Məhkəmə qərarları › İş №1(102)-1039/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1039/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1039/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tə rəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkum 3 iyun 1996-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Quba rayonu, Rustov Ə/D, Rüstov kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşamışdır

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamas ından istifadə edərək, ünvan 1 ünvandaki “Prins” şadlıq evinin qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, həmin tarixdə saat 04 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini davam etdirərək ünvan 2 ünvanının qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla hər birinin dəyəri 175 manat təşkil edən ümumilikdə 02 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su ötürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 11 fevral 2022-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak mi qdarından artıq miqdarda, 01 ədəd gümüşü kağızdan olan bükümdə təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıyaraq 12 fevral 2022- ci il tarixdə saat 10:20-də ünvan 3 ünvanının yaxınlığında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış və ünvan 5 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağızdan olan bükümdə təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.

3. Binəqədi Rayon Məhkəməsinin (hakim F.Əmirəliyev) 07 iyul 2022-ci il tarixli, 1(001)346/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və Məhkum dövlət ittihamçısının təklif etdiyi hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən R.M.Abdulov, hakimlər C.V.Hüseyn və Q.X.Babayevdən ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli, 1(103)-1671/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkum barəsində olan 07 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilmiş, məhkuma qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri

7. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd edir ki, m əhkum barəsində azadlıqdan məhrum etmə deyil, azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi üçün müvafiq hüquqi əsaslar kifayət qədərdir. Belə ki, məhkumun daimi yaşayış yeri vardır, himayəsində bir azyaşlı övladı və o cümlədən, heç yerdə işləməyən hamilə arvadı vardır. Bundan əlavə, şəxs islah olunmuşdur; ona ev dustaqlığının tətbiq edildiyi müddətdə bütün əlaqələrini kəsmiş, həmin müddət ərzində tikintidə işləməklə ailəsini maddi cəhətdən təmin etməyə çalışmış, ev dustaqlığı rejiminin qaydalarını heç vaxt pozmamışdır. Bu halların nəzərə alınması azadlıqdan məhrum etmə cəzasının məhkum üçün həddən artıq ağır cəza kimi qiymətləndirilməsini mümkün edir.

8. Kassasiya şikayətinin müəllifi qeyd etdiyi halların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv olunmasını və Məhkum barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin etməsini xahiş etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respubli kası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(103)-1671/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Məhkum ona hökmlə istinad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

21. Cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişərək, tövsif edilən maddələri n sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin etmək qərarına gələrkən, Nuriyev X2 Rayon Məhkəməsinin hökmü ilə talama cinayəti (hazırkı hökmdə olduğu kimi əlbir olan bir qrup şəxs halında oğurluq cinayəti törətmiş) törətməsi ilə bağlı məhkum edilməsinə baxmayaraq, yenidən məhz əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini, bundan 3 gün sonra da psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıyaraq yeni bir cinayət əməlini törətməsini, əvvəlki hökmlə təyin edilən cəzadan nəticə çıxarmamasını, islah olunmamasını əsas gətirmişdir.

22. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayəti törətdikdən sonra həmin əməllərin cəza təhdidi altında qa dağan olmuş ictimai təhlükəli əməl olduğunu bilə-bilə yenidən qəsdlə eyni üsulla (CMnin 234.1-ci maddəsi ilə törətmiş olduğu əməl nəzərə alınmaqla) cinayət törətməsi özüözlüyündə məhkum edilmiş şəxsin seçdiyi həyat tərzinin göstəricisi olmaqla yanaşı, sonuncuda cinayətə meyillilik təfəkkürünün formalaşmasına dəlalət edir. Bu isə Məhkum barəsində əvvəllər bir dəfə təyin olunmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etmədiyini təsdiq edən fakt kimi qiymətləndirilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının orta həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

28. Məhkəmə kollegiy ası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(103)1671/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar