Məhkəmə qərarları › İş №1(102)-1043/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1043/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1043/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əsədov Anar Əsədulla oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5, 206.3.2, 234.4.1-cü və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmü ilə ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi A.Ə.Əsədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1995-ci il tarixdə Hacıqabul rayonunun Birinci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonunun Birinci Udulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X1 CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu X1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı "Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Rza” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlc ədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə "Rza” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 12.870,485 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana nı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə X1a məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metafetaminin 1 bükümdə olan 8,665 qramını Məhkum vermiş, 1 bükümdə olan 11,520 qramını üzərində saxlamış, qalan psixotrop maddə metamfetamini 4985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4975,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 5 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini 4996,1 qram, 4989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4997,1 qram, 5003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram çəkidə olan hi ssələrə bölüb ayrı-ayrılıqda 15 ədəd bükümdə qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 3 ədəd bükümdə qeyd edilən çəkidə narkotik vasitə tiryəki və qeyd edilən sayda narkotik vasitə metadon həbini 1 ədəd bükümdə qablaşdırıb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədİ qəsəbəsi, BinəqədiXırdalan şossesi, 1 -ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X1 və Məhkum həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi r ayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərilərində şəxsi axtarış aparılan zaman külli miqdarda, ümumi təmiz çəkisi 11,520 qram psixotrop maddə metafetamin X1un əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 8,665 qram psixotrop maddə metafetamin Məhkum əynində olan göy rəngli cins şalvann sol yan cibindən 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə saat 19:00-dan etibarən X1un yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Bin əqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə öz razılığı və iştirakı ilə baxış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 12.850,3 qram psixotrop maddə metafetamin bir ədəd qəhvəyi rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4.975,1 qram olmaqla 5 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram narkotik vasitə heroin 3 ədəd ağ rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.996,1 qram, 4.989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4.997,1 qram, 5.003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram olmaqla 15 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram narkotik vas itə qurudulmuş marixuana 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram olmaqla 3 ədəd sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram narkotik vasitə tiryək və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd metadon həbi 1 ədəd ağ rəngli kisənin içərisində olmaqla mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum X1, onun müdafiəçisi Bayramzadə Xanlar Əsgər oğlu və Məhkum müdafiəçisi Əsədov Anar Əsədulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 19 yanvar 2022-ci il tarixli hökmü ilə apellyasiya şik ayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü Məhkum CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilmiş və həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törtməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmiş və onun üzərində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X1un CM-nin 32.5,206.3.2-ci maddəsi ilə ixtisaslaşdırılmış əməli CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə əsasında 06 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə isə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) 31 avqust 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Məhkum müdafiəçisi A.Ə.Əsədov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmündən kassasiya şikayəti verərək həmin hökmün Məhkum aid hissədə dəyişdirilərək ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, bəzi beynəlxalq müqavilələrin təqsirsizlik prezumpsiyası ilə bağlı tələblərinə, “Narkotik vasitələrin qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, hazırki iş üzrə çıxarılmış hökmlərə və həm Məhkum, həm də məhkum X1un ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi A.Ə.Əsədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına dair toplanmış sübutlara düzgün qiymət verilməmiş, prosessual qanunvericiliyinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki,Məhkum həmin maddələr ilə özünü təqsirli bilmir və hesab edir ki, onun bar əsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Müdafiəçi həmçinin bildirir ki, Məhkum üzərində aşkar olunaraq götürülmüş psixotrop maddə - metamfetamin polis əməkdaşları tərəfindən onun cibinə zorla qoyulmuş və o, hədə-qorxu təsiri altında müstəntiq tərəfindən yazılmış ifadələri oxumadan dindirmə protokollarına və digər istintaq sənədlərinə qol çəkmişdir. Lakin məhkəmələr işdə olan saxta sənədlərə və şahidlərin yalan ifadələrinə əsaslanaraq Məhkum barəsində qanunsuz məhkəmə aktralı qəbul etmişlər. Göstərilənlərə əsaslanaraq müdafiəçi A.Ə.Əsədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum da qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılm asına baxmayaraq o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisn a etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi A.Ə.Əsədovun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmünün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirl iliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiy ası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarları nın ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən e dilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilmə sinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşı sınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdi r. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7-ci maddəsinin müddəalarından görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizl iyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədal ətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak ed ən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın poz ulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığınınşərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötə bər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum həmin əməlləri törətdiyinə görə ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddəs i ilə irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum qeyd olunan maddələrlə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırm a verdiyi etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə məhkum olunmuş X1un, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olar aq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış və həmin maddəni yaymaq niyyəti izləmişdir. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında Məhkum özünü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair cinayət törətdiyinə görə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, o, ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən həmin ittiham üzrə özünü ta m təqsirli bilmiş və göstərmişdir ki, o, təxminən 3 ay bundan əvvəl narkotik vasitənin nəşə növündən istifadə etsə də, narkotik vasitələrin və psixotrop maddələrinnin digər növlərindən istifadə etməmişdir. Son zamanlar onun maddi vəziyyəti yaxşı olmadığına görə, o, pul qazanmaq üçün yollar axtarmış və bu ərəfədə, yəni 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə qohumlarına baş çəkmək üçün gəlib xalası oğlu X1 ilə görüşərkən sonuncu ona narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirərərk eyni zamanda qeyd etmişdir ki, o, narkotik vasitələri əlbəəl satmı və həmin vasitələri yalnız deyilən ünvanlara qoyur, buna görə də ona müxtəlif məbləğlərdə pul verilir. X1un onun, yəni Məhkum da bu işə qoşulmağı təklifini qəbul etdikdən sonra X1 21 yanvar 2021-ci il tarixdə 1 ədəd sellofanı n içərisində birində narkotik vasitə heroin, digərində psixotrop maddə metamfetamin olmaqla 2 ədəd bükümləri ona verərək həmin bükümləri onun kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığındakı hündür evin arxasındakı hasarın dibinə qoymasını tapşırmış və o, da bu tapşırığı yerinə yetirdiyinə görə, X1 ona 200 manat məbləğində pul vermişdir. 22 yanvar 2021-ci il tarixdə axşam saatlarında X1 ona növbəti dəfə 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin verərək yenə də həmin yerə, yəni, evlərinin yanındakı hündür evin hasarının dibinə qoymağı tapşırmış və o, bu tapşırığı da yerinə yetirmişdir. Bu işdən o, qazanc əldə etsə də, tutulmaqdan qorxmuş, X1in evində n ə qədər narkotik vasitə və psixotrop maddə saxlamasından isə xəbəri olmamışdır. Sonuncu dəfə 1 fevral 2021-ci il tarixdə X1 kirayə yaşadığı ünvanda ona özünün istifadə etməsi üçün 1 büküm şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin vermişdir. O, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etmədiyi üçün onun üçün bu maddədən istifadə etmək maraqlı olmuş və bunun müqabilinə X1ə heçnə verməmiş, həmin bir ədəd bükümdə psixotrop maddə metamfetamini isə şalvarının sol yan cibində saxlamışdır. 2 fevral 2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-cİ mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında X1la birlikdə piyada gəzərkən həmin vaxt onlara bir neçə mülki geyimli şəxs onlara yaxınlaşa raq polis əməkdaşı olduqlarını bildirib onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyi təklif xahiş etmiş, onlar da buna etirza etməyərək həmin İdarəyə gəldikdən sonra orada o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılaraq digər əşyalarla yanaşı həmçinin cibində olan bir bükümdə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra sellofan bükümdə yerləşdirilmiş həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş, 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Polis əməkdaşları onu sorğu-sual edərkən o, bildirmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə metafetamindir, öz istifadə si üçün üzərində saxlamış, qohumu X1dən pay olaraq almış və bundan əvvəl sonuncu ona 2 dəfə narkotik vasitə və psixotrop maddə verərək dediyi yerə qoymağı tapşırmış, bunun da müqabilində 200 manat məbləğində pul vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilərək sübut kimi qəbul edilmiş X1un məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, o, 10 yanvar 2021-ci il tarixədək 166 yük daşıma və logistika xidmətində sürücü işləmiş, lakin maaşı az olduğu üçün ailəsini dolandıra bilməmiş, buna görə də asan yolla pul qazanmaq fikrinə düşmüşdür. 2017-ci il tarixdə o, İran İslam Respublikasında olarkən orada X adlı şəxslə tanış olmuş, 2020-ci ilin dekabr ayının ortalarında sonuncu ilə danışanda maddi imkanının zəif olduğunu ona da bildirmiş və X ona narkotik vas itələr göndərəcəyini bildirərək həmin narkotik vasitələri onun dediyi ünvanlara çatdırmağı və müqabilində yaxşı pul verəcəyini təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. Buna görə də X 2020-ci ilin dekabr ayının ortalarında birinci dəfə ona 10 kq çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin göndərmişdir ki, onun dediyi ünvanlara qoysun. O, həmin 10 kq heroini və metamfetamini Masallı-Yardımlı yolunun 47-ci kilometrliyində su arxının yanından bir ədəd çantada götürüb onun dediyi ünvanlara çatdırmış, bunun müqabilində 8.000 manat pul almışdır. Bu əməliyyat rahat keçdiyinə görə, o, belə fəaliyyətlə məşğul olmağı davam etdirmək niyətində olmuş və Xya yenidən narkotik vasitə göndərməyini təklif etdikdə, sonuncu 2021 -ci ilin yanvar ayının 5-də yenidən 35 kq narkotik vasitə göndərmişdir. O, yenə də həmin narkotik vasitəni Masallı-Yardımlı yolunun, 47-ci kilometrliyində Yardımlı rayonu ərazisindəki su arxının yanından iki ədəd kisədə götürüb deyilən ünvanlara çatdırmış, lakin buna görə pul almamışdır. Elə həmin ərəfədə xalası oğlu Məhkum onun yaşadığı ünvana gəlmiş və onunla söhbət edərkən ona narkotik vasitələrin satışı ilə məşğul olmasını, narkotik vasitələri deyilən ünvanlara çatdıraraq bunun müqabilində pul qazandığını söyləmiş, lakin ehtiyat edərə yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını ona bildirməmişdir. 21 yanvar 2021-ci il tarixdə X ona narkotik vasitə və psixotrop maddə istəyən şəxslər olmasını bildirərək 1 ədəd bükümdə heroini və 1 ədəd bükümdə psixotrop maddəni yaşadığı evin yaxınlığındakı hündür evin hasarının dibinə qo ymasını tapşırmış, o, da Məhkuma 200 manat pul verərək Xnın dediyi narkotik vasitəni və psixotrop maddəni göstərilən ünvana çatdırmağı təklif etmiş, Səbuhi də onunla razılaşaraq bu tapşırığı icra etmişdir. 22 yanvar 2021-ci il tarixdə o, yenidən 1 ədəd bükümdə psixotrop maddə metafetamini Səbuhiyə vermişdir ki, əvvəl qoyduğu ünvana qoyub gəlsin. Səbuhi də etiraz etmədən razılaşmış və metafetamini dediyi ünvana qoyub evə qayıtmışdır. Bu dəfə onun psixotrop maddə daşımağına görə pul verməmişdir. Sonuncu dəfə 1 fevral 2020-ci il tarixdə X adlı şəxs Masallı-Yardımlı yolunun 47-ci kilometrliyində Yardımlı rayonu ərazisindəki su arxının yanında 6 ədəd kisədə narkotik vasitə qoyduğunu bildirib onları götürməyi tapşırmış, o, da kisələri götürüb kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəq ədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə gətirmişdir. Həmin vaxt evdə Məhkum olmamışdır. Məhkumun bundan xəbərinin olmamasını istədiyindən kisələri evin köhnə əşyalar yığılan otağına qoymuşdur. 2 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evin qarşısında xalası oğlu Məhkum ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Məhkum ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edi lərək hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, ilk əvvəl əynində olan tünd göy rəngli qalın gödəkcəsinin sol yan cibindən yaşadığı evin açarlarını, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Redmi&quot” markalı mobil telefonunu, 43 manat pulu və həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində psixotrop maddə metafetamin olan sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış davam etdirilsə də, başqa heç nə aşkar edilməmişdir. Yaşadığı mənzilin açarı və 43 manat pul özünə qaytarılsa da, ona məxsus 1 ədəd mobil telefon götürülmüşdür. Təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və həmin bükümün içərisindən psixotrop maddə metaf etamin aşkar edilmişdir. Həmin psixotrop maddə metafetamin elektron ərəzidə çəkilmiş, daha sonra zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Polis əməkdaşlarının ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdəki kütlə psixotrop maddə metamfetamindir, həmin maddəni 1 fevral 2021-ci il tarixdə Masallı-Yardımlı yolunda yolun kənarından götürmüş, bunu İran islam Respublikasının vətəndaşı X adlı şəxs göndərmiş, bundan başqa yolun kənarından götürdüyü narkotik tərkibli maddələrin böyük bir hissəsini kirayə yaşadığı evdə saxlamışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilib ucadan oxunmuş və həmin protokola imza etmişdir. Daha sonra yaşadığı evinə də baxış keçirilmiş və oradan da 4 ədəd a ğ rəngli, 1 ədəd qara rəngli və 1 ədəd qəhvəyi rəngli kisələrin içərisində olan narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür, həmin vasitə və maddələr elektron tərəzidə çəkilib ümumilikdə 5 kisədə və 1 sellofan torbada qablaşdırılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən imtina edərək həmin ifadələrdə göstərdiklərini inkar etsə də, məhkəmələr həm onun, həm də X1un məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq məhkum olunmuş şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrinə (birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş) üstünlük vermiş və bununla hər hansı qanun pozuntusuna yol verməmişlər. Əvvəla, istər Məhkum, istərsə də X1un ibtid ai araşdırma zamanı dindirilərkən hər hansı təsirə və təzyiqə məruz qalmaları (belə halın mövcud olması həm onların məhkəmə iclasında verdiyi ifadələrindən, cinayət işinin digər maeriallarından, həm də kassasiya şikayətinin dəlillərindən görünmür) cinayə təqibinin bu mərhələsində onların hüquqlarının pozulması, CPM-nin 125.2-ci maddəsində təsvir edilmiş başqa pozuntulara yol verilməsi, habelə, kassasiya şkassasiya şikayətində göstərildiyi kimi, ifadələrin müstəntiq tərəfindən saxtalaşdırılması, təqsirləndirilən şəxslərin isə dindirmə protokollarını oxumadan imzalamaları iş mateialları ilə müəyyən və heç bir sübutla təsdiq olunmur, müdafiəçi A.Ə.Əsədov da öz kassasiya şikayətində belə sübutlara istinad etməmişdir. Halbuki, CPM-nin 125.2-ci maddəsinə əsasən isə, yalnız aşağıdakı hallarda əld ə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. m üasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.8-ci maddəsinin müddəalarına görə isə, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd eməyi lazım bilir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələr təkcə X1in ifadələri ilə deyil, həmçinin iş üzrə toplanmış, məhkəmə iclasında araşdırılmış və yekun məhkəmə aktlarında ətraflı şərh edilmiş digər sübutlarla da (məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvir edilməsinə görmür) da təsdiq edilir və sübutların məcmusu, onlara verilmiş qiymətləndirmə Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsinə d əlalət edir, onun narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması, yəni nəticə etibarı ilə üzərində aşkar edilmiş psixotrop maddəni də öz şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2021-ci il tarixli 1036 saylı rəyi ilə də təsdiq edilir. Belə ki, həmin rəyə görə, Məhkum çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, müayinə olunan şəxsin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsələhət görülür. Məhkəm kollegiyası eyni zamanda qeyd edir ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayəti törətməsi haqda məhkəmələrin gəldikləri nəticə həm də cinayət qanunvericiliyi normalarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərinə, onlara aşağıdakı qaydada verilmiş təfsirə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, CM-nin 234.4.3-cü maddəsində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməyə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 234.4.1-ci maddəsində isə eyni əməllərin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. CM-nin 34.2-ci maddəsinə əsasən isə, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin CM-nin 234.4.3 və 234.4.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsir li bilinərək cəzalandırılması üçün dördə şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır; - şəxs həmin əməlləri digər şəxslə (şəxslərlə) qağaqcadan əlbir olaraq və mütəşəkkil dəstənin tərkibində törətməlidir. S.Ə.Həsənovun özünün verdiyi ifadələindən, məhkum X1un ifadələrindən, bu ifadələrlə onların əvvəllər də narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədilə, yəni müəyyən pul məbləğləri müqabilində qanunsuz olaraq yayılması ilə məşğul olmalarının və bu fəaliyyəti qabaqcadan əlbir olaraq həyata keçirmələrinin təsdiq edilməsi, Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin isə külli miqdarda – 8,665 qram çəkidə olması məhkəmələrin gəldikləri nəticənin qanuni olmasının hesab edilməsi üçün kifayət qədər əsas verir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr bu nəticəyə gələrkən prosessual qanunvericiliyin aşağıdakı tələblərinə də əməl etmiş və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almışlar. Belə ki, CPM-nin 28.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə topl anmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar t oplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sü butların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunvericiliyin şərh olunan tələbləri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təq sirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilm işdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humaniz m prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi A.Ə.Əsədovun kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq və onları qəbul edilməz sayaraq vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Müdafiəçinin kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanın həddindən artıq ağır olması mübahisələndirməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu məsələni də, yəni apellyasiya instansiyası məhkəməsinin hökmünün cəza təyini hissəsində qanuni, ədalətli v ə obyektiv olmasını yoxlayaraq bununla əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Belə qənaət qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda əksin tapmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərind ən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə gör ə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçin in cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət m ühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq o lmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qəra rına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haq qında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhə miyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, hab elə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlə rinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya qaydasında mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə (həmin maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzaya münasibət bildirərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-nin 59.1.4-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirdiyi halı – himayəsində azyaşlı uşağının olmasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını g östərsə də, həm qeyd olunan cəzanı yüngülləşdirən halın, həm də Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasını ona göstərilən maddələrlə həmin maddələrin sanksiyasında müəyyən edilmiş cəzanın son həddində cəzanın təyin edilməsi haqqında birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış, bununla da cəzanı yüngülləşdirən yuxarıdakı halları nəzərə almasını hər hansı şəkildə əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də qeyd olunan cəzanı yüngülləşdirən hallar, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası daxilində azaldılmalı, bu əsasla da apellyasiya instansiyası məhkəməsinin hökmü ona aid hissədə dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi A.Ə.Əsədovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi haqqında sonuncunun, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza yüngülləşdirilməli və bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmü məhkuma aid hissədə və kassasiya şikayətinə münasi bətdə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmü müdafiəçi A.Ə.Əsədovun kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilsin. Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) ilədək endirilsin. Hökm kassasiya müraciətinə münasibətdə və Məhkum a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar