Məhkəmə qərarları › İş №1(102)-1044/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1044/2019

21.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1044/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Y6, Məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1957-ci il tarixdə Ağdaş rayonu, orta ********* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan v ə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Y6 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərarına əsasən (sədrlik edən hakim: H.S.Mirzəliyev) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbslə əvəz edilməsi, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu vaxtdan hesablanması müəyyən edilmişdir. Birinci instans iya məhkəməsinin “iş üzrə icraatın dayandırılması haqqında” qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli qərarına əsasən (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər: R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli “icraatın dayandırılması haqqında” və “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və həbs qətimkan tədbirinin seçilməsi haqqında” məhkəmə hazırlıq iclasının qərarları ləğv edilmişdir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Y6 kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına d air vəsatət verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası iş materiallarını nəzərdən keçirərək, vəsatətin təmin edilməsinə dair zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Ə6, vəsatətin təmin edilməməsinə dair dövlət ittihamçısı İ6 və Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən CPM-in 391.3 və 520.7-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiya məhkəməsinin qərarlarından – onların çıxarldığı vaxtdan 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 411.2-ci ma ddəsində kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda, yaxud da həmin şəxsi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Qanunun mənasına görə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən bu vəsatətdə yuxarıda göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsində qeyd edilir ki, kassas iya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Lakin vəsatətə zərərçəkmiş şəxslər tərəfindən hər hansı bir sənəd əlavə edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsindəki Şəki Apellyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması üçün heç bir əsas yoxdur və buna görə də, zərərçəkmiş şəxslərin bu haqda olan vəsatəti təmin edilməməli, kassasiya şikayətinə isə baxılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Şəki Apellyasiya Məhkəməsinin 13 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Y6 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət təmin olunmasın. Qərar qətidir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar