiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişdir. Cinayət-proses sual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 128-ci maddəsində “sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək m üddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsi ni, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələri nə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin pr osesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkumin əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçiri lmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Apellyasiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxararkən qərarını belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin b aş verdiyini faktiki olaraq heç bir halda inkar etmir və irəli sürülmüş ittihamda israr edilmiş əməlin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyini qeyd edir. Halbuki mövcud sübutların məcmusu bu əməlin məhz Məhkum tərəfindən törədilməsi nəticəsinə gəlinməsindən başqa hər hansı başqa model fərziyyənin hətta irəli sürülməsini mümkünsüz edir. Tədqiq olunmuş sübutlar məcmusu “aradan qaldırılması mümkün olmayan şübhələrin mövcud olması”nı ümumiyyətlə istisna edir. Son təxminən 11 il ərzində bəlli səbəblərdən zərər çəkmiş şəxs və sonuncunun valideynləri ilə münasibətlərinin korlanması bildirilən Şahid2 heç də əməlin baş verməsini bütünlüklə inkar etməyən ifadəsini qiymətləndirərkən birinci instansiya məhkəməsi əslində Məhkum təqsirinin sübuta yetirilməməsi istiqam ətində istifadə olunmağa cəhd edilən həmin yeganə şahid ifadəsi kimi əməlin sübuta yetirilməsini təsdiq edən bütün digər sübutların məcmusu ilə müqayisədə obyektiv qiymətləndirməmişdir. Təqsirləndirlən şəxslə zərər çəkmiş şəxs boşandıqdan sonra onlar arasında mütəmadi mübahisələrin baş verməsi, münaqişəli ailə kimi polis orqanında qeydiyyata alınmaları mövcud sübutları şübhə altına almağa nəinki əsas vermir, əksinə, əsaslı sübutların mövcudluğu şəraitində təqsirliliklə bağlı qənaətə gəlinməsinə xidmət edir. Əvvəlki mübahisələr zamanı Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirməsi halının qeydə alınmaması ilə bağlı mülahizə isə sübuta yetirilməmə vəziyyətində istinad edilməli dəlil kimi qiymətləndirilə bilməz. Şahid2la zərər çəkmiş şəxs və onun atası ilə münasibətlərinin korlanması ilə bağlı son uncuların üzərinə məhkəməyə sübut təqdim etmək vəzifəsinin qoyulması isə yolverilməzdir. Təqsirləndirilən şəxsin “hadisə baş verməsindən dəqiqələr sonra” video çəkərək fiziki təzyiq göstərməməsini bildirməsi, sonrakı günlər isə müxtəlif orqanlara bu barədə şikayətlə müraciət etməsi onun tərəfindən ittihamda qeyd olunan əməli törətməsini “şübhə altına alan amillər” kimi qiymətləndirilməsi əsassız mövqedir. Əvvəla, həmin görüntüdə məhz yetirilmiş xəsarətdən sonra zərərçəkmişə tibbi yardım göstərilməsi prosesi əks olunmuşdur. Bu isə əslində hadisənin baş verməsini təsdiq edən birbaşa dəlildir. Digər tərəfdən, mötəbər sübütların mövcudluğu şəraitində Məhkum video çəkərək özünün də həmin hadisəni törətməməsini deməsi sonrakı mümkün cinayət təqibindən yayınmaq üçün dəlil əldə etmə ilə bağlı fəal iyyətindən başqa bir şey deyildir. Təcili və X2 Stansiyasının işçilərinin, xüsusən tibb bacısı Şahid4 ifadəsi Məhkum törətdiyi cinayət əməlinin təsdiqinə yönəlmiş digər çoxsaylı sübutlardan biridir və onun mübahisələndirilməsi mümkünsüzdür. Hər iki tibb işçisinin ifadələri baş vermiş cinayət hadisəsinin irəli sürülmüş ittihamda təsvir olunan mənzərəsinin ayrı-ayrı detallarını dəqiqliklə təsdiq edən mötəbər sübutlardır. Həmçinin apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, cinayət işinin başlanması haqqında 21 fevral 2023-cü il, hətta icraatın dayandırılması haqqında 3 aprel 2023-cü il və digər çoxsaylı qərarlarda Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı dəqiq və əsaslı hüquqi nəticəyə gəlinmiş, 11 aprel 2023-cü il tarixdə o, qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində qətimkan tədbiri seçilmiş, amma eyni gündə tam ziddiyyətli mövqe ifadə olunaraq dərhal elə 11 aprel 2023-cü il tarixli qərarla Məhkum barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə və cinayət işi üzrə icraata Cinayət-Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsində "Cinayət işinin icraatına xitam verilməsi haqqında” 11 aprel 2023-cü il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətinin təmin olunmamasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarından şikayətə baxılmış və 4 avqust 2023-cü il tarixli qərarla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin qərarı və Bakı şəhəri Sabunçu rayon Polis ida rəsinin İstintaq şöbəsinin müstəntiqi X4 "Cinayət işinin icraatına xitam verilməsi haqqında” 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, cinayət işi üzrə əlavə araşdırmanın aparılması üçün Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Həmin qərarda müstəntiqin 11 aprel 2023-cü il tarixli qərarının qanunsuz və əsassız olması tam əsaslandırılmış, iş üzrə sübutlar təhlil edilməklə Məhkum zərərçəkmişə xəsarət yetirməsini inkar etməsinin onun özünü müdafiə etməsi və məsuliyyətdən yayınması ilə bağlı olduğunun istintaq orqanı tərəfindən nəzərə alınmadığı, Şahid2 zərərçəkmiş Nargilə İsmayılovanın göstərdiyi faktları, ona Məhkum tərəfindən xəsarət yetirilməsi faktını inkar edilməklə, digər halları təsdiq etməsi, hətta onların arasında mübahisə olduğunu, özünün o nların arasına girib hər ikisinə iradını bildirdiyini göstərməklə ümumilikdə faktı tam təsdiq etdiyini, bununla da Şahid2 təqsirləndirilən Məhkumla yaxın dost münasibətlərində olduğundan, onu müdafiə etmək məqsədilə onunla eyni məzmunlu ifadə verdiyi və bununla da təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına şərait yaratmaq niyyətində olduğunun nəzərə alınmadığı, keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə zərərçəkmiş Nargilə İsmayılovanın bədənində aşkar olunmuş xəsarətlərin zərər çəkmiş şəxs tərəfindən özü-özünə yetirilməsi və ya başqa şəxs tərəfindən yetirilməsi cinayət işi üzrə toplanmış sübutlarla tamamilə təkzib edildiyindən, təqsirləndirilən şəxs Məhkum öz ifadələrində zərər çəkmiş şəxsə qeyd edilən xəsarətləri yetirməsini inkar etməsi özünü müdafiə etməsi və cinayət məsuliyyətdən yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməklə nəzərə alınmadığı və digər mühüm xüsusatlar vurğulanmışdır. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin 27 dekabr 2022-ci il tarixli 2948 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dəri altı hematoması, alın nahiyəsinin qançırı və sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, sağ əl nah iyəsinin kəsilmiş səthi yaraları isə iti kənara malik əşya (alət), ola bilsin şüşə parçasının təsirindən törənmişdir. Qərarda göstərilən və şəxsin qeyd etdiyi 21 dekabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin 4 yanvar 2023-cü il tarixli 21/2948 nömrəli əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiə t olunan baldır nahiyəsinin dəri altı hematoması, alın nahiyəsinin qançırı və sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları isə iti kənara malik əşya (alət), ola bilsin şüşə parçasının təsirindən törənmişdir, müddəti qərarda göstərilən 21 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın nahiyəsinin qançırı və sağ əl nahiyəsin in kəsilmiş səthi yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə sol baldır nahiyəsindəki hematomanın və alın nahiyəsindəki qançırın müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları qapının şüşəsinə dəyərək sınmış şüşə parçalarının təsirindən törənə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 128-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 128-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda apellyasiya məhkəməsi tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı həmin məhkəmənin qənaəti qanuni və əsaslıdır və bunu nla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsini n prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin ö zbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətin in dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsin də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar