Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1040/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə ** ****** 1983-cü il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin qeydiyyatçı – kargüzarı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakim S.M.Quliyeva) Məhkum2 - Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 da Azərbaycan Respublikası CM-in 32.4, 312.1 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), M.Ə.Rzayev və R.O.Əsgəro va) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 32.4, 312.1 və 178.2.3-cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü Məhkum2 aid hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən Məhkum2 cinayət məsuliyyətindən azad edilmiş, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 27 sentyabr 2013-cü il tarixdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstis mar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı vəzifəsində işləyərkən 05 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyən Məhkum1 maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini alıb ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, sonuncunun vəzifəli şəxs kimi qulluq mövqeyinə görə ona olan inam və etibardan suiistifadə edib özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Füzuli rayonunun Sərdərli kəndində qeydiyyatda olmaqla, 1993-cü ilin avqust ayında yaşadığı həmin kəndin erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar yaşayış yerindən məcburi köçkün düşmüş və Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamla həmin Dövlət Proqramına edilmiş Əlavənin icrası ilə əlaqədar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mən zil İstismar Departamentinin rəhbər vəzifəli şəxsi arasında “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada qanuni əsaslarla bağlanmış 23 sentyabr 2013cü il tarixli 4-35 saylı kirayə müqaviləsi əsasında istifadə edən, eyni zamanda işlədiyi MKİS-də dalandar (xadimə) işləyən məcburi köçkün Şahid1 övladı X7 və nəvəsi X3 həmin mənzilə qeydiyyata alınmasında köməklik göstərilməsi barədə 2019-cu ilin mart ayının birinci yarısında Məhkum1 etdiyi müraciətlə əlaqədar, sonuncunun Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində guya yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni həll etmək imkanına malik olmasını Şahid1 yalandan bildirib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək onun razılığını almaqla sövdələşməsindən sonra, sonuncunun rüşvət verməyə təhrik etmə cinayət əməlində iştirakı olmadan, şəxsən qeyd edilən pul vəsaitinin qısa müddətə Məhkum1 tam şəkildə çatdırılmasının vacib olmasına dair Şahid1 ilə söhbətlər aparıb onu inandıraraq cinayətin predmeti olan pul vəsaitini alıb sahiblik edərək Məhkum1 təqdim etməsi barədə qabaqcadan verdiyi vədinə uyğun olar aq 2019-cu ilin mart ayının ortalarında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Məhkum1 tərəfindən Şahid1 dələduzluq niyyəti ilə pul istənildiyini, şəxslərin mənzilə qeydiyyata salınmasının MKİS-in səlahiyyətlərinə daxil olmadığını, bunun üçün hər hansı ödənişin nəzərdə tutulmadığını bildiyi halda sonuncu ilə söhbətlər apararaq Məhkum1 tərəfindən tələb olunan pulun işinin həll olunması üçün qısa müddət ərzində çatdırılmasının vacib olmasını yalandan bildirərək inandırıb Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Şahid1 600 manat və 900 manat olmaqla, vahid niyyətlə cəmi 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzilin onun müvəqqəti istifadəsinə verilməsinə dair rəsmi sənəd olan 03 sentyabr 2013-cü il tarixli 4-35 saylı kirayə müqaviləsini alıb Məhkum1 verməklə, sonuncunun öz qulluq mövqeyindən istifadə etməklə Şahid1 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olu nur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, Məhkum2 cinayət məsuliyyətindən azad edilməsi və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsi zamanı maddi və prosessual hüquq normaları və vahid məhkəmə təcrübəsinin tətbiqi ilə bağlı Ali Məhkəmənin Plenumunun Qərarında müəyyən edilmiş qaydalar pozulmuşdur. Belə ki, hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış şəxs olmadığı halda, məhkəmə təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və dövlət rüsumunu ödəməsini əsas götürərək onun barəsində cinayət işini xitam etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kas sasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, Məhkum2 cinayət məsuliyyətindən azad edilməsi və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə olan cin ayət işinin icraatına xitam verilməsi zamanı maddi və prosessual hüquq normaları və vahid məhkəmə təcrübəsinin tətbiqi ilə bağlı Ali Məhkəmənin Plenumunun Qərarında müəyyən edilmiş qaydalar pozulmuşdur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsind ə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinin tələblərinə əsasən, Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-in 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən: “1. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 1-ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər.” Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələbləri, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi i llə ittiham verilmiş və o, birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilinərək məhkum edilmişdir. Cinayət işinin materiallarından görünür ki, digər təqsirləndirilən şəxs Məhkum1 Şahid1 qarşı 32.4, 312.1 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törədilməkdə təqsirli bilinsə də və bu səbəbdən Şahid1 zərərçəkmiş kimi tanınmasa da, lakin Məhkum2 əməlində yalnız Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddələrinin tərkibinin olması müəyyən edilmiş və o, həmin maddə ilə məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Məhkum2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 08 iyun 2021-ci və 18 iyun 2021-ci il tarixli ərizələrdən görünür ki, Şahid1 vurulmuş ziyanın qarşılığı qismində 1.500 manat pul vəsaiti verilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, Məhkum2 tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinə 376 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Məhkum2 tərəfindən dəymiş ziyan tam ödənilmiş, ziyan tam ödənilməklə yanaşı, dəymiş ziyanın 25 (iyirmi beş) faizi məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, Məhkum2 cinayət məsuliyyətindən azad etmiş və onun barəsində Azərbaycan Respublikas ı CM-in 32.5, 178.2.3-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müv afiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşı na hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum2 ba rəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.