Məhkəmə qərarları › İş №1(102)-1038/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1038/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1038/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Məhkum Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim X3) Məhkum, xx xxxxxxxx 1986-cı il tarixdə Beyləqan şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Beyləqan rayon məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 (üç min) misli miqdarında cərimə cəzasına, Beyləqan rayo n məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq hər ay qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri və 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzalarına, Beyləqan rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən ö trü məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilmiş, Beyləqan rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 194.1, 221,3, 315.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə və CM-nin 66.3 və 67-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 1500 (min beş yüz) manat miqdarında manat cərimə cəzasına məhkum olumuş və xx xxxxxx 2018-ci li tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluqları ödənilməmiş, Beyləqan şəhəri, ünvanda qeydiyyatda olan, CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-cı maddəsi ilə 02 (iki) il müddətə və CM-nin 177.2.3-cü maddəsi ilə 03 (üç) il 04 (dörd) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə cəzaları qismən toplanmaqla, qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixə keçən gecə X1 Beyləqan şəhəri SMD-4 qəsəbəsində yerləşən fərdi yaşayış evinə daxil olaraq oradan 01 ədəd 90 manat dəyərində “XXX” markalı mikrodalğalı soba, 02 ədəd hər biri 30 manat dəyərində 195 sm x 215 sm ölçüdə Türkiyə istehsalı olan sintifon yorğan, sintetik materialdan olan satar və üzlükdən ibarət hər biri 25 manat dəyərində 2,5x1,4 metr ölçüdə Türkiyə istehsalı olan 02 ədəd pər də, 1x2 metr ölçüdə Türkiyə istehsalı olan sintetik materialdan olan 50 manat dəyərində pərdə və 2,5 metr ölçüdə həmin pərdələrin akselbantı, 01 ədəd 3x1,5 metr ölçüdə 25 manat dəyərində sintetik materialdan olan tül pərdə, Türkiyə istehsalı olan 01 ədəd 10 manat dəyərində paltar yuyan maşının örtüyü, 01 ədəd Türkiyə istehsalı olan 50 manat dəyərində 22 sm x 240 sm ölçüdə buxovlu adyal 01 ədəd 6 manat dəyərində 90 sm x 50 sm ölçüdə yuyulmuş qab-qacaq üçün sintetik süfrə, 01 ədəd Türkiyə istehsalı olan 10 manat dəyərində içərisində 2,4x2,2 metr ölçüdə döşək üzlüyü, 02 ədəd hər biri 3 manat dəyərində yastıq üzlüyü, 02 ədəd hər biri 10 manat dəyərində 2,4x2,2 metr ölçüdə yorğan üzlüyü olan yataq dəsti, 02 ədəd hər biri 3 manat olan yastıq üzlüyü, 02 ədəd hər biri 10 manat dəyərində 2,4x2,2 metr ölçüdə yorğan üzlüyü olan yataq dəsti, Türkiyə istehsalı olan 25 manat dəyərində içərisində 2,2x2,4 metr ölçüdə taxt örtüyü, 60 manat dəyərində 01 ədəd döşək və 01 ədəd yorğan üzlüyü, həmin materialdan olan 01 ədəd yataq dəsti, ümumilikdə 528,00 manat manat dəyərində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli talayıb oğurlamışdır. Bundan başqa o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarında,yəni ümumi təmiz çəkisi 11,55 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, həmin narkotik vasitə olan qurudulmuş marixuananın 4,80 qramını kibrit qutusuna yerləşdirib əynindəki gödəkçənin sağ yan cibində, 6,75 qramını digər kibrit qutusuna yerləşdirib əynindəki gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxlamaqla daşımış, xx xxxxxx 2018-ci il tarixdə həmin narkotik vasitə Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-ci ci (hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2019-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun şikayətinə baxaraq, şikayətdə göstərilən dəlil və sübutları araşdırmadan, həmin sübutları əhəmiyyətsiz sayaraq apellyasiya şikayətini təmin etməmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, o, heç bir cinayət törətməmiş, o na polis əməkdaşları tərəfindən şər atılmışdır. Dəfələrlə müstəntiqə müdafiəçinin gəlməsini tələb etsə də, müstəntiq ona müdafiəçinin şöbəyə gəlməsinə icazə verilmədiyini bildirmişdir. Bundan başqa Beyləqan Rayon Məhkəməsində onun işinə baxılarkən ona son söz verilmədən azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Qeyd olunanlara əsasən məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin dəlilərindən göründüyü kimi, faktiki olaraq həmin şikayətində kassator işə baxmış məhkəmələr tərəfindən sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) tələblərinin pozulmasını iddia edib apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi tələbini belə qərarların ləğv edilməsini şərtlənd irən CPM-nin 416.1.2-ci maddəsi ilə əlaqələndirmişdir. CPM-nin 416.1.2-cü maddəsinə əsasən isəməhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə g örə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya bax ışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişd ir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanı lır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kif ayət edib-etməməsi başa düşülür. Odur ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə X1 evinə daxil olaraq oradan ümumilikdə 528,00 manat manat dəyərində əmlakını gizli talayıb oğurlamış, bundan başqa o, şəxsi istehlak miqdarından artıq miqdarında, yəni ümumi təmiz çəkisi 11,55 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, qanunsuz olaraq özündə saxlamışdır. İş materiallarından göründüyü kimi, Məhkum bu əməlləri törətməsi barədə məhkəmələrin gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddia nın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı həmin sübutların birinci instansiya məhkəməsinin iclasında tam, ətraflı və obyektiv araşdırılmasından çıxış etmiş, yekun məhkəmə aktlarını əsaslandırarkən yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prose si iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq belə bir nəticənin düzgün olu b-olmamasını yoxlayarkəraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət pro sesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozul ması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmə nin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. İş materiallarının təhlili göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr cinayət mühakimə icraatının prinsiplərinə əməl edərək qanunvericiliyin yuxarıda göstərilən tələbələrinin pozulmasına yol verməmişlər. Məhkumun kassasiya şikayətinin əsas dəili ondan ibarətdir ki, onun ittiham olunduğu cinayətin törədilməsində təqsiri ibtidai araşdırma zamanı və məhkəmə iclaslasında sübuta yetirilməmiş və o, qanunsuz olaraq məhkum edilmişdir. Lakin, şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllə ini törtəməsini etiraf etməsə də, onun təqsirliliyi mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Bu sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrar təsvirinə ehtiyac görmür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, göstərilən sübutlarla müəyyən edilmiş hallar Məhkum həm yaşayış sahəsinə girməklə oğurluq ci nayətini törətməsinə, həm də narkotik vasitələrin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsinə, gəzdirməsinə və saxlamasına dəlalət edir. Buna görə, məhkəmə kollegiyası Məhkum cinayət əməllərinin CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməsi ilə razılaşır və onun həmin əməllərinə cinayət qanunu normalarının başqa cür tətbiq edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkumun ibtidai istintaq zamanı onun müdafiə hüquqlarının pozulması və məhkuma son söz verilmədən hökmün elan olunması barədə dəlillərini aşağıda göstərilənlərə görə əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, Məhkum şübhəli şəxs qismində tutulduğu vaxtdan müdafiəçi ilə təmin olunmuş və onun müdafiə hüququ həmçinin birinci və apellyasiya instans iyası məhkəmələrində də təmin edilmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli iclas protokolundan görünür ki, müdafiəçisinin çıxışından sonra təqsirləndirilən şəxs Məhkum son söz verilmiş, məhkəmə yekun məhkəmə qərarının çıxarılması üçün müşavirəyə getmiş və proses iştirakçılarına hökmün xx xxxx 2019-cu il tarixdə saat 11:00-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensar Xidmətinin 3 saylı İstintaq Təcrudxanasında elan ediləcəyi bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən sübutetməyə, məhkumun bütün hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsinə dair qanunvericiliyin tələbləri hər hansı şəkildə pozulmadığından, yəni CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmu ş əsas müəyyən edilmədiyindən, Məhkum kassasiya şikayətinin təmin edilməsi və onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi mümkün deyil. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayaraq qeyd edir ki, bununla bağlı da, o cümlədən Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Məhkum barəsindəki hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən, onun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq, məhkuma bu hallara uyğun olaraq təqsirli bilindiyi CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyaları həddlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq saymış, apellyasiya instansiyası məhkəməsi isə cəza təyini hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Məhkəmələrin bu məsələnin həlli zamanı hər hansı halı nəzərə almamaları, kassasiya şikayətinə məhkəmə baxışı zamanı cəzanın növünə və həddinə təsir göstərəcək biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası Məhkum istər ayrı-ayrı cinayətlərə görə, istərsə də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün də əsaslar görmür və bütövlükdə kassasiya şikayətinin dəlillərini müzakirə edərək və həmin şikayətin təmin edilməsi barədə məhkumun, şikayətin təmin edilməməsi barədə isə dövlət itttihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qərarı isə – dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası rəhbər tutaraq QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Şahin Yusifov Hakimlər: Fərhad Kərimov Ələsgər Novruzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar