Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1043/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə ** ******1991-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonunda qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra CM-in) 177.2.2, 178.2.2, 180.2.2 və 204.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə (hakim H.A.Səfərov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2, 180.2.2 və 204.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 180.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etm ə cəzasına, CM-in 204.1-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 03 ay 21 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 07 (yeddi) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 və təqsi rləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü Məhkum1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki ) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 180.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 204.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 03 ay 21 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən tərtib olunmuş ittiham aktına əsasən, Məhkum1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizənin Baş İdarəsinə gətirilmiş X1 buraxılması üçün həmin idarənin əməkdaşları ilə danışıqlar aparmaqla razılıq əldə etməsi barədə xx.xx.2019-cu il tarixdə günorta saatlarında sonuncunun anası Zərərçəkmiş şəxs11 yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, qızı X1 nın sərbəst buraxılması üçün köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda həmin məsələni həll etmək imkanına malik olması görüntüsü yaradaraq faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs11 aldadaraq həmin vaxt Bakı şəhəri, Azadlıq prospekti 161 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qa rşı Mübarizənin baş İdarəsinin inzibati binasının qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə manatın həmin tarixə olan məzənnəsi ilə 2720 manat təşkil edən 1600 ABŞ dollarını və 1500 manat olmaqla sonuncuya məxsus ümumilikdə 4220 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə bir ədəd A08845225 seriya nömrəli 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekti hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 200 Azərbaycan manatı nominallı pul əskinasının n ümunələri ilə eynilik təşkil etməyən 200 (iki yüz) manat saxta pulu hazırlamış, həmin saxta pulu satmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 04 radələrində ünvan2 37 manat dəyərində «Tantuni köftə» adlanan yemək və «Coca-cola» adlanan sərinləşdirici içkini ünvan3 qarşısına çatdırılması ilə bağlı sifariş vermiş, həmin vaxt sifarişi qeyd edilən ünvana çatdırmış kafedə paketçi işləyən Zərərçəkmiş şəxs1 satış məqsədi ilə hazırladığı bir ədəd A08845225 nömrəli 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinasına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək “Currency” proqramında olan həqiqi 200 Azərbaycan manatı nominallı pul əskinasının nümunələri ilə eynilik təşkil etm əyən saxta pulu 37 manat təşkil edən həmin sifarişin və 60 manat nağd pulun müqabilində verməklə satmışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə 9 (doqquz) ədəd C49435027 seriya nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı, 4 (dörd) ədəd A60499645 seriya nömrəli 50 Azərbaycan manatı nominallı və 2 (iki) ədəd B37930204 seriya nömrəli 20 (iyirmi) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 100 (yüz), 50 (əlli) və 20 (iyirmi) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunələri ilə eynilik təşkil etməyən ümumilikdə 1140 (bir min yüz qırx) manat saxta pulları hazırlamış, həmin saxta pulları satmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində tanışı Şahid9 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə danışıqlar apararaq sonuncuya məxsus «İphone X» markalı mobil telefonu almaq məqsədi ilə ünvan 3 ünvanın qarşısına dəvət edib onunla həmin ünvanda görüşmüş, Zərərçəkmiş şəxs2 1140 manata dəyərləndirdiyi «İphone X» modelli mobil telefonun təklif edilən qiyməti ilə razılaşıb həmin telefonun əvəzində sonuncuya satış məqsədi ilə hazırladığı 9 (doqquz) ədəd C49435027 seriya nömrəli 100 Azərbaycan manatı nominallı, 4 (dörd) ədəd A60499645 seriya nömrəli 50 Azərbaycan manatı nominallı və 2 (iki) ədəd B37930204 seriya nömrəli 20 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar, eyni məbləğli pul əskinaslarından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafık proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək "Currency" proqramında olan həqiqi 100 (yüz), 50 (əlli) və 20 (iyirmi) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunələri ilə eynilik təşkil etməyən saxta pulları Zərərçəkmiş şəxs2 verməklə satmışdır. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə 01 (bir) ədəd A04081576 seriya nömrəli 200 (iki yüz) Azərbaycan manatı nominallı, 01 (bir) ədəd A60499645 seriya nömrəli 50 (əlli) Azərbaycan manatı nominallı və iki ədəd C04803658 seriya nömrəli 5 (beş) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinaslarından texniki qurğu vasitəsilə kompüterə kö çürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 200 (iki yüz), 50 (əlli)və 5 (beş) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunəsi ilə eynilik təşkil etməyən ümumilikdə 260 (iki yüz altmış) manat saxta pulları hazırlamış, həmin saxta pulları satmaq məqsədi ilə www.tap.az sosial ticarət səhifəsində yerləşdirilmiş “İphone-6S” markalı mobil telefon satışı elanının sahibi Zərərçəkmiş şəxs3 ilə əlaqə saxlayaraq xx.xx.2020-ci il tarixdə saat 03 radələrində ünvan 5 ünvanda yerləşən Yasamal Telefon Qovşağının inzibati binasının qarşısında görüşmüş, Zərərçəkmiş şəxs3 mobil telefonu 250 (iki yüz əlli) manat müqabilində almağa razılaşaraq həmin yerdə 01 (bir) ədəd A04081576 seriya nömrəli 200 Azərbaycan manatı nominallı, 01 (bi r) ədəd A60499645 seriya nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafık proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək "Currency" proqramında olan həqiqi 200 (iki) və 50 (əlli) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunələri ilə eynilik təşkil etməyən saxta pulları “İphone-6S” markalı mobil telefonun müqabilində, həmçinin sonuncunu həmin yerə gətirmiş taksi sürücüsünə verməsi üçün 2 (ədəd) ədəd C04803658 seriya nömrəli 5 (beş) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafık proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək "Currency" proqramında ola n həqiqi 5 (beş) Azərbaycan manatı nominallı pul əskinasının nümunəsi ilə eynilik təşkil etməyən saxta pulları Zərərçəkmiş şəxs3a verməklə satmışdır. Bundan başqa, o, təkrarən, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə 03 (üç) ədəd A04081576 seriya nömrəli 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinasının nümunəsi ilə eynilik təşkil etməyən ümumilikdə 600 (altı yüz) manat saxta pulları hazırlamış, həmin saxta pulları satmaq məqsədi ilə www.tap.az sosial ticarət səhifəsində yerləşdirilmiş «Samsun g S10 plus» markalı mobil telefon satışı elanının sahibi Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlayaraq xx.xx.2020-ci il tarixdə saat 23:35 radələrində ünvan 7 ünvanında yerləşən “Xal-Xal” restoranının qarşısında görüşmüş, Zərərçəkmiş şəxs4 mobil telefonu 550 (beş yüz əlli) manat müqabilində almağa razılaşaraq həmin yerdə 03 (üç) ədəd A04081576 seriya nömrəli 200 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafık proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək "Currency" proqramında olan həqiqi 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunələri ilə eynilik təşkil etməyən saxta pulları «Samsung S10 plus» markalı mobil telefonun və 50 manat qalıq pulun müqabilində Zərər çəkmiş şəxs4 verməklə satmışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə bir ədəd A04081576 seriya nömrəli 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinasının nümunəsi ilə eynilik təşkil etməyən 200 (iki yüz) manat saxta pulu hazırlamış, həmin saxta pulları satmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən «Peppe-Pizza» kafesindən 49 manat dəyərində yeyinti məhsullarını ünvan 9 ünvana çatdırılması ilə bağlı sifariş vermiş, həmin vaxt sifarişi qeyd edil ən ünvana çatdırmış kafedə paketçi işləyən Zərərçəkmiş şəxs5 satış məqsədi ilə hazırladığı bir ədəd A04081576 nömrəli 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinasına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək “Currency” proqramında olan həqiqi 200 (iki yüz) Azərbaycan manatı nominallı pul əskinasının nümunələri ilə eynilik təşkil etməyən saxta pulu 49 manat təşkil edən həmin sifarişin və 151 manat qalıq pulun müqabilində verməklə satmışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə www.tap.az sosial ticarət səhifəsində ”Vertu Conseltation” və “Vertu Conseltation touch” mar kalı mobil telefonları satışı elanının sahibi Zərərçəkmiş şəxs6 oğlu ilə xx.xx.2020-ci il tarixdə saat 13:16 dəqiqədə əlaqə saxlayıb həmin internet səhifəsində 500 manata yerləşdirdiyi “Samsung S10 plus» markalı mobil telefon cihazını həmin telefon cihazları ilə dəyişmək istəməsini yalandan vəd verib sonuncunun inam və etibarını qazandıqdan sonra həmin gün saat 16:30 dəqiqədə ünvan 10 ünvanda yerləşən «Dost Ocağı» kafesində görüşmüş, orada Zərərçəkmiş şəxs6 içərisində 50 manat dəyərində "xxxx" MMC mobil operator şəbəkəsində istifadə edilən ******-**-** simkart nömrəsi olan 400 manat dəyərində «Vertu Consaltation», içərisində nömrə olmayan 750 manat dəyərində “Vertu Conseltation touch” və həmçinin içərisində 30 manat dəyərində "xxxx" MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-** -** simkart nömrəsi olan 650 manat dəyərində «İ-Phone X» markalı mobil telefon aparatlarını götürüb baxmış, “Vertu Conseltation” markalı mobil telefonu masanın üzərinə qoymuş, «İPhone X» və “Vertu Conseltation touch” markalı mobil telefonları götürərək həmin telefonları ustaya yoxlatdırmaq bəhanəsi ilə Zərərçəkmiş şəxs6la birlikdə kafedən bir qədər aralanıb Çobanzadə küçəsi ilə Nəsimi küçələrin kəsişməsində yerləşən «Texas» restoranın qarşısına gəlmiş, daha sonra kafedə masanın üzərində qalmış “Vertu Conseltation” markalı mobil telefonu götürüb qayıdacağını yalandan bildirib kafeyə qayıdaraq masanın üzərində qalmış həmin mobil telefonunda götürüb həmin yerdən çıxıb getməklə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 1880 manat dəyərində əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ ke çirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə bir ədəd A78524567 seriya nömrəli 50 (əlli) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 50 Azərbaycan manatı nominallı pul əskinasının nümunəsi ilə eynilik təşkil etməyən 50 (əlli) manat saxta pulu hazırlamış, həmin saxta pulları satmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə ünvan 11 ünvanında yerləşən «Stop şaurma» kafesindən 8 manat dəyərində 02 ədəd «mərci şorbası» və 02 ədəd dönər yeməklərini Yasamal rayonu 2-ci Alatava ünvanına çatdırılması ilə bağlı s ifariş vermiş, həmin vaxt sifarişi qeyd edilən ünvana çatdırmış kafedə paketçi işləyən Zərərçəkmiş şəxs7 satış məqsədi ilə hazırladığı bir ədəd A78524567 nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinasına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək “Currency” proqramında olan həqiqi 50 (əlli) Azərbaycan manatı nominallı pul əskinasının nümunələri ilə eynilik təşkil etməyən saxta pulu 8 manat təşkil edən həmin sifarişin və 42 manat qalıq pulun müqabilində verməklə satmışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə 03 (üç) ədəd 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 100 Azərbaycan manatı nominallı pul əskinasının nümunəsi ilə eynilik təşkil etməyən cəmi 300 (üç yüz) manat saxta pulları hazırlamış, həmin saxta pulları satmaq məqsədi ilə www.tap.az sosial ticarət səhifəsində yerləşdirilmiş “Redmi Note 8” markalı mobil telefon satışı elanının sahibi Zərərçəkmiş şəxs8 ilə əlaqə saxlayaraq xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31\66 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısında görüşmüş, Zərərçəkmiş şəxs8 həmin mobil telefonu cəmi 360 (yüz əlli) manat müqabilində almağa razılaşaraq həmin yerdə satış məqsədi ilə hazırlad ığı 03 (üç) ədəd 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafık proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək "Currency" proqramında olan həqiqi 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunələri ilə eynilik təşkil etməyən saxta pulları “Redmi Note 8” markalı mobil telefonun müqabilində Zərərçəkmiş şəxs8 verməklə satmış, həmin vaxt sonuncu qeyd edilən pulların saxta olduğunu aşkar edərək ondan telefonu geri qaytarmasını tələb etdikdə Zərərçəkmiş şəxs8 verdiyi 300 (üç yüz) manat həmin saxta pulları və 360 manat dəyərində sonuncuya məxsus “Redmi Note 8” markalı mobil telefonu götürüb hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs8 məxsus 360 manat dəyər ində əmlakı açıq talamaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 ilə birlikdə kirayə yaşadığı ünvan 9 saylı mənzilindən köçərkən xx.xx.2020-ci il tarixdə saat 10:30 dəqiqədə mənzilin sahibəsi Zərərçəkmiş şəxs9 xəbərsiz olmaqla sonuncuya məxsus 1200 manat dəyərində 01 ədəd 117 dioqanallı «Smart Samsung» markalı televizoru, 140 manat dəyərində 01 ədəd «Mazakiya» markalı uşaq arabasını, hər biri 1 manat olmaqla cəmi 3 manat dəyərində 03 ədəd taxta yeşikləri, 25 manat dəyərində 01 ədəd qırmızı rəngli təkərli ayaqqabını, 5 manat dəyərində 01 ədəd ağ rəngli qabı, 6 manat dəyərində 01 ədəd jurnal masa örtüyünü, 8 manat dəyərində 01 ədəd kasanı, 02 ədəd cəmi 80 manat dəyərində dəmir qazanı, 3 manat dəyərində 01 ədəd süzgəc qabını, 02 ədəd cəmi 20 manat dəyərində gümüşü rəngli qabları, 20 manat dəyərində 01 ədəd həsir səbəti, 10 manat dəyərində 01 ədəd gülqabını, 560 manat dəyərində 01 ədəd yumsaq ayı oyuncağını, 04 ədəd cəmi 60 manat dəyərində örtükləri, 30 manat dəyərində 01 ədəd şüşə qabı, 2 manat dəyərində 01 ədəd çörək qabını, 03 ədəd cəmi 10 manat dəyərində şüşə fincanı,04 ədəd cəmi 10 manat dəyərində meyvə qablarını, 3 manat dəyərində 01 ədəd tərəvəz rəndələyəni, 04 ədəd cəmi 8 manat dəyərində çəngəli, 04 ədəd cəmi 8 manat dəyərində yağ bıçağını, 02 ədəd cəmi 4 manat dəyərində yemək qaşığını, 09 ədəd cəmi 9 manat dəyərində balaca qaşıqları, 05 ədəd cəmi 15 manat dəyərində şüşə qaşıqları, 5 manat dəyərində 01 ədəd fırça və 270 manat dəyərində 01 ədəd taxta materialdan açılıbbağlanan jurnal masasını “166” yük daşıma xidmətindən sifariş verdiyi “Ford Tranzit” markalı **-JU-*** dövlət nömrə nişanlı yük avtomobilinə yükləyib ünvan 14 ünvanında kirayələdiyi evə apararaq zərərçəkmiş Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 2504 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup halında satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə 5 (beş) ədəd B 28898248 seriya nömrəli 50 (əlli) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 50 Azərbaycan manatı nominallı pul əskinasının nümunəsi ilə eynilik təşkil etməyən cəmi 250 (iki yüz əlli) manat saxta pulu hazırlamış, həmin saxta pulları satmaq məqsədi ilə www.tap.az sosial ticarət səhifəsində yerləşdirilmiş “Samsung A 20 S” markalı mobil telefon satışı elanının sahibi Zərərçəkmiş şəxs10 ilə telefon vasitəsilə əlaqə saxlayaraq həmin mobil telefonu 250 (iki yüz əlli) manat müqabilində almaqla bağlı razılığa gəlmiş, Məhkum2la həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq satış məqsədi ilə hazırladığı 5 (beş) ədəd cəmi 250 (iki yüz əlli) manat təşkil edən həmin saxta pulları sonuncuya vermiş, Məhkum2 xx.xx.2020-ci il tarixdə saat 23:10 dəqiqədə Zərərçəkmiş şəxs10lə ünvan 15 ünvanda yerləşən «Hind» klinikas ının qarşısında görüşərək 5 (beş) ədəd B 28898248 seriya nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafık proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək "Currency" proqramında olan həqiqi 50 (əlli) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunələri ilə eynilik təşkil etməyən saxta pulları “Samsung A 20 S” markalı mobil telefonun müqabilində Zərərçəkmiş şəxs10 verməklə satmışdır. Bundan başqa, o, təkrarən tanışı Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup halında satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə 8 (səkkiz) ədəd B 28898248 seriya nömrəli 50 (əlli) Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək “Currency” proqramında olan həqiqi 50 Azərbaycan manatı nominallı pul əskinasının nümunəsi ilə eynilik təşkil etməyən cəmi 400 (dörd yüz) manat saxta pulu hazırlayaraq satması üçün xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu, H.ünvan 1 ünvanında Məhkum2 vermiş, sonuncu Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri çərçivəsində xx.xx.2020-ci il tarixdə saat 20:30 dəqiqədə ünvan 10da saxlanılaraq Yasamal RPİ-in 27-ci PB-nə gətirildikdən sonra həmin vaxt keçirilmiş baxış zamanı Məhkum2 təqdim etdiyi satış məqsədi ilə hazırladıqları 8 (səkkiz) ədəd B 28898248 seri ya nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar, eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafık proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilərək "Currency" proqramında olan həqiqi 50 (əlli) Azərbaycan manatı nominallı pul əskinaslarının nümunələri ilə eynilik təşkil etməyən saxta pullar götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və elan edilmiş ittihamlar üzrə ona bəraət verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ona qarşı elan edilmiş ittiham əsassız və qanunsuzdur. Belə ki, o, heç bir cinayət törətməmişdir. İbtidai araşdırma zamanı təzyiqlərə məruz qalmış, bu barədə verdiyi şikayətlər isə araşdırılmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiy a şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum1 kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 ya nvar 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1043/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1043/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver