Məhkəmə qərarları › İş №1(102)-1042/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1042/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1042/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-943/2018 nömrəli 07 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən Fikrət Qəribov, hakimlər Rasim Sadıxov və Əfqan Hacıyevdən ibarət tərkibdə), Məhkum, 13 avqust 1971-ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, üçüncü qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıq dan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 08 mart 2018-ci il tarixdə saat 22 radələrində tanışı X3 yaşadığı ünvan 2 ünvanına gələrək, orada Zərərçəkmiş şəxs ilə 20 manat məbləğində pula mobil telefon cihazı satacağı barədə əvvəlcədən olan razılaşmaya əsasən sonuncudan bir gün əvvəl 10 manat məbləğində beh almasına baxmayaraq telefon cihazını çatdırmaması, Zərərçəkmiş şəxs isə əvəzində ona məxsus telefon cihazını girov kimi götürüb özündə saxlamasın a görə qarşılıqlı narazılıqla bağlı mübahisə edib, əlbəyaxa olan zaman qisas alaraq Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə otaqdakı masanın üzərindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə həyat üçün təhlükəli olan sonuncunun boğaz və ənsə nahiyələrinə zərbələr vurub, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid boynun ön səthinin aşağı şöbəsinin, ənsə nahiyəsinin sağda və sağ qulaq seyvanın arxa səthinin aşağı kənarının kəsilmiş xəsarətlər yetirmiş, həmin vaxt orada olan Maksim Şexverdiyev onun əlindən bıçağı alaraq təkrar zərbələr yetirməsinə mane olduğundan, həmçinin Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas olunduğundan o, sonuncunu qəsdən öldürməy ə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, yəni qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X6 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2018 nömrəli 26 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İlqar Murquzov, hakimlər Həsən Əhmədov və Habil Məmmədovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlillə ri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, istər ibtidai istintaq, istərsə də birinci instansiya və apellyasiya instansiya məhkəmələri cinayətin motivini, şəraitini, zərərçəkmiş şəxsə dəymiş xəsarətləri tam olaraq qiymətləndirilməmişdir. Belə ki, ibtidai istintaq zamanı əməlin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməsinə baxmayaraq, əsassız olaraq həmin Məcəllənin 29,120.1-ci maddəsi ilə tövsif edilmiş, bununla da, ekspertizanın rəylərini və məhkəmə istintaqında şahidlərin ifadələrini nəzərə almadan çox sərt və ədalətsiz hökm və qərar qəbul edilmişdir. Kassator məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarını ləğv edilməsini və əməlin Azərbaycan Respublikası CM-i n 128-ci maddəsi ilə tövsif edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Ayxan Hüseylinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiy a şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilərək barəsində ədalətli qərar qəbul edilməsini xa hiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin qərarını əsassız və qanunsuz hesab edir: Belə ki, ibtidai istintaq orqanı Məhkum barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlamışdır. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, iş üzrə şübhəli şəxs Məhkum tərəfindən zərərçəkmişə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığı YÜNGÜL zərər vurmaya aid edilən bədən xəsarətləri yetirilmişdir. İlkin təhqiqat materiallarından görünür ki, mübahisəyə səbəb Məhkum 07 mart 2018ci il tarixdə Zərərçəkmiş şəxs 20 manat dəyərində mobil telefon satması olmuş, satış əsasında Məhkum Zərərçəkmiş şəxs mobil telefonu vermiş Zərərçəkmiş şəxs isə ona 20 manat əvəzinə 10 mana t məbləğində pul vermiş və 10 manat borclu qalmışdir. Sonrakı gün yəni 08 mart 2018-ci il tarixdə Məhkum 10 manat pulu geri qaytararaq, mobil telefonunu tələb etmiş, Zərərçəkmiş şəxs isə ona Məhkum mobil telefonu qaytarmaqdan imtina etdikdə aralarında mübahisə baş vermişdir. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsində ifadə vermiş Məhkum özünü Azərbaycan Respublikası 29,120.1-ci maddəsi ilə təqsirli bilməyərək, lakin özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən bir ildən çoxdur ki, tanıyır. X13 tanış edib. Zakir altı ay bir qadınla onların həyətində kirayəçi kimi yaşamışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin qadın onun həyat yoldaşı deyil, qeyri-rəsmi bir yerdə yaşadığı qadındır. Bunu öyrəndikdən sonra anası onları evdən çıxarmışdır. O heç yerdə işləmir, İİİ qrup əlildir. O özünə məxsus, işlətmədiyi “Black-Berry” markalı mobil telefonu pulu olmadığı üçün satmaq qərarına gəlmiş, bu barədə Maksimə demişdir ki, istəyən olsa desin. Maksim də bu barədə Zakirə deyib, Zakir də Maksimlə birlikdə həmin gün saat təxminən 21-22 radələrində onlara gəlmişlər. Maksim demişdir ki, telefonu Zakir istəyir. O, həmin vaxt Zakirə demişdir ki, telefon onda deyil, borcu olduğu üçün Əli adlı şəxsə girov qoymuş dur. O, Zakirə demişdir ki, 10 manat beh kimi pul versin Əliyə verib telefonu götürər, Zakir də onunla razılaşmışdır. Zakirlə belə danışmışlar ki, o telefonu Əlidən alıb səhəri günü, ona verəcək, o da ona qalan 10 manatı verəcəkdir. Səhəri günü Zakir ona 3-4 dəfə zəng vurmuş, o, ona demişdir ki, telefonu Əlidən götürə bilməmişdir, söz verdiyi kimi telefonu ona verəcəkdir. Zakir onunla acıqlı danışaraq belə danışmadıqlarını bildirmişdir. 08 mart 2018-ci il tarixdə Zakir ona zəng vuraraq harada olmağını soruşmuş, o ona evdə olduğunu demiş, təxminən 3-4 dəqiqə sonra Zakir onlara gəlmişdir. Zakir ondan yenə telefonu istəmiş, o da demişdir ki, “darıxma, telefon gələcək, sən 10 manatı ver, telefonu gedim gətirim.”Bu zaman Zakir yenə əsəbləşmişdir ki, belə danışmamışdıq. Zakir ona demişdir ki, gu ya o Masksimin yanında onu söymüşdür. O, Zakirə deyəndə ki, elə bir şey olmayıb, o demişdir ki, gedək onda Maksimin yanında məsələni aydınlaşdıraq. O razılaşıb Maksimgilə getmək istədikdə o, əlini atıb stolun üstündən ona məxsus telefonu götürüb otaqdan çıxmışdır. O, onun arxasınca getmiş və yolda da ona demişdir ki, telefonu qaytarsın. Zakir onunla razılaşmamış, onlar Maksimgilin həyətində ayrıca, Maksimin yaşadığı otağa getmişlər ki, Maksim və onun atası Hacı yemək yeyib, araq içirmişlər. O içəri girib Maksimə demişdir ki, o, Zakirə söyməmişdir, bu nə sözdür Zakirə demişdir. Maksim də Zakirin üzünə demişdir ki, o, Zakiri söyməmişdir, o, elə söz deməyib. Bundan sonra o Zakirə demişdir ki, “Ürəyin rahatlandımı, mən səni söyməmişəm, indi mənim telefonumu qaytar”. Zakir ona demişdir ki, tele fonu qaytarmır. Onda o, ona demişdir ki, elədirsə, həmin telefonu götürsün, 10 manatı da versin. Bu zaman Zakir ona demişdir ki heç telefon istəmir, verdiyi 10 manatı qaytarmağını demişdir. O da razışlaşmış, evə qayıtmışdır ki, anasından pul götürsün. 10 manatı anasından aldıqdan sonra geri gəlmiş, görmüşdür Zakir yoxdur. O Maksimin telefonundan Zakirə zəng vurmuşdur ki, pulu gətirmişdir, o demişdir ki, “pulu Maksimə ver, gəlib oradan telefonunu götürərsən.” O da pulu Maksimə verəndən sonra otaqdan çıxmış, evə getmişdir. Təxminən 15-20 dəqiqədən sonra o, Maksimgilə gəlmiş, görmüşdür ki, Zakir yoxdur. Maksimdən 10 manatı soruşduqda o, ona demişdir ki, 10 manatı xərcləyibdir. O təkrar Maksimin telefonundan Zakirə zəng vurmuş, Zakir demişdir, “orda ol, gəlirəm.” O da Zakiri gözləmiş, təxmin ən 5 dəqiqə sonra Zakir içəriyə girmişdir. Zakir içəriyə girəndə ona “Gətirdinmi pulu” demişdir. O da ona demişdir ki, “axı sən dedin pulu Maksimə ver, mən də verdim.“ O da ona nahaq yerə pulu Maksimə verməsini demişdir. X10 10 manat məsələsini aydınlaşdırmağa başlamışlar. O da Zakirə demişdir ki, onun telefonunu qaytarsın. Maksimin atası da Zakirə yalvarmağa başlamışdır ki, telefonu qaytarsın. Zakir Maksimin atasına demişdir ki, qarışmasın, ona da demişdir ki, “Telefonu sənə fırlatdım, pulum olanda sənə qaytararam.” Bu vaxt Maksimin atası başlamışdır Zakirə yalvarmağa ki, Zakir telefonu versin, Zakirdən soruşmuşdur ki, çay içirsə getsin ona çay gətirsin, Zakir də demişdir ki, kofe istəyir. Maksimin atası getmişdir Zakirə kofe gətirməyə, Maksim də nəyəsə görə çölə çıxmışdır. Onlar içəridə ikisi qalmış, o əsəbləşmiş, ayağa durmuşdur ki, otaqdan çıxsın, Zakir həmin vaxt ayaq üstə imiş, Zakir elə bilmişdir ki, o onu vurmağa durmuşdur. O onun boynundan yapışıb, qolu ilə boynunu sıxmağa başlamışdır. O da stolun üstünə əlini atmışdır ki, əlinə nə keçsə bunu vursun əlini ondan çəksin, elə əlinə keçən bıçaq olmuş, götürüb onu vurmuşdur. Həmin vaxt qolundan vurduğunu zənn etmişdir. Sonrada çölə çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra qayıtmış Hacıdan soruşmuşdur ki, nə oldu, Hacı demişdir ki, Maksim Zakirlə xəstəxanaya getmişdir. O, gözləmiş Maksim gəlmiş, soruşmuşdur nə olub, Maksim demişdir ki, heç nə sarıdılar, Zakir getdi evlərinə, mən də gəldim evə. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, Maksimi illərdir qonşu kimi tanımışdır. Telefonu 20 manata satmagına r azılaşmışlar, 10 manatı almış, 10 manatı da telefonu verəndə alacaqmış. O gəlmişdir ki, istəmir telefonu 10 manatı qaytarsın, o da gəlmişdir anasına baş verənləri danışmış, demişdir ona 10 manat versin gedib telefonunu geri götürsün, anasıda pul olmadığı üçün, qonşuya zəng vurmuş, gedib qonşudan götürüb aparıb həmin 10 manatı vermişdir. O, işlətdiyi telefon, Çin istehsalı olan bir telefon imiş, anasına dayısı Rusiyadan gətirmişdir. O,10 manatı gətirib Zakirin deməsinə görə Maksimə verib getmişdir. Sonra qayıtmış Maksimdən 10 manatı soruşduqda o, ona demişdir ki, 10 manatı xərcləmişlər. O təkrar Maksimin telefonundan Zakirə zəng vurmuş, Zakir demişdir ki, orda ol, gəlir. O da Zakiri gözləmiş, təxminən 5 dəqiqə sonra Zakir içəriyə girmişdir. Zakir içəriyə girəndə ona “Gətirdinmi pulu” demiş, o da ona demişdir ki, “axı sən dedin pulu Maksimə ver, mən də verdim.” Maksimin də atası nə qədər demişdir ki, Zakir telefonu qaytar, qaytarmamışdır. O onun boynundan yapışıb, qolu ilə boynunu sıxmağa başlamış, o da neynəməlidir, o da stolun üstünə əlini atmışdır ki, əlinə nə keçsə onu vursun əlini ondan çəksin. Həmin vaxt o oturmuşdur. Zakir isə onun solunda ayaq üstə dayanmışdır. O, Zakiri bir dəfə vurmuşdur. Başqa kiminsə Zakiri vurmasını görməmişdir, ancaq o Zakiri bir dəfə vurmuş, elə bilmişdir qolundan dəyib. Onları Maksim ayırmış, ancaq bıçaq elə onun əlində imiş, o bıçağı özü atmışdır çöldə, Maksim bıçağı əlindən almayıb. Gedib anasına demişdir ki, Zakiri vurmuşdur, yenə qayıdıb oraya gəlmişdir. Etdiyi əmələ görə peşmandır. O bir də deyir Zakiri bir dəfə vurmuşdur, ola bilər Maksi m girmişdir onları aralamağa, bəlkə onda dartınanda cızıb bıçaq, ancaq o Zakiri bir dəfə vurmuşdur, həmin zərbəni də qolundan vurduğunu zənn etmişdir, sonradan öyrənmişdir ki, onun boynundan vurmuşdur. Telefonu girov qoyduğu Əli adlı oğlan hazırda Azərbaycanda yoxdur, Rusiyaya getmişdir. Bıçaq görünür stolun üstündə olub ki, onun əlinə keçib. Maksim bıçağı onun əlindən almayıb, yadında qalmayıb o bıçağı Maksimə vermiş, yoxsa çöldə yerə tullamışdır. Zakir demişdir “vurdun məni, o da şok vəziyyətində imiş, demişdir vurdumvurdum da.” Əgər onun Zakiri öldürmək niyyəti olsaymış, o onu öldürə bilərmiş, ancaq onun Zakiri öldürmək niyyəti olmayıb. Birinci instansiya məhkəməsində hadisənin şahidi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o Məhkum uşaqlıqdan tanıyır, bir məhəllədə böyümü şlər. Zərərçəkmiş şəxs isə təxminən 10 ildir ki, tanıyır, onunla dostluq edir. Vüqarla Zakir də bir-birlərini tanıyırlar. 06 mart 2018-ci il tarixdə Vüqar özünə məxsus olan “Black Berry” markalı mobil telefonunu 20 manata satmaq istədiyini demiş, o da Zakirə demişdir ki, Vüqar özünə məxsus mobil telefonu 20 manata satır. Zakir demişdir gəlib telefona baxacaqdır. 07 mart 2018-ci il tarixdə əvvəlcə Zakir, sonra isə Vüqar gəlmiş, Vüqar bildirmişdir ki, mobil telefon hal-hazırda onun üzərində deyil, sabah gətirib telefonu verə bilər. Zakir Vüqara mobil telefon üçün 10 manat pulu beh kimi vermiş, demişdir ki, sabah mobil telefonu gətirdikdə qalan 10 manat pulu da verəcəkdir. 08 mart 2018-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evdə olan zaman əvvəlcə Zakir, onun ardınca isə Vüqar on lara gəlmişlər. Vüqar demişdir ki, evdə televizora baxan zaman Zakir gəlib onun mobil telefonunu götürüb gedib. Vüqar Zakirə nə qədər yalvar - yaxar etsə də Zakir telefonu qaytarmamışdır, hətta atası Hacı da Zakirdən xahiş etmişdir ki, Vüqarın telefonunu qaytarsın, Zakir qaytarmamışdır. Bir az aralarında mübahisə olduqdan sonra evdən birinci Vüqar daha sonra isə Zakir çıxıb getmişlər. Bir müddət sonra Vüqar yenidən onlara gəlib telefonu satmaq istəmədiyini demiş və bildirmişdir ki, Zakirin verdiyi 10 manat pulu da qaytarır. O Zakirə zəng vurub bu barədə bildirdikdə, Zakir 10 manat pulu deyil, mobil telefonu istədiyini bildirmişdir. O Zakirə bildirəndə ki, Vüqar onun 10 manatını ona verib, həmin pulu nə etsin, Zakir demişdir ki, “nə istəyirsən elə, götür xərclə”. Zakirə həmin pulu Vüqarın o na çatdırmağı üçün verdiyini və əgər xərcləsə gələcəkdə narazılıq olub olmayacağını soruşmuş, Zakir demişdir ki, heç bir problem yoxdur. Bir qədər sonra Zakir də onlara gəlmiş və Vüqar bir daha ondan nə üçün onun evinə gəlib ona məxsus mobil telefon aparatını götürdüyünü soruşub telefonu qaytarmağını tələb etmişdir. Zakir isə ona mobil telefonu qaytarmaqdan imtina edib onunla məzələnərək “telefonu vermirəm” deyə bildirmişdir. Onlar təxminən 30 dəqiqə mobil telefon üstündə mübahisə etmişlər, lakin Zakir telefonu qaytarmamışdır. O, Zakir və Vüqarın mübahisələrindən bezib mobil telefonunu götürüb çölə çıxmış, mahnı axtarmağa başlamışdır. O içəri girəndə ani bir vəziyyətdə onlar bir-birlərinə girib süpürləşmişlər, o bunların arasına girib aralamış, Vüqarı çölə qovmuşdur, Zakirin isə boyun nahi yyəsindən qan gəldiyini görmüşdür. Daha sonra isə Zakiri taksi avtomobili ilə xəstəxanaya aparmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, Vüqarla Zakirin aralarında hər hansı bir ədavət olmayıb. Vüqar özünə məxsus “Black Berry” markalı mobil telefonunu 20 manata satırmış, Zakir da almaq istəyirmiş, Zakir Vüqara mobil telefon üçün 10 manat pulu beh kimi vermiş, demişdir ki, sabah mobil telefonu gətirdikdə qalan 10 manat pulu da verəcəkdir. O, çöldə imiş, içəri girəndə ani bir vəziyyətdə onlar bir-birlərinə girib süpürləşmişlər, o, bunların arasına girib aralamışdır. O, Vüqarın əlində bıçaq görməmişdir. Zakirin boyun nahiyəsindən qan gəldiyini görmüşdür. Stolun üstündə əvvəldən çörək, xiyar, alma kəsmək üçün bıçaq var imiş, ondan sonra müstəntiq bıçağı istəmiş, o da apa rıb bıçağı vermişdir. Zakiri xəstəxanaya aparanda Zakirin huşu üstündə imiş, danışırmış, taksiyə kimi də özü gedib minmişdir. Zakir düz demir, o Vüqarın əlində bıçaq görməmişdir. Vüqar 10 manat pulu ona vermişdir ki, Zakirə versin. O da Zakirə zəng vurmuşdur ki, Vüqar 10 manat pul verib neyləsin, Zakir də demişdir xərclə, o da gedib yemək, araq, siqaret alıb gətirmişdir ki, oturub yesinlər. Həmin telefon Zakirdədir. X11 10 manat “Black Berry” markalı telefona görə beh vermişdir, sonra isə Zakir Vüqarın öz işlətdiyi telefonu götürüb gedəndən sonra Vüqar gətirib Zakirin verdiyi behi qaytarmışdır ki, Zakir onun telefonunu qaytarsın. Zakir də telefonu qaytarmamışdır ki, “mən telefonu istəyirəm.” Vüqarın Zakiri hədələməsini eşitməmişdir. Zakirlə Vüqar qabaq qabağa oturmuşlar. O, içəri girəndə Z akirlə Vüqar bir birlərini tutmuşlar, o bilməmişdir kim kimi tutmuşdur. O, bıçağı Vüqarın əlində görməmişdir, istintaqda o ifadə vermiş, kompüterdə yazmışlar, sonra isə oxumadan imza etmişdir. Vüqar Zakirə nə qədər yalvar - yaxar etsə də, Zakir telefonu qaytarmamışdır, hətta atası Hacı da Zakirdən xahiş etmişdir ki, Vüqarın telefonunu qaytarsın, Zakir qaytarmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Maksim onun oğludur, Zakir oğlu ilə dostluq edir, Vüqar isə qonşusudur. 08 mart 2018-ci il tarixdə təxminən saat 22 radələrində Zakir onlara Maksimin yanına gəlmişdir, 5 dəqiqə sonra Vüqar da gəlmişdir. Zakir bildirmişdir ki, Maksimlə görüşmək istəyir. Maksim həmin vaxt dükana getmişdir. Maksimi gözləyən zaman Vüqarın mobil telefonunu qaytarması üçün Zakirdən xahiş etdiyini, Zakirin isə telefonu qaytarmaqdan imtina etdiyini müşahidə etmişdir. O, Zakirgildən nə baş verdiyini soruşduqda, Vüqar ona demişdir ki, evdə əyləşib televizora baxan zaman Zakir gəlib onun mobil telefonunu götürüb. Vüqar Zakirə nə qədər yalvar-yaxar etsə də Zakir telefonu qaytarmamışdır. O da Zakirdən xahiş etmişdir ki, Vüqarın telefonunu qaytarsın, lakin o qaytarmamışdır. Həmin vaxt artıq Maksim də evə gəlmişdir. Bir az aralarında mübahisə olduqdan sonra evdən birinci Vüqar, sonra isə Zakir çıxıb getmişlər. Bir müddət sonra Vüqar yenidən onlara gəlib Maksimdən xahiş etmişdir ki, Zakirə zəng vursun telefonu qaytarsın. Maksim də Zakirə zəng edərək Vüqarın dediklərini ona bildirmiş, sonra Maksim telefonla “səsucaldan” rejimdə danışaraq tel efonu Vüqara vermiş, o da Zakirdən xahiş etmişdir ki, gətirib telefonu qaytarsın. Bundan sonra Zakir həmin evə gəlmişdir, onlar birlikdə Maksimin yaşadığı həyətdə yerləşən tikilidə oturmuşlar. X14 yalvarmışdır ki, telefonunu qaytarsın, Zakir isə telefonu qaytarmamışdır. Həmin vaxt Zakir çay istəmiş, o isə çay olmadığından, Zakirə kofe hazırlaya biləcəyini demişdir. O çölə çıxmışdır ki, Zakirə kofe hazırlasın. Təxminən 5 dəqiqədən sonra o, kofeni hazırlayıb Maksimin yaşadığı tikiliyə yaxınlaşdıqda görmüşdür ki, Maksim Vüqarı və Zakiri bir-birlərindən ayıraraq onları sakitləşdirir. Həmin vaxt onlar hər ikisi şok vəziyyətində olmuşlar. Maksim Vüqara gec olduğu üçün evə getməsini demiş, Vüqar da çıxıb getmişdir. Sonra o görmüşdür ki, Zakirin boyun hissəsində yüngül qan damcıları vardır. Ondan nə baş verdiyini soruşduqda Zakir demişdir ki, Vüqar onu bıçaqla vurub. X12 taksi ilə xəstəxanaya aparmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, birinci onlara Zakir gəlmiş, sonra dalınca Vüqar gəlmişdir. Eşitdiyinə görə Vüqar telefon satırmış, Zakir də almaq üçün Vüqara 10 manat beh vermişdir. Vüqar ümumiyyətlə araq içmir, Zakir isə həmin vaxt araq içməmişdir, çünki günorta Maksimlə içmişlər, sabah işə getməli olduğu üçün ona görə içməmişdir. Vüqar Zakiri hədələməyib, Vüqar Zakirə yalvarırdı ki, Zakir onun telefonunu qaytarsın. O, Vüqarın əlində bıçaq görməmişdir. Səhəri günü bıçağı həyətdən əyilmiş vəziyyətdə tapıb polisə vermişlər. X15 balta ilə hədələməyib, ümumiyyətlə belə söhbət olmayıb. O, kofeni hazırlayıb qayıdanda görmüşdür ki, Maksim Vüqarı və Zakiri bir-b irlərindən ayıraraq onları sakitləşdirir. Həmin vaxt onlar hər ikisi şok vəziyyətində olmuşlar. Maksim Vüqara gec olduğu üçün evə getməsini demiş, Vüqar da çıxıb getmişdir. Sonra o görmüşdür ki, Zakirin boyun hissəsində yüngül qan damcıları var. Ondan nə baş verdiyini soruşduqda Zakir demişdir ki, Vüqar onu bıçaqla vurub. Zakirin bogazında çox qan yox imiş, damcılarla qan var imiş. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizasının 10.03.2018-cı il tarixli 177 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində boyunun ön səthinin aşağı şöbəsinin, ənsə nahiyəsinin sağda və sağ qulaq seyvanının arxa səthinin aşağı kənarının kəsilmiş yarası xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər iti kənara malik əşyanın (ola bilsin, b ıçaq) təsirindən törənmişdir. 08.03.2018-ci il tarixdə yaranması mümkündür və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Məhkəmə-X1 29 may 2018-ci il tarixli 270/2018-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində yuxarıda 1-ci düyməyə yaxın və ona müvafiq ilgəyin bir kənarında 01( bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq eksperimentə yararsız vəziyyətdə təqdim olunduğundan (bıçağın tiyəsinin dəstəkdən ayrılmış vəziyyətdə) eksperiment aparmaq mümkün olmamışdır, buna g örə də Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş zədənin həmin bıçaqla yerinə yetirilibyetirilməməsi haqqında fikir söyləmək mümkün deyil. Həmin səbəbdən həmçinin təqdim edilmiş sənədlərdə yara kanalı haqqında hər hansı bir məlumat olmadığından Zərərçəkmiş şəxs almış olduğu zədənin və xəsarətin təqdim edilmiş bıçaqla vurulub-vurulmadığını təyin etmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön yuxarı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun boyunun ön səthinin aşağı şöbəsində olan yara ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhl il olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Lakin hökmdən və qərardan müəyyən edilir ki, işə baxan məhkəmələr tərəfindən Azərbaycan Res publikası CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlara qeyri-obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir və apellyasiya məhkəməsinin nəzərinə çatdırır ki, cinayət işinin materiallarında Məhkum Zərərçəkmiş şəxs məhz həyatdan məhrum etmək istəməsi nə ilə təsdiq edildiyi anlaşılmazdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qərarın təsvir hissəsində qeyd edilən hallarda Zərərçəkmiş şəxs boyun nahiyəsinə hadisə yerindən götürülmüş mətbəx bıçağı ilə sağlamlığa yüngül zərər vuran xəsarətləri yetirməklə zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə cəhd etməsi inandırıcı görünmür. Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələrin gəldikləri nəticə əsassız olmaqla Azərbaycan Respublikası CPM-in 349-cu maddəsinin tələbləri kobud surətdə pozu lmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4). Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (349.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996- cı il tarixli 4 №-li qərarının 12-ci bəndində göstə rilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin töfsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəd də öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanun çuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Plenum qərarı məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və əməl düzgün tövsif edilsin. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda mə hkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Hazırki işə istər Ali Məhkəmənin, istər Konstitusiya Məhkəməsi Plenumunun tövsiyyələri, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndirilən qərarın əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiqləyən - onun zərərçəkmiş şəxsi əlindən bıçağın alınması ilə əlaqədar öldürə bilməməsi və zərərcəkmiş şəxsin ona tibbi yardım göstərilməsinə görə almış olduğu xəsarətlərdən ölməməsinə dair gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələrinə və məhkəmə-tibbi ekspertizasının rəyinə uyğun gəlmir. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 26 dekabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143-146cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etməli, qərarda göstərilən halları araşdırmalı, sübutları onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, Məhkum istinad olunan cinayət əməllərinin tövsifini mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməli və Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, mübahisələndirilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyas iya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar