Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1038/2023 19.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2 9/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarından barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum xx xxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fiziki şəxs kimi fəaliyyət göstərən “Jasmin” yuyucu vasitələr sexinin sahibi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 07 mart 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 iyun 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 18 iyun 2005-ci il tarixdə fiziki şəxs kimi VÖEN ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyindən qeydiyyatdan keçərək Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən özünə məxsus «Jasmin» əmtəə nişanlı yuyucu vasitələrin istehsalı sexini işlədərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, termoplast press avadanlığında (dəzgahında) işlə mə qaydalarına dair təlim və təlimatlandırma keçirilməsi, ona rəhbərlik edilməsi, dəzgahda işləməklə bağlı biliyin yoxlanılması, texniki təhlükəsizlik qaydaları ilə təlmatlandırma aparılması işlərinə və təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxs olmaqla, normativ sənədlərin «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi müdəlar-12.0.004-79 DST»-nın 1.1, 1.3, 3.10-ci bəndlərinə əsasən işə yeni qəbul olunmuş işçilərlə işə buraxılmazdan əvvəl, eləcə də işləri görərkən təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmanın, həmçinin işlərin təhlükəsiz görülməsi metodları üzrə təlimlərin keçirilməsini təmin etməli, biliyin yoxlamasını, iş təcrübəsindən, səriştəsindən və işin xarakterindən asılı olaraq işi usta və ya briqadirin nəzarəti altında görməsini və daha sonra müstəqil işə buraxılmasını təmin etməli olmasına baxmayaraq, qeyd olunan normativ sənədlərin tələblərinə əməl etməyib 01 avqust 2019-cu il tarixdə əmək müqaviləsi bağlamadan qeyd olunan işlərin yerinə yetirilməsinə fəhlə kimi Zərərçəkmiş şəxs cəlb edərək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlar keçmədən, həmin sexdə fəhlə-operator işləyən qohumu X4 Zərərçəkmiş şəxs termoplast press avadanlığında işləmə qaydalarını öyrədib işə buraxılmasını tapşırmaqla təhlükəsizlik qaydalarını pozmuş, bu səbəbdən Zərərçəkmiş şəxs 07 avqust 2019-cu il tarixdə saat 18 radələrində dəzgahda dəstək hazırlama işi ilə məşğul olarkən növbəti dəfə Azər Babayevin öyrətdiyi kimi təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləmədən öncə dəzgahı işə salma açarın dan söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibdəki məmulatı götürərkən sağ əli presin qolları arasında sıxılaraq əzilmiş və nəticədə Zərərçəkmiş şəxs sağ əlin İİİİV-V barmaqlarının daraq sümükləri səviyyəsində güdül, sağ əlin İİ-V daraq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları ilə müşayiət olunan əmək qabiliyyətinin 33%dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almasına səbəb olmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-17/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə 1 (bir) gün həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə X6 da Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilmişdir.
7. Birinci instansiya m əhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-29/2022 nömrəli, 13 yanvar 2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-17/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, bununla bağlı göstəriş və müddəaların hökmd ən xaric edilməsi qərara alınmış, hökm Məhkum aid qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində müdafiəçi barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-29/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya proses sual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasl ardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində müdafiəçi barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-29/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdə n kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiya sı müdafiəçinin barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
23. Belə ki, barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxsin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü təqsirli bilməsə də, onun ittiham olunduğu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən və Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi birinci instansiya məhkəməsinin iclasında tədqiq edilərək sübut növü kimi qəbul olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, cinayət məsuliyyətindən azad edilmiş iş üzrə digər təqsirləndirilən şəxs olmuş X3, Şahid2, aparılmış ekspertizaların rəyləri, o cümlədən apellyasiya baxışı dövründə təyin edilərək keçirilmiş əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyi, əmək müqavilələri, vəzifə təlimatları və sair sənədlər, məhkəmə istintaq hərəkətlərinin protokolları və iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlər də keçirilmiş, barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxsə müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-29/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-29/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.