Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1043/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(107)-406/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin (Hakim E.Y.Vəliyev) 2023-cü il 31 may tarixli, 1(075)50/2023 nömrəli hökmü ilə, xx.xx.1974-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə nəqliyyat va sitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun məhkəmə iclas zalından həbsə alınması, Məhkum barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı vaxtdan 31 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Ha kimlər İ.H.Şükürov (sədrlik edən), E.M.Mehdiyev və X.H.Səmədov) 2023-cü il 2 avqust tarixli, 1(107)-282/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 2 avqust tarixli, 1(107)-282/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, habelə zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X10 və X1 ibarət tərkibdə) 2024-cü il 9 iyul tarixli, 1(102)-1488/ 2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 2 avqust tarixli, 1(107)282/2023 nömrəli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024 4 dekabr tarixli, 1(107)406/2024 nömrəli qərarı ilə (X4 (sədrlik edən), hakimlər X12 və X5 ibarət tərkibdə) Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(107)406/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Mə hkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış və o məhkəmə iclas zalından həbs olunmuş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 31 may 2023-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 18:30 rad ələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz21011» markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Aşağı Göynük kənd yolunda Şəki rayonunun Baş Göynük kəndi istiqamətində yolun orta hissəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, nəqliyyat vasitəsinin yükünün xüsusiyyətlərini və vəziyyətini, yol və metoroloji şərati, xüsusi hərəkət istiqamətində görmə şəratini nəzərə almaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda buna riayət etməyərək, 20 metr məsafədən yolun sağ kənarından sol kənarına keçməkdə olan piyada Zərərçəkmiş şəxs görüb təhlükəni hiss etsə də hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, etinasızlıq edərək hərəkəti üçün qarşısında yaranmış qəza təhlükəsini qabaqcadan gördüyü və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək əvvəlcədən görməli olduğu halda, bu təhlükəyə əhəmiyyət vermədən avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə hərəkəti davam etdirib ehtiyatsızlıqdan avtomobilin sol ön hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya müştərək travma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəlləəsası sümüyünün sınığı, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, qaşətrafı və sol bazunun aşağı 1/3-nin geniş ölçülü hematoması, sağ İ və İİ bar maqların qançırı ilə nəticələnən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Şahmərdan oğlunun ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Halbuki, CPM-in 349.5.1-ci maddəsinə əsasə n məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Müdafiəçi bildirmişdir ki, məhkəmə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, nə CPM-in 346.1-ci maddəsinin tələb etdiyi kimi cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilməməsi sualına, nə də təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib yetirilməməsi sualına müsbət cavab vermək mümkün deyil ki bundan sonra da CPM-nin 351.3-cü maddəsinin tələb etdiyi qaydada onun təqsirliliyini sübuta yetmiş hesab etmək mümkün olsun. Bundan başqa hazırki iş üzrə təqsirləndirilən şəxs Məhkum avtomobili müəyyən edilmiş sürət həddini aşmadığı işin faktiki hall arı ilə tam səkildə sübuta yetirilmisdir. Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı yol nəqliyyat hadisəsi baş verərkən mərhum Zərərçəkmiş şəxs görmədiyini bildirmişdir. Ekspert rəyində istinad olunan sənədlər tərtib edilərkən hər hansı hal şahidini görmədiyi, eləcə də hadisə yerində olan şahidlərin də həmin şəxsləri görmədiyini təqsirləndirilən şəxs bildirsə də, məhkəmə hər hansı araşdırma aparmaqdan imtina etmişdir. Lakin onların iştirakı ilə tərtib edilmiş, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola, hadisə yerinin sxeminə istinad edilərək rəy verilmişdir. Ekspert rəyi tərtib edilərkən istinad etdiyi qanun normasının tələbləri baxımından təqsirləndirilən şəxsin hərəkətləri tədqiq edilməmişdir. Məhkəmənin həmin əsasla təkrar məhkəmə avton əqliyyat ekspertizası təyin edilməsinə, təkrar məhkəmə avtonəqliyyat ekspertizasının keçrilməsinə və rəyinin alınmasına dair vəsatətin təmin edilməsindən imtinası qanunsuz və əsassızdır. Müdafiəçi qeyd etmişdir ki, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya b axışına qaytarılmasının xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansi yaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillə rini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyy əti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.12.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kolle giyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2023-cü il 31 may tarixli, 1(075)- 50/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(107)-406/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1043/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1043/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver