Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1042/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi X iştirakları ilə, xx.xx.1985-ci il tarixində Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Səbail r ayonu, Bayıl qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, hal- hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 1(106)-1679/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə, habelə məhkumun müdafiəçisi X tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 1(101)-1007/2022 nömrəli hökmü ilə (hakimlər: Z,Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nə zərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 dekabr 2021-ci il tarixdən hesablanmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhk əməsinin 08 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, sonuncuya təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 aya endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, habelə məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 11,112 qram olan narkotik vasitə heroini və külli miqdarda yəni, ümumi təmiz çəkisi 28,456 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən nömrəsiz evin qarşısına qədər daşımış, 19 dekabr 2021-ci il tarixində saat 00:30-da özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində onun barəsində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən çıxararaq təqdim etdiyi göy rəngli, üzərində “Microlife” yazısı olan çantanın içərisindəki xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, hər biri şəffaf sellofan kəsiyi olmaqla 5 ədəd bükümdə yerləşən, müvafiq olaraq 3,946 qram, 0,848 qram, 0,539 qram, 0,405 qram və 5,374 qram, ümumi təmiz çəkisi 11,112 qram olan külli miqdarda narkotik vasitə heroin, hər biri şəffaf sellofan kəsiyi olmaqla 14 ədəd bükümdə yerləşən, müvafiq olaraq 0,805 qram, 0,273 qram, 0,406 qram, 0,360 qram, 0,887 qram, 0,484 qram, 0,424 qram, 0,349 qram, 0,501 qram, 0,393 qram, 0,388 qram, 3,902 qram, 5,737 qram və 13,547 qram, ümumi təmiz çəkisi 28,456 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 07 ildən 05 il 06 ayadək azaltmaqla Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dər əcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum ümumiyyətlə heç bir cinayət törətmədiyi, yəni təqsirlili yi və cinayətə aidiyyəti sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar, o cümlədən narkotik vasitənin götürülməsi barədə protokol əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətindən həmçinin qeyd edir ki, törədilmiş cinayət hadisəsi ilə Məhkum heç bir əlaqəsi olmamamış, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ondan etirafedici ifadə alınmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutu lmuş halla əlaqələndirmişdir. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə təqsirliliyi və cinayətə aidiyyəti sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protesti ni və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, müdafiəçi X-ın hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozi siyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli h allar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, hüquqlarını müdafiə etdiyi Məhkum ümumiyyətlə heç bir cinayət törətmədiyi, yəni təqsirliliyi və cinayətə aidiyyəti sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar, o cümlədən narkotik vasitənin götürülməsi barədə protokol əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsini n qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu nor maların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təq sirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi nin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmam ış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəmə iclasında vermiş olduğu qismən etiraf edici ifadəsi (ifadəsində üzərində narkotik vasitəni də maşından aşkar edib götürmüşlər, onda 11-12 qram narkotik vasitə heroin olmuş, həmin narkotik vasitəni də öz istifadəsi üçün əldə edib saxlamış, gün ərzində 2-3 qram heroin istifadə etdiyini bildirmiş) və məhkəməyədək icraat zamanı vermiş olduğu etirafedici ifadəsi (Tutulmamışdan 5-6 ay əvvəl narkotik maddələrdən istifadə etməyə başlamış, gün ərzində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən 0,5 qram, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən bəzən 0,2-0,3 qram istifadə etmişdir. Həmin narkotik maddələri yandırıb tüstüsünü nəfəslə çəkməklə istifadə etmişdir. Tutulmamışdan 1 həftə əvvəl maddi vəziyyəti pisləşmiş, XX-dən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb, sataraq gəlir əldə etmək istəmişdir. Bu məqsədlə o, XX ilə “Whatsapp”da əlaqə saxlayaraq 10 qram “kakos” kimi adlandırdığı narkotik vasitə heroin, 20-25 qram “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin verməsini istəmiş, XX də onunla razılaşmışdır. Onların razılaşmalarına əsasən o, XX-in göndərəcəyi bank hesabına 320 manat köçürməli imiş), şahidlər (polis əməkdaşları) Şahid1 və Şahid2 ifadələri, "şəxsi axtarış və götürmə aparılması haqqında” 19 dekabr 2021-ci il tarixli protokol (əynindəki qara r əngli gödəkçənin sol iç cibindən bir ədəd tünd göy rəngli, üzərində “Microlife” yazısı olan çantanın içərisindən iki ədəd qara rəngli elektron tərəzi və 19 ədəd büküm təqdim etmişdir. Bükümlərdən 5 ədədi şəffaf sellofana bükülmüş vəziyyətdə və içərisində tünd qəhvəyi rəngli maddə, 14 ədədi isə şəffaf sellofana bükülmüş vəziyyətdə və içərisində ağ rəngli kristal formalı maddə olmuş), Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan sms mətnləri (“Mene kola getirde yata bilmirem”, “Ölürem brat varsa biraz torpaq das at da$dan çlxlram” “Balam icaze verirsen biraz goturum ondan”, “Mene inanmirsan ama 3 balam olsun allah olari menden alsin eger yalan deyiremse seherde icaze aldim indide sen deyende 1daw goturdum gel onuda verim”, “İranli ne oldu bes ?”, “ruslan bu nedi ey bele edirsen” “salam ruslanım necesen nece gundu hamının iwini hell edirsen menim”, “Ağridan olurem mene iyne al getirde”, “QAQA MENEM RECEB AC TELİ İSİM VAR TECİLİ MENİ YİG”), Məhkum üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələrin miqdarı və tərkibi barədə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5551 nömrəli rəyi (14 ədəd bükümdə ümumi təmiz çəkisi 28,456 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər 05 ədəd bükümdə ümumi təmiz çəkisi 11,112 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd tərəzidə nar kotik vasitə heroinin izləri vardır), sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun hökmündə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gə tirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Müdafiəçinin müxtəlif təzyiq və təsirlər vasitəsi ilə Məhkum məhkəməyədək icraat zamanı etirafedici ifadələrin alınması ilə bağlı iddiasına münasibətdə kollegiya qeyd edir ki, işə baxan aşağı məhkəmələr Məhkum məhkəməyədək icraat zamanda vermiş olduğu ifadələri ilə məhkəmədə baxılmış şahidlərin ifadələri, sms mətnləri, keçirilmiş ekspertiza rəyləri və digər sübutlar arasında uyğunluğun olmasını nəzərə alaraq, həmçinin məhkəməyədək icraat dövründə Məhkum işgəncə verilməsi bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən keçirilmiş araşdırmanın nəticələrinə (cinayət işin in başlanılmasının rədd edilməsi haqqında 16 sentyabr 2022-cı il tarixli qərar) istinad edərək, qanuni olaraq (CPM-in 327.1.3-cü maddəsi belə vəziyyətlərdə təqsirləndirilən şəxsin əvvəlki ifadəsinin məhkəmədə elan edilməsinə və onunla məhkəmə hökmünün əsaslandırılmasına yol verdiyi üçün) Məhkum məhkəməyədək icraat zamanı etirafedici ifadələri təzyiq altında verməsi haqqında iddialarını rədd etmişlər və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması haqqında nəticələrini əsaslandırarkən onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrə istinad etmişlər. Bu səbəbdən məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində, həmin şikayətlə ehtiva olunan məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyiş dirilməsini şərtləndirən cinayət-prosessual qanunun 416.1.1416.1.3 və 416.1.11-ci maddələrində göstərilən halları müəyyən etmir və bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 234.4.3-ci maddəsi ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq 5 il 6 aya endirilməsinin mübahisələndirilməsinə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Çünki, apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan bütün halları (cinayətin xarakterini və ictimai təhlükəliliyini, törədilmə halını, təqsirkarın şəxsiyyətini, o cümlədən onun ailəli olması, əvvəllər məhkum olunmaması, himayəsində 2 azyaşlı övladının olması kimi şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasina və ailəsinin həyat şəraitinə təsirini) birlikdə götürməklə nəzərə almış və Məhkum barəsində Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə ədalətli, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən müddətdə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Odur ki, dövlət ittihamçısının Məhkum cəzasının yüngül olması və CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə cavab verməməsi barədə iddiası da əsaslı sayıla bilməz. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmu ş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair Məhkum və onun Müdafiəçi2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 oktyabr 2022-ci il tarixli 1(103)-1679/2022 nömrəli qərarı dəy işdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlunun kassasiya protesti, habelə Məhkum müdafiəçisi X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 oktyabr 2022-ci il tarixli 1(103)-1679/22 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1042/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1042/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver