Məhkəmə qərarları › İş №1(102)-1038/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1038/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1038/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1983-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Zəngilan rayonu, Gilətağ ərazi dairəsi, Vənədli kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakim F.H.Əliyev) Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmaması əsası ilə ona bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı i lə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), V.C.Cəfərov və R.Ə.Ağayev) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, tutulduğu gündən təxminən 10-15 gün qabaq Bakı şəhəri, “Papanin” deyilən ərazidən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,115 qram, ümumi təmiz çəkisi 0,233 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 mart 2021-ci il tarixdə saat 13:09da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təd birləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinin yaxınlığında saxlanılaraq 1-ci PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli klassik şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,115 qram, ümumi təmiz çəkisi 0,233 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsassız olaraq hesab etmişlər ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarı 0,05 qram təşkil təşkil etmiş və ona görə hesab etmişlər ki, Məhkum əməlində CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi yoxdur. Belə ki, şəxsi axtarış və götürmə protokolunda narkotik vasitənin miqdar 0,05 qram göstərilsə də, məhkəmə-kimyəvi ekspertizanın rəyi ilə Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının 0,233 qram olması müəyyən edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək he sab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstər ilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hə r bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərl iyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmiş, apelyasiya instansiyası məhkəməsi də əsaslı olaraq həmin hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası aşağı instansiyası məhkəmələrinin qərarlarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İş üzrə tərtib edilmiş ittiham aktına əsasən təqsirləndirilən şəxs Məhkum 27 mart 2021-ci il tarixdə saat 13:09-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinin yaxınlığında saxlanılaraq 1-ci PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində ol an tünd göy rəngli klassik şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,115 qram, ümumi təmiz çəkisi 0,233 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, təxminən 10 ildirki narkotik vasitə qəbul etmiş və onda asılılıq yaranmışdır. 27 mart 2021-ci il tarixdə polislər tərəfindən saxlanılmış, üzərində heç nə olmamışdır. 1-ci PB-də ona təsir və təzyiq olunmuş, məcbur olub üzərindən az miqdarda narkotik vasitə çıxmasına razılıq vermişdir. Bundan sonra guya onun çəkilişlə tutulması barədə çəkiliş etmiş, çəkilişlə üzərinə baxış keçirilmişdir. Çəkilişdə onu necə öyrətmişlərsə, o cür də hərəkət etmişdir. Amma ona söz vermişlər ki, heç bir cinayət işi olmayacaqdır. Çəkilişdə onun üzərindən özünə aid olmayan, polislərin üstünə qoyduğu iki büküm heroin çıxmışdır. Amma onların çəkisi az olmuşdur, sonra oxumuşdur ki, heroinin çəkisini artırıblar, ona görə sənədləri imzalamamış, müstəntiqə bu barədə demişdir. Müstəntiq isə heç nə etməmiş, işi məhkəməyə vermişdir. Məhkəmədə əvvəldən səmimi ifadə vermişdir. Onun üzərindən çıxan narkotik vasitənin cəmi çəkisi 0,05 qram olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şahid1 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Məhkum adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021 -cu il tarixdə, saat 13:09-də sonradan anket məlumatları bəlli olan Məhkum Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı ərazi idarəsinin yaxınlığında müəyyən olunaraq saxlanılmışdır.Belə ki,videoçəkiliş aparılmaqla o, Məhkum yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Məhkum da özünü təqdim etmişdir. Bundan sonra digər polis əməkdaşları da özlərini təqdim etmişlər.Məhkum hansı səbəbdən saxlanıldığını soruşanda,ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə,qəbul etmə,saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək saxlanıldığını, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmişdir. Məhkumda etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş vermiş, o da bildirişlə tanış olmuşdur. Sonra onun üzərində şəxsi axtarış keçirilməsi üçün o, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuş,Məhkumda etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində onun tərəfindən Məhkum hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Mirzəyev Vüsal Qiyas oğlu təqdim olunmuşdur. Həmin vaxt o, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o da etiraz etməmiş, ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif edilmiş, Məhkumda əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rən gli siqaret kağızına bükülmüş bükümləri çıxardıb onlara təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu, onu haradan əldə etdiyini soruşduqda, Məhkumda demişdir ki, həmin bükümlərdə narkotik vasitə olan heroindir, onu tutulmamışdan təxminən 10-15 gün əvvəl Bakı şəhəri «Papanin» deyilən ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 19 manata alıbdır. Ondan götürülmüş 02 ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroini tərəziyə qoymuş, belə ki, o əvvəlcə 01 bükümü tərəzinin üzərinə qoymuş, həmin vaxt tərəzidə göstərici -0,03 qram qeyd edilmişdir. Həmin bükümü tərəzinin üzərindən götürəndə tərəzinin üzərindəki göstərici sıfırlanmaq əvəzinə 0,23 qram kimi əks olunmuş, d aha sonra onun tərəfindən digər, yəni 2-ci bükümdə də tərəzinin üzərinə qoyulmuşdur. Həmin bükümün göstəricisi isə -0,02 qram qeyd edilmiş, həmin bükümü də tərəzinin üzərindən götürəndə tərəzi sıfırlanmaq əvəzinə yenədə 0,23 qram göstərmişdir. Ola bilsin ki, tərəzidə problem olduğu üçün göstəriciləri belə səhvən əks olunmuşdur. Daha sonra hər iki büküm qablaşdırılmış, videoçəkiliş dayandırılmışdır. Tərəfindən sənədləşdirmə aparılaraq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin protokolda da həmin 02 bükümlərin çəkisi toplayaraq ümumi çəkini 0,05 qram kimi qeyd etmişdir. Nəzərə alsaq ki, hər iki büküm tərəziyə qoyulub götürülərkən tərəzidə göstərici 0,23 qram əks edildiyindən, 0,23-0,03=0,20 qram, 0,23-0,02 =0,21 qram olduğundan, bükümün birinin çəkisi 0,20, digərinin çəkisi isə 0,21 qram olmaqla onların ümumi çəkisi 0,41 qram olaraq həmin çəki əsas götürülməlidir. Məhkum qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Məhkum saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkum həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Bakı şəhəri Papanin deyilən ərazidən tanımadığı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkum əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindiri lmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəsi Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin YYÇX-nin inspektoru polis kapitanı Şahid4 ifadəsində Şahid1 əməliyyat tədbirinin keçirilməsi, Məhkum tutulması, üzərinə baxış keçirilməsi ilə bağlı göstərdiklərini təsdiq etmiş və bildirmişdir ki, narkotik vasitələrin çəkisi ilə bağlı ifadəsində göstərilənləri təsdiq etməmişdir. Təhqiqatçı həmin vasitələri çəkmiş və çəkisini demişdir, o tərəzinin göstəricilərini görməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda göstərilmişdir ki, Məhkum üzərində keçirilən şəxsi axtarış zamanı üz ərindən iki bükümdə, ümumi çəkisi 0,05 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1208 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “şübhəli şəxs: Məhkum” yazısı və imzaları olan zərfi açdıqda, içərisində iki ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,118 qr və 0,115 qr, ümumi təmiz çəkisi 0,233 qr tünd qəhvəyi rəngli maddələr aşkar edilmişdir. Həmin maddələr kustar üsulla alınmış narkotik vasitə heroindir. İş materiallarında olan, 1 ədəd “DVD” diskdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Məhkum saxlanılması, ondan narkotik vasitəyə oxşar kütlənin aşkar olunması və götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdiri lmişdir. Həmin diskdəki görüntülərdən məlum olmuşdur ki, narkotik vasitə çəkilməzdən əvvəl təhqiqatçı elektron tərəzini işə salır, ekranda 0:00 rəqəmləri yazılır, bundan sonra Məhkum üzərindən götürülmüş 02 büküm narkotik vasitə çəkilir və 1-ci büküm 0,03 qram, 2-ci büküm 0,02 qram olmaqla ümumi çəki 0,05 qram təşkil edir. Videoçəkiliş zamanı elektron tərəzinin göstəriciləri barədə iştirakçılarda hər hansı suallar yaranmır, narkotik vasitənin qablaşdırılacağı bildirilir, amma şərait olmasına baxmayaraq qablaşdırılma aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş maddi sübuta baxış keçirilərkən məlum olmuşdur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şahid1 Məhkum üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş narkotik va sitəni zərfdə qablaşdırmış, zərfin üzərində isə təhqiqatçı və təqsirləndirilən şəxsin adları göstərilərək imzalar edilmişdir. Hal şahidləri qablaşdırmada iştirak etməmiş və bu barədə heç nə qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, “....Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.....” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edə n narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş 1-ci Siyahının 5-ci bəndinə əsasən – təmiz halda 0,15 qramdan artıq çəkidə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Belə ki, istintaq orqanının iş materiallarına maddi sübut kimi əlavə etdiyi Məhkum üzərinə baxış keçirilməsini özündə əks etdirən diskdəki görüntülərdən məlum olmuşdur ki, təhqiqatçı elektron tərəzini işə salır, ekranda aydın şəkildə görünən 0:00 rəqəmləri yazılır, bundan sinra Məhkum üzərindən götürülmüş 02 büküm narkotik vasitə çəkilir və 1-ci büküm 0,03 qram, 2-ci büküm 0,02 qram olmaqla ümumi çəki 0,05 qram təşkil etmişdir. xx.xx.2021-ci il tarixli “Ş əxsi axtarış və götürmə barədə” protokolda da göstərilmişdir ki, Məhkum üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən iki bükümdə, ümumi çəkisi 0,05 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu protokolu əməliyyatda iştirak edən polis əməkdaşları, təqsirləndirilən şəxs və müdafiəçi imzalamışlar. Hər iki sübut qanuni yolla əldə edilmiş və bunların mötəbərliyi qanuni yolla əldə edilmiş digər sübutlarla təkzib edilməmiş, bununla belə Məhkum üzərindən götürülmüş bükümlərdə olan narkotik vasitə heroinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş 1- ci Siyahının 5-ci bəndində göstərilən miqdardan az olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin məhz iş materialları ilə tanış olduqdan sonra imzadan imtina etməsi, videoçəkilişdəki və xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldakı məlumatlarda açıq şəkildə narkotik vasitənin miqdarının istehlak miqdarından az olması, axtarış və götürmənin əsas və vacib elementlərindən olan qablaşdırmanın Qanunu pozmaqla aparılması, narkotik vasitənin miqdarının süni şəkildə artırılması üçün sonradan aparılan istintaq hərəkətləri istintaqın birtərəfli aparıldığına dair qənaətə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr Məhkum xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxs in xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibinin olmaması nəticəsinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təq sirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Kon stitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıması cinayətinin tərkibinin olmaması əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi il ə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar