Məhkəmə qərarları › İş №1(102)-1039/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1039/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1039/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-410/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşamışdır. 2. 15 may 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.3, 29,180.2.3 və 29,180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 may 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəy yən edilmiş işin faktiki hallarına görə, Məhkum 05 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində özgə əmlakını açıq yolla talama məqsədi ilə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Şəfa Ocağı” adlı aptekə daxil olaraq həmin aptekdə satıcı işləyən Zərərçəkmiş şəxs3 24,90 manat dəyərində “solidoste N30”, 25,50 manat dəyərində “metafolin N30” adlı dərman preparatlarını və 1,40 manat dəyərində “Ringer 400 ml” adlı sistem mayesini satın almaq üçün sifariş verdikdən sonra sonuncunun həmin dərman preparatlarını aptekin içərisində yerləşən dolabdan yığmasına başı qarışmasından istifadə edərək qanunsuz olaraq aptekdə satıcı üçün nəzərdə tutulan yerə daxil olub Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan zor tətbiq etməklə aptekin kassasında olan 450 manat nağd pulu, eləcə də sifariş etdiyi 2 4,90 manat dəyərində “solidoste N30”, 25,50 manat dəyərində “metafolin N30” adlı dərman preparatlarını və 1,40 manat dəyərində “Ringer 400 ml” adlı sistem mayesini açıq yolla talamaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 ona qarşı müqavimət göstərdiyi üçün o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək aptekdən qaçıb getməklə soyğunçuluğa cəhd etmişdir. Bundan başqa o, təkrar 12 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ”Yaşıl” adlı aptekin pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra həmin pəncərənin qarşısında olan 215 (iki yüz on beş) manat, aptekin kassasında olan 32 (otuz iki) manat nağd pulu, vitrindən və dolablardan ü mumi dəyəri 32,50 manat olan 5 ədəd “Vitamin C600”, ümumi dəyəri 22,50 manat olan 5 ədəd “Dcolerol forte”, ümumi dəyəri 5,40 manat olan 2 ədəd “Çistoya Linya” əl kremi, 1 ədəd 6,50 manat dəyərində “şüşə butulka 120 ml”, ümumi dəyəri 7,0 manat olan 2 ədəd “şüşə butulka 150 ml”, ümumi dəyəri 6,0 manat olan 5 ədəd “Fəridə prsipka”, ümumi dəyəri 6,0 manat olan 5 ədəd “Səidə prsipka”, ümumi dəyəri 19,0 manat olan 10 ədəd “Doctor Dental” dişfırçası, ümumi dəyəri 2,40 manat olan 2 ədəd “Bora plyus” kremi, ümumi dəyəri 27,0 manat olan 2 qutu “Ketanol gorteduo”, ümumi dəyəri 9,60 manat olan 2 qutu “Ketanol 100 mq”, ümumi dəyəri 12,40 manat olan 2 qutu “deksalgin tabletka”, ümumi dəyəri 6,0 manat olan 2 qutu “Deksalgin N1 ampula”, ümumi dəyəri 9,60 manat olan 2 qutu “Ventor N10”, ümumi dəyəri 24,0 m anat olan 12 ədəd “Bello paket”, ümumi dəyəri 24,0 manat olan 12 ədəd “Koteks paket”, ümumi dəyəri 27,60 manat olan 12 ədəd “Always paket”, ümumi dəyəri 24,0 manat olan 12 ədəd “soska yudatka”, ümumi dəyəri 22,80 manat olan 12 ədəd “soska ayıcıq”, 1 qutu 9,50 manat dəyərində “Taylol hot şəkər”, ümumi dəyəri 15,0 manat olan 5 qutu “Aksen forte N10”, ümumi dəyəri 11,0 manat olan 2 qutu “Nestle peçenya”, ümumi dəyəri 14,0 manat olan 2 qutu “Nestle Kaşa”, 1 qutu 9,80 manat dəyərində “Teraflu N12”, 1 qutu 49,50 manat dəyərində “Böyük Bez L”, ümumi dəyəri 57,0 manat olan 10 ədəd “Kleksan 0,4 N1”, ümumi dəyəri 98,0 manat olan 10 ədəd “Kleksan 0,6 N1”, ümumi dəyəri 70,0 manat olan 100 ədəd “steril əlçək”, ümumi dəyəri 52,50 manat olan 5 qutu “qeyri-steril əlçək”, ümumi dəyəri 3,0 manat olan 5 ədəd “Naftazin0,1a”, 1 ədəd 38,0 manat dəyərində “Flexbengel”, ümumi dəyəri 8,60 manat olan 2 qutu “Nurafen Forte N10”, ümumi dəyəri 16,0 manat olan 10 qutu “Spazmaqon N10”, ümumi dəyəri 15,60 manat olan 3 qutu “Terapin Bid” antibiotik, 1 qutu 47,0 manat dəyərində “Serebrolizin 10 ml” ümumi dəyəri 48,0 manat olan 5 qutu “Nolqripxot”, ümumi dəyəri 9,0 manat olan 3 qutu “Rinza”, ümumi dəyəri 39,0 manat olan 2 qutu “Nolqripxot N25”, ümumi dəyəri 13,0 manat olan 2 qutu “Calgel maz”, ümumi dəyəri 71,60 manat olan 2 qutu “Cerebrovin kids”, 27,90 manat dəyərində “Gofen”, ümumi dəyəri 40,50 manat olan 3 qutu “Nimesil”, ümumi dəyəri 16,0 manat olan 2 qutu “Taylolhot pediatrix”, ümumi dəyəri 28,50 manat olan 3 qutu “Taylolhot”, 1 qutu 5,0 manat dəyərində “Nurafen 100ml”, ümumi dəyəri 14,0 manat olan 2 qutu “Nurofen 150ml”, ümumi dəyəri 13,0 manat olan 2 qutu “Lazolvan böyük”, ümumi dəyəri 13,0 manat olan 2 qutu “Lazolvan pediatrix”, 1 qutu 17,80 manat dəyərində “Brocsevin böyük”, ümumi dəyəri 35,0 manat olan 5 qutu “Bronxofort uşaq”, ümumi dəyəri 35,0 manat olan 5 qutu “Bronxofort böyük”, 1 qutu 30,60 manat dəyərində “Diprospant N5”, ümumi dəyəri 99,20 manat olan 2 qutu “Blokium B12”, ümumi dəyəri 13,60 manat olan 2 qutu “Proketam D”, ümumi dəyəri 82,50 manat olan 5 ədəd “Uright şəkər çöpü”, ümumi dəyəri 28,0 manat olan 10 ədəd “Nebulazer maska”, ümumi dəyəri 110,0 manat olan 2 ədəd “Nebulazer cihazı”, ümumi dəyəri 8,0 manat olan 5 ədəd “Predo” nəmli salfet, ümumi dəyəri 80,0 manat olan 5 qutu “Predo pampers N5”, ümumi dəyəri 32,0 manat olan 2 qutu “Predo Pampers N4”, ümumi dəyəri 33,0 manat olan 2 qutu “Predo pampers N3”, ümumi dəyəri 32,0 manat olan 2 qutu “Predo Pampers N2”, ümumi dəyəri 37,0 manat olan 2 qutu “Fresko gold”, ümumi dəyəri 35 manat olan 2 qutu “Fresko 1,2”, ümumi dəyəri 64,0 manat olan 2 qutu “Nan” uşaq yeməyi, 1 ədəd 18,50 manat dəyərində “Qlukometr çöpü (Nimo)”, 1 ədəd 38,0 manat dəyərində “Qlukometr cihazı (Nimo)”, 1 ədəd 18,0 manat dəyərində “Tanometr (Nimo)”, ümumi dəyəri 37,0 manatolan 2 ədəd “Tanometr (LG)”, ümumi dəyəri 58,0 manat olan 10 qutu “Dueks” markalı prezervativ, 250 manat dəyərində “Hikvision DVR DS 7116HQHİ-K1” kamera yaddaş cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2586,50 (iki min beş yüz səksən altı manat 50 qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Daha sonra o, təkrar 15 fevral 2023-cü il tarixdə, saa t 08:20-də özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən "xxxx" MMC-yə məxsus mağazaya müştəri qismində gələrək işçilərin diqqətindən yayınıb mağazanın anbarında yerləşən otağa qanunsuz daxil olaraq otaqda olan rəfdən 20 (iyirmi) manat pulu götürdükdən sonra həmin yerdə olan, seyfə məxsus açarı götürüb otaqda olan seyfin kilidini açaraq içərisindəki 1970 (bir min doqquz yüz yetmiş) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 1990 (bir min doqquz yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir.

5. Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,180.2.3 və 29,180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllər inin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,180.2.3 və 29,180.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 fevral 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddətin bir gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) i l 2 (iki) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Heydərov Nadim Nadir oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında alternativ cəza kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, Azərbaycan Respublikası CM-nin 29,180.2.3 və 29,180.2.4-cü maddələri üzrə isə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-410/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində cinayət əməllərinin törədilməsindən səmimi peşman olunduğu və islah yoluna qədəm qoyulduğunun nəzərə alınaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-410/2023 nömrəli, 25 iyul 2023-cü il t arixli qərarının dəyişdirilməsi, Məhkum daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum ona təyin edilən cəzanın ağırlığı mübahisələndirilməklə daha yüngül cəza təyin edilməsini xahiş etmiş, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlillə ri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-410/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şər h edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlil ik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilə n maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.

23. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarak terli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə yuxarıda təsvir edilmiş maddi cinayət-hüquqi normalara və onların şərhinə dair yanaşmanın məzmununa uyğundur.

25. Belə ki, məhkəmələr cəza təyin edərkən törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də Məhkum əvvəllər məhkum olunduğu zaman cinayət qanunvericiliyinin tələblə rinə uyğun olaraq humanizm prinsipi əsas götürülməklə barəsində güzəştlərin edilməsinə baxmayaraq cinayətkar hərəkətlərindən çəkinməməsini və yenidən qəsdən eyni xarakterli cinayət əməlini törətməsini, bununla da islah yoluna qədəm qoymamasını, görülmüş tədbir və təyin edilmiş cəzanın ona təsir və kifayət etməməsini nəzərə alaraq, bu halları onun şəxsiyyətini mənfi xarakterizə edən kimi qəbul etmişlər. Nəticədə, məhkəmələr haqlı olaraq məhkumun yalnız cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkün olduğu barədə qənaətə gələrək, şəxsiyyətini səciyyələndirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi vurulmuş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını, törətdiyi əməli etiraf etməsini, səmimi pe şmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,180.2.3 və 29,180.2.4-cü maddələri üzrə bu maddələrin sanksiyaslarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının ən aşağı həddində cəza seçib, həmin cəzaları qismən toplamaqla qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

26. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün yetərli əsas müəyyən etmir.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məh kəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-410/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-410/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar