Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1043/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Rauf Tağı oğlu) Məhkum, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə CMin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə, CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən isə bu hökm üzrə təyin edilmiş cəza Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ilə çəkməli olduğu azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il müəyyən edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı ilə czasının çəkilməmiş 04 (dörd) ay 09 (doqquz) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 08 may 2020-ci il tarixdə probasiya xidmətinin qeydiyyatından çıxarılmış, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə real imkanlara və səlahiyyətlərə malik olmadığı halda Zərərçəkmiş şəxs guya əlaqələrindən istifadə etməklə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən övladı X4 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə cinayət əməlini Azərbaycan R espublikası CM-in 234.1-ci maddəsinə tövsif etdirib sonuncuya yüngül cəza verilməsinə və həbsdən azad edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla ilk dəfə 03 may 2021-ci il tarixdə mobil telefonla fotoşəkilini göndərdiyi özünə məxsus 410100C**********115 nömrəli hesaba Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Şəki rayon filialından köçürülmüş 10.100 manat, 09 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 11 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 09 iyul 2021-ci il tarixdə mobil telefonla fotoşəkilini göndərdiyi özünə məxsus "xxxx" ASC-nə aid 4169 7413 9666 3963 saylı bank kartına Zərərçəkmiş şəxs qohumu Şahid3 vasitəsilə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin filial ından köçürülmüş 2000 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 18.100 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdada ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 29 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verə rək həmin qərarının dəyişdirilərək cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Məhkum cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in və kassasiya icraatını tənzimləyən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) müvafiq maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına və məhkəmələr tərəfindən barəsində qəbul edilmiş yekun məhkəmə aktlaırna istinad istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə almadan təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın cəzanın təyin edilməsi barədə nəticəyə gəlsələr də, bu nəticə CM-in 65.2-ci maddəsinin tələblərinə tam ziddir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, onun himayəsində qoca, ömürlük əlil olan anası var və o, dələduzluq yolu ilə əldə etdiyi pulun çox hissəsini onun müalicəsinə sərf etmişdir. Həmçinin o, cinayət təqibi aparılarkən zərər çəkmiş şəxsə vurduğu zərərin bir hissəsini ödəmiş və dəfələrlə onunla barışıq əldə etməyə cəhd göstərmiş, məhkəmələr isə bu halları kifayət qədər nəzərə almamış, nəticədə də o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Göstərilən dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxış ının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, Məhkum məhkəmə prosesində iştirakının təmin olunması üçün müvafiq tədbirlər görülmüş, lakin onun kassasiya şikayətini geri götürməsi ilə bağlı ərizəsi nəzərə alınaraq məhkum məhkəmə iclasına gətirilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasın da sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhəkməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 10 may 2024-cü il tarixli 3-16-17/23/2-1410/2024 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılm asını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, göstərilən ərizə təmin edilməklə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti ger i qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1043/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1043/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver