Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1040/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Xirdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1981-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiy yatda olmaqla, ünvan 2aşamış, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 1(103)-319/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(101)-1235/2021 nömrəli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2021-ci ildən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs tərəfindən və məhkum və onun müdafiəçisi tərəfindən birgə apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi kassa siya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 31 iyul 2014-cü il tarixdən 11 may 2017-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsində inspektor vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 ilə Bakı Nikah Evi tərəfindən 12 sentyabr 2003-cü il tarixdə “1827" akt qeydi ilə qeydə alınmaqla rəsmi nikaha daxil olub evləndikdən sonra 6 yanvar 2006-cı il tarixdə, yəni Şahid6 ilə birgə nikah müddətində “Elit" Mənzil-Tikinti Kooperativinin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının birinci mərtəbəsində yerləşən 113,7 m2 sahəsi olan qeyri-yaş ayış sahəsini Azərbaycan manatının köhnə məzənnəsi ilə 138.145,5 manata (bir yüz otuz səkkiz min bir yüz qırx beş manat əlli qəpiyə) “Kooperativ binada mənzil tikinti haqqında” müqavilə əsasında aldıqdan sonra, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılmasına baxmayaraq, 8 avqust 2008-ci il tarixdə Ağsu rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupundan istintaqla müəyyən edilməyən şəraitdə aldığı və həmin vaxt evli olmasına baxmayaraq, “ailə vəziyyəti" “subay" kimi qeyd edilmiş şəxsiyyət vəsiqəsindən istifadə etməklə, 2015-ci ilin mart ayının əvvəllərində ona qeyd edilən qeyri-yaşayış sahəsini satın almaq üçün müraciət edən ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəx s qeyriyaşayış sahəsinin arvadı ilə birgə mülkiyyətində olmasını alıcıdan və Kooperativə rəhbərlik edən vəzifəli şəxslərdən gizlətməklə, yalnız özünə məxsus olduğunu bildirib “Elit" MənzilTikinti Kooperativinin həmin ünvanda yerləşən ofisində 6 mart 2015-ci il tarixdə rəsmiləşdirmə aparılmaqla qeyri-yaşayış sahəsinin Bakı şəhər sakini Zərərçəkmiş şəxs “Kooperativ binada mənzil tikinti haqqında" müqavilə bağlanmaqla satışına nail olub ondan qeyri-yaşayış sahəsinin satışına görə həmin gün qeyd edilən ofisdə 180.000 (bir yüz səksən min) manat məbləğində pulunu alıb ələ keçirmiş, Şahid6 onunla nikahın ləğvi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciəti üzrə həmin məhkəmənin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə “Elit" Mənzil-Tikinti Koop erativinin ünvan 5 ünvanında inşa etdiyi yaşayış binasının birinci mərtəbəsində yerləşən, 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı payın himayəsində olan uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinə Şahid6 pay hüququ tanınmaqla, "xxxx" MTK ilə Zərərçəkmiş şəxs arasında 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı 6 mart 2015-ci il tarixli əqd etibarsız hesab edilib, həmin qeyri-yaşayış sahəsi Zərərçəkmiş şəxs alınmış, bununla da o, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 180.000 (bir yüz səksən min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır k i, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum əməlində dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən olunmadığı halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi Məhkum əməlində dələduzluq cinayətinin tərkibinin olmaması haqqında fikrini onunla izah edir ki, Məhkum niyyəti öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 180.000 manat məbləğində pul vəsaitini ələ keçirmək olmamış, sonuncu həqiqətəndə “Elit" Mənzil-Tikinti Kooperativinin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının birinci mərtəbəsində yerləşən 113,7 m2 sahəsi olan qeyri-yaşayış sahəsini zərərçəkmiş şəxsə satmaq fikri olmuşdu r. Bu səbəbdən hesab edir ki, Məhkum ilə zərərçəkmiş şəxs arasında münasibətlər mülki-hüquqi xarakterli olmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayətprosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Səbinə Hüseynovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilib cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi və yaxud işin yeni apellyasiya baxışına t əyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini (əlavə ilə birlikdə) CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum Zərərçəkmiş şəxs aldatmadığını və onun etibarından s ui-istifadə etmədiyini, bu yolla onun pulunu ələ keçirmədiyini, zərərçəkmişlə onun arasında mülki xarakterli hüquq münasibətlərinin olduğunu iddia etməklə, Məhkum əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayətin tərkibinin olmaması, bu cinayətdə onun təqsirliliyinin müəyyən edilməməsi haqqında qənaətini və həmin qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və yaxud işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilm işdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və y axud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu müraciətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, bu hallara cinayət qanunu normasının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində və əlavədə göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və XX-ın təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində və ona əlavədə məhkəmənin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin (əlavə ilə birlikdə) dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası müdafiəçinin Məhkumla z ərərçəkmiş şəxslər arasında olan mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılmasından, həmin mübahisələr üzrə müvafiq qətnamələrin qəbul edilməsindən çıxış etməklə Məhkum hazırki qərarın işin halları bölməsində təsvir edilmiş hərəkətlərini cinayət məsuliyyətini istisna edən mülki hüquqi münasibətlər kimi xarakterizə etməsi ilə də razılaşmır. Ona görə ki, əvvəla həmin qətnamələrdə hazırki cinayət işi üzrə müəyyən olunmuş cinayət hadisəsini (onu təşkil edən epizodları) inkar edən faktlar müəyyən edilməmişdir. Mülki mühakimə icraatında faktlara verilən qiymətə gəldikdə, məhkəmə kollegiyası ondan çıxış edir ki, cinayət-prosessual qanunun 65.7-ci maddəsi məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarının cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün ya lnız hadisənin olub-olmaması hissəsində məcburiliyini tanıyır. Apellyasiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının həddində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının qanuniliyini və əsaslılığını yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasi ya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Müdafiəçi3, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 1(103)-319/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 1(103)-319/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1040/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1040/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver