Məhkəmə qərarları › İş №1(102)-104/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-104/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-104/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından məhkum Tarakcı Uğur Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən), Hafiz Əliyev və Aynur Rzayeva) 16 mart 2023-cü il tarixli, 1(124)-105/2023 nömrəli hökmü ilə 18 iyul 1978-ci ildə Türkiyə Respublikasının Beykoz şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, orta təhsilli, sürücü işləmiş, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Tarakcı Uğur Kazım oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3 -cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X3 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Tarakcı X5 İslam Respublikasında olduğu müddətdə külli miqdarda narkotik vasitəni tamah və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Moldova Resp ublikasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə həmin vaxt onunla birlikdə orada olan Azərbaycan Respublikasının vətəndaşı X3 və İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqa məlum olmayan üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 601.075 ml həcmində məhlulda, quru halda təmiz çəkisi ümumilikdə külli miqdarda – 300.537,50 qram heroin narkotik vasitəsinin 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda - 146.737,5 qram hissəsini tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdə n əldə edib idarə etdiyi “Renault” markalı, AR002DN/LA001Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində qanunsuz olaraq saxlamış, 307.600 ml həcmindəki məhlulda quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram olan hissəsini isə cinayətkar qrupun digər üzvü X3 tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “DAF” markalı AR001DN/LA002Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonrad an konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində saxlamış, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Moldova Respublikasındakı cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərinə çatdırmaq məqsədilə idarə etdikləri avtomobillərlə yola düşüb İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq daşımış, 06 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində o, idarə etdiyi nəqliyyat vasitəsindəki narkotik vasitəni Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində aparılan gömrük yoxla ması zamanı 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda- 146.737,5 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, X3 isə idarə etdiyi avtomobildə olan narkotik vasitəni 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Astara gömrük postundan gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib nəqliyyat vasitəsini idarə edərək 07 noyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda təkrar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 21 radələrində aparılan yoxlama zamanı 307.600 ml həcmindəki məhlulda, quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram narkoti k vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli 1(105)-305/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(124)-105/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Tarakcı Uğur Kazım oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər: Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulov) 06 fevral 2024-cü il tarixli 1(102)383/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli 1(105)-305/2023 nömrəli qərarı kassasiy a protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Məhkum Tarakcı Uğur Kazım oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli, 1(105)-305/2023 nömrəli qərarının ləğv edilməsi və cəzasını yüngülləşdirən halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Tarakcı Uğur Kazım oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşkar olunmuş narkotik vasitənin onun idarə etdiyi yük maşınına yüklənməsi barədə məlumatsız olmuşdur. Buna baxmayaraq, cinayətin törədilməsində onun iştirak etdiyi qərarına gəlinmişdir. Məhkum ailəli və uşaqları olduğunu qeyd edərək, təyin edilmiş cə za müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarını çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının p redmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Tarakcı Uğur Kazım oğlunun əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzə rə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Tarakcı Uğur Kazım oğlunun əməlləri Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddəsi ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməllərin tövsifi məsələsi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən v ə apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüy ü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum Tarakcı Uğur Kazım oğlunun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halların kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərə findən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəl ləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Tarakcı Uğur Kazım oğluna cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Həmçinin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxlamaqla, məhkum Tarakcı Uğur Kazım oğluna əlavə cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, nəticədə ona təyin olunmuş cəzanın yüngülləşdirməsini məqsədə müvafiq hesab etməmişdir. Bununla da, Tarakcı Uğur Kazım oğlu Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu onun qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitlələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq 601.075 ml həcmində məhlulda və təmiz çəkisi ümumilikdə külli miqdarda – 300 kiloqram 537,5 qram miqdarında narkotik vasitə olan heroini əldə edilmiş və daşımışdır. Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə, 234.4-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkum Tarakcı Uğur Kazım oğluna təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların tə yin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Tarakcı Uğur Kazım oğlunun barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Tarakcı Uğur Kazım oğlunun barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci mad dəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Tarakcı Uğur Kazım oğlunun Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, X1 Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dar cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı Tarakcı Uğur Kazım oğluna aid olan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar