Məhkəmə qərarları › İş №1(102)-1038/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1038/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1038/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə xx xxxxxxx 1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, X yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(103)-2118/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 1(004)448/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: M.A.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 05 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı cəzası icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət tərkibdə) verilmiş apellyasiya protesti təmin edilmiş və hökm dəyişdirilmiş, Məhkum 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən M əhkum 05 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 05 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu Şamaxinka adlanan yerdə istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,192 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlama qla daşımış, 05 may 2023-cü il tarixdə saat 11:40 dəqiqədə Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhər Yasamal RPİnin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünün içərisindən həmin çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası düzgün təyin olunduğu halda, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq cəzanı ağırla şdıraraq, ona azadlıqdan məhrum etmə növündə həddindən artıq ağır cəza təyin etmiş, beləliklə də, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona birinci instansiya məhkəməsində təyin edilmiş cəzanın qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəs i belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfin dən ona cəza təyin edilərkən qanunvericiliyin müddəalarının düzgün nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın tə yin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin e dən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona təyin olunmuş cəzanın həddindən artıq ağır və ədalətsiz olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən halları, o cümlədən özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını nəzərindən qaçırmamış, bununla da, onun cəzasını yüngülləşdirən hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Lakin, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi sözügedən cəzanı yüngülləşdirən halları Cinayə t Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, yəni cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, baxılan işdə cinayətlərin residivi (birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır) kimi cəzanı ağırlaşdıran halın olmasını, CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən cəzanın təqsirkarın islah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah edilməsi və cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi üçün kifayət etməməsi, Məhkum azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Bu qaydada (o cümlədən, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla) Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş, həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmənin yarısı həddində olan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası məsuliyyəti yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində a pellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilmə si və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(103)-2118/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(103)-2118/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar