Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-104/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxx 1970-ci il tarixdə Zərdab rayonunun Sarıqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhku m olunmamış, Zərdab rayonunun Sarıqaya kəndində qeydiyyatda olmaqla yaşamış, və Məhkum2, xx xxxxxxxx 1988-ci il tarixdə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Məhkum1 05 (beş) il müddətə, onun 13 noyabr 2019-cu il tarixdən 15 noyabr 2019-cu il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq qəti olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 04 (dörd) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə, Məhkum2 isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin Məhkum3 da CM-nin 234.4.1, 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 həmkəndlisi Məhkum3 Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyinin, 2 saylı dolayının 4-cü bölməsinə aid 0,001 ha torpaq sahəsində 2019-cu ilin mart ayının sonlarında 10 (on) ədəd, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda əkərək kultivasiya edib yetişdirməklə onların hissələrindən topladığı Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən na rkotik vasitələrin və pisixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda, 3148,74 qram, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı sonuncu və Zərdab rayonu Məlikli kənd sakini Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, Zərdab rayonu Sarıqaya kəndində X1 nəzarət etməsi üçün açarlarını Məhkum3 verdiyi yaşayış olmayan evin 2-ci mərtəbəsindəki otağında qanunsuz saxlamış, həmin narkotik vasitənin 3042,12 qramını 09 noyabr 2019cu il tarixdə saat 09:30-da Məhəmməd Məmmdovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq saxlanıldığını eşidib narkotik vasitələrin polis tərəfindən aşkarlanmaması məqsədilə Məhkum2la birlikdə qanunsuz daşıyıb yaşadığı Zərdab rayon Sarıqaya kəndindəki fərdi yaşayış evinə gətirmiş, daxil olmuş əməliyyat məlumatına əsasən 13 noyabr 2019-cu il tarixdə saat 12:10-da 24 ədəd sellofan torbalarda 2749,53 qram, 01 ədəd sintetik kisədə 86,98 qram, 01 ədəd 1 litirlik şüşə bankada 81,43 qram, 01 ədəd 2 litirlik şüşə bankada 124,09 qram yaşadığı Zərdab rayon Sarıqaya kəndindəki fərdi yaşayış evinin 1-ci mərtəbəsininin qarşısına yığılmış çiy kərpiç topasının içərəsində və 0,09 qramı isə 1 ədəd siqaret qutusunda yaşadığı evin 2-ci mərtəbəsinin eyvanındakı stolun üzərindən saxlandığı yerlərdən Zərdab rayon PŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkum2 ta nışı Məhkum3 Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyinin, 2 saylı dolayının 4- cü bölməsinə aid 0,001 ha torpaq sahəsində 2019-cu ilin mart ayının sonlarında 10 (on) ədəd, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda əkərək kultivasiya edib yetişdirməklə onların hissələrindən topladığı Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda, 3148,74 qram, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı sonuncu və Zərdab rayonu Sarıqaya kənd sakini Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, Zərdab rayonu Sarıqaya kəndində X1 nəzarət etməsi üçün açarlarını Məhkum3 verdiyi yaşayış olmayan evin 2-ci mərtəbəsindəki otağında qanunsuz saxlamış, həmin narkotik vasitənin 3042,12 qramını 09 noyabr 2019-cu il tarixdə saat 09:30-da Məhəmməd Məmmdovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq saxlanıldığını eşidib narkotik vasitələrin polis tərəfindən aşkarlanmaması məqsədilə Məhkum1la birlikdə qanunsuz daşıyıb sonuncunun yaşadığı Zərdab rayon Sarıqaya kəndindəki fərdi yaşayış evinə gətirmiş, daxil olmuş əməliyyat məlumatına əsasən 13 noyabr 2019-cu il tarixdə saat 12:10-da 24 ədəd sellofan torbalarda 2749,53 qram, 01 ədəd sintetik ki sədə 86,98 qram, 01 ədəd 1 litirlik şüşə bankada 81,43 qram, 01 ədəd 2 litirlik şüşə bankada 124,09 qram Məhkum1 yaşadığı Zərdab rayon Sarıqaya kəndindəki fərdi yaşayış evinin 1-ci mərtəbəsininin qarşısına yığılmış çiy kərpiç topasının içərəsində və 0,09 qramı isə 1 ədəd siqaret qutusunda yaşadığı evin 2-ci mərtəbəsinin eyvanındakı stolun üzərindən saxlandığı yerlərdən Zərdab rayon PŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum3 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə) 17 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 6 (altı) ayadək artırılmış, onun ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 təyin edilmiş azadlıqdan mhürm etmə cəzasının müddəti isə 6 (altı) ilədək artırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarından: - Məhkum1 müdafiəçisi Müdafiəçi 5 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-nin 234.4.1 və 234.4.3cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul olunmasını; - Məhkum2 isə kassasiya şikayəti verərək ona istinad edilən ittiham üzrə təqsirsiz olduğundan cinayət işinin yenidən araşdırılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 narkotik vasitəni satmaq məqsədində olmasına dair sübutlar cinayət təqibi zamanı əldə edilməmiş, onun çətənə bitkisi kollarının əkilməsində və həmin bitkilərdən narkotik vastənin toplanmasında iştirak etməsi müəyyən olunmamışdır. Eyni zamanda istintaq orqanı tərəfindən Məhkum1 digə r məhkum edilmiş şəxs Məhkum3 narkotik vasitəni onun bacısının evində saxlamasından da xəbəri olmamış, bunu hansı məqsədlə etməsini isə bilməmişdir. Müdafiəçinin qənaətinə görə, Məhkum1 qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi və həmin ittihamın məhkəmlər tərəfindən təsdiq edilməsi əsaslı olmamışdır. Bundan başqa müdafiəçi bildirir ki, Məhkum1 təyin olunmuş cəzanın ağırlaşdırılması barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı da əsaslı olmamış, çünki onun himayəsində xəstə anasının olması və özünün ağır xəstə olması kimi hallar buna əsas verməmişdir. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq Müdafiəçi5 onun kassasiya şikayətinin təmin edilməsini və Məhkum1 əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edil məsi haqda qərar qərar qəbul edilməsini xahiş edir. Məhkum2 özü tərəfindən verilmiş kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr onun barəsində qərar qəbul edərkən tamamilə əsassız və qərəzli nəticəyə gəlmişlər. O, kassasiya müraciətində qeyd etmişdir ki, törədilən cinayətlərlə onun heç bir əlaqəsi olmamış və ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən hər hansı sübut əldə edilməmişdir. Odur ki, kassasiya şikayətinin müəllifi cinayət işi üzrə yeidən araşdırılma aparılmasını və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və m üddətdə məlumatlandırılmış, lakin müdafiəçi Z.K.Qəhrəmanov naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cnayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin 419.4-cü) maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Müdafiəçi5 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin, habelə Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin məzmununlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, adları çəkilən məhkumların onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və onlar təqsirlilikləri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, habelə Məhkum1 təiyn edilmiş cəza əsassız olaraq ağırlaşdırılmışdır. Bununla da, kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması və Məhkum1 əməlinin C M-nin 234.1-ci maddəsinə tövsif edilməsi, Məhkum2 barəsindəki cinayət işinin yenidən araşdırılması haqqında qərarın qəbul edilməsi haqda tələblərini CPM-nin 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğun a baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə həmin müraciətlərə əsasən baxılan cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiy a instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səl ahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və d əyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol v erilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsüliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində cinayət-hüquqi xarakterli tətbirlərin tətbiq edilməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, ha kimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlan ılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb olunur, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit edilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına ə saslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən bir i də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müə yyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumlar Məhkum1 və Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum1 və Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə onların təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək bu sübutların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya koll egiyası da hesab edir ki, Məhkum1 və Məhkum2 göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Məhkum1 və Məhkum2 təqsirliliklərinin mötəbərliyi, yəni işin faktiki halları heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara əsasən müəyyən edilmiş və bu nəticənin arxasında həm məhkum olunmuş şəxs lərin, əsasən də Məhkum1 və Məhkum2 ibtidai araşdırma mərhələsində müdafiəçilərinin iştirakları ilə və heç bir təsir və ya təzyiq göstərilmədən dəfələrlə verdikləri qismən etirafedici ifadələri ilə yanaşı şahidlər Şahid10, Şahid8, Şahid2, Şahid4, Şahid9, Şahid12 və Şahid11 ifadələri, şəxsi axtarış və götürmə, ifadələrin yerində yoxlanılması və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və iş üzrə toplanmış başqa təkzibolunmaz sübutlar dayanır. Araşdırılmış sübutlar birinci instansiyası məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda kassasiya müraciətlərində irəli sürülən dəlillərlə b ağlı bu sübutların yalnız bir hissəsinə və həmin sübutlar əsasında müəyyən edlmiş hallara hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, o, cymlədən məhkum olunmuş şəxslərin hər birisinin heç bir təsir və ya təzyiq göstərilmədən, müdafiəçilirənin iştirakları ilə ayrıayrrılıqda verdikləri ifadələri ilə 09 noyabr 2019-cu il tarixdə Məhkum3 Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldıqdan sonra sonuncunun qohumu Məhkum2 tanışı Məhkum1 müraciət edərək Məhkum3 qonşuluğunda olan və Məhkum1 bacısına məxsus olan heç kimin yaşamadığı, o cümlədən Məhəmmədin nəzarətində olmuş evdə qalan narkotik vasitəni götürməyi təklif etmiş və Məhkum1la Məhkum2 Məhkum3 məxsus olan 3216,21 qram narkoti k vasitə marixuananı götürüb Məhkum1 yaşadığı evə daşıyaraq orada saxlamışlar. Məhkum3 narkotk vastələrn satışı ilə məşğul olması şaqda bilən Məhkum1 və Məhkum2 qeyd olunan narkotik vasitəni dərhal məhv etməmələri və ya hüquq-mühafizə orqanlarına könüllü təqdim etməmələri artıq məhkəmə kollegiyasında həmin şəxslərin narkotik vasitəni Məhkum3la eyni niyyətlə, qabaqcadan əlbir olmaqla satış məqsədilə saxlamalarına dair əminlik yaradır. Bundan başqa Məhkum3 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Məhkum1 zəng vuraraq sonuncunun bacısının evində saxladığı narkotik vasitənin bir hissəsini gətirib onun dediyi yerdə qoymasını xahiş etmiş, sonuncu da bu xahişi yerinə yetirmiş, narkotik vasitənin qalan hissəsini məhv etməyərək və ya könüllü olaraq hüquqmühafizə orqanlarına təhvil verməyək evində saxlamaqda davam etmişdir.. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Zərdab Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili Şahid8 göstərmişdir ki, 13 noyabr 2019-cu il tarixdə Zərdab rayonu Sarıqaya kənd sakini Məhkum1 Zərdab rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunun tərkibində Məhkum1 yaşadığı Zərdab rayonu Sarıqaya kəndindəki evinə keçirilən baxış zamanı eyvanın altında çiy kərpiclərin arasında gizlətdiyi 01 ədəd bir kisənin içərisində olan 4,785 kq narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Kisə açıldıqda 24 ədəd şəffaf sellofan torbada, 01 ədəd kiçik sintetik kisədə, 01 ədəd şüşə bankada, içərisində yaşıl rəng li, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olmuşdur. Eyni zamanda həmin 01 ədəd kisənin içərisində əlavə olaraq, 64 ədəd dolu, 02 ədəd boş kibrit qutuları və 02 ədəd boş sellofan torba aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkum1 həmin narkotik vasitənin Məhkum3 məxsus olmaqla sonuncunun qonşuluğundakı bacısına məxsus evdən götürüb öz evinə gətirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4, Yetkinlik Yaşına Çatmayanların işləri üzrə inspektor vəzifəsində işləyən Şahid5, sahə rəisi Şahid14, Post-Patrul Xidmət Taqımının polis nəfəri Şahid6 və X11, hal şahidi qismində iştirak etmiş Şahid13 və ifadələri elan olunaraq tədqiq edilmiş Şahid1 və Şahid7 məhkəməyədək icr aat zamanı eyni məzmunlu ifadə verərək məhkum olunmuş şəxslərin öz ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 09 noyabr 2019-cu il tarixli 598 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş və üzərində yapışdırılmış ağ kağızda “Məhkum1 fərdi yaşayış evindən götürülmüş...” yazısı yazılmış sintetik kisənin içərisindəki: 24 (iyirmi dörd ədəd) sellofan torbalarda, ümumi təmiz çəkiləri 2749,53 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd sintetik kisədə, təmiz çəkisi 86.98 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırla nmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd 1 l-lik şüşə bankada, təmiz çəkisi- 81,43 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd 2 l-lik şüşə bankada, təmiz çəkisi 124,09 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd siqaret qutusunun içərisində, təmiz çəkisi0,09 qram olan bitki tərkibli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş və üzərində yapışdırılmış ağ kağızda “Məhkum1 fərdi yaşayış evindən götürülmüş...” yazısı yazılmış sintetik kisənin içərisindəki qurudulmuş marixuanalar ilə Məhkum3 götürülmüş quruulmuş marixuanalar tərkibinə görə eynidirlər. Həmin sübutların prizmasından baxdıqda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkumlar Məhkum1 və Məhkum2 törətdikləri cinayətlərin predmeti olan külli miqdarda narkotik vasitəni - «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına daxil edilmiş, 3042,12 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edərək saxlamaları və daşımaları barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onların hər birisinin bu əməllər i CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində isə satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin təhlil edilən məsələyə dair hissədə gəldikləri nəticə düzgündür, əsaslıdır, araşdırılmış sübutlarla təsdiq olunur və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cə lb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri digər şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərar ının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal et mə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadan lığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cin ayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Eyni zamanda adı çəkilən qərarda məhkəmələrə həmçinin izah edilmişdir ki, CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr tərəfindən digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məhkəmələrin həm Məhkum1 və Məhkum2 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi, həm də onların törətdiyi əməllərin hüquqi tövsifinə dair gəldikləri nəticə ilə də razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nəticəyə gəlmək, o cümlədən, kassasiya şikayətində iddia edildiyi kimi, adı çəkilən Məhkum1 təqsirli bilindiyi əməllərinin başqa cür qiymətləndirilməsi və CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya müraciətində təhlil edilən məsələyə həsr olunmuş dəlillər qəbul edilməz sayılmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da tam təsdiq olunur və burada məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktrının mülahizələrə əsaslanmasından, yəni CPM-nin 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. CPM-nin 28.5-ci maddəsinin tələbi isə ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məc musu ilə təsdiq olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək belə qənaətə gəlir ki, həmin qərar həmçinin prosessual qanunvericiliyinin aşağıdakı tələblərinə də tam uyğundur. Belə ki, CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunvericiliyin şərh olunan tələbləri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yal nız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki h allarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanun çuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ittiham olunduqları cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında da düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qə rarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan da hər hansı biri müəyyən edilmir. Müdafiəçi5 kassasiya müraciətində Məhkum1 təqsirli bilindiyi maddə ilə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası bununla bağlı dəlillərə əsasən bu məsələnin həll edilməsi ilə bağlı da maddi hüquq normalarının tələblərinə əməl edilib-edilməməsini yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Məhkum1 barəsində cəza tədbirinin seçilməsi məsələsi həll edilərkən məhkəmə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, o cümlədən M əhkum1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi, digər tərəfdən isə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bütün bünlara uyğun olaraq adı çəkilən məhkuma təqsirli bilindiyi maddə ilə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi cəza təyini məsələsinə münasibət bildirərkən həm də cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrini də kifayət qədər nəzərə almışlar. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbi rlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci mad dəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin m ənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini za manı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması iz ah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Məhkum1 və Məhkum2, kassasiya şikayətlərinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli və Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respblikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı adları çəkilən məhkumlara aid hissədə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasə n və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı Məhkum1 və Məhkum2 aid hissədə və kassasiya şikaytələrinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-104/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-104/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver