Məhkəmə qərarları › İş №1(102)-1042/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1042/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1042/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Dadaşov İlqar Ağababaş oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxslər- Tahir Mütəllimov, Şahid5, Zərərçəkmiş şəxs2 və Firqət Məmmədovun iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinməsi və öldüyü üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2, 32.5, 313 və 32.4, 312.1-ci maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2021-ci il tarixli ilkin baxış qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Azad Məcidov, Səbuhi Hüseynov) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1- 1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2, 32.5, 313 və 32.4, 312.1-ci maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilmişdir. Maraqlarına toxunan şəxs X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli ilkin baxış qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməklə onun prosessual hüquqları pozulmuşdur. Maraqlarına toxunan şəxs qeyd olunanların nəzərə alınmasını, apellyasiya şikayəti vermə müddətinin buraxılmasını hökmü rəsmi olaraq almaması və bununla bağlı cinayət işinin materiallarında heç bir rəsmi sənədin olmaması ilə əlaqələndirərək vəsatətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlə r: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəf indən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi m ümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materiallarından görünür ki, 02 iyun 2021-ci il tarixdə hökmün surəti maraqlarına toxunan şəxs Maraqlı şəxs Əhnulla qızına təqdim edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Əhnulla qızı tərəfindən apellyasiya şikayəti müddət keçdikdən sonra verilmişdir. Eyni zamanda müddətin bərpa edilməsi barədə vəsatətdə də müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, maraqlarına toxunan şəxs Maraqlı şəxs Əhnulla qızı tərəfindən apellyasiya şikayəti verilmə müddəti üzürlü səbəb olmadan uzun müddət buraxılmışdır. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə maraqlarına toxunan şəxs Maraqlı şəxs Əhnulla qızı tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 01 il 09 aydan çox zaman keçdikdən sonra, yəni 06 yanvar 2022-ci il tarixdə maraqlarına toxunan şəxs Maraqlı şəxs Əhnulla qızı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmündən apelyasiya şikayəti, eləcə də apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, müdafiə tərə fi apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs Əhnulla qızı apellyasiya şikayətini vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassız dır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Əhnulla qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 mart 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2023-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar