Məhkəmə qərarları › İş №1(102)-1041/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1041/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1041/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Mustafayev Namiq Cuma oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Məcidov Azad Əli Ağa oğlu (sədrlik edən və məruzəçi), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, 11 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müsəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 26 iyul 2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanda yerləşən «Az-Granata» firma mağazasının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində, yəni 16 iyul 2020-ci il tarixdə yaşadığı binanın yaxınlığında Zərərçəkmiş şəxs onun anası Şahid4 heç bir səbəb olmadan söyüb tə hqir etməsi və döyməsi səbəbindən Zərərçəkmiş şəxs bir daha onun yaşadığı məhəlləyə gəlməməsini bildirməsi, bundan başqa 26 iyul 2021-ci il tarixdə Məhkum anası Şahid4 ilə Zərərçəkmiş şəxs və sonuncunun tanışlarının yanlarından keçərkən niyə yüksək səslə nalayiq sözlər işlətməsini bildirdikdə, Zərərçəkmiş şəxs «yaxşı edirəm» deməsi səbəbindən yaranmış mübahisə zamanı yaşadığı ünvan 1 ünvanından götürdüyü kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat- məişət təyinatlı mətbəx bıçağı ilə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs qarın və bədəninin müxtəlif nahiyələrindən zərbə vuraraq, ona qarın nahiyəsinin ön divarından daxilə-periton boşluğuna nüfuz edən diafraqma, qaraciyər, nazik bağırsaq və bağırsaq müsariqəsinin kəsilmiş-deşilm iş yaraları və qarın boşluğu daxili qanaxma ilə nəticələnən 3 ədəd deşilmişkəsilmiş yara, döş qəfəsi nahiyəsindən daxilə-plevra boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmotorkas ilə müşayət olunan 1 ədəd deşilmiş- kəsilmiş yarası, sağ bazu, döş qəfəsi, qarın, sol bud nahiyələrində çox saylı deşilmiş-kəsilmiş yaralar, sağ said nahiyəsində 1 ədəd səthi kəsilmiş dəri yarası kimi ümumilikdə dərəcələrinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Hökmdən dövlət ittihamçısı Mirhəşimov Pərviz Böyükağa oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum müdafiəçisi Mustafayev Namiq Cuma oğlu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində yekun məhkəmə aktı qəbul edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun nəticəsini, məhkumun şəxsiyyətinə aid olan halları, cinayətin ağırlığını düzgün qiymətləndirməmiş, bu zaman cəza təyin etmənin əsasları, şərtləri və prinsipləri təsbit edilmiş CM-nin 8, 41, 58.1 və 58.3-cü maddələrinin, ən əsası isə CM-nin 59.1.8 və 60-cı maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarındakı tövsiyyələri nəzərə almamış, Məhkum cəza təyin edərkən CM-nin 60-cı maddəsinə istinad etməklə cəza təyin edilməsinin düzgünlüyünü faktiki olaraq yoxlamadan, hökmə istinad edərək yalnız cəzanı yüngülləşdirən halları və cəza təyini ilə bağlı cinayət qanunvereiciliyinin müvafiq normalarının dispozisiyasını sadalamaqla kifayətlənmişdir. Qeyd edilməlidir ki, İstintaq orqanı sübut etmişdir ki, Məhkumla Zərərçəkmiş şəxs arasında hadisədən bir il əvvəl şəxsi münasibətlərin pozulması halı olmuş və buna baxmayaraq hadisə günü də onlar arasında yenidən sözlü mübahisə baş verdiyindən Məhkum Zərərçəkmiş şəxs qəsdən bıçaqla vuraraq onun sağlamlığına ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə, hadisənin zərər çəkmişin qanunsuz və ya əxlaqsız hərəkətləri nəticəsində baş verməsini CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzanı yüngüləşdirən hallar kimi qəbul edib, CM-nin 60-cı maddəsinə istinad etməklə ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə əsassız olara q həmin mövqeylə razılaşmışdır. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılar ının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun, zərər çəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kas sasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı N.Q.Əliyev Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkumun barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan ona açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiy ası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11 -ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunve riciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassas iya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, bir sıra istintaq və məhkəmə hərəkə tlərinin aparılması haqqında protokollara, məhkəmə-tibbi ekspertizasının rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş və ibtidai araşdırma oraqının mövqeyi il razılaşaraq onun bu əməlini CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif etmiş və CPM-nin 318.1-ci maddəsinin tələbinə uyğun olarpaq cinayət işinə isə Məhkum qarşı irəli sürülmüş ittiham həcmində baxaraq yuxarıda qeyd olunan yekun məhkəmə aktlarını qəbul etmişlər. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin s übuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər, ən əsası isə - Məhkum elan olunmuş ittiham üzrə işin müəyyən edilmiş faktiki halları dövlət ittihamçısı tərəfindən mübahisələndirilmir və məhkəmə kollegiyası da bu məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələrlə razılaşaraq eyni zamanda işin faktiki hallarına və Məhkum qarşı irəli sürülmüş ittihamın mahiyyətinə bir daha müraciət etməyi zəruri bilir. Əvvəla, cinayət işinin materiallarından, işin faktiki hallarının əsasında duran sübutlardan görünür ki, hələ 16 iyul 2020-ci il tarixdə saat 22 radələrində hazırki iş üzrə zərər çəkmiş şəxs qismndə tanınmış Zərərçəkmiş şəxs Məhkum anası Şahid4 yaşadığı binanın yaxınlığında olan zaman heç bir səbəb olmadan onu söyüb təhqir etdiyinə və döyməsinə görə, sonuncu Xətai Rayon Poli s İdarəsinin 35-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, bu faktla bağlı həmin bölmənin təhqiqatçısı tərəfindən ilkin araşdırma aparılmış, araşdırma zamanı həmçinin Zərərçəkmiş şəxs tərəfindən 15 iyul 202-ci il tarixdə Məhkum da döyülməsi müəyyən edilmiş, lakin məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə Şahid4 və Məhkum Zərərçəkmiş şəxs tərəfindən yetirilmiş xəsarətlər sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirildiyindən, digər tərəfdən isə Zərərçəkmiş şəxs hərəkətlərində xuliqanlıq cinayətinin əlamətləri müəyyən edilmədiyindən təhqiqatçının 22 avqust 2020-ci il tarixli qərarı ilə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamdda da qeyd edilən qüvvədə olana qərara istinad olunmasa da, M əhkum tərəfindən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bıçaqla zərbələr vuraraq onun sağlamlığına ağır zərər vurmasının səbəblərindən biri kimi həm Zərərçəkmiş şəxs məhkum olunmuş şəxsin anasını heç bir səbəb olmadan təhqir etməsi və döyməsi, habelə hadisə baş verən 26 iyul 2021-ci il tarixdə zərər çəkmiş şəxsin ictimai yer olan Məhkum yaşadığı binanın qarşısındakı həyətdə onun anasının yanında uca səslə nalayiq sözlər işlətməsinə görə onunla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar Məhkum ona ittiham olunmuş əməli zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsinə dəlalət edir və bu hal haqlı olaraq məhkəmələr CM-nin 59.1.8-ci maddəsində cinayətin zərər çəkmiş şəxsin qanuns uz və ya əxlaqsız hərəkətlərinin təsiri altında tördilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-nin 60.1-cı maddəsinə əsasən isə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Belə ki, CM-nin 59.1.8-ci maddəsində qanunsuz sonuncunun uca əslə M.Y.la, Zərərçəkmiş şəxs elan olunmuş ittihamın mahiyyətinə ittihamın həmin məsələləri hazırki qərarda müzakirə edilməsinə ehtiyac görmür. Məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, iş üzrə cəzanı ağırlaşdıran hər hansı halı müəyyən etməyən məhkəmələr Məhkum barəsndə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən haqlı olaraq işin təhlil edilən faktiki hallarından, o cümlədən məhkum olunmuş şəxsə elan olunmuş ittihamın məzmunundan çıxış edərək ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında (həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üç hissəsindən artıq müddətdə cəzanın təyin edilməsini mümkün bilməmiş, digər tərəfdən isə yuxarıda şərh olunanlarla yanaşı həmçinin onun yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasını kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri bilir ki, cinayət törətmiş şəxs haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tətbirin tətbiqi zamanı işin müəyyən edilmiş faktiki halları ilə yanaşı cinayət törətmiş şəxsi səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə törədilmiş cinayətin ictimai təhlükəliliyinə bu və ya digr şəkildə təsir göstərən hallar nəzərə alınmalıdır. Belə hallar müəyyən edilmədən, onlar araşdırılmış sübutlar əsasında təsdiq edilmədən, həmin sübutlar qiymətləndirilmədən təyin olunmuş cəza qanuni və ədalətli hesab edilə bilməz. Eyni zamanda məhkum olunmuş şəxs barəsində seçilmiş cəza tədbirinin apell yasiya və ya kassasiya qaydasında dəyişdirilməsi (yüngülləşdirilməsi və ya ağırlaşdırılması) barədə qərar da müvafiq sübutların məcmusuna əsasən qəbul edilməli və qanunvericiliyin müəyyən etdiyi kimi, əsaslandırılmalı və sual doğurmamalıdır. Bu qənaət cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlarda əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cina yət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəx siyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə hər hansı şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, hər hansı məsələ, o cümlədən cinayət törətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsi üzrə cinayət mühakimə icraatı nın obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi P lenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə gör ə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi nə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına x idmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı gö stərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməli dirlər. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanı həm hazırki qərarda şərh edilən hallara, onun törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan ədalətli və obyektiv, habelə onun islah olunmasını təmin edə bilən cəza hesab edərək və həmin cəzanın açıq-aşkar yüngül olması barədə nəticəyə gəlmək əsasların olmamasını qeyd edərək kassasiya protestinin bununla bağlı dəlillərini qəbul edilməz sayır. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngü lləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Bütün yuxarıda göstərilənlərə əsaslanaraq mə hkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib kassasiya protestinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi N.C.Mustafayevin, həmin protestin təmin edilməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar