Məhkəmə qərarları › İş №1(102)-1038/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1038/2019

09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1038/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Daşkəsən rayon məhkəməsinin 10 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 28 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Daşkəsən rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X12) Məhkum-02 aprel 1955-ci il tarixdə Kəlbəcər rayonunun ********* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli əvvəllər məhkum olmamış, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək, CN-nin 263.2-ci maddəsi ilə 2 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə, CM-nin 264-cü maddəsi ilə 2 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il mü ddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasn cəzalar qismən toplanmaqla üzərində 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzaçəkmənin əvvəli 22 may 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 21 may 2017-ci il tarixdə saat 21 radələrində sürücülük hüqüqu əsasında idarə etdiyi özünə məxsus "QAZEL" markalı ***** dövlət qeydiyyatlı nişanlı mikroavtobusla DaşkəsənGəncə avtomobil yolunun 8-ci km-də hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37ci maddəsinin 4-cı hissəsinin və 73-cü maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, qarşıdan əks istiqamətdən hərəkətdə olan avtomobilin sürücüsü üçün göz qamaşdırma şəraiti yaratmamalı və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və onların gəlməsini gözləməli olduğu halda bunlara riayət etməmiş, yolun döngəli hissəsində manevr etmə qaydalarını pozaraq qarşıdan əks istiqamətdə hərəkət edən X4 idarə etdiyi “VAZ 2174” markalı ***** dövlət nömrə nişanlı avtomobilin hərəkət hissəsinə paralel vəziyyətdə çıxararaq avtomobilin sürücüsü üçün göz qamaşdırma şəraiti yaradaraq həmi n avtomobilin qabaq sol tərəfi ilə toqquşub idarəetməni itirməklə mikroavtobusu 15 metr hündürlükdə yolun hərəkət hissəsindən Qoşqar çayının məcrasında olan dərəyə aşırmış, nəticədə həmin vaxt mikıoavtobusda olmuş sərnişin X3 ehtiyatsızlıqdan yetirilmiş qara ciyərin cırılması, daxili qanaxma, döş qəfəsində 2 litrə qədər duru qanııı olması kimi həyal iıçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, döş qəfəsinin küt travması, qabırğaların sınması, sağ bazu oynağının çıxığı, sağ topuq oynağı sümüklərinin sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran və başın küt travması, başın yumşaq toxumaları altına sağ gicgah və təpə nahiyələrinə qansızına, başın sağ gicgah nahiyəsinin səthi yarası, bədənini müxtəlif nahiyələrinin çoxsaylı sıyrıq və co.ncır’a rı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilmiş, həmin xə>.ı:əı!ərdən döş qəfəsinin küt travması, qabırğaların sınması, qara ciyərin cırılması və kəskut daxili qanaxma B6 hadisə yerində ehtiyatsızlıqdan ölümünə səbəb Amuş. bundan başqa mikroavtobusda olmuş sərnişin X6 ehztityatsızhqdan sol körpücük sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və sol gözün və sol yanağın sıyrıqları kimi sağlamlığa zərər vurmayan, digər sərnişin X5 isə sağ bazunun qançırı, əziyi, burunun sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirilmiş. "VAZ 21074” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobil hadisə nəticəsində deformasiyaya uğramaqla onun mülkiyyətçisi X7 1857 manat məbləğində maddi ziyan vurmaqla yol hərkəti qaydalarının pozulması n əticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər zəıərçəkmiş şəxslərə az ağır və sağlamlığa zərərə vurmayan xəsarətlər yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və yol hərəkəti və vasitələrinin istismarı qaydalarını pozduqdan sonra Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yolı-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 28 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 28 mart 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət ehtiyyatsızlıqdan törədilmişdir, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir. Bu halları nəzərə alaraq ona daha humanist və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsə lələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum cinayət əməlini ehtiyyatsızlıqdan törətdiyini, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edildiyini, nəzərə alaraq ona daha humanist və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, 63 yaşlı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alməş, cəzasını ağıraşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bu halları nəzərə alaraq Məhkum sanksiynın nisbətən orta həddində ədalətli cəza təyin etmişdir. Ona görə də, cəzanın daha da yüngülləşdirilıməsi üçün başqa əsaslar cinayət işinin materiallarından müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-niun 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəz ərə alınır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən bütün hallar, o cümlədən kassasiya şikayətində sadalanan cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq cəzanın məqsədi barədə qanunun tələbinə cavab verən ədalətli cəza təyin edilmişdir ki, ona görə də kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyöun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar