Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1045/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X20 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X85 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 221.3 və 315.2-ci maddələri ilətəqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X85 Rayon Məhkəməsinin (sədrlik edən hakim: X39) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxx 1982-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada mobil telefon ticarəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhru m etmə cəzasına və CM-in 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, CM-in 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin X58, X40, X54, X21, X55, X59 təqsirli bilinərək məhkum edilmişdirlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: X25 (sədrlik edən və məruzəçi), X23 və X17 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X85 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə görə X58, X40, X54, X21, X55, Məhkum və X59 xx xxxxxxxx 2017-ci il tarixdə axşam, saat 22.30 radələrində «İmamzadə» tarixi abidə kompleksində keçirilən «Aşura» mərasimi ilə əlaqədar kompleksin içərisində yerləşən Mövlana İbrahimin məzarını ziyarət etmək məqsədilə ziyarətçilərlə birlikdə «Məhəmmədiyyə» tarixi abidəsinin girişindəki kişilərin keçidi üçün nəzərdə tutulmuş darvazanın önünə yaxınlaşıb orada Gəncə şəhər sakinləri X55, X40, X54, X22, Məhkum, X59 və qeyriləri ilə birlikdə dəstə halında öz şəxsiyyətini onlardan daha əvvəl ziyarətgaha daxil olmaq üçün n övbə gözləyən ziyarətçilərin fövqündə qoyub növbədən kənar və kobud şəkildə içəri daxil olmaq istədiklərindən həmin vaxt orada ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə öz xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndələri olan Gəncə şəhər Baş Polis və Kəpəz rayon Polis İdarələrinin əməkdaşları onlardan əvvəlcədən müəyyən edilmiş qaydaya uyğun olaraq dinc şəkildə, digər ziyarətçilərin rahatlığını və ictimai qaydanı başqa formada pozmadan kiçik qruplar şəklində ziyarətgaha daxil olmaq barədə qanuni tələblərinə məhəl qoymadan aqressivlik nümayiş etdirməklə dəstənin içərisində daha da fəallığı ilə seçilən Məhkum və qeyrilərinin «kafirləri daşlayın, zalımları rədd edin Allahın evindən» və sair bu kimi digər təhrikedici, qızışdırıcı söz lərindən daha da ürəklənib X55, X40, X54, X22, Məhkum, X59 və qeyriləri ilə birlikdə bir qrup şəxs halında ətrafda çoxsaylı insanların olmasına məhəl qoymadan sanki özlərindən başqa orada heç kim olmamış kimi uca səslə dini şüarlar səsləndirib, ətrafdakı ziyarətçilərin dincliyini pozub normal və sakit şəkildə ziyarət etmələrinə maneçilik törədib ictimai yer hesab edilən Kompleksin içərisində, yəni kişilərin keçidi üçün nəzərdə tutulmuş darvazanın önündə heç bir əsaslı səbəb olmadan, özü və ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb əvvəlcədən müəyyən edilmiş dini mərasimdə iştirak edənlərin kiçik qruplar şəklində növbə ilə kişilər üçün ayrılmış giriş qapısından içəri keçmələri barədə polis əməkdaşlarının q anuni tələblərinə məhəl qoymadan həmin yerdən tapdığı daş parçasını götürüb silah qismində istifadə etməklə hakimiyyət nümayəndəsi olan Kəpəz RPİ Təşkilati-inspektor qrupunun baş inspektoru polis mayoru X30 ataraq sonuncuya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözün üst qapağının qançırı xəsarəti yetirmiş və eyni zamanda öz qanunsuz hərəkətlərini davam etdirərək yaşıllıq zonasında yerdən tinglərin diblərinə dayaq məqsədilə basdırılmış taxta parçasını çıxarıb silah qismində istifadə etməklə hakimiyyət nümayəndəsi olan Gəncə şəhər Baş Polis İdarəsi X19 rəisi polis polkovnik-leytenantı X26 baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub ona hə yat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran qapalı kəllə beyin travması, beyinin silkələnməsi, sol təpə-gicgah nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin küt travması, sağ 10-cu qabırğanın yerini dəyişməyən xətti sınığı, sağ baldır nahiyəsinin yarası, alın, sağ almacıq və ənsə nahiyələrinin qançırları, alt çənə nahiyəsinin sıyrığı xəsarətləri, qrupunun digər üzvləri X55, X40, X54, X22, X59 və qeyriləri tərəfindən Kəpəz RPİ Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı X5 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən burun sümüyünün sınığı, Kəpəz RPİ Post Patrul Xidmətinin polis nəfəri polis serjantı X3 zərər vurmadığı üçün dərəcəsi təyin olunm ayan sol kürək nahiyəsinin və döş qəfəsinin arxa səthinin qançırı, Gəncə şəhər BPİ Post Patrul xidməti taborunun polis nəfəri, polis kiçik serjantı X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran burun sümüyünün yerdəyişmiş sınığı, sol gözün alt qapağının qançırı, Gəncə şəhər BPİ Post-Patrul xidməti taborunun polis nəfəri polis baş serjantı X12 zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan ənsə, bel nahiyələrinin, sağ əlin üst səthinin, sağ ayağın bayır topuğunun, sol baldır nahiyəsinin sıyrıqları, Gəncə şəhər BPİ Post Patrul xidməti taborunun polis nəfəri polisserjantı X9 zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan sol çiyin nahiyəsinin qançırı, sağ əlinin V barmağının sıyrığı və dərialtı qansızma, Gəncə şəhər BPİ Post Patrul xidməti taborunun polis nəfəri polis ki çik serjantı X10 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ diz oynağı nahiyəsinin yumşaq toxumasının əzilməsi, Gəncə şəhər BPİ Post Patrul Xidməti taborunun bölük komandiri polis kapitanı X6 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ əlin İİİ barmağının yumşaq toxumasının əzilməsi, Gəncə şəhər BPİ Post Patrul Xidməti taborunun polis nəfəri polis baş serjantı X13 zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan sağ bel nahiyəsinin qançırı, Gəncə şəhər BPİ Post Patrul Xidməti taborunun polis nəfəri polis serjantı X14 zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan təpə nahiyəsinin qançırı, dərialtı hematoması, Gəncə şəhər BPİ Post Patrul Xidməti taborunun polis nəfəri polis serjantı X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zər ər vuran sol yanağın selikli qişasının əzilmiş yarası və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan döş qəfəsin sağ yan səthinin qançırı, Gəncə şəhər BPİ X44 əməliyyat müvəkkili polis leytenantı X7 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ dirsək nahiyəsinin deşilmiş yarası və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol alın-təpə nahiyəsinin qançırı, Gəncə şəhər BPİ Post Patrul Xidməti taborunun polis nəfəri polis baş serjantı X16 zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan sağ almacıq- gicgah nahiyəsinin qançırı, Kəpəz RPİ-nin xidmət üzrə rəis müavini polis polkovnikleytenantı X11 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran qapalı kəllə beyin travması, beyinin silkələnməsi, başın sol təpə-gi cgah nahiyələrinə uyğun hissədən dərialtı hematoma, sol alın nahiyəsinin əzniyi, Kəpəz RPİ Post Patrul Xidmətinin manqa komandiri polis baş serjantı X15 zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan sağ kürəküstü nahiyəsinin sıyrığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran təpəənsə nahiyəsinin əzilmiş yarası, Gəncə şəhər BPİ X19 X24 X52 Bölməsinin rəisi polis polkovnikleytenantı X8 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran təpə nahiyəsinin əzilmiş yarası, eləcə də həmin vaxt kompleksdə keçirilən «Aşura» mərasimi ilə əlaqədar ziyarətə gəlmiş vətəndaş X4 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ baldır nahiyəsinin əzilmiş yaraları xəsarətləri yetirib bir qrup şəxs halında silah qismində istifadə edilə n əşyaları tətbiq etməklə xuliqanlıq, habelə hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişlər. Kassasiya şikayətinin dəlilləri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın Məhkum aid hissədə ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində əsassız yalan ittiham irəli sürülmüş, məhkəmələr iş üzrə toplanılmış sübutları qiymətləndirmədən, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, iş materiallarından da görünür ki, məhkumun təqsirli bilinməsinə, hansı əməllərinə əsasən CM-nin qeyd olunan maddələr ilə təqsirləndirilməsinə dair heç bir mötəbər sü but olmamış, zərərçəkmiş şəxslər onlara xəsarətlərin yetirilməsində Məhkum adını çəkməmiş, əksəriyyəti xəsarətin kim tərəfindən yetirildiyinin şahidi olmadığını bildirmişlər. Hazırki, iş üzrə ittiham ibtidai istintaq zamanı toplanmış bir sıra sübutlara, tanınma istintaq hərəkətinə və bəzi şəxslərin ifadələri və onunla üzləşmələrinə əsaslanmışdır ki, həmin istintaq hərəkətləri də yuxarıda qeyd edildiyi kimi daxili qanunvericiliyin kobud pozuntusu ilə həyata keçirilmişdir. Beləliklə ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı F. X18 6-cı maddəsinin 1-ci bəndində və 3-cü bəndinin a, b və d yarımbəndlərində təsbit olunmuş hüquqları pozulmuşdur Qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının Məhkum aid hissədə ləğv ed ilməsini və onun barəsində icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsiz olmasına dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvaf iq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş,mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Bundan başqa, göstə rilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Lakin, məhkəmə kollegiyası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununu nəzərə alaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli yeni redaksiyada olan Cinayət Məcəlləsinin 315-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X57rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tər əflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X53 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Belə ki, Məhkum ittiham irəli sürülərkən Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsinin dispozisiyasında “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” əməli təsbit edilmişdir. İş materiallarından görünür ki, Məhkum və qeyriləri xx xxxxxxxx 2017-ci il tarixdə axşam, saat 22.30 radələrində «İmamzadə» tarixi abidə kompleksində keçirilən «Aşura» mərasimində həmin vaxt orada ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə öz xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndələri olan Gəncə şəhər Baş Polis və Kəpəz rayon Polis İdar ələrinin əməkdaşları ilə aralarında yaranmış münaqişə zamanı silah qismində istifadə olunan əşyadan istifadə edərək xəsarət yetirməklə bəzi hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmişdirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra Məhkum törətdiyi cinayət əməli yəni “hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etmə” cinayəti həmin Məcəllənin315-ci maddəsinin dispozisiyasında - “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə ” - təsbit edilmişdir. Həmin maddənin sanksiyasında “iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə” cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra həmin Məcəllənin315.2-ci maddəsindən 315-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 8-ci hissəsində təsbit olunmuşdur ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qa nun tətbiq edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəh bər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 221.3 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X85 Rayon M əhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1045/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1045/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver