Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1040/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhk əməsinin 3 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.G.Niftəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər Məcidov Azad Əli Ağa oğlu (sədrlik edən və məruzəçi) hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllə r Binəqədi Rayon Məhkəməsinin 3 mart 2011-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.4-cü maddəsi tətbiq edilməklə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 27 aprel 2011-ci il tarixdə həmin cəriməni tam ödəmiş, Nərimanov Rayon Məhkəməsinin 3 avqust 2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə CM-in 76.3.1-ci maddəsinə əsasən təyin olunmuş həmin cəzasının çəkilməmiş 4 (dörd) ay 13 (on üç) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli hökmü ilə CM-in 2631.2-ci mad dəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə, CPM-in 158.3-cü maddəsinə əsasən isə 23 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət nəzərə alınmaqla həmin cəzaya hesablanmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə hə mçinin Məhkum barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, qabaqcadan aralarında olan razılaşmaya əsasən 23 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lallar fabriki» adlanan ərazidə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,748 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:40 radələrində ünvan 3 ünvanın yaxınlığında Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,748 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Z.G.Niftəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi) Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 5 oktyabr 2022-ci il tarixli q ərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2022-ci il tarixli hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından müdafiəçi Z.G.Niftəliyev kassasiya şikayəti verib həmin qərarın ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, yaxud da həmin qərarın dəyişdirilərək məhkumun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə əsasında ədalətli cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Z.G.Niftəliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə toplanılmış və araşdırılmış sübutlarla Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi təsdiq olunmamış, sonuncu heç bir cinayət əməlini törətmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Əksinə, araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum ona ilkin və ibtidai araşdırmalar zamanı göstərilən təzyiqlər nəticəsində onun üzərindən külli miqdarda psixotrop maddənin olmasını etiraf etməyə məcbur olmuş və buna görə ona qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Bu haqda yekun məhkəmə aktları qəbul etmiş məhkəmələr Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrinə və telefon yazışmalarının aparılmasına dair məlumatlara əsaslansalar da, o, sonradan həmin ifadələrini inkar etmiş, telefon yazışmalarının onun telefonunda aşkar edilməsinə dair sübutlar isə əldə edilməmişdir. Hətta Məhkum ona istinad olunan psixotrop maddəni əldə etməsi və üzərində saxlayaraq daşıması qəbul edilsə belə onun həmin psixotrop maddəni satmaq n iyyətində olması, bunun üçün məhkumun kiminləsə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi də toplanmış və araşdırılmış sübutlarla təsdiq edilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi də əsaslı araşdırma aparmadan, işin hallarına, iş üzrə toplanmış sübutlara və dəlillərə qanuna müvafiq hüquqi qiymət vermədən ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə ilə razılaşmış və nəticədə Məhkum barəsindəki hökmün dəyişdirilmədən saxlanılması haqqında əsassız qərar qəbul etmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi Z.G.Niftəliyev onun kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi Z.G.Niftəliyevin bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayə t vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Z.G.Niftəliyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu işin faktiki hallarını mübahisələndirərək Məhkum elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsini, məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, onun təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilməsini, eyni zamanda məhkumun əməlinin düzgün tövsif edilməməsini iddia edir. Bununla da, müdafiəçi Z.G.Niftəliyev apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş 5 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməli və ya dəyişdirilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, habelə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Z.G.Niftəliyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və hazırki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini y oxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilm əsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassas iya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada t əsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hə r bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tər kibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cin ayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd ol unmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0. 1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyası nın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul o lunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirl ər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmi yyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində ş əxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutl arın kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində is ə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və s übutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzr ə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlə rin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtl ərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiy anın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetiril mədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəh ətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şika yətinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxaraq araşdırılmış sübutların Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhk um olunmuş şəxsin ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırmalar zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, qabaqcadan aralarında olan razılaşmaya əsasən 23 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lallar fabriki» adlanan ərazidə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,748 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:40 radələrində ünvan 3 ünvanın yaxınlığında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,748 qr am olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ona qarşı CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək 23 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində qanunla dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış hər hansı əşyanın, o cümlədən psixotrop maddənin olmamasını bildirsə də, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, 23 sentyabr 2021-ci ildə saat 18:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yaşadığı evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun üzərində psixotrop maddə olmasından şübhəli olduğunu bildirərək onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Həmin bölmədə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış apararkən o, əynindəki qara rəngli idman şalvarımın sol yan cibindən bir ədəd içərisində ağ rəngli kristal halda kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını və bu maddəni həmin gün saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bi nəqədi qəsəbəsi, “Lallar fabrikinin” yaxınlığında tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Məhkəmələrin də əsas sübut növlərindən biri kimi qiymətləndirilmiş ifadələrində Məhkum onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədilə əldə etmədiyini, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirsə də, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla onun bu iddiası, habelə kassasiya şikayətinin bununla bağlı dəlilləri təkzib olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 göstərmişdir ki, 23 sentyabr 2021 -ci il tarixdə Məhkum qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla rəhbərliyə məruzə olunduqdan sonra ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 sentyabr 2021-ci il tarixdə saat 18:40 radələrində daxil olmuş məlumat əsasında ünvan 1 ünvanının yaxınlığında, əvvəlcədən alınmış məlumatda X adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış və onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra onun da özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs Məhkum olduğunu bildirmişdir. Onlar Məhkum üzərində axtarış keçirilməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Məhkum et iraz etməyib onlarla Binəqədi RPİ-nin 43-cü PB-nə gəlmişdir. Orada xidməti otaqların birində Məhkum üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, bu zaman ona üzərində qeyri-qanuni əşyanın olub-olmadığı barədə sual verildikdə, o, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd içərisində ağ rəngli kristal halında kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, bununla bağlı sorğu-sual edildikdə isə sonuncu bildirmişdir ki, həmin bükülüdə olan maddə psixotrop maddə metafetamindir və o, bu maddəni həmin gün saat 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lallar fabriki”nin yaxınlığında tanımadığı şəxsdən 100 manata öz istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Ş ahid2 dediklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ilkin araşdırma zamanı tərtib edilmiş bir sıra prosessual sənədlərdə Məhkum psixotrop maddəni yalnız əldə edərək gəzdirməsi barədə məlumatın polis orqanlarına daxil olması əksini tapdığına görə onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlansada da, sonradan, yəni ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair mötəbər sübutlar əldə edilmiş və bu sübutlara əsasən ibtidai araşdırma orqanı onun üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddəni də satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət etməsi barədə nəticəyə gələrək ona qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsini, məhkəmələr isə əsaslı olaraq onun bu ittiham üzrə təqsirli bilinərək cəzalandırılmalı olmasını məqsədə müvafiq hesab etmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və araşdırılmış sübutları təhlil edərək həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşır və vurğulayır ki, bu nəticə hər hansı hazırki iş üzrə törədilmiş cinayətin predmeti olan psixotrop maddənin külli miqdarda olması ilə yanaşı qanun pozuntusuna yol verilmədən əldə edilmiş aşağıdakı sübutlara, qanunvericiliyinin tələblərinə, Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə, habelə bu xarakterli işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsaslanır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-dən əldə edilmiş, Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng və sms məzmunlarına dair məlumatlar 1 ədəd CD diskə əks olunmuş və həmin diskə 22 aprel 2022-ci il tarixdə baxış keçirilərkən qeyd olunan nömrəyə ***-***-**-** nömrədən aşağıdakı məzmunda smslər daxil olmuşdur: - 3 iyun 2021-ci il tarixdə - «Yarım-Saata-zənk-vuraçağam. Bayaq-dedim-sənə5manatlıq verərsən, yaxşı Xəyyam?»; - 7 iyun 2021-ci il tarixdə «Qərdeş Oğlu İmkan Varsa kəlim Sənin yanunda biryerdə Cəkəy; MƏN CATİRAM. BELƏ QƏRDEŞ OĞLULUĞ OLAR. ƏMİ ÖLÜR PUL ƏLİNDƏ QALİB; Alə Balaça Kişi. ƏMİ Bu Keçə Burda Qalaçağ. Sən Əmiyə Bidənə beşdik Pati Birdə Dünən Verdiyin Koki Qədər Koki ƏMİYƏ PAS Atkinən. ƏMİ İNŞALLAH SABAH Axşam Bura Kələndə 5-cin-6tıyçın 15 Manat Verər Sənə. təmiz Noldayam. -12 avqust 2021-ci il tarixdə- “Qərdeşoğlu-ƏMİYÇİN-Bidənə-yarım-koki-bidənədə5-Manatdığ Pati-ƏMİNİN-20-MANAT.PULU.VAR.DÜZƏLƏRSƏ.KƏLİM”; -13 avqust 2021-ci il tarixdə- “QƏRDEŞOĞLU-BİDƏNƏ-10-LUĞ-PATİ-AXŞAMSAAT-10- NA-11-RƏ DÜZƏLTDƏ.KƏLİM.PULU.VERİM.KÖTÜRÜM.KEDİM” Bundan başqa, X.R. Nəcəfzadənin istifadəsində olmuş 055-566-6277 nömrəyə ******-**-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: -18 iyun 2021-ci il tarixdə «Xeyam salam 5 var onan var sende gekim götrum»; -29 avqust 2021-ci il tarixdə “Ata kolani iki yari qoyarsanda”, Həmçinin, göstərilən nömrəyə ***-***-**-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: -19 iyun 2021-ci il tarixdə- «patin var»; xx.xx.2021-ci il tarixdə - «Ay qaqa sef vermisen 15 pati 5 kola» Eləcə də Məhkum istifadəsində olmuş nömrəyə ***-***-**-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: -13 avqust 2021-ci il tarixdə- “SALAM MENEM CELAL 10 MANAT PULUM VAR EVDEN CİXA BİLMİREM MENE PATİ GETRE BİLERSEN TUALETİN PENCERESİNE DANİWA BİLMİREM” Daha sonra eyni nömrəyə ***-***-**-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: -24 avqust 2021-ci il tarixdə- “Xayam manam seymur. Galim 17 manat verim sana mana kola ver 0.5. Axsam sanla eladiymizin avazina bir az pati ver vso mi staboy rasot. Galim ???”, Bundan əlavə, Məhkum istifadəsində olmuş ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: -2 iyun 2021-ci il tarixdə- “Ramin qaqawimsan mene 4/5 rati qoyda qiragi goturecem”, Həmçinin Məhkum istifadəsində olmuş mobil nömrəyə ***-***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: -9 iyun 2021-ci i l tarixdə “Meni… salmaq istisen yigib mennen soruwursan yerimi tema varimdi yoxsa yox?”, Bundan başqa Məhkum istifadəsində olmuş 055-566-6277 nömrədən ***-***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: -9 iyun 2021-ci il tarixdə- “Birazda pati verim lap send 30m pul ama temiz 1k duz qow gelim goturum tez bazar lomkadayam pis agridayam”, Bundan başqa, Məhkum öz mobil nömrəsindən ***-***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərmişdir: -14 iyun 2021-ci il tarixdə “Qaqaw verdim getdi etaga ne qalmiwdisa he yox elediy getdi gozdirem temani gelsin goturmeliyem goturen kimi sene xeber eliyerem. Allah saxlasin seni”, Bundan başqa, Məhkum mobil telefon nömrəsindən ***-***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: -23 iyul 2021-ci il tarixdə “sende salamatcilqdi bir kelme sene soz dedim axi bidene mala gore sen oyun cixardirsanee men yox dedim ki sene verecem bir kelmede.hec koncenniy narkaman bucur inamsizdiq elemeyib mend qarwi ele bil senin puluvu goturub gedecem vermiyecem yeke oğlansan gelen kimi verecem emanetvi”, -28 iyul 2021-ci il tarixdə “etaga kanalim tutulub kalan pullarmiz batib bawimiz ona qatiwmiwdi gelim yoluna qoyariq”, Daha sonra müəyyən edilmişdir ki, Məhkum istifadəsində olmuş mobil telefon nömrəsində ***-***-**-** nömrəyə də 29 iyul 2021-ci il tarixdə “Rewad gelme temani itirdim tapa bilmirem” məzmunda sms göndərilmişdir. Göründüyü kimi, Məhkum istifadəsində olan mobil telefon nömrəsindən göndərilmiş və onun mobil telefon nömrəsinə daxil olmuş sms mətnlərinin, səs yazılarının, fotoşəkillərin məzmununu belə nəticəyə gəlməyə əs as verir ki, o, həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuş, 23 sentyabr 2021-ci il tarixdə isə üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə olan metamfetamini də məhz satış məqsədilə əldə edərək saxlamış və daşımışdır. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum müdafiəçisi Z.G.Niftəliyev kassasiya şikayətində digər dəlillərlə yanaşı hüquqlarını müdafiə etdiyi şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edərək saxlamasını qeyd etməklə onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə də tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Məhkum əməlinin ka ssasiya şikayətində göstərilən şəkildə tövsif edilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə əməllər qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə isə həmin əməllər həmçinin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilir. Cinayət qanunvericiliyinin tələblərinə və mənasına əsasən şəxsin əməlinin CM-in 234.4.3-ci maddəsi ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs həmin əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olmalıdır. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirliyi bilindiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin obyektiv cəhətinə münasibətdə iş üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki (mübahisəsiz) hal üzrə ibtidai araşdırma orqanının gəldiyi nəticə də ondan ibarətdir ki, o, külli miqdarda psixotrop maddəni qanunsuz əldə edərək saxlamış və daşımış, həmin psixotrop maddənin - metamfetamin külli miqdarda (şəxsi istehlak miqdarından dəfələrlə çox miqdarda) olmuş, o, özü narkomaniya xəstəliyindən əzab çəksə də, yəni narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi ol sa da, bu miqdarlarda dövriyyəsi qanunsuz qadağan olunmuş həmin əşyaları heç bir yerdə işləmədiyi halda əldə etmiş və müəyyən müddət ərzində üzərində saxlamış, həmçinin üzərində daşımışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün bu hallar da digər sübutlarla birgə Məhkum ona istinad olunan əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir və bu haqda nəticəyə gələn məhkəmələrin mövqeyi ilə razılaşaraq qeyd edir ki, belə nəticə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bu təcrübənin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən 4 mart 2011-ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi nə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun kü lli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması, onlarla bununla bağlı telefon danışıqlarının və yazışmaların aparılmasının və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bən dində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın o lması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək hesab edir ki, Məhkum törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və bu baxımdan nəinki onun barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi, həmçinin onun həmin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün də əsaslar yoxdur. Kassasiya şikayətində Məhkum onun təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin olunmuş cəzanın həddindən artıq ağır olması barədə dəlillər göstərməyərək həmin cəzanın yüngülləşdirilməsi və ya ba şqa cəza ilə əvəz edilməsi barədə tələb irəli sürməsə də məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini kifayət qədər nəzərə alaraq Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətini səciyyələndirən hallara, o cümlədən ailə vəziyyətinə uyğun olan, CM-in qeyd edilən maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində - 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqs ədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin təyin etdiyi həmin cəzanı qanuni və ədalətli hesab edərək eyni zamanda vurğulayır ki, təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları (həmin iş üzrə toplanmış və araşdırılmış sübutlar) bütövlükdə baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan və olunmayan, CPM-in 416.1ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Z.G.Niftəliyevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışları nı dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi Zaur Niftəliyevin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qəra rı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1040/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1040/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver